Məhkəmə qərarları › İş №2(102)-1292/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1292/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1292/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1292/22 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi, apellyasiya şikayətinin qeyr-mümkün sayılması, prosessual normaların pozulması) Bakı şəhəri, 14 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmi yyəti "xxxx" Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12284/2021 nömrəli, 15 dekabr 2021ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 21 sentyabr 2015-ci il tarixli 100/00/1297 17/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 86145,35 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 60 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 90 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə yönəldilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-493/2021 nömrəli, 22.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 70976,59 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı n müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat ipotekanın qeydə alınması üçün ödənilmiş məbləğin Cavabdeh1 iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının xeyrinə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi /0,06 ha torpaq sahəsinə və Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986 a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinə yönəldilməsi, açıq hərracdan satılaraq əldə olunan vəsait hesabına borcun "xxxx" KB QSC-yə ödənilməsi, Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı ba ğ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin - likvid dəyərinin 146000 manat məbləğində, Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 986a saylı bağ sahəsinin bir hissəsi/0,06 ha torpaq sahəsinin ilkin satış qiymətinin - likvid dəyərinin 228000 manat müəyyən edilməsi qət edilmişdir. (hakim Aytən Novruzova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayət verib, qətnamənin ipoteka predmetlərinin qiyməti hissəsində ləğv edilməsi, ipoteka predmetlərini ümumi dəyərinin 131000 manat olmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12284/2 021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki işin Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Rəfael Eyvazov)

5. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan (səhifə 177) poçt xəbərnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(005)- 493/2021 saylı qətnaməsini Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı 14 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada qəbul etmişdir. İddiaçı apellyasiya şikayətini 16 noyabr 2021-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra Elektron qaydada vermişdir. Eyn i zamanda iddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də verməmişdir.

6. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 360, 363.1.3 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil2 Füzuli qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olm amışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

9. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

10. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğ vi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.

11. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

13. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının apellysasiya şikayətini qeyri-mümkün sayarkən iş materiallarındakı poçt xəbərnaməsinə əsasən (i.v. 177) Nərimanov Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli qətnaməsinin iddiaçı tərəfinən 14 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə, apellyasiya şikayətinin isə 16 noyabr 2021-ci il t arixdə verilməklə prosessual müddətin ötməsinə istinad etmişdir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsini istinad etdiyi həmin poçt xəbərnaməsində iddiaçı bank tərəfindən qətnamənin 18 oktyabr 2021-ci ildə qəbul edilməsi qeyd edilib. Poçtun təqvim ştampında da 19 oktyabr 2021-ci il tarixi göstərilib. Poçt xəbərnaməsində yazı ilə 14 oktyabr 2021-ci il tarixinə aid olan qeyd isə poçt şöbəsinin qeydidir. Buna görə də məhz həmin poçt xəbərnaməsinə istinadən şikayətin müddət ötürülməklə verilməsi barədə gəlinən nəticə düzgün sayıla bilməz. Çünki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Bu baxımdan, apellyasiya məhkəməsi apellyasiya şikayətini qeyri-m ümkün sayarkən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

16. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmalıdır.

17. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12284/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş iddiaçının apellyasiy a şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar