Məhkəmə qərarları › İş №2(102)-191/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-191/2024

16.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-191/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh1*, Bakı şəhəri 5* saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ilk; X2 və Cavabdeh1* "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmənin həmin əqdin etibarlı olub-olmadığını müəyyən etmək vəzifəsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh1*, Bakı şəhəri 5* saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin ləğvi, reyestrdən çıxarışların və bağışlama müqaviləsinin etibarsızlığı, əmlakın qaytarılması” barədə ilk iddiası; X2 və Cavabdeh1* "xxxx" MMC-yə qarşı “əmlakın və edilmiş y axşılaşdırmaların dəyərinin qaytarılması, mənəvi zərərin ödənilməsi” barədə müstəqil iddia, eyni zamanda Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə, Cavabdeh1 ayrılıqda "xxxx" MMC-yə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “alğı-satqı müqavilələrinin və reyestrdən çıxarışların ləğv edilməsi” tələblərinə dair qarşılıqlı iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-5262/2*23 nömrəli, *5 sentyabr 2*23-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1*, X4 və Cavabdeh11 tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Baxılan mübahisə Maraqlı şəxs mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən mənzillərin "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyəti tərtəfindən sökülməsi və əvəzində yeni inşa edilən binadan mənzillərin verilməsi barədə razılaşma ilə bağlıdır.

2. Belə ki, ünvan 2 ünvanda yerləşən 7,8 saylı mənzil (5 otaqlı, yaşayış sahəsi 69 kv.metr olan) (bundan sonra – 7,8 saylı mənzil) X5 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən, 35.***.*** manata sonuncuya satılmış və 2*.12.1996-cı il tarixdə həmin mənzillər xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.

3. Cavabdeh2 13.12.2**3-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, sözügedən 7,8 saylı mənzili (5 otaqlı, yaşayış sahəsi 69 kv.metr olan) 246.***.*** manata Maraqlı şəxs satmış və *8.*6.2**4-cü il tarixdə həmin mənzil (5 otaqlı, yaşayış sahəsi 147,1 kv.metr olan) xüsusi mülkiyyət hüququ əs asında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Bundan sonra əlavə tikinti aparılıb mənzilin sahəsi artırılmış, Maraqlı şəxs Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddia tələbi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-659/2**4 saylı, 31.*3.2**4-cü il tarixli qətnaməsi əsasında mənzilə yeni texniki pasport tərtib olunmuş, 28.*2.2**7-ci il tarixdə 7,8 saylı mənzil 5 otaqlı, 284,5 kv.metr ümumi, 147,1 kv.metr yaşayış sahəsi olmaqla daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyatdan keçmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başcısının 7-8-ci mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında 268 saylı, 16.*6.2*11-ci il tarixli sərəncamında qeyd olunmuşdur ki, RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyası mənzilə baxış keçirərək müəyyən etmişdir ki, mənzil ümumi sahəsi 459,* kv.metr, yaşayış sahəsi 175,8 kv.metr, köməkçi sahəsi isə 283,2 kv.metr olmaqla 6 otaqlıdır. Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdirilməsinin mümkünlüyünə dair müsbət rəy vermiş və bu barədə *7.*6.2*11-ci il tarixli aktı tərtib edilmişdir. Həmin aktın təsdiq edilməsi, mənzilin ümumi sahəsi 459,* kv.metr, yaşayış sahəsi 175,8 kv.metr, köməkçi sahəsi isə 283,2 kv.metr olmaqla 6 otaqlı hesab edilməsi qərara alınmış, buna uyğun olaraq Maraqlı şəxs adına olan mülkiyyət hüququna aid sənədlərdə müvafiq dəyişikliklərin aparılması DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1178/11 saylı, 21. 12.2*11-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası təmin edilərək, onun mülkiyyətində olan 7,8-ci mənzilin texniki pasportunun tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklərinn edilməsi və bu barədə çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qət edilmişdir.

7. Maraqlı şəxs 26.*1.2**9-cu il tarixli etibarnamə ilə həmin mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 26.*1.2*34-cü il tarixədək Cavabdeh1 etibar etmişdir.

8. Satıcı qismində İddiaçı (bundan sonra – MMC), alıcılar Cavabdeh2 və Cavabdeh1, eyni zamanda zamin kimi MMC-nin tərkibinə daxil oldu ğu “Gilan Holding” Şirkətlər Qrupu (bundan sonra - Holdinq) arasında 25.*1.2*12-ci il tarixli, 17/112 saylı mənzil alğı-satqısına və zaminliyə dair müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın (bundan sonra - bina) ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53-cü mənzillərin, binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin (obyektin), 3, 4 və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə həmin cavabdehlərin mülkiyyətinə verilməsi təşkil edir. Müqavilənin 2.2.1-ci bəndinə görə, alıcılar 1-ci bənddə göstərilən qeyri-yaşayış sahəsi və mənzillər üzərində mülkiyyət hüquql arı qabaqcadan qeydiyyata alındığı andan 1* gün müddətində tərəflərin qarşılıqlı razılığı ilə 2.29*.*** manat məbləğində dəyərləndirilən (32* kv.metr yaşayış sahəsi x 2*** manat + 33* kv.metr qeyri-yaşayış sahəsi x 5*** manat = 2.29*.*** manat) ünvan 1 ünvanında yerləşən mənzilləri və qeyriyaşayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməli və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etməlidirlər.

9. Tərəflər 25.*1.2*12-ci il tarixli, 17/112 saylı müqaviləyə 17.*9.2*12-ci il tarixli 1 nömrəli əlavə müqavilə bağlayaraq, əvvəlki müqavilənin 2-ci bəndinə aşağıdakı məzmunda dəyişiklik edilməsi barədə razılığa gəliblər: Müqavilənin predmetini Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli b inanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51-ci mənzilin Cavabdeh4 Qəmbər oğlunun, 52-ci mənzilin Cavabdeh5, 53-cü mənzilin Cavabdeh11; binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin 2-ci və 4-cü mərtəbələrində yerləşən mənzillərin Cavabdeh2 və Cavabdeh1, 3-cü mərtəbəsindəki mənzilin Cavabdeh3 və Cavabdeh1* birgə mülkiyyətinə və 5-ci mərtəbəsində yerləşən mənzilin X2 mülkiyyətinə verilməsi təşkil edir.

10. Sözügedən müqaviləyə 17.*9.2*12-ci il tarixli 2 nömrəli əlavədə göstərilmişdir ki, müqavilənin predmetini binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən: 51-ci mənzil sahəsi 147.4 kv.metr, 52-ci mənzil - sahəsi 97.9 kv.metr, 53-ci mənzil - sahəsi 7*.* kv.metr; binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləş ən: 1-ci mərtəbədə 79 saylı qeyriyaşayış sahəsi - 19*,59 kv.metr, 2-ci mərtəbədə 8* saylı qeyri-yaşayış sahəsi - 19*,* kv.metr, 3-cü mərtəbədə 76 saylı mənzil - 19*,* kv.metr, 4-cü mərtəbədə 77 saylı mənzil 19*,* kv.metr, 5- ci mərtəbədə 78 saylı mənzil -181,7 kv.metr təşkil edir.

11. Sözügedən müqaviləyə 19.12.2*19-cu il tarixli 3 nömrəli əlavədə isə göstərilmişdir ki, daşınmaz əmlakın alğı-satqısına və zaminliyə dair 17.*9.2*12-ci il tarixli, 17/112 saylı müqavilədə binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləşən 3-cü mərtəbədəki 76 saylı, 4-cü mərtəbədəki 77 saylı və 5-ci mərtəbədəki 78 saylı sahələrin yaşayış sahəsi olaraq alıcıların birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. MMC tərəfindən həmin sahələr dövlət reyestr xidmətində qeyri-yaşayış sahələri olaraq qeydiyya tdan keçirilərək, ardıcıl şəkildə 12.11.2*19-cu il tarixli 1119*9843* qeydiyyat nömrəli, *9.11.2*19-cu il tarixli 1119*98446 qeydiyyat nömrəli, *9.11.2*19-cu il tarixli 1119*98443 qeydiyyat nömrəli qeyri-yaşayış sahəsi çıxarışları alınmışdır. Bu müqavilənin predmetini həmin sahələrin qeyri-yaşayış sahələri olaraq Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilməsi təşkil edir.

12. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış 25.*1.2*12-ci il traixli üçtərəfli müqaviləyə 17.*9.2*12-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh4 Qəmbər oğlu arasında bağlanmış 2*.*9.2*12-ci il tarixli, 18/1*2 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində y erləşən 51 saylı sahəsi 147.4 kv.metr olan 5 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh4 Qəmbər oğluna təhvil verilməsindən ibarətdir.

13. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış 25.*1.2*12-ci il trarixli üçtərəfli müqaviləyə 17.*9.2*12-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh5 arasında bağlanmış 2*.*9.2*12-ci il tarixli, 19/1*2 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 52 saylı sahəsi 97.9 kv.metr olan 3 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh5 təhvil verilməsindən ibarətdir.

14. MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası *9.*3.2*16-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmiş və bundan sonra cavabdehlərlə onun arasında Bakı şəhəri 5* saylı notariat ofisində aşağıdakı müqavilələr bağlanmışdır:

1. MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 19*.* kv.metr olan 8* saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.*** manata sonunculara satılması barədə 23.*1.2*18-ci il tarixli, AN-İ *663*98 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

2. MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 19*.59 kv.metr olan 79 saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.*** manata sonunculara satılması barədə 23.*1.2*18-ci il tarixli, AN-İ *663*99 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

3. MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış, binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 79 saylı qeyri-yaşayış sahəsinin altında 8* kv.metr sahəsi olan qarajın sonuncuların əvəzsiz istifadəsinə verilməsi barədə 23.*1.2*18-ci il tarixli əvəzsiz istifadə müqaviləsi;

4. MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış, 4-6 ünvanda yerləşən binada ümumi sahəsi 143.2 kv.metr olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 172.*** manata sonunculara satılması barədə 26.12.2*1 9-cu il tarixli, ANİ *822236 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

5. MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış, 4-6 ünvanda yerləşən binada ümumi sahəsi 193.2 kv.metr olan qeyri-yaşayış sahəsinin ümumilikdə 232.*** manata sonunculara satılması barədə 26.12.2*19-cu il tarixli, AN-İ *822235 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

6. MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış, 4-6 ünvanda yerləşən binada ümumi sahəsi 193.2 kv.metr olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 232.*** manata sonunculara satılması barədə 26.12.2*19-cu il tarixli, ANİ *822237 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

7. MMC ilə Cavabdeh4 Qəmbər oğlu arasında ba ğlanmış, Murtaza Hüseynov küçəsində yerləşən 4/6 saylı binada ümumi sahəsi 151.5 kv.metr, yaşayış sahəsi 81.8 kv.metr olan 51 saylı mənzilin 76.*** manata sonuncuya satılması barədə 13.11.2*19-cu il tarixli, AN-İ *8*8615 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi;

8. MMC ilə Cavabdeh5 arasında bağlanmış, Murtaza Hüseynov küçəsində yerləşən 4/6 saylı binada ümumi sahəsi 85 kv.metr, yaşayış sahəsi 51.4 kv.metr olan 52 saylı mənzilin 42.5** manata sonuncuya satılması barədə 13.11.2*19-cu il tarixli, AN-İ *8*8614 saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi.

15. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, sözügedən binada 19*.1 kv.metr qeyri-yaşayış sahəsi *9.*2.2*18-ci il tarixdə, 184.1 kv.metr qeyri-yaşayış sahəsi 12.*2.2*18-ci il tarixdə və 193.2 kv.metr qeyri-yaşayış sahəsi 27.12.2*19-cu il tarixdə paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla Cavabdeh2 və Cavabdeh1; 51 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4, M6, m1) 29.11.2*19-cu il tarixdə Cavabdeh4 Qəmbər oğlunun, 52 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4, M6, kv.metr) isə *2.12.2*19-cu il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir.

16. Bundan sonra, Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) 29.*1.2*2*-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ümumi sahəsi 143.2 kv.metr olan qeyri-yaşayış sahəsini qızları olan X3 bağışlamış və həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.

17. Cavabdeh2 və Cavabdeh1 (nümayəndə ləri qismində Cavabdeh3) ilə digər qızları Cavabdeh1* və Cavabdeh3 arasında bağlanmış 29.*1.2*2*-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə ümumi sahəsi 193.2 kv.metr olan qeyri-yaşayış sahəsi sonuncuya bağışlamış və 3*.*1.2*2*-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X3, Cavabdeh1*, Bakı şəhəri 5* nömrəli notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəiqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: Bakı şəhəri 5* saylı notariat kontorunda tərtib edilm iş MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23.*1.2*18-ci il tarixli, AN-İ *663*99 saylı, 23.*1.2*18-ci il tarixli, AN-İ *663*98 saylı alğı-satqı müqavilələrinin və 23.*1.2*18-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin; MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış 26.12.2*19-cu il tarixli, AN-İ *822237 saylı, 26.12.2*19-cu il tarixli, AN-İ *822235 saylı və 26.12.2*19-cu il tarixli, AN-İ *822236 saylı alğı-satqı müqavilələrinin; MMC ilə Cavabdeh4 arasında bağlanmış 13.11.2*19-cu il tarixli, AN-İ *8*8615 saylı alğı-satqı müaviləsinin və MMC ilə Cavabdeh5 arasında bağlanmış 13.11.2*19-cu il tarixli, AN-İ *8*8614 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsini; həmin müqavilələr əsasında verilmiş çıxarışların və bağışlama müqavilələrinin etibarsız hesab edil məsi; əmlakın MMCnin mülkiyyətinə qaytarılması; 25.*1.2*12-ci il tarixli, 17/112 saylı mənzil alğı-satqısına və zaminliyə dair müqaviləyə 17.*9.2*12-ci il tarixli əlavə № 1-də göstərilən Cavabdeh2 və Cavabdeh1 təhvil verilmiş, binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-yə məxsus yaşayış və qeyriyaşayış sahələrinin aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq hazırda istintaq aparılır. Cinayət işinə görə Cavabdeh2, Cavabdeh1 və onları təmsil edən Cavabdeh3 2*11-2*12-ci illərdə MMC-yə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 12, korpus 7, mənzil 7 və 8 saylı evlərdə guya dəyəri 2.29*.*** manat olan 32* kv.metr yaşayış və 33* kv.metr sahədən ibarət qeyri-yaşayış sahələri olduğunu, həmin ünvanların söküntüyə düşdüyünü bildirmiş və həmin sahələrin əvəzində eyni kvadratda MMC-nin inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi verilməsini istəmişlər. İddiaçı da verdikləri məlumatlara inanaraq, həmin sahənin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşmış və müvafiq müqavilələrə əsasən MMC-yə məxsus daşınmaz əşyaların Cavabdeh1 və yaxınlarına satılması notarial qaydada rəsmiləşdirilmişdir. Həmçinin, aralarında binada 8* kv.metr sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı 23.*1.2*18-ci il tarixli mü qavilə də bağlanmışdır. Həmin daşınmaz əşyalarla bağlı alğı-satqı müqavilələri tərtib edilsə də, Cavabdeh1 və yaxınları tərəfindən şirkətə pul vəsaiti ödənilməmişdir. Sonradan iddiaçıya Cavabdeh1 və yaxınlarının cəmi 13* kv.metr sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğu məlum olmuş və bununla da aldadıldığını bilmişdir. Həmin faktla bağlı müraciətləri əsasında *3.*9.2*2*-ci il tarixdə Cinayət Məcəlləsinin 178.4 və 32*.2-ci maddələri ilə cinayət işi başlanmışdır.

20. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23.*1.2*18-ci il tarixli, AN-İ *663*99 saylı, 23.*1.2*18-ci il tarixli, AN-İ *663*98 saylı alğı-satqı müqavilələrinin və 23.*1.2*18-ci il tarixli əvəzs iz istifadə müqaviləsinin və MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış 26.12.2*19cu il tarixli, AN-İ *822237 saylı, 26.12.2*19-cu il tarixli, AN-İ *822235 saylı və 26.12.2*19cu il tarixli, AN-İ *822236 saylı alğı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş *9.*2.2*18-ci il tarixli ******* nömrəli, 12.*2.2*18-ci il tarixli 12435*2 nömrəli, 29.*1.2*2*-ci il tarixli 574652 nömrəli, 27.12.2*19-cu il tarixli 574651 nömrəli və 3*.*1.2*2*ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, MMC-nin iddiasındakı “həmin daşınmaz əmlakların şirkətə qaytarılması” barədə tələbin *5.*9.2*2*-ci il tarixdə cavabdehlərin həmin daşınmaz əşyalardan çıxarılmasını nəzərə alaraq rədd edilməsi (çünki həmin əşyalar artıq cavabdehlərin sahibliyində deyil), MMC-dən və onun tərkibinə daxil olduğu Holdinqdən 2.935.897 ABŞ dolları və 63*.*** manatın Cavabdeh2 xeyrinə ödənilməsi, həmin məbləğ tam ödənilənədək icarə haqqı olaraq onlardan Cavabdeh3 xeyrinə 85* manat və Günel Məmmədovanın xeyrinə hər ay 75* manat, eyni zamanda əldən çıxmış fayda kimi Cavabdeh2 xeyrinə hər ay 1.5** manat ödənilməsi, Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı kimi 51* manat, dövlət rüsumu kimi 3* manat və bundan sonra çəkiləcək xərclər) MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Qarşılıqlı iddia ərizəsində ilk iddiaya münasibətdə bildirilmişdir ki, müqavilənin ləğv edilməsi əsasları və qaydası Mülki Məcəllənin 421-423-cü maddələrində nəzərdə tutulmuşdur və həmin hall ar sırasında cinayət işinin qaldırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, MMC iddiasında cavabdehlərin ona müraciət etdiyini bildirsə də, onların bu barədə heç bir müraciətləri olamamış, əksinə MMC özü onlara məxsus mənzilləri boşaltmalarını təklif etmiş və əvəzində tikəcəyi binadan həmin mənzillərin ümumi sahəsindən 3*% artıq mənzil və qeyri-yaşayış sahələri ilə təmin edəcəyini bildirmişdir. İddiaçının cavabdehlərə məxsus sökülən mənzillərin sahələri ilə bağlı aldadılması barədə dəlili əsassızdır, ona görə ki, köçürülmə həyata keçirilərkən ünvanda bütün ölçməhesablama işlərini MMC öz nümayəndələri və Nərimanov RİH-nin, eləcə də FHN-nin mütəxəssislərinin nəzarəti altında aparmış, sökülən evlər və qeyri-yaşayış sahələri video və foto görüntüyə alınmış, ölçmə-hesablama işlərinin nəticlər i iddiaçının özünün şəxsən imzaladığı rəsmi müqavilələrdə əks edilmişdir. Digər tərəfdən, iddiaçı aldadıldığını bildirsə də, bu faktı nə vaxt bilməsi məsələsinə aydınlıq gətirməmişdir. Tikilən binada qarajın əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin bağlanması isə Cavabdeh2 və Cavabdeh1 sökülən ünvanda qaraj kimi istifadə etdikləri 6-7 maşınlıq sahələrinin olması ilə bağlı olmuşdur. MMC-nin dəlillərindən biri də cavabdehlərlə aralarında alğı-satqı müqavilələri tərtib edilsə də, həmin əşyaların dəyərinin cavabdehlər tərəfindən ödənilməməsi ilə bağlıdır. Halbuki, MMC-nin də qeyd etdiyi kimi onun tərəfindən inşa edilən binalardan Cavabdeh2 və Cavabdeh1 verilən mənzillər və qeyri-yaşayış sahələri alğı-satqı yolu ilə deyil, əvəzləşdirmə qaydasında verilmişdir ki, bu halda müqavilə üzrə hə r hansı pul vəsaitinin ödənilməsindən söhbət gedə bilməz.

22. Qarşılıqlı iddia tələbi isə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən onlara məxsus mənzil 7 və 8 ünvanında yerləşən, söküldüyü anda 32* kv.metr yaşayış sahəsi, ümumi sahəsi 65* kv.metr olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bərpasını və ya bu mümkün olmayacağı təqdirdə (çünki cavabdeh artıq həmin ünvanda iddiaçılara məxsus mülkləri sökərək yerində çoxmənzilli hündürmərtəbəli bina tikib), tərəflər arasında imzalanmış 25.*1.2*12-ci il tarixli mənzil alğı-satqısına və zaminliyə dair müqavilənin 2.2.1ci bəndində göstərilən məbləğin - 2.29*.*** manatın müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun, yəni 2.29*.***: *,78 = 2.935.897 ABŞ dollarının onlara ödənilməsini tələb edirlər. Eyni zamanda, Cavabdeh2 və Cavabdeh1 MMC-nin əvəzləmə yolu ilə onlara verdikləri obyektləri (birinci və ikinci mərtəbələri) aylıq icarə haqqı 1*** manat (son ay 15** manata qaldırılacağı ilə bağlı razılaşılmışdı) olmaqla icarəyə vermişdilər ki, bu da onların ailə büdcəsi üçün çox böyük əhəmiyyət kəsb edirdi. MMC-nin də öz iddiasında göstərdiyi kimi, müraciəti əsasında *3.*9.2*2*-ci il tarixdə Cinayət Məcəlləsinin 178.4 və 32*.2-ci maddələri ilə cinayət işi başlanmış və bunun nəticəsində *5.*9.2*2*-ci ildə cavabdehlər yaşadıqları mənzillərdən, heç bir qanuni əsaslar və məhkəmə qərarı olmadan zorla, polis gücü ilə çıxarılmışlar və obyektlər dağıdılaraq istifadəyə yararsız hala salınmışdır. Ona görə də, cavabdehlərin sökülən sahələrin dəyərinin qaytarılması ilə bağlı tələbləri icra edilənədək, əldən çıxmış fayda kimi, Cavabdeh2 ayda 15** manat ödəməlidir. Bundan başqa, Günel Məmmədova və Cavabdeh1* qanuni əsaslarla onlara məxsus olan yaşayış və qeyri-yaşayış sahələrindən *5.*9.2*2*-ci ildə zorla çıxarıldıqlarına görə, yaşamaq üçün biri aylıq icarə haqqı 85* manat, digəri isə 75* manat olmaqla iki mənzil kirayəyə götürülmüşdür ki, bu da onlara vurulmuş əlavə ziyandır. Cavabdehlər qanuni əsaslarla onlara məxsus olan mülklərdən zorla, çıxarıldıqları üçün bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş, bununla da, əlavə zərərə uğramışlar. Bu zərərin məbləği 3*.*** manat dəyərləndirilməklə MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Mülklər dağıdılarkən cavabdehlər tərəfindən sonradan onların öz hesablarına binada et dikləri yaxşılaşdırmalara: əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam aksessuarları, şkaflar, rəflər, stol-stullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir ki, bu zərər 1**.*** manat dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Eyni zamanda, iddiaçının yalan, əsassız və böhtan xarakterli şikayəti əsasında mülklərin dağıdılması və cavabdehlərin zorla yaşadıqları mənzillərdən çıxarılmaları, uşaqların psixolgiyasına, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. Bu mənəvi zərər iddiaçılar tərəfindən 5**.*** manat məbləğində dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Cavabdeh4 və Cavabdeh5 məxsus binanın 51 və 52-ci mənzilləri isə 13. 11.2*19-cu il tarixli alğı-satqı müqavilələri əsasında onların qanuni sahibliklərində və mülkiyyətlərindədir. Həmin müqavilələr bağlanarkən heç bir qanunsuzluğa yol verilməyib və onların ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur.

23. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi verərək, digər cavabdehlərlə eyni (həmçinin MMC ilə X1 ilə Cavabdeh4 arasında bağlanmış 13 noyabr 2*19-cu il tarixli alğı-satqı müqaviləsinin və MMC ilə Cavabdeh5 arasında bağlanmış 13 noyabr 2*19-cu il tarixli alğısatqı müqaviləsinin ləğvi) tələbləri irəli sürmüş və iddiasını eyni məzmunda əsaslandırmışdır.

24. Cavabdehlər Cavabdeh1* və Günel Məmmədova da öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC-dən Cavabdeh1* xeyrinə 1**.*** manat mənəvi zərər, 3*.*** manat mənzilin yaxşılaşdırma xərcləri və 579.*** manat mənzilin qiyməti olmaqla, cəmi 7*9.*** manatın; Günel Məmmədovanın xeyrinə isə 1**.*** manat mənəvi zərər, 15.*** manat mənzilin yaxşılaşdırma xərcləri və 429.*** manat mənzilin qiyməti olmaqla, cəmi 544.*** manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

25. Bu tələb onunla əsaslandırılmışdır ki, MMC tərəfindən geri tələb edilən 76 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 tərəfindən Cavabdeh1*, 78 saylı mənzil isə Günel Məmmədovaya bağışlanmış və həmin mənzillər üzərindəki mülkiyyət hüquqları qanunda nəzərdə tutulan qaydada qeydiyyata alınmışdır. MMC özünün qanunsuz və əsassız şikayətləri, hərəkətləri ilə onlara xüsusilə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Onlar bütövlükdə qarşılıqlı iddiaya qoşulur, onu müdafiə edirlər, əlavə olaraq onlara və azyaşlı uşaq larına vurulan mənəvi ziyanın qarşılığında hər birinə ayrı-ayrılıqda 1**.*** manat ödənilməsini tələb edirlər.

26. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 ilk iddiaya qarşı etiraz və mülahizələr təqdim edərək bildirmişlər ki, 13.11.2*19-cu il tarixdə iddiaçı ilə alğı-satqı müqaviləsi bağlayaraq, Cavabdeh4 müqavilədə 76.*** manat göstərilsə də, əslində 145.*** dollar ödəməklə ümumi sahəsi 151.5 kv.metr olan 5 otaqlı mənzili, Cavabdeh5 isə müqavilədə 42.5** manat göstərilsə də, əslində 125.*** dolları ödəməklə ümumi sahəsi 85 kv.metr olan 3 otaqlı mənzili satın almış və mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişlər. Hesab edirlər ki, onlara qarşı qaldırılmış iddia qanunsuz və əsassız olmaqla bərabər iddiaçı tərəfindən onların mülkiyyət hüququnu heç bir əsas olmadan şübhə altına almaqla, əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilmələri ilə onlara külli miqdarda maddi və mənəvi ziyan vurulmuş olacaqdır. Ona görə də məhkəmədən iddia tələbinin onlara münasibətdə rədd olunmasına və əsassız iddia vermiş iddiaçıdan mübahisə ilə əlaqədar boş yerə itirdikəri iş vaxtlarına görə qanunla müəyyən olunmuş qaydada cərimə tutularaq onlara və dövlətin nəfinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

27. İddiaçının nümayəndəsi və vəkili isə qarşılıqlı iddialara dair mülahizəsində bildirmişdir ki, iddia ərizəsinin ilk variantındakı əvəzləşdirmə barədə müddəalar hazırkı müqavilələrin ləğv edilməsinə mane deyil və başlanmış cinayət işi məhz əvəzləşdirmə ilə bağlı məsələlərə hüquqi qiymət verilməsi ilə bağlıdır. Cavabdehlər özləri də müqavilə lər bağlanarkən hər hansı məbləğdə pul ödəmədiklərini etiraf edirlər və bu vəziyyəti əvəzləşdirmə ilə əlaqələndirsələr də, bu hal alğı-satqı müqaviləsinin mahiyyətini və doğurduğu hüquqi nəticələri ləğv etmir. Eyni zamanda, cavabdehlərin təqdim etdiyi etiraz və mülahizələrdə, eləcə də, qarşılıqlı iddia ərizələrində olan ziddiyyətli məqamlar təsdiq edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da vicdanlı alıcılar sayıla bilməzlər. Belə ki, mənzillərin onlar tərəfindən alınması üçün ödənilməli olan pul məbləğləri fərqli şəkildə göstərilmişdir. Belə ki, Cavabdeh5 etiraz və mülahizəsində bildirir ki, müqavilədə qiymət 42.5** manat göstərilsə də, faktiki olaraq 125.*** ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə bildirir ki, guya həmin evi ona 115.*** manata satmışlar. Cavabdeh4 isə etiraz və mülahizəsində bildirir ki, evi almaq üçün müqavilədə 76.*** manat göstərilsə də, 145.*** ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə qarşılıqlı iddia ərizələrində bildirirlər ki, evi ona 1**.*** manata satmışlar. Göründüyü kimi, rəqəmlər belə MMC-nin iddiasının əsaslı olduğunu, bütün müqavilələrin ləğv edilməli olduğunu göstərir. Bundan başqa, verilmiş qarşılıqlı iddialarının nəticə hissəsində alğı-satqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi dolayısıyla ilk iddianın əsaslı olması və iddianın etirafı kimi qiymətləndirilməlidir. Qarşılıqlı iddianın nəticə hissəsində dəymiş ziyanın ödənilməsi tələbi isə MMC-yə qarşı irəli sürülə bilməz, çünki qeyd edilən dağıntı, söküntü kimi hərəkətlərin MMC tərəfindən həyata keçirilməsini təsdiq edən heç bir sübut yoxdur, ola da bilməz, çünki o, belə hərəkətlərə yol verməmişdir. İddia tələbləri konkret olaraq cavabdehlər tərəfindən MMC-yə hər hansı pul vəsaitlərinin ödənilməməsi səbəbindən alğı-satqı müqavilələrinin ləğv edilməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, yəni mülkiyyətin MMC-yə geri qaytarılması barədədir.

28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, mübahisələndirilən və geri qaytarılması tələb edilən daşınmaz əşyalar barəsində tərəflər arasında mənzil alğı-satqısına və zaminliyə dair müqavilə 25.*1.2*12-ci il tarixdə bağlanmış və müqavilənin bağlanmasından keçən 8 il 8 ay ərzində həmin əşyalar mübahisəsiz və maneəsiz olaraq cavabdehlərin sahibliyində, istifadəsində, qanuni mülkiyyətində olmuş, həmin əşyalara onlar xidmət etmiş, yaxşılaşdırmış və qorumuşlar. İddiaçı isə bu müddət ərzində məhkəməyə müraciət etməməklə iddia hüququnu itirmişdir.

29. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının artırılması barədə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizələrində, müqavilələrin və çıxarışların ləğv edilməsi üçün göstərilən əsaslara MMC-nin onları aldatdığı nəzərə alınaraq Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulmuş əsasın da əlavə edilməsini xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nərimanov RİH-yə yazdıqları ərizəyə cavab olaraq onlara təqdim edilmiş məktubdan aydın olur ki, MMC və tərkibinə daxil olduğu Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər vermiş, bununla da onları alda tmışdır.

30. İşə əlavə edilmiş Nərimanov RİH-nin Cavabdeh3 və qeyrilərinə ünvanlanmış H17/2-162/2-7/1 saylı, *2.12.2*2*-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən yaşayış binasına bitişik “B” blokuna baxış keçirilmiş (bu barədə tərtib edilmiş *4.*9.2*2*-ci il tarixli akt iş materiallarına əlavə edilmişdir – İİİ cild, səh. 17*), binanın yükdaşıyan kontruksiyalarında müxtəlif dərəcəli deformasiyalar və çatların, örtük tavanda açıq görünən deformasiyaların mövcudluğu müəyyən edilmiş və qeyd olunanlar nəzərə alınaraq faciəli hadisələrin baş verməməsi üçün “B” blokunun istismarının, mühəndis kommunikasiya təminatının daya ndırılması və s. tədbirlər görülməsi məqsədəuyğun hesab edilmişdir. Eləcə də, bina memarlıq və tarixi baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki cəhətdən səmərəli hesab edilmir və onun təcili sökülməsi məqsədəuyğun hesab edilir. Qeyd edilənlərlə əlaqədar olaraq sözügedən binanın qeyri-yaşayış sahəsinin icarədarları, yazşayış sahələrinin (mənzillərin) sakinləri təcili olaraq həmin sahələrdən çıxarılmış 1-ci və 2-ci mərtəbənin icarədarları özlərinə məxsus bütün əşya və avadanlıqları həmin sahələrdən çıxarmış, sanitar cihaz və avadanlıqları 1-ci və 2-ci mərtəbədə qismən zədələnmişdir.

31. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfind ən 28.11.2*2*-ci il tarixli, **7-12844-122* saylı məktubla bildirilmişdir ki, MMC-nin direktorunun Cavabdeh1 və qeyrilərinin qanunsuz hərəkətləri ilə bağlı müraciəti əsasında İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmaqla tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən ərizəçiyə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova)2(**5)324/2*21 nömrəli iş üzrə 19 noyabr 2*21-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin, qarşılıqlı iddialar və müstəqil tələb isə rədd olunmuşdur.

33. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sökülən 7,8-ci mənzilin ümumi sahəsi 459,* kv.metr, yaşayış sahəsi 175,8 kv.metr, 6 otaqlı olmaqla Maraqlı şəxs mülkiyyətində olmuşdur. Sonuncu mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 26.*1.2*34-cü il tarixə kimi Cavabdeh1 etibar etmişdir.

34. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, ləğv edilməsi tələb olunan alğı-satqı müqavilələri üzrə alıcılar tərəfindən satıcıya müqavilələrdə nəzərdə tutulmuş məbləğlər ödənilməmişdir. Belə ki, notariat işləri nəzərdən keçirilərkən həmin işlərdə ödəniş qəbzləri mövcud olsa da, həmin məbləğlər satıcı, yəni MMC-nin özü tərəfindən hesaba yerləşdirilmişdir. Alğı-satqı müqavilələri üzrə alıcılar tərəfindən pul vəsaitlərinin ödənilməməsi qarşılıqlı iddiaçıların da iddialarındakı etirafları ilə təsdiq olunur. Beləliklə, bağlanmış müqavilələr pərdələnmiş əqd olmuş, müqavilə öhdəlikləri alıcılar tətəfindən yerinə yetirilməmiş, müqavilələr formal olaraq bağlanmışdır.

35. Bundan başqa, müəyyən edilmişdir ki, 25.*1.2*12-ci il tarixli, 17/112 saylı mənzil alğı-satqısına və zaminliyə dair müqaviləyə 17.*9.2*12-ci il tarixli 1 nömrəli əlavədə göstərilən MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 təhvil verilmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilələr üzrə öhdəliklər alıcılar tətəfindən pozuldugundan ilk iddia təmin olunmalıdır.

37. Məhkəmə qarşılıqlı iddialara münasibətdə isə qeyd etmişdir ki, müqavilələrin və çıxarışların ləğvi barədə ilk tələb təmin olundugundan həmin hissədə qarşılıqlı i ddianın təmininə əsaslar qalmamışdır. Digər tələblər isə maddi (icarə haqqı, əldən çıxmış fayda və s.) və mənəvi zərər ödənilməsi ilə bağlıdır ki, iddiaçının cavabdehlərə, onların əmlakına hər hansı zərər yetirməsi sübuta yetirilməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəbli-əlaqə də aşkar edilməmişdir. Sadalanan xüsusatlara görə, qarşılıqlı iddialar təmin olunmamalıdır,

38. Məhkəmə müstəqil tələbi rədd edərkən isə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəməyə buna dair sübutlar təqdim etmədiklərin dən idda tələbi rədd edilməlidir.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152.1, 152.5, 157.2, 157.4, 158.3, 337.1-337.5, 339.2, 339.3, 4*5.1, 421.1-421.3, 423.2, 424.1-424.5, 567, 598.1, 1*96.1, 1*97.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2**2-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” *3 noyabr 2**8-ci il tarixli, 7 saylı qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsa slandırmışdır.

40. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əlavə qətnamə və əlavə qərardad çıxarılmasını xahiş etmişlər.

41. Ərizələr eyni məzmunda olmaqla belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaların rədd edilməsi ilə qismən razılaşırlar. Belə ki, *5.*9.2*2*-ci il tarixdə qanuni əsaslarla yaşadıqları və mülkiyyətlərində olan evlərindən çıxarılmalarında MMC-nin və Holdinqin iştirakı sübut edilmədiyi üçün, onlara qarşı irəli sürdükləri iddianın maddi və mənəvi ziyana görə kompensasiya tələbi hissəssinin rədd edilməsi əsaslıdır. Bununla bağlı Nərimanov RİH-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. Qarşılıqlı iddia ərizəsində onlar həm də tərəflər arasında bağlanmış 25.*1.2*12-ci il tarixli, mənzil alğı-satqısına dair müqavilə üzrə MM C-nin və Holdinqin onlara ödəməli olduqları 2.935.897 ABŞ dollarını tələb etmiş, lakin qətnamədə iddianın bu hissəsinə münasibət bildirilməmişdir. Onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nərimanov RİH-yə yazdıqları ərizəyə cavab olaraq təqdim edilən məktubdan aydın olub ki, MMC və Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər verməklə onları aldatmışlar. Hesab edirlər ki, müqavilələrin və sair rəsmi sənədlərin ləğvi üçün aldatma əlavə bir hüquqi əsasdır və qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının dəyişdirliməsi (artırılması) barədə *3.12.2*2*-ci il tarixli ərizələrində göstərdikləri kimi, onlar iddia ərizələrinə yeni tələb əlavə edərək, iddiaçının mübahisələndirdiyi müqavil ələrin yalnız yalan əqd, yəni qətnamədə haqlı olaraq qeyd edildiyi kimi, başqa əqdləri pərdələyən əqd olduqları üçün yox, həm də aldatma yolu ilə bağlandığı üçün etibarsız elan edilməsini və ləğv olunmasını xahiş etmişlər. Lakin qətnamədə onların bu tələbinə də hüquqi qiymət verilməmişdir ki, bu da həmin hissədə əlavə qətnamə çıxarılması üçün əsasdır. Eyni zamanda, qətnamədə belə nəticəyə gəlinmişdir ki, “Tərəflər əvvəlki vəziyyətə qaytarılsın.” Bu o deməkdir ki, onlar iddiaçının əmlakını ona, iddiaçı da onların əmlakını özlərinə qaytarmalıdır. Ancaq qətnamədə gələcəkdə onun icrası qaydası, vaxtı, qaytarılmalı olan əmlakın miqdarı açıq göstərilməmişdir ki, bu da gələcəkdə tərəflər arasında yersiz mübahisələrə və yeni məhkəmə işlərinə əlavə vaxt itkisinə səbəb ola bilər. Bu barədə də əlavə qətnamə qəbul edilməsinə ehtiyac var.

42. Birinci instansiya məhkəməsinin *8 dekabr 2*21-ci il tarixli qərardadı ilə ərizələr təmin edilməmişdir. Məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iş üzrə məhkəmə qətnaməsi ilə qarşılıqlı iddia tələbləri rədd edilərkən bütün tələblərə ümumi qiymət verilməklə, maddi və prosessual hüquq normalarına istinad olunmaqla, onların rədd edilməsi qənaətinə gəlinmişdir. Ona görə də, iş üzrə əlavə qətnamə çıxarılmasına dair MPM-in 229-cu maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

43. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi Cavabdeh11 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 63*.*** manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

44. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizələri və əlavə qətnamə çırxarılması barədə ərizələrlə eyni məzmunda əsaslandırılmışdır.

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər - Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) 2(1*3)-19*1/2*22 nömrəli, 16 mart 2*22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya in stansiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi proses iştirakçılarının məhkəməyə təqdim etdiyi sübutları tədqiq etmiş, qiymətləndirmiş və tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş hallarla bağlı gəldiyi nəticəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

47. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbləri tam nəzərə alınmadığından əlavə qətnamə çıxarılmasına və qətnaməyə izah verilməsinə dair ərizələrinin təmin edilməməsi barədə apellyatorların dəlillərinə münasibətdə bildirmişdir ki, həmin dəlillərin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərardadı olduğundan bu hallar yenidən qiymətləndirilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

48. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi Cavabdeh11 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və bu qətnamə ilə qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia ilə birlikdə qarşılıqlı iddiaların təmin edilməsi, yəni iddiaçıdan 2.935.897 ABŞ dollarının və 63*.*** manatın alınaraq bərabər paylar olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(1*2)-13/2*23 saylı, 23 fevral 2*23-cü il tarixli qərarı ilə (hakimlər E.R.Vəliyeva (sədrlik edən və mərizəçi), A.Ə.Abbasov və E.Y.Şamayev) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 3-cü şəxslər X4 və Cavabdeh1*, maraqlı şəxs kimi Cavabdeh11 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilə rək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2*22-ci il tarixli qətnaməsinin qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv olunması, işin həmin hissədə yenidən baxılması üçün göndərilməsi, qarşılıqlı iddia üzrə 63*.*** manat maddi və mənəvi ziyan tələbinin rədd olunması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

50. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddianın 63*.*** manat maddi və mənəvi ziyan tələblərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

51. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 də birinci in stansiya məhkəməsinin qətnaməsı qəbul edildikdən sonra verdikləri əlavə qətnamə çıxarılması barədə ərizələrində qarşılıqlı iddialarının rədd edilməsi ilə qismən razılaşaraq qeyd etmişlər ki, *5.*9.2*2*-ci il tarixdə qanuni əsaslarla yaşadıqları və mülkiyyətlərində olan evlərindən çıxarılmalarında MMC-nin və Holdinqin iştirakı sübut edilmədiyi üçün, onlara qarşı irəli sürdükləri iddianın maddi və mənəvi ziyana görə kompensasiya tələbi hissəssinin rədd edilməsi əsaslıdır. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə qüvvəsində saxlanılmalıdır.

52. Bununla belə, məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

53. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi Maraqlı şəxs mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 7,8 saylı mənzilə dair 26.*1.2**9-cu il tarixdə sərəncam vermək də daxil olmaqla müəyyən hərəkətlər etməyi 26.*1.2*34-cü il tarixədək Cavabdeh1 etibar etmişdir.

54. Satıcı qismində MMC, alıcılar qismində Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 25.*1.2*12-ci il tarixli mənzil alğı-satqısına və zaminliyə dair müqaviləyə və ona əlavələrə əsasən, MMC inşa etdiyi binada işin faktiki hallarında sadalanan mənzilləri və qeyri-yaşayış sahələrini alıcıların mülkiyyətinə verməyi, alıcılar isə bunun əvəzində tərəflərin qarşılıqlı razılığı ilə 2.29*.*** manat məbləğində dəyərləndirilən (32* kv.m yaşayış sahəsi, 33* kv.m qeyri-yaşayış sahəsi olan) 7/8 ünvanında yerləşən mənzilləri və qeyriya şayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməyi və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etməyi öhdələrinə götürmüşlər.

55. Bina üzərində MMC-nin mülkiyyət hüququ qeydə alındıqdan sonra, MMC ilə cavabdehlər arasında ilk və qarşılıqlı iddia ərizələrində ləğv edilməsi tələb edilən notarial alğı-satqı müqavilələri bağlanmış və mənzillər və qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində cavabehlərin adına qeydiyyata alınmışdır.

56. Hazırda həmin müqavilələr ləğv edilmiş, onlar əsasında verilmiş çıxarışlar və bağışlama müqavilələri etibarsız hesab edilmişdir və bu hissənin qanuniliyi hazırki kassasiya baxışının predmetini təşkil etmir.

57. Cavabdehlər də qarşılıqlı iddialarında həmin müqavilələrin ləğvini tələb etmiş və həmin əmlaklara maraqlarının qalmamasını nümayiş etdirmiş, artıq mövcud olmayan 7/8 saylı mənzilin 25.*1.2*12-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.29*.*** manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) onlara qaytarılmasını tələb edirlər.

58. Lakin bu tələb üzrə ümumiyyətlə məhkəmələr tərəfindən qətnamədə hər hansı bir əsaslandırma aparılmadan rədd edilmişdir. Buna görə də, həmin hissədə qətnamə ləğv edilərək, iş yeni baxışa göndərilməlidir.

59. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hər iki iddianın predmetini təşkil edən dəyişdirmə qaydaları çərçivəsində bağlanmış alğı-satqı müqavilələri MMC ilə cavabdehlər arasında bağlansa da, cavabdehlər tərəfindən MMC-yə təqdim olunan 7/8 ünvanında yerləşən əmlak onların de yil, Maraqlı şəxs mülkiyyətində olmuş, sonuncu həmin əmlakla bağlı cavabdehlərdən Cavabdeh1 ümumi etibarnamə vermişdir. Lakin həmin əmlakla bağlı 25.*1.2*12-ci il tarixli müqaviləni MMC ilə alıcı qismində Cavabdeh1 və əmlakın keçmiş mülkiyyətçisi olan arvadı Cavabdeh2 imzalamışlar. Halbuki, həmin vaxt onlardan heç biri əmlakın mülkiyyətçisi olmamış, Cavabdeh1 yeni mülkiyyətçi Maraqlı şəxs adından təmsiletmə səlahiyyəti olmuşdur. Lakin o, müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir.

60. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların dəyişdirmə predmeti olan əmlakın dəyərinin (2.935.897 ABŞ dolları) qaytarılması (əmlak artıq mövcud olmadığından) tələbini yoxlayarkən, məhkəmənin xidməti vəzifəsinə görə tələblərin irəli gəldiy i əqdin etibarlılığı ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi yoxanılmalı, yoxlama nəticəsində əqdlərin etibarlı olduğu nəticəsinə gəldikdə isə, bu tələbin əsasları istiqamətində araşdırma aparılmalıdır.

61. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən əqdlərin etibarlılıq şərtləri yoxlanılarkən bu hal da nəzərə alınmalıdır ki, dəyərinin qaytarılması tələb edilən əmlakın mülkiyyətçisi olan Maraqlı şəxs məhkəmə prosesinə cəlb edilməklə, mübahisəli məsələ ilə bağlı münasibəti öyrənilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

62. İkinci apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədən 16.*5.2*23-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin iclasında xəbərdar olmuşdur. Nərimanov Rayon Məhkəməsi rəsmi olaraq onun mülkiyyəti kimi qeydə alınan ünvan 5 ünvanında daimi istifadə hüququ ilə yaşamış cavabdehlərlə iddiaçı arasında mübahisəyə baxmış, bir mülkiyyətçi kimi onun qanuni maraqlarını nəzərə almadan, onun həmin məhkəmədə iştirakını təmin etmədən, hüquqlarını pozan qərar qəbul etmişdir. İddiaçı mülkiyyət hüquqları ilə ona məxsus mənzilləri və obyektləri söküb yerində hündür mərtəbəli, çoxmənzilli ev tikib və ona kompensasiya ödəməmişdir. İddiaçı bu gün də onun adında olan həmin ünvandakı mənzilləri ondan almadan faktiki olaraq qanunla ona məxsus olan torpaq sahəsində qanunsuz bina t ikmişdir.

63. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-5262/2*23 nömrəli, *5 sentyabr 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər - V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21 nömrəli, 19 noyabr 2*21-ci il tarixli qətnaməsinin qismən – qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddia tələbinin rədd olunması qət edilmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs əmlakın mülkiyyətçisi olmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə proseslərinə cəlb edilməmişdir.

65. Qarş ılıqlı iddia tələbində ünvan 1 ünvanında yerləşən əmlakın 25.*1.2*12-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.29*.*** manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) qaytarılması tələb edilmişdir.

66. Kollegiya qeyd edib ki, ilk öncə tələblərin irəli gəldiyi əqdin etibarlılığı ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi yoxanılmalı, yoxlama nəticəsində əqdin etibarlı olması nəticəsinə gəlindikdə, bu tələbin əsasları istiqamətində araşdırma aparılmalıdır.

67. İşin müəyyən edilmiş hallarına əsasən hər iki iddianın predmetini təşkil edən 25.*1.2*12-ci il tarixli alğı-satqı müqaviləsi dəyişdirmə qaydaları çərçivəsində MMC ilə cavabdehlər arasında bağlansa da, cavabdehlər tərəfindən MMC-yə təqdim olunan ünvan 1 ünvanında yerləşən əm lak onların deyil, Maraqlı şəxs mülkiyyətində olmuşdur. Sonuncu həmin əmlakla bağlı cavabdehlərdən Cavabdeh1 ümumi etibarnamə versə də, həmin əmlakla bağlı 25.*1.2*12-ci il tarixli müqaviləni MMC ilə alıcı qismində Cavabdeh1 və əmlakın keçmiş mülkiyyətçisi olan arvadı Cavabdeh2 imzalamışlar. Halbuki, həmin vaxt onlardan heç biri əmlakın mülkiyyətçisi olmamışdr. Cavabdeh1 yeni mülkiyyətçi Maraqlı şəxs adından təmsilçilik səlahiyyəti olsa da, müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir.

68. Qanunun tələbinə görə isə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

69. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyini n mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.

70. Göründüyü kimi, tələbin əsaslandığı 25.*1.2*12-ci il tarixli əqd tələb edilən əqdin etibarlılığına dair şərtlərə cavab verməmişdir, belə ki, əqdin subyekt tərkibinə dair şərti pozulmuşdur.

71. Beləliklə, iddia tələbinin əsaslandığı əqd əhəmiyyətsizdir, ona görə də həmin əqd üzrə hüquqi nəticə əmələ gəlməmişdir, yəni müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 iddia olunan subyektiv hüquqları yaranmamışdır, həmin əqd üzrə onların tələblərinin hüquqi əsası yoxdur. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi də hüquqi baxımdan mümkün deyil.

72. Kollegiya Cavabdeh1 və Cavabdeh2 “istifadə hüquqlarının əvəzləşdirilməsi” barədə dəlillə rinə də tənqidi qiymət verərək qeyd etmişdir ki, 25.*1.2*12-ci il tarixli müqavilənin məzmunundan göstərilən hal müəyyən olunmur, həmin əqdi onlar mülkiyyətçi kimi təsdiq etmişlər.

73. Kollegiya həmçinin qeyd edib ki, Maraqlı şəxs apelyasiya şikayətində ona məxsus evin sökülməsi nəticəsində ona kompensasiya ödənilməməsi səbəbindən qətnamənin ləğv edilməsini xahiş etmişdir. Lakin onun belə bir tələbi olmamış, apellyasiya baxışında verdiyi iddia ərizəsi isə geri qaytarılmışdır. Qeyd olunanlar o anlama gəlir ki, Maraqlı şəxs özü müvafiq kompensasiyanı almaqda israrlıdır.

74. Belə vəziyyətdə 25.*1.2*12-ci il tarixli əqdin etibarsızlığı nəticəsində restitusiya tətbiq etmək mümkün deyil, çünki Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olmayan əmlak barəsində sərancam vermiş, Maraqlı şəxs isə müva fiq tələbi olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

75. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh1* və Cavabdeh11 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilərək, cavabdehlərdən (ilkin iddia üzrə iddiaçı və “Zamin”dən), solidar qaydada, 2 935 897 ABŞ dollarının və 63* *** manatın alınaraq, bərabər paylarla olmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməsi, məhkəmə xərclərinin cavabdehdən (ilkin iddia üzrə iddiaçı) tutularaq iddiaçılar (ilkin iddia üzrə cavabdehlər) Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

76. Kassasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun onunla əsaslandırılmışdır ki, Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2 və onların ailə üzvlərinin Maraqlı şəxs mülkiyyətində olan həmin mənzildə daimi istifadə hüquqlarının olduğunu sübut edən kifayət qədər sübutlar iş materiallarında ola-ola, apellyasiya məhkəməsi bunları nəzərə almadan, müqaviləni yanlış təfsir etmişdir. Apellyasiya instansiyasıməhkəməsi 25 yanvar 2*12-ci il tarixli “Mənzil alğı-satqısına və zaminliyə dair müqavilə”ni və ona edilən əlavələri təfsir edərkən, səhvə yol vermis, belə bir nəticəyə gəlmişdir ki, guya 7/8 ünvanında yerləşən əmlak onların deyil, Maraqlı şəxs mülkiyyətində olmuşdur. Sonuncu həmin əmlakla bağlı cavabdehlərdən Cavabdeh1 ümumi etibarnamə versə də, həmin əmlakla bağlı 25.*1.2*12-ci il tarixli müqaviləni MMC ilə alıcı qismində Cavabdeh1 və əmlakın keçmiş mülkiyyətçisi olan arvadı Cavabdeh2 imzalamışlar. Halbuki, həmin v axt onlardan heç biri əmlakın mülkiyyətçisi olmamışdır. Cavabdeh1 yeni mülkiyyətçi Maraqlı şəxs adından təmsilçilik səlahiyyəti olsa da, müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir. Apellyasiya məhkəməsi müqaviləni düzgün təfsir etməmişdir. Müqavilə Maraqlı şəxs mülkiyyət hüququna heç bir formada təsir etmir, onun hüquqların pozmur, ona əlavə öhdəlik yaratmır. Maraqlı şəxs məhkəmədə bildirib ki, 2*11-ci ildə mənzil almaq marağı aradan qalxdığıNa görə mənzilləri yenidən Mehparə Məmmədovaya qaytarmaq istəyib, lakin mənziollər söküıməyə başlandığı üçün buna əlavə vəsait və vaxt sərf etməyib. Məhkəmə işə baxılarkən Cavabdeh1 videokonfrans əlaqə sistemindən istifadə etməklə iştirakının təmin olunması barədə vəsatətini təmin etməyib. 25.*1.2*12-ci il tarixli müqaviləni tərəflər və ya başzq şəxlər mübahisələndirməyib. Deməli, bu müqavilə mübahisələndirilən əqd kimi etibarsız sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

77. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

78. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

79. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

80. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

81. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

82. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nət icələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

83. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

84. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində sus ulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

85. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

86. Maddə 34*.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun m ahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

87. Maddə 359.1 Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

88. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna o lmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

89. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

90. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

91. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

92. Maddə

662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

93. Maddə 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.

94. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

95. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin ə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

96. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

97. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

98. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

99. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

100. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

101. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

102. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Kassasiya şikayətində qətnamə tam mübahisələnd irldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Belə ki, kassasiya şikayəti üzrə mübahisələndirilən hissə, artıq mövcud olmayan 7/8 saylı mənzilin 25.*1.2*12-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.29*.*** manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) Cavabdeh2 və Cavabdeh1 qaytarılması barədə tələbdən ibarətdir.

107. Bu tələb müqavilə öhdəliyinə əsasladığına görə ilk növbədə istinad olunan müqavilənin etibarlı olub olmaması yoxlanılmalıdır.

108. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2*21-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yara ndığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

109. Göründüyü kimi hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq, məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Buna görə də müqavilə mübahisələndirilmədiyi halda müqavilənin etibarsız sayılmasının mümkün olmadığı barədə kassasiya şikayətinin dəlili əsassızdır.

110. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də tərəflərin arasında bağlanmış 25.*1.2*12-ci il tarixli müqavilənin etibarlı olub olmamasını araşdırmış və həmin müqavilənin subyekt tərkibinə dair şərtinin pozulduğu, əqdin etibarlılığına dair şərtlərə cavab verməməsi qənaətinə gəlmişdir (bu qərarın 7*-ci paraqrafı).

111. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və əsaslandırması ilə razılaşır.

112. Belə ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi).

113. Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər.

114. Əmlakla bağlı əqdlər bağlamaq, mülkiyyət hüququnun tərkib elementi olan sərəncam vermə hüququnu təşkil edir. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hü quqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir.

115. Bu baxımdan, 25.*1.2*12-ci il tarixli müqavilə üzrə Cavabdeh2 və Cavabdeh1 hüquq və vəzifələri, müqavilədə göstərilən Həsənoğlu küç əsi, korpus 7, ev 12 ünvanda yerləşən 7,8 saylı mənzilin mülkiyyətçisinin sərəncam vermək səlahiyyətini əhatə edir. Müvafiq olaraq bu müqavilə üzrə Cavabdeh2 və Cavabdeh1nın həm öhdəlikləri, həm də hüquqları, məhz 7,8 saylı mənzilə dair sərəncam vermə ilə bağlı olmuşdur.

116. Qeyd olunmalıdır ki, əmlaka dair əqdlər mülkiyyətçinin təmsilçisi vasitəri ilə də bağlana bilər (Mülki Məcəllənin 359.1-ci maddəsi).

117. Lakin Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

118. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçili kdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Lakin Cavabdeh1 yeni mülkiyyətçi Maraqlı şəxs adından təmsilçilik səlahiyyəti olsa da, 25.*1.2*12-ci il tarixli müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir. Halbuki, Cavabdeh1 təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

119. Həmçinin apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mülkiyyətçi Maraqlı şəxs özü müvafiq kompensasiyanı almaqda israrlıdır.

120. Kassasiya şikayətində bəhs olunan “Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqlarının əvəzləşdirilməsi” barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər apelyasiya şikayətində irəli sürülmüşdü və apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

121. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilələrin predmeti istifadə hüququnun kompensasiyası olmayıb, Maraqlı şəxs mülkiyyətində olan mənzilin sökülməsi ilə bağlı əvəzləşdirmə təşkil edib.

122. Maraqlı şəxs 2*11-ci ildə mənzil almaq marağı aradan qalxdığına görə mənzilləri yenidən Mehparə Məmmədovaya qaytarmaq istəməsi barədə dəlillər qətnamənin ləğvinə əsas vermir. Çünki mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində Maraqlı şəxs adına qeydiyyata alınmışdır. Mülki Məcəllənin 14*-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

123. Nəzərə alınmalıdır ki, bu vəziyy ətdə sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür.

124. Məhkəmə işə baxılarkən Cavabdeh1 xaricdə yaşaması ilə əlaqədar videokonfrans əlaqə sistemindən istifadə etməklə iştirakını təmin etməməsi barədə dəlillə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas protokolundan göründüyü kimi məhkəmə kollegiyası Cavabdeh1 vəsatətini araşdırmış, lakin məhkəmənin texniki imkanlarının olmaması səbəbindən vəsatəti təmin etmək mümkün olmamışdır.

125. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

126. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

127. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 - 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-5262/2*23 nömrəli, *5 sentyabr 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar