Məhkəmə qərarları › İş №2(102)-3884/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3884/2023

15.11.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3884/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə pul tələbi, podrat müqaviləsi üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)2142/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 29 dekabr 2007-ci il tarixli 5221 və 5222 saylı müqavilələr ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, 8 saylı binanın birinci blok, hər biri 2 otaqdan, ümumi yaşayış sahələri 82,11 kv.metr olan müvafiq olaraq 155 və 156 saylı mənzilləri İddiaçı satmış, tərəflərin qarşılıqlı razılaşmasına əsasən müvafiq olaraq 43600,65 manat (bir kv.metr üçün 531 manat) və 41876,10 manat (bir kv.metr üçün 510 manat) məbləğində vəsait alıcı tərəfindən ASC-yə tam ödənilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xid məti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışlara əsasən İddiaçı mülkiyyəti kimi 09 oktyabr 2020-ci il tarixdə qeydə alınmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 8, 186 saylı mənzilin (yeni qaydalarla: AZ1040, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yerləşən 187 saylı mənzilin (yeni qaydalarla: m7) 70,90 kv.metr təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5221 saylı müqaviləyə əsasən əlavə ödənilmiş 5952,51 manat, 5222 saylı müqaviləyə əsasən isə əlavə ödənilmiş 5717,10 manat olmaqla, ümumilikdə hər iki müqaviləyə əsasən tərəfindən artıq öd ənilən cəmi 11669,61 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya cavabdehdən alınan mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 daşınmaz əmlakın dövlət reyestri xidmətindən verilmiş olan çıxarışa əsasən 155 və 156 saylı mənzillərin dair hər birinin ayrılıqda ümumi sahəsinin 70,90 kv.metr olaraq göstərilmişdir. Hər iki mənzilə dair müqavilədə qeyd edilən kv.metrlə çıxarışla təsdiq olunan ümumi sahə arasında kifayət qədər fərqlər mövcuddur. Sadə riyazi hesablama qaydası ilə hər mənzilə görə 11,21 kv.metr üçün əlavə pulun iddiaçı tərəfindən ASC-yə ödənilməsi müəyyən olunur. Bundan əlavə, həmin evlər bir-biri ilə divar qonşusudur. Buna baxmayaraq, hər iki evdə 1 arakəsmə, divara görə əlavə kv.metr hesablanaraq pul ödətdirilmişdir. Beləliklə, 5221 saylı müqavilədə əlavə olaraq 5952,51 manat, 5222 saylı müqavilədə isə əlavə olaraq 5717,10 manat pul ödənilmişdir. Həmin artıq ödənilmiş məbləğ geri qaytarılmalıdır.

5. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 ərizə verərək, iddia müddətinin tətbiq edilməklə, iddiadan imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən 29 dekabr 2007-ci il tarixli 5221 və 5222 saylı alqı-satqı müqavilələri əsasında 2 mənzil almışdır. Cavabdeh tərəfindən mənzillər iddiaçıya təhvil verilərkən, iddiaçı təhvil-təslim aktında binanı n və mənzilin inşa olunmasına dair heç bir pretenziyasının olmadığını təsdiq etmişdir. İddiaçı mənzilləri təmir etmiş, ötən bu müddət ərzində orada yaşamış və mənzillərin sahəsi ilə bağlı cavabdehə qarşı heç vaxt hər hansı pretenziyası olmamışdır. 14 ildən sonra onun əsassız iddialarla məhkəməyə müraciət etməsi qanunsuzdur.

7. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 noyabr 2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binanın 1 blok, 156 saylı və Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 8 saylı binanın 1 blok, 155 saylı mənzilin hər birinin ümumi sahəsi ayrı-ayrılıqda Azərbaycan Respublik ası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 70,9 kv.m təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 156 saylı 2 otaqdan ibarət və Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 8 saylı binanın 1 blok, 155 saylı 2 otaqdan ibarət mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)102/2022 nömrəli qətnaməsi ilə (hakim S.İ. Ədilova) iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 5221 nömrəli 29 dekabr 2007-ci il tarixli və 5222 nömrəli 29 dekabr 2007-ci il tarixli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin 1.1ci bəndlərinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərilmişdir.

10. Göründüyü kimi, qeyd edilən müqavilələr üzrə müvafiq mənzillərin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sa həsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 82,11 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisənin kökündə duran mənzillərin sahələri məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 82,11 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 70,90 kv.m təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 82,11 kv.metr təşkil edir.

12. Yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarını n, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır.

13. Məhkəmə, iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olduğundan həmin tələbə iddia müddəti şamil edilməməlidir.

14. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 384.0.4, 390, 42 1.1, 421.2, 437.1, 568.1, 577.1, 578.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)-102/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsi ilə (hakim C.C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər M.A.Məmmədovun və E.C.Kazımovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)-102/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan ölçüdə olması qənaətinə gəlməklə, işin həqiqi hallarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 8 saylı evin 155 və 156 saylı mənzillərinin hər birinin müvafiq azaltma əmsallara vurulmamış ümumi sahəsinin ölçüsü 82,1 kv.m deyil, 73,2 kv.m təşkil edir.

18. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2007-2010-ci illərdə ona təhvil ver ilmiş mənzilin ölçülərinin müqavilədə göstəriləndən az olması əsası ilə dəymiş zərəri tələb etmək üzrə subyektiv hüquqa malik olmuşdur. Çünki iddiaçının mülkiyyətinə verilmiş mənzilin sahəsi hesablanarkən azaltma əmsalları tətbiq olunmadıqda həmin mənzilin faktiki sahəsinin 73,2 kv.metr təşkil etdiyi müəyyən olunur və bu ölçü mənzillərin faktiki sahəsinin müqavilədə göstərilən sahəsindən 8,9 kv.m (82,1-73,2) azdır. Lakin əsaslı olan hazırki iddia iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən rədd olunmalıdır.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri təşkil edir və işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair müvafiq təhlil aparılmalıdır. Belə ki, mübah isəli müqavilələrin alğısatqı müqaviləsi kimi adlandırılmasına baxmayaraq, bu müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri belə deməyə əsas verir ki, onların arasında podrat müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən podratçı (cavabdeh) müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi (iddiaçı) isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi, iddiaçı müqaviləyə uyğun məbləğdə ödəniş etmək vəzifəsini tam şəkildə icra etsə də, cavabdeh müqavilədə nəzərdə tutulan ölçüdə mənzil təhvil vermək üzrə vəzifəsini icra etməməklə iddiaçını, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir.

20. Beləliklə, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır.

21. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 14 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

22. Tərəflər arasında bağlanmış 29 dekabr 2007-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı 24 ay müddətində təhvil verəcək. Məhkəmə baxışı zamanı ixtisasca inşaatçı olan iddiaçı verdiyi izahatında göstərmişdir ki, o, mübahisəli mənzilləri çıxarış alınmamışdan əvvəl 2010-2011-ci ildə təmir etməyə başlamışdır.

23. Apellyasiya məhkəməsi iddiaçının mənzillərin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlil ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2010-2011-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, m ənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzilin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.

24. Beləliklə, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, işin həqiqi hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını işin halların a uyğun şəkildə tətbiq etməmiş, hazırkı mübahisəni həll edərkən aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 752.1, 762.1, 762.2, 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələri, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 372, 752.1, 762.1, 762.2, 776.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrini düzgün tətbiq etməmiş, Mülki Prosessual Məcəllənin 14.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.

28. Belə ki, məhkəmə müqaviləni podrat müqaviləsi olaraq qəbul etmişdir. Bu isə özlüyündə məhkəmənin tərəflərin iradə ifadəsinin ziddinə gedərək müqavilə formasının dəyişdirərək, buna uyğun ona hüquqi qiymət verməsidir ki, bu da maddi hüquq normasının kobud pozuntusudur. Faktiki olaraq münasibət alğı-satqı müqaviləsindən, onun əsasında yaranan mülkiyyət hüquqları ilə bağlı tələblərdən irəli gəlir ki, həmin tələbl ərə Mülki Məcəllənin 384.0.6-cı maddəsinə əsasən iddia müddəti şamil edilməməlidir. Məhkəmə mənzilin sahəsini yoxlamaq vəzifəsini iddiaçının üzərinə qoymuşdur ki, bu nə işgüzar, nə də hüquqi münasibətlərə uyğun deyildir. Halbuki, işdə müvafiq ekspertiza rəyi mövcuddur və həmin rəydə də məhkəmənin yekunda gəldiyi əsasa, yəni iddianın əsaslı olması qənaətinə gəlməsinə əsas olan faktlar qeyd edilmişdir. Məhkəmə, alğı-satqı müqaviləsində ümumi sahə deyil, məhz yaşayış sahəsi ilə bağlı müddəalar öz əksini tapmasını nəzərə almamış, bu isə bir daha iddianın əsaslı olması qənaətinə gəlmək üçün əsas olmuşdur. Məhkəmə nəzərə almalı idi ki, iddiaçının sahənin az olması ilə bağlı məlumatı yalnız çıxarış əldə edildikdən sonra yaranmışdır. İddiaçının nə işlə məşğul olmasından asılı olmayaraq mənzili ölç mək kimi bir öhdəliyi mövcud olmamışdır. Əksinə isə cavabdehin həmin mənzili 82,11 kv.m yaşayış sahəsi olaraq təhvil vermə öhdəliyi olmuşdur.

29. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

30. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci mad dəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu ha lda qüsurlardan azad sayılır. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

37. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş sahədən daha az sahənin təhvil verilməsini və bununla da, iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə əlavə hüquqi qiymət verilməsinə lüzum görmür.

38. Hazırda qiymətləndirilməli olan məsələ mübahisəyə iddia müddətinin tətbiqinin qanuniliyidir.

39. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında yaranmış hüquq münasibətlərinin podrat müqaviləsindən irəli gəldiyi nəticəsinə gəlmiş və bu zaman maddi hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir.

40. Belə ki, müqavilələr “Mənzilin alqı-satqı müqaviləsi” adlandırılsa da, ifadə olunan şərtlər və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri podrat müqaviləsinə uyğundur.

41. İddia müddətinin tətbiqinə dair gəlinən nəticə həmçinin qanuni olmu şdur. Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.

42. Tərəflər arasında bağlanmış 29 dekabr 2007-ci il tarixli müqavilələrin şərtlərinə əsasən satıcı öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı 24 ay müddətində təhvil verəcək. Həmçinin, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzillər iddiaçıya təhvil verilərək, o, 2010-2011-ci illərdə orada təmir işləri görmüşdür.

43. Hazırki işdə iddiaçı mənzili təmir etdiyi halda, onu qəbul etməsi məhkəmənin müəyyən etdiyi halıdır. İddiaçı özü də, mənzili daha ge c tarixdə ona təhvil verməsini iddia etməmişdir.

44. İddiaçının dəlili iddia müddətinin onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verildiyi tarixindən hesablanmalı olmasıdır ki, bu, yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir.

45. Digər tərəfdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, mənzili təmir edən iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilin qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanun vericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmi yyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında id dia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar