Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2340/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5037/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1-G-1-0-1304-14 saylı, 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı1 İnvestisiya Kommersiya ASC tərəfindən Cavabdeh4 60 ay müddətinə illik 25 % ödəmək şərtiilə 31.200 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 1-G-1-0-1304-14 saylı, 25 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsi kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu,Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m. ümumi, 38.71 kv.m. yaşayış, 27.3 kv.m. yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzili Banka ipoteka predmeti kimi yüklü etmişdir və ipoteka predmetinin dəyəri 62.000 manat məbləğində qiymətləndirilmişdir.
3. HD/M 1535 Ns-li, 08 may 2017-ci il tarixli bildirişlə, X1 tutmanın ipote ka predmetinə yönəldilməsi barədə Bank tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 İddiaçı1 ASC-nin xeyrinə 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 27.597,97 ABŞ dolları əsas, 10.000,04 ABŞ dolları faiz, 418.72 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.016,73 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və borcun mənzilin hərracda satışından əldə olunan vəsaitin hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət e tmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma Cavabdeh1 məxsus olan mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayon, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin 99 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, habelə Cavabdeh4 ilə Bank arasında bağlanmış 25 noyabr 2014-cü il kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra Bank ərziə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 vəfat etdiyindən ona münasibətdə iddia həcminin tələbini azaldaraq və cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 v ə Cavabdeh5 münasibətdə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Anar Qasımov) 09 iyul 2018-ci il tarixli, 2(008)-359/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 cəmi 38.016,73 ABŞ dolları borcun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73.000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir.
7. Məhkəmə tərəfindən m üəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh4 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir.
8. Məhkəmə tərəflər arasında kredit və ipoteka müqavilələri bağlandığı vaxtdan müddət keçdiyini nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin 99 saylı mənzilinin hərracda ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə "xxxx" MMC-in 17 aprel 2018-ci il tarixli qiymətləndirmə hesabatı almışdır. Həmin hesabatın nəticələrinə görə ipoteka predmetinin mövcud olan bazar qiymətlərinə uyğun olduğu nəzərə alınmışdır. Bu baxımdan belə nəticəyə gəli nmişdir ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 73.000 manat məbləğində müəyyən edilməlidir.
9. Məhkəmə hesab etmişdir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.
10. Məhkəmə bildirmişdir ki,cavabdehin ipoteka ilə yüklü edilmiş mənzildən istifadə hüquqlarının itirilməsinə dair iddia qaldırmaq hüququ yalnız mənzilin yeni mülkiyyətçisinə mənsub ola bildiyindən cavabdehlərin həmin mə nzildən istifadə hüquqlarına xitam verilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
11. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilmə üsulu və qaydasına münasibətdə hesab etmişdir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı il ə ödənilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9, 34.1.1, 34.1.2, 39.3.3,59.3-cü maddələrinə, Mülki Məcəllənin 152.1,203.1, 385.1,739.1,739.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsi ilə əlaqədar tərtib edilmiş qrafik üzrə ödəmələr lazımınca ye rinə yetirilməmişdir.Əslində isə məhkəmə cavabdeh olaraq adları qeyd edilən şəxsləri, o cümlədən onu məhkəməyə çağırmamış, ünvanlarına heç bir bildiriş göndərilməmiş və ona görə də məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişlər. Məhkəmə ən əvvəl sözügedən mənzilin düzgün qiymətləndirilməməsinə və ya onun əsl dəyərindən xeyli ucuz qiymətə dəyərləndirilməsinə diqqət yetirməmiş, iddiaçı tərəfindən borcun düzgün hesablanmamasını, kredit müqaviləsi üzrə illik faizlərin vaxtından tez ümumi borcun üzərinə hesablanmasını, mübahisənin qanuni və ədalətli qaydada həll edilməsi məqsədilə müvafiq ekspertiza keçirilməməsini nəzərə almadan və bu kimi digər hallara hüquqi qiymət vermədən həmin qətnaməni çıxarmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd edilənləri n və dolların məzənnəsinin artması ilə qiymətlərin sürətlə artması nəticəsində ailə vəziyyətinin əhəmiyyətli formada və kəskin surətdə ağırlaşması kimi halları da nəzərə almamışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli və cavabdeh tərəfin indiyə kimi ödəmiş olduğu pullarin bir hissələrinin qanunsuz olaraq əsas borcdan deyil, faizlərə görə silinməsi halını nəzərə alaraq həmin məbləğlərin hesablanaraq əsas borcdan silinməsindən sonra qalan məbləğin borc məbləği kimi qaytarılması barədə qətnamə çıxarılmalıdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 2(103)-5037/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmə yərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etməmiş və apellyasiya şikayətinin dəlilərinin sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kifayət qədər müddətinin ötməsi və borcluların kredit və ipoteka müqavilələri üzrə vəzifələrinin