Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1291/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı; İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit üzrə borcun tutulması, t utmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi və açıq hərrac vasitəsilə satılması, məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair ilk və Cavabdeh2 "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan əmlakın ipotekadan azad edilmiş hesab edilərək ipoteka qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2022 nömrəli, 18 oktyabr 2022ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Həmin Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin təminatı olaraq 06 may 2009-cu il tarixli G-002/OPEC nömrəli girov müqaviləsi və müqaviləyə 2 saylı Əlavə ilə "xxxx" MMC adları sadalanmış tibb və məişət avadanlığını "xxxx" Açıq Səhmdar Cəmiyyəti qarşısında girov ilə yüklü etmişdir. 3. 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 250000 manat məbləğində kreditin verilmişdir. 4. 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455000 manat məbləğində kredit verilmişdir. 5. 29 may 2012-ci il tar ixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi ilə "xxxx" ASC tərəfindən Cavabdeh5 illik faiz dərəcəsi 16% olmaqla 36 ay müddətinə 374000 ABŞ dolları məbləğində kredit verilmişdir. 6. 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsi ilə "xxxx" MMC-nin kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evini "xxxx" ASC-yə ipotekaya ilə yüklü etmiş, göstərilən daşınmaz əmlak həmin müqaviləyə 06 may 2009-cu il tarixli 5 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış SKMF/10 saylı 22 aprel 2005-ci il tarixli, 1283 saylı 22 may 2008-ci il tarixli və K-002/OPEC saylı 06 may 2009-cu il tarixli kredit müq avilələrinə; 16 aprel 2010-cu il tarixli 7 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli və K002/OPEC saylı 06 may 2009-cu il tarixli kredit müqavilələrinə; 05 mart 2012-ci il tarixli 8 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli, RSK002/OPEC saylı 06 may 2009-cu il tarixli və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli kredit müqavilələrinə; 29 may 2012-ci il tarixli 9 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010cu il tarixli, 2201 saylı 17 fevral 2010-cu il tarixli, RSK-002/OPEC saylı 06 may 2009-cu il tarixli, 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli, habelə Cavabdeh5 və "xxxx" ASC arasında bağlanmış 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur. 7. 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavə ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 21 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkç i sahəsi 51,6 kv.mdən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (14 saylı meyvə tərəvəz mağazasını) "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmiş, qeyd olunan daşınmaz əmlak həmin ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsi ilə "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış 2290 saylı 16 aprel 2010-cu il tarixli (illik faiz dərəcəsi 22% olmaqla 24 ay müddətinə 98000 manat məbləğində) və 100.LN.2005.050312.00002 saylı 05 mart 2012-ci il tarixli (illik faiz dərəcəsi 16% olmaqla 24 ay müddətinə 455000 manat məbləğində) kredit müqavilələrinə əsasən verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur.
8. Həmçinin kredit müqaviləsinin təminatı olaraq 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminl ik müqaviləsi ilə Cavabdeh2; 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsi ilə isə "xxxx" MMC 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 16 dekabr 2014-cü il tarixə olan 0,01 ABŞ dolları əsas borc, 27501,11 ABŞ dolları faiz borcu, 47,34 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 27501,11 ABŞ dolları məbləğində borcun tutulması, "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 17 dekabr 2014-cü il tarixə olan 428920,75 manat əsas borc, 153746,84 manat faiz borcu, 53758,08 manat artırılmış faiz borcu olmaqla, cəmi 636425,67 manat məbləğində borcun tutulması, "xxxx" MMCdən 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu olaraq 55164,49 manat məbləğində pulun tutulması, habelə Cavabdeh5, Cavabdeh2 və "xxxx" MMCdən 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 07 yanvar 2015-ci tarixə olan 347506,04 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu, 3565,37 ABŞ dolla rı artırılmış faiz borcu olmaqla, cəmi 397453,54 ABŞ dolları məbləğində borcun tutulması, 06 may 2009cu il tarixli G-002/OPEC saylı girov müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş avadanlığın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması, evin açıq hərracdan satılması, evinin boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı 16 aprel 2010-cu il tarixli 2290 saylı və 29 may 20 12-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəldilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazasının, yəni ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m, köməkçi sahəsi 51.6 kv.m ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunması, əmlakın açıq hərracdan satılması, boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı və 16 aprel 2010cu il tarixli 2290 saylı kredit müqavilələri üzrə borcun ödənilməsinə yönəldilməsi, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, xidmət haqqı olaraq ödənilmiş 1 manat, notariat xərclərinə ödənilmiş 143 manat, ümumilikdə 174 manat məbləğində xərcl ərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan cavabdehlər kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə etsələr də, götürdükləri öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcları yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir.
11. Cavabdeh2 "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2005-ci il tarixli G-10/skmf saylı ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əm laka dair ipoteka qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin ipoteka qeydiyyatı 22 aprel 2005-ci il tarixli G10/skmf saylı ipoteka müqaviləsinə əsaslanmış, həmin müqavilənin təminatı isə 22 aprel 2005-ci il tarixli kredit müqaviləsinin, yəni artıq öhdəliyi icra olunmuş müqavilənin icrası ilə bağlı olmuşdur. Digər tərəfdən ilkin iddia üzrə iddiaçının istinad etdiyi 06 may 2009, 16 aprel 2010, 05 mart 2012 və 29 may 2012-ci il tarixli kredit müqavilələrinin icrasının təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqavilələrinin heç biri dövlət qeydiyyatına alınmamışdır.
13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim A.Tağıyev) 01 noyabr 2016-cı il tar ixli, 2(009)-29/2016 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 06 may 2009- cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 3526,56 ABŞ dolları məbləğində faiz borcu və 10 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 3536,56 ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə tələbin "xxxx" MMC-yə məxsus və 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməsi, avadanlığın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin 3536,56 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının "xxxx" ASC-nin hesabına ödənilməsi, qalan məbləğin "xxxx" MMC-yə verilməsi, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının Cavabdeh5, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, dövlət rüsumu üçün ödənilmiş 30 manatın cavabdeh "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi və ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianı n təmin edilməsi, "xxxx" ("xxxx") ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair ipoteka qeydiyyatının ləğv edilməsi, ekspertiza tədqiqatlarının ümumi dəyərinin "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutulması qət edilmişdir.
14. Məhkəmənin mövqeyinə görə, ilkin iddia tələbində göstərilən kredit müqavilələri üzrə eyni ipoteka predmetini özündə əks etdirən 22 aprel 2005-ci il tarixli G10/SKMF saylı ipotek a müqaviləsinə 5, 7, 8 və 9 saylı Əlavələr göstərilsə də, ipoteka müqaviləsinə həmin əlavələr ilə bağlı əlavə qeydiyyat aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Bundan əlavə, 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış 2290 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh4 məxsus qeyri-yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) "xxxx" ASCyə ipotekaya qoyulmaqla müvafiq olaraq ipotekanın dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarış məhkəməyə təqdim edilsə də, 0 5 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı adıçəkilən ipoteka predmeti üzrə bağlanmış İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsinin əlavə qeydiyyatı aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir.
15. Məhkəmə həmçinin müəyyən etmişdir ki, 06 may 2009-cu il tarixli K002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə müvafiq kredit məbləğlərinin kreditor tərəfindən borcalana faktiki olaraq ödənilməsini təsdiq edə biləcək kassa məx aric orderi və ya ödəniş tapşırığının təqdim edilməsi tələb olunsa da, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəmə sorğusuna əsasən yalnız 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqaviləsi üzrə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi təqdim edilmiş, digər müqavilələr üzrə isə hüquqi şəxs olan "xxxx" MMC-yə kreditin verilməsini təsdiq biləcək ödəniş tapşırıqları təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi adıçəkilən 06 may 2009-cu il tarixli K002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqavilələri üzrə kredit ödənişlərinin həyata keçirilməsini təsdiq edən sənədlərin təqdim oluna bilməməsinin səbəbi kimi, həmin sə nədlərin müddət keçməsi ilə bağlı məhv edildiyini göstərsə də, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli müqavilə ilə eyni ildə bağlanan 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqavilə üzrə ödəniş tapşırığının məhv edilməsinin səbəbini izah edə bilməmiş, habelə 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinin əvvəlki kredit öhdəlikləri üzrə restrukturizasiya məqsədi ilə bağlandığını bildirmişdir. Məhkəmə hesab etmişdir ki, borclu tərəfindən 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli və 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqavilələri üzrə ödənişlər həyata keçirilmiş, belə olduğu təqdirdə isə müqavilələr üzrə kredit borcun faktiki olaraq götürülməsi mübahisə doğurmur. Eyni zamanda 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli müqaviləsi üzrə demək olar ki, borcun ödənilməsi halı təsdiq olunmadığından və müqavilə üzrə borc ödənilmədiyi halda bir neçə ay sonra 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin verilməsinin mümkünlüyü inandırıcı hesab edilmədiyindən, həmin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə faktiki olaraq kreditin verilmədiyi qənaətinə gəlməyə imkan verir.
16. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia ərizəsinə əlavə edilmiş 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsinin cavabdeh "xxxx" MMC tərəfindən imzalanması mübahisə doğurmasa da, iddiaçının məhkəməyə həmin pulun cavabdehə verilməsini təsdiq edən hər hansı əlavə sübutları təqdim edə bilməməsi, habelə cavabdehin həmin pulu alması nı inkar etməsi kredit məbləğinin borcalana ödənilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda kredit müqaviləsinin imzalanması tərəflər arasında şərtləşdirilmiş öhdəlikləri nəzərdə tutan müqavilənin bağlanmasını təsdiq etsə də, kredit məbləğinin borcalana verilməməsindən ibarət işin faktiki halları borcverən tərəfindən kredit müqaviləsi üzrə götürülmüş ilkin öhdəliyin icra edilməməsinə dəlalət etməklə, borcalan "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə pulun qaytarılmasından ibarət öhdəliyinin yaranmasını və icrasını istisna edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" ASC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulmasına dair hissədə iddi a təmin edilə bilməz.
17. Məhkəmə 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə əsas və faiz borcunun həcmini müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür.
18. İlkin iddia tələbinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaklara yönəldilməsinə dair məsələ ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə kredit ödənişinin faktiki olaraq kreditor tərəfindən borcluya verilməsi təsdiq olunmadığından və bu əsasla qeyd olunan kredit müqaviləsi üzrə borcun tutulması istisna olu nduğundan, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə irəli sürülmüş ilkin iddia tələbinin cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mülkiyyətlərində olan daşınmaz əmlaklara yönəldilməsi hissəsi də təmin edilməməlidir.
19. Həmçinin, 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə ilkin iddia tələbinin Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaka yönəldilməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 öz mülkiyyətində olan əmlakı hazırki iş üzrə cavabdeh "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K002/OPEC nömrəli, 16 aprel 2010cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.2 90512.00001 nömrəli kredit müqavilələri üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq deyil, 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmadığından və hazırki mülki iş üzrə irəli sürülmüş tələblərə görə məsuliyyət daşımadığından ilkin iddia tələbinin Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi hissəsi təmin edilməməlidir.
20. Bununla yanaşı, göstərilən kredit müqavilələrindən yalnız 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə yaranmış borc 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməlidir. 21. 16 aprel 2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi üzrə ekspertiza rəy i ilə təsbit olunmuş əsas borc və cərimə borcu ilə bağlı ilkin iddia ərizəsində tələb irəli sürülmədiyindən, faiz borcunun isə 0,00 manat olması müəyyən olunduğundan adıçəkilən kredit müqaviləsi üzrə borcun tutulması qeyri-mümkün hesab edilməklə, mövcud olmayan borcun Cavabdeh4 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsində istifadədə olan 0,01054 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m və köməkçi sahəsi 51,6 kv.mdən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (14 saylı meyvə-tərəvəz mağazası) yönəldilməsi də yolverilməzdir.
22. Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv. m sahədən ibarət fərdi yaşayış evi "xxxx" ("xxxx") ASC-yə yalnız 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoyulması qeydiyyata alındığından, habelə məhkəmənin tələb etməsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyin hələ də mövcud olması ilə bağlı "xxxx" ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən, qeyd olunan öhdəliklər icra olunmuş hesab olunmaqla qarşılıqlı iddia ərizəsi təmin edilməli, 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatı ləğv edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsin dəki birinci icraat
23. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsinin qismən, iddia tələbinin 16 aprel 2010-cu il tarixli 2290 saylı və 06 may 2009-cu il tarixli K002/OPEC saylı kredit müqavilələri üzrə borcun tutulması hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Həmçinin cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsinin qismən, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344 081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının Cavabdeh5, "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi hissədə qismən, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızından digər cavabdehlərlə müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsi ilə (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Anar Tanrıverdiyev) iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, verilmiş apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar vermir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Qətnamədən iddiaçı ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Həmçinin cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qız ı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşad Şamayev (məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov) 2(102)-3181/2022 nömrəli, 02 avqust 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
30. Kassasiya instansiya m əhkəməsinin mövqeyi və göstərişləri ondan ibarət olmuşdur ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin “iddiaçının kassa məxaric orderini təqdim etməməsi və tələbin həmin daşınmaz əmlaklara yönəldilməməsi” barədə mövqeyini mübahisələndirərək qeyd etmişdir ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış vəsait kassadan məxariclə deyil, tərəflər arasında razılıq əsasında cavabdehin digər müqavilələr üzrə banka olan borclarından silinmiş və bu dəlilinin sübutu qismində cavabdehin hesabından çıxarışını həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, o cümlədən 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin cavabdehin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanması məsələsini araşdırmamış və yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu göstərməklə apellyasiya şikayətini təmin etməmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin təmin edilməsi” barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi birinci instansiya məhkəməsinin sonuncu (01 noyabr 2016-cı il tarixli) iclasında təqdim olunmuş və həmin tarixli məhkəmə iclas protokolunda, (eyni ilə də əvvəlki protokollarda) məhkəmənin bankın nümayəndəsindən qətnamədə göstərildiyi kimi 22 aprel 2005-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin vəziyyəti barədə hər hansı m əlumat istənilməsi öz əksini tapmamışdır. Qarşılıqlı iddianın məhkəmənin sonuncu iclasında verilməsi nəzərə alınaraq isə, həmin tələb üzrə cavabdehin ona qarşı etirazlarını və sübutlarını təqdim etmək imkanını istisna etmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin edərkən bununla bağlı hər hansı maddi hüquq normasına istinad etməmişdir.
32. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 cavabdehlər "xxxx" ASC və Cavabdeh5 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə görə hazırki mülki işin icraatını dayandırsa da, həmin işlə bağlı qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tətbiqi üzrə Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. d) Apellyasiya instansiyas ı məhkəməsindəki ikinci icraat
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) 18 oktyabr 2022-ci il tarixli, 2(103)-502/2022 nömrəli qətnaməsi ilə "xxxx" ASC-nin apellyasiya şikayəti qismən, cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsinin iddianın "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbin rədd olunması hissədə ləğv olunması, iddianın həmin hissədə qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428798,59 manat əsas borc, 106139,68 manat faiz borcunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsinin, həmçinin “29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv olunması, iddianın həmin hissədə Cavabdeh2 münasibətdə təmin olunmaması qət edilmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə d əyişdirilmədən saxlanılmışdır.
34. Kassasiya instansiyasının göstərişlərinə əsasən apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4043 saylı rəyinə əsasən "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli, 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 05 mart 2014-cü il tarixə 428798,59 manat əsas borcu, 106139,68 manat faiz borcu, müqavilə müddətinin bitdiyi 05 mart 2014-cü il tarixdən 17 dekabr 2014cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz məbləği isə 16794,61 manat müəyyən edilmişdir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" MMC tərəfindən banka ödəniş aparılmamışdır. Qeyd edilən ekspertiza rəyindən həmçinin göstərilmişdir ki, təqdim edilmiş iş materiallarından və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 05 mart 2012-ci il tarixli, 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 455000 manat pul vəsaiti 29 mart 2012-ci il tarixdə müəssisənin hesabına köçürülmüş, bundan sonra bank tərəfindən həmin vəsait aşağıdakı şəkildə silinmişdir: - RS2201 nömrəli kredit müqaviləsinə 195981 manat, - RS2290 nömrəli kredit müqaviləsinə 249871,49 manat, Verilmiş kredit üzrə komissiyaya 4550 manat, - Əvvəlki borclar üzrə (overdraft) 2499,01 manat, - RS2201 nömrəli kredit müqaviləsinə 885,14 manat - 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinə 1213,33 manat. Tərəflər arasında bağlanmış 05 mart 2012-ci il tarixli kredit müqaviləsinin 8.1.5-ci bəndinin 4-cü hissəsinə əsasən kreditor borcalanı qabaqcadan xəbərdar etməd ən kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada borcalanın cari, valyuta və ya digər hesablarından silmək hüququna malik olmuşdur.
35. İşə təkrarən apellyasiya qaydasında baxan məhkəmə kollegiyası müəyyən etmişdir ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş 455000 manat pul vəsaitinin əsas hissəsi cavabdeh "xxxx" MMC-nin yuxarıda qeyd edilmiş əvvəlki kredit müqavilələri üzrə mövcud olan borclarının bağlanmasına yönəldilmiş, bu səbəbdən də obyektiv olaraq həmin kredit məbləğinin cavabdehə təqdim olunması barədə kassa məxaric orderi mövcud olmamışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə faizlərin tutulmalı olmamasını bildirsə də, etirazını əsaslandıra bilməmişdir. halbuki, kredit müqaviləsində kredi tin faizlərlə verilməsi şərtləndirilmişdir. Kredit məbləğinin cavabdehin digər öhdəliklərinə yönəldilməsi halı da vəziyyəti dəyişdirmir. Cavabdehin nümayəndəsi həmçinin 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 61288,46 manat ödənişin həyata keçirilməsini, həmin məbləğin ümumi borcdan çıxılmalı olmasını bildirsə də, ekspertiza rəyində görünür ki, qeyd edilən məbləğ nəzərə alınmaqla qalıq borc müəyyən olunmuşdur.
36. Məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qeyd edilən kredit müqaviləsi üzrə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, yalnız kassa məxaric orderinin mövcud olmamasına əsaslanmaqla iddianı həmin hissədə təmin etməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. B u səbəbdən də iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissədə ləğvinə tam əsasdır.
37. Bundan başqa məhkəmə kollegiyası müəyyən etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G10/SKMF saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 8 saylı Əlavə müqavilə, həmçinin "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 21 aprel 2010cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı Əlavə müqavilə bağlansa da, həmin əlavə müqavilələr (sonrakı ipoteka yüklülüyü) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilən halı iddiaçının nümayəndəsi də təkzib etməmiş, eyni zamanda əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim ed ə bilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına yazılı izahatı ilə bildirmişdir ki, əsas ipoteka müqavilələrin bağlanmasına əsas olan əvvəlki öhdəliklər (22 aprel 2005-ci il tarixli kredit müqaviləsi və s.) üzrə mübahisə mövcud deyildir, borclar bağlanmışdır.
38. Məhkəmə kollegiyası kassasiya instansiyasının qeyd edilən hissədə göstərişlərini araşdırdıqdan sonra 22 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinin bağlı olduğu 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsi üzrə öhdəliyin mövcud olmamasını müəyyən etmişdir.
39. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən mübahisələndirilən digər kredit müqavilələri (06 may 2009-cu il tarixli kredit müqaviləsi, 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi) üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ekspertiza rəyi ilə faiz borcunun olmaması müəyyən edilmiş, iddiaçı bu hissədə qətnamə ilə razılaşmasa da dəlillərini əsaslandıra bilməmişdir.
40. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-186/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə və Cavabdeh5 qarşı “kredit müqaviləsinin və zaminlik müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası qismən təmin olunmuş, "xxxx" ASC ilə zamin Cavabdeh2 və borcalan Cavabdeh5 arasında bağlanmış 29 may 2012-ci il tarixli, 100.CL.290512.00001/c saylı zaminlik müqaviləsinin etibarsız sayılması qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə 05 dekabr 2018-ci il tarixdə qanuni q üvvəsini almışdır. İddiaçının nümayəndəsi də qətnamədən məlumatlı olmalarını, həmin qətnaməni mübahisələndirmədiklərini bildirmişdir.
41. Məhkəmə kollegiyası bu hissədə Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsini tətbiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 29 may 2012- ci il tarixli kredit müqaviləsi üzrə zaminliyi mövcud deyil və müqavilə məhkəmə tərəfindən etibarsız sayılmışdır. Belə olan halda isə birinci instansiya məhkəməsi 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun həmçinin zamin kimi Cavabdeh2 tutmaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də qətnamə qeyd edilən hissədə apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia tələbi Cavabdeh2 münasibatdə təmin olunmamalıdır.
42. Məhkəmə kolle giyası gəldiyi nəticələri Mülki Məcəllənin 442, 385.1, 739-cu; “İpoteka haqqında” Qanunun 9.1, 10.2, 10.4, 11.1-11.3, 48.1-ci; Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 82.3, 107, 119.1, 385-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdeh "xxxx" MMC (vəkili Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-502/2022 saylı qətnaməsinin qismən, “cavabdeh "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428798.59 manat əsas borc, 106139.68 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin” hissəsində ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsin ə göndərilməsini xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarət olmuşdur: 45. – Məhkəmə baxışı zamanı təyin olunmuş mühasibatlıq ekspertizasının 18 mart 2022-ci il tarixli, 9/9540 saylı ekspert rəyində göstərilmişdir ki, "xxxx" ASC tərəfindən Azərbaycan RespublikasıMərkəzi Bankının xx.xx.2008-ci il tarixli “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.19-cu maddəsinin tələbləri pozulmuşdur. Bank tərəfindən “Problemli kreditlərin tənzimlənməsi” qaydaları həyata keçirilmədən qeyd olunan kredit müqaviləsi əsasında "xxxx" MMC-yə ayrılan pul vəsaitini müqavilədəki təyinatdan kənar istiqamətə yönəldilmişdir. Həmin vəsaitin müqavilədən kənar təyinat üzrə yönəldilməsinə "xxxx" MMC-nin qanuni təmsilçisinin hər hansı aksepti olmamasına baxmayaraq məhkəmə qətnaməsinə bu hala qiymət verməmişdir. 46. – xx.xx.2012-ci il tarixdə 455.000,00 manat məbləğində kredit vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür və "xxxx" ASC tərəfindən həmin gün "xxxx" MMC-dən xəbərsiz, ödəniş tapşırığı və ya sərəncamı olmadan ayrılmış kredit məbləğini "xxxx" MMCnin digər kredit borclarına silmişdir ki bununla da "xxxx" ASC “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi bu qanun pozuntusuna rəğmən "xxxx"ASC ilə "xxxx" MMC arasında bağlanmış 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinə əsasən ayrılmış kreditin "xxxx" MMC tərəfindən təyinatı üzrə işlədilməsinə bank tərəfindən macal verilməməsi, mane olmasını nəzərə alınmamış və həmin məbləğ ü zərinə "xxxx" ASC tərəfindən faiz hesablanaraq tələb edilməsini əsaslı hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
47. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
51. Maddə 739.1. İştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
61. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
63. Hazırkı kassasiya şikayətində qətnamə kassator tərəfindən “"xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması” hissəsində mübahisələndirildiyindən apellyasiya instan siyası məhkəməsinin aktı yalnız bu hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
64. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
65. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiy a qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-502/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi