Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-587/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Haqverdiyev İsmayıl Əli oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, X2, Bakı şəhəri 5* saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ilk; Cavabdeh8 və X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı qarşılıqlı iddia (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) tələblərinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, X2, Bakı şəhəri 5* saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alğı-satqı müqavilələrinin ləğvi, reyestrdən çıxarışların və bağışlama müqaviləsinin etibarsızlığı, əmlakın qaytarılması” barədə ilk iddiası; Cavabdeh8 və X1 "xxxx" MMC-yə qarşı “əmlakın və edilmiş yaxşılaşdırmaların dəyərinin qaytarılması, mənəvi zərərin ödənil məsi” barədə müstəqil iddia, eyni zamanda Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 birgə, Cavabdeh1 ayrılıqda "xxxx" MMC-yə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “alğı-satqı müqavilələrinin və reyestrdən çıxarışların ləğv edilməsi” tələblərinə dair qarşılıqlı iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6963/2*24 nömrəli, 25 dekabr 2*24-cü il tarixli qərardadından ilkin iddia üzrə borclu Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Birinci instansiya məhkəməsində icraat:
1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.11.2*21-cu il tarixli 2(**5)324/2*21 nömrəli qətnaməsi icra edilməsi üçün 18.*4.2*24-cü il tarixli elektron qaydada Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21-141 nömrəli, 19.11.2*21-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21 saylı, 26.*8.2*24cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat:
4. Borclu Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21 saylı, 26.*8.2*24-cü il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin, “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)- 324/2*21-141 nömrəli, 19.11.2*21-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi barədə” ərizəsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)324/2*21 saylı, 141 nömrəli, 19.11.2*21-ci il tarixli qətnaməsinə və icra sənədinə izah verilməsi barədə qanuni qərar qəbul edilməsini xahiş edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2*24-cü il tarixli, 2(1*3)6963/2*24 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.*8.2*24-cü il tarixli, 2(**5)-324/2*21 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Qərardadın nəticə hissəsində göstərilmişdir ki, qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
7. Borclu Cavabdeh1 tərəfindən 19.12.2*24-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 nömrəli qərardadından verilmiş kassasiya şikayəti məhkəməyə daxil olmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.12.2*24-cü il tarixli, 2(1*3)6963/2*24 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.12.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 nömrəli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 4*2.2-ci maddəsində hazırki iş üzrə mübahisələndirilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
21. Qərardaddan narazı qalan borclu Cavabdeh1 (vəkil yoxdur) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*3)-6963/2*24 saylı, 25.12.2*24-cü il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin icraata qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kassasiya şikayətinin geri qaytarılması qanunsuzdur, MPM-in 4*2-ci maddəsi Bakı Apellyasiya Məhkəməsinin 11.12.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 saylı qərardadından kassasiya şikayəti verməyi qadağan etmir. Kassasi ya şikayəti qəbul edilməli və mahiyyəti üzrə baxılmalıdır.
23. Məhkəmə təcrübəsinin vahidliyini təmin etmək baxımından şikayətçinin tələblərinə, xüsusilə də, MM-nin 337.5-ci maddəsinin tətbiqi ilə bağlı Ali Məhkəmənin vahid hüquqi mövqeyi müəyyənləşdirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
24. Maddə 3.1 Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
25. Maddə 4*2.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 4*2.2.1. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 4*2.2.2. Kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 4*2.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 4*2.2.4. İş üzrə icraata xitam verilməsi barədə; 4*2.2.5. Bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
26. Maddə 4*4-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməy ə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
27. Maddə 4*4-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
28. Maddə 4*8.1.1 Kassasiya şikayəti bu Məcəllənin 4*2-ci və 4*7.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır.
29. Maddə 4*9. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcə llənin 4*2, 4*5 və 4*7-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
31. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21-141 nömrəli, 19.11.2*21-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi barədə ərizəsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)324/2*21 saylı, 26.*8.2*24-cü il tarixli qərardadı ilə təmin edilməmiş, həmin qərardaddan borclu Cavabdeh1 şikayət verərək onun ləğv edilməsini və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin, “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)- 324/2*21-141 nömrəli, 19.11.2*21-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi barədə” ərizəsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(**5)-324/2*21 saylı, 141 nömrəli, 19.11.2*21-ci il tarixli qətnaməsinə və icra sənədinə izah verilməsi barədə qanuni qərar qəbul edilməsini xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.1 2.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26.*8.2*24-cü il tarixli, 2(**5)-324/2*21 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
32. Azərbaycan Respublikasının MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmişdir.
33. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.12.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 nömrəli qərardadı icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi məsələsi barədədir. Göstərilən kateqoriyadan olan qərardadlardan kassasiya şikayəti verilə bilməsi imkanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının MP M-in 4*2.2-ci maddəsində kassasiya şikayəti verilə bilən qərardadların sırasında belə kateqoriyadan olan qərardad nəzərdə tutulmur. Hazırda mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 2(1*3)-6963/2*24 nömrəli, 25.12.2*24-cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, MPM-də həmin məhkəmənin 11.12.2*24-cü il tarixli, 2(1*3)-6963/2*24 nömrəli qərardadından kasasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin şikayətin qaytarılması barədə 25.12.2*24-cü il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz və verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidr..
34. Nəzərə alınmalıdır ki, kassasiya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edi ldiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.
35. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 4*2.2-ci maddəsinin və ümumiyyətlə son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılmış qanunvericilik islahatlarının məqsədlərinə cavab vermir.
36. Göstərilən əsasla kassasiya şikayəti qeyri-mümkün hesab edilməli olduğundan, hazır kı kassasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş digər tələblərə cavab verib-vermədiyinin araşdırılmasına ehtiyac yoxdur.
37. Mülki prosessual qanunvericilik göstərilən kateqoriyadan, yəni icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi məsələsinə məhkəmələr tərəfindən baxılmasının son instansiyası kimi apellyasiya instansiyası məhkəməsi müəyyənləşdirilmişdir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir.
39. Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparıla n icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini də yolverilən hesab etmişdir. X4rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2**3-cü il 17 oktyabr tarixli qərar).
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün p rosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 4*4-1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-6963/2*24 nömrəli, 25.12.2*24-cü il tarixli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab e dilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.