bilməli olması, habelə məlumatlandırmaması dəlilərinə rəğmən onların ünvanlarının dəyişməsi barədə məlumat vermək öhdəliyi hasil olmuş qənaəti bir daha təsdiq edir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni “İpoteka ha qqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.3, 47.4, 59-cu maddələrinə, Mülki Məcəllənin 269-270, 309.1, 319.1, 324, 372-385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 467, 550-554, 556, 560, 739, 741, 743, 744-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülki hüquqlarından suiistifadə etmiş, nəticədə isə cavabdehlərə maddi ziyan vurulmasına Azərbaycan RespublikasıMülki Məcəlləsinin 16.1-ci və 425.1-ci maddəsinin tələblərinin pozulmasına səb əb olmuşdur. Cavabdeh1 ərizə ilə müraciət edərək, işə apellyasiyainstansiyasıməhkəməsində baxılarkən bankların, iddiaçı banka, ondan ona və məhkəməyə borclara dair əvvəlki və yeni hesabdan çıxarışın verilməsinə dair sorğu göndərilməsini xahiş edərkən məhkəmə iddiaçıya həmin hesabatın məhkəməyə və cavabdehlərə təqdim edilməsini tapşırmış, lakin tərəf buna hələ də əməl etməmişdir. Hətta, məhkəmə iclasından sonra xx.xx.2022-ci il tarixdə, saat 16.25 radələrində həmin banka gedib rəhbərliklə şəxsən görüşərək həmin hesabatı istəmiş, lakin tərəf bundan qanunsuz olaraq yenə də imtina etmişdir. Cavabdeh banka dəfələrlə hesabdan çıxarışın ona verilməsini tələb edərək ağalabatan məbləğdə hesablanacağı təqdirdə borcu tam olaraq ödəmək istədiyini, bildirmiş, məhkəmədə də bunu bildirmiş, bir daha bildi rirər. Digər tərəfdən üç otaqlımənzilinin əvvəlki dəyəri də düzgün hesablanmamış, səhvən 73.000 manat göstərilmiş, o vaxtdan indiyədək xeyli qiymət artımı olmuş, məhkəmə isə bunları nəzərə almalı olmalı olsa da bunu nəzərə almamışdır. Onun hazırkı dəyərinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 148 saylı qiymətləndirmə hesabatını əldə etmişdir. Onu məhkəməyə təqdim etmişdir. Həmin qiymətləndirməyə əsasən sözügedən üç otaqlımənzilinin dəyəri 73.000 manat deyil, məhz 105.000 manatdır. Sonra işdən guya onlar cavabdehlərə göndərilmiş bütün bildirişlərin xəbərnamələrinin surətlərini çıxarmış və məlum olmuşdur ki, həmin bildiriş xəbərnamələrinin heç birində cavabdehlərin imzaları yoxdur, bəzi bu növ sənədlərdə imzalar saxtalaşdırılmış, bəzilərində məsələn Daşınmaz Əm lakların Satışı üzrə Hərrac Mərkəzinin xəbəmamələrində isə ümumiyyətlə imzalar mövcud deyildir.Məhkəmə həmin imzaların cavabdehlərə aid olmamasını, məhkəməyə təqdim etdiyi mənzilin hazırda 105.000 manat dəyərində qiymətləndirməsinə dair hesabatı nəzərə almalı, əks təqdirdə imzaların həqiqiliyinə, borcun hesablanmasına və mənzilinin hazırkı qiymətləndirilməsinə dair müvafiq ekspertiza təyin edilməlidir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuş, işə faktlar əsasında baxılmamış, iş üzrə əhəmiyyətli bütün faktiki hallar araşdırılmamış, düzgün olmayan hüquq normalarına istinad edilmiş, və nəticədə Cavabdeh1 hüquqlarını kobud surətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Məhkəmə baxışı zamanı Cavabdeh1 haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
25. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər.
31. Maddə743.1. Kredit müqaviləsinə görə borcverən pu l vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.
32. Maddə744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
33. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır:
34. Maddə 34.1.1. əsas öhdəliyin, ya xud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;
35. Maddə 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi;
36. Maddə 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
37. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
38. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
39. Maddə 47.4. Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin sat ışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2.Apellyasi ya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Cavabdeh1 kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
52. Kassasiya instansiyası məhkəməsi hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübah isələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
54. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın mübahisələndirilən hissədə rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən onlar arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər.
56. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlandığı vaxtdan müddət keçdiyini nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsi, 4 saylı evin 99 saylı mənzilinin hərracda ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə "xxxx" MMC-in 17 aprel 2018-ci il tarixli qiymətləndirmə hesabatı alınmışdır. Həmin hesabatın nəticələrinə görə ipoteka pre dmetinin mövcud olan bazar qiymətlərinə uyğun olduğu nəzərə alınmışdır. Ona görə də ipoteka predmetinin hərracda ilkin satış qiyməti 73.000 manat məbləğində müəyyən edilmişdir.
57. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran əsaslar müəyyən etməmiş və apellyasiya şikayətinin dəlilərini sui-istifadəyə yönəlmiş hallar kimi qiymətləndirmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kifayət qədər müddətin ötməsi və borcluların kredit və ipoteka müqavilələri üzrə vəzifələrini bilməli olmaları anlamına gəlməyə əsas verir.
59. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instans iyası məhkəməsi onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2022-cü il tarixli, 2(103)-5037/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a