Məhkəmə qərarları › İş №2(102)-13/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-13/2020

11.03.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-13/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-5987/2019 nömrəli qətnaməsindən iddiaçı X5 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçdüyü zaman hədiyyə kimi verilmiş, 4743 manat dəyərində olan bir dəst tərkibində 750 prob, 33 qram, qızıl, 4,60 sot brilyant boyunbağı; 1 ədəd, qızıl, 750 prob, 4,5 qram üzük; 1 dəst, 750 prob, 7 qram qızıl sırğa; 1 ədəd, 750 prob, 8 qram qızıl qolbaq və dəyəri 600 manat olan 14 qram, 750 prob, qızıl, qaşlı nişan üzüyü - qızıl-zinət əşyalarının, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə, onların dəyəri olan 4743 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, toy zamanı cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları yaşadığı evdə qalıb. Dəfələrlə ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qay tarılmasını tələb etsə də, cavabdeh onun tələbinə məhəl qoymayıb, müxtəlif bəhanələrlə bundan boyun qaçırıb. Qızıl-zinət əşyalarının qaytarılması ilə əlaqədar polis bölməsinə müraciət edib. Bölmədə izahat verərkən cavabdeh bildirib ki, guya qızıl-zinət əşyalarını sataraq, onun müalicəsinə xərcləyib. Telefon yazışmalarından məlum olur ki, qızıl-zinət əşyaları cavabdehdə qalıb. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim A.İbrahimov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, bir ədəd qızıl nişan üzüyünün, bir ədəd qızıl dəstin (dəstə daxil olan: boyunbağı, bir ədəd üzük, bir cüt sırğa və qolbaq), həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda, bu qızıl zinət əşyalarının cəmi dəyərini təşkil edən 2200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun c avabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər A.Hüseynov, V.Sadıqov, A.İmanov) xx xxxx 2019cu il tarixli, 2(103)-5987/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-489/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh X2 qarşı gəlin köçdüyü zaman hədiyyə kimi verilmiş, 4743 manat dəyərində olan bir dəst tərkibində 750 prob, 33 qram, qızıl, 4,60 sot brilyant boyunbağı; 1 ədəd, qızıl, 750 prob, 4,5 qram üzük; 1 dəst, 750 prob, 7 qram qızıl sırğa; 1 ədəd, 750 prob, 8 qram qızıl qolbaq və dəyəri 600 manat olan 14 qram, 750 prob, qızıl, qaşlı nişan üzüyü qızıl-zinət əşyalarının, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə, onların dəyəri olan 4743 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı X5 və vəkili Vəkil1 kassasiya verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-5987/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə işə baxaraq qətnamə çıxararkən Mülki prosessual qanunvericiliyinin mülki işlər in tərəflərin çəkişmə, qərəzsiz və faktlar əsasında baxılmasına dair prinsiplərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktları araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsində X3 tələb edilən qızıl-zinət əşyalarının onda olduğunu etiraf etmişdir, lakin qiymətinin 2200 manat olduğunu bildirmişdir. Keçmiş həyat yoldaşı iddiaçını xəyanətdə günahlandırması isə tamamilə əsassızdır, şər və böhtandır. Cavabdehin qeyd etdiyi telefon nömrəsi iddiaçıya aid olmamışdır. Apellyasiya məhkəməsinin hakimi heç bir araşdırma aparmadan qətnamədə göstərmişdir ki, guya telefon nömrəsi iddiaçıya məxsus olmuşdur. Bundan əlavə mübahisəli telefon cavabdehdə olub və məhkəmədə də bildirib ki, telefon ondadır. İddiaçı müəyyən səbəblərdən məhkəmədə özü iştirak etməmiş, onun əvəzindən vəkili və nümayəndəsi iştirak etmişdir. Hakimin ailə dəyərlərini əsas gətirərək, heç bir sübut olmadan iddiaçının iddiasını rədd etməsi onun subyektiv fikrindən, fantaziyasından başqa bir şey deyildir. Hakim qanunsuz olaraq iddiaçının məhkəməyə gəlməsini tələb etmiş və o, gəlmədiyi üçün iddianı rədd etmişdir. Qətnamədə hakim yazır: "Mövcud vəziyyətdə yazışmaların həqiqətən də cavabdeh tərəfindən aparılıb-aparılmadığmı müəyyən etmək üçün məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasında şəxsən iştirakını zəruri hesab etmiş, lakin iddiaçı hər hansı üzrlü səbəb təqdim etmədən məhkəməyə gəlməkdən imtina etmişdir.” Hakimin mövqeyi çox “maraqlıdır”. Hakim iddiaçının məhkəməyə gəlməsini tələb etsə də, cavabdeh məhkəmədə iştirak etməmişdir. Hakim bu yazışmaların aparıldığı telefon nömrəsinin və telefonun kim ə məxsus olduğunu araşdırmadan yazışmaların iddiaçıya məxsus olduğu nəticəsinə gəlmişdir. Cavabdeh telefonun onda olmasını bildirsə də hakim həmin telefonun məhkəməyə gətirilməsini və ona baxış keçirilməsini tələb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi ehtimallara əsaslanaraq hazırki qətnaməni qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.2, 3.0.5, 29.4, Mülki Məcəlləsinin 673.1.2, 673.3-cü maddələrinə istinadən gəldiyi nəticələrə əsasən iddiaçı (hədiyyə alan) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri cavabdehin (hədiyyə verənin) barəsində kobudcasına pozmuşdur. Bu baxımdan cavabdeh iddianın predmetini təşkil edən qızıl-zinət əşyalarını iddiaçıya bağışlamadan imtina etməkdə haqlıdır və bu hal iddianın təmin olunmasını aradan qaldırır. Apellyasiya instansiyası məhkəməsi işin materialları gəldiyi digər nəticəyə əsasən isə bağışlanan əşyalar cavabdehdə (hədiyyə verəndə) olduğundan bağışlamadan imtina artıq baş vermişdir. Qeyd olunan səbəbdən cavabdehin üzərinə iddiaçıya bağışlamadan imtina haqqında bildiriş göndərmək vəzifəsinin qoyulması əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri hazı rkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaması və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və əsasən də prosessual hüquq normalarını düzgün tətbiq edilməməsi baxımından razılaşmır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan uşaqları olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçının hazırkı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları cavabdeh tərəfindən ona hədiyyə edilmişdir, iddiaçı və cavabdeh müəyyən müddət bir yerdə yaşadıqdan sonra münasibətləri pisləşmiş və xx.xx.2018-ci ildə nikahları ləğv edilmişdir. Hazırki iş üzrə İddiaçı tələbinin əsasını toy zamanı cavabdeh tərəfindən ona hədiyyə edilmiş qızıl-zinət əşyaları yaşadığı evdə qalm ası, ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılmasını dəfələrlə tələb etsə də, cavabdehin onun tələbinə məhəl qoymayaraq, müxtəlif bəhanələrlə bundan boyun qaçırması təşkil edir. Cavabdeh isə iddiaya etiraz edərək vaxtilə iddiaçıya mübahisə predmeti olan qızıl-zinət əşyalarını hədiyyə verməsini və hazırda həmin əşyaları onun tələbi ilə qaytarmamasını etiraf edir. Cavabdehin iddiaya olan etirazının əsasını iddiaçının ona xəyanət edərək mobil telefondan özgə kişi ilə intim söhbətlər aparmaqla onun qızıl-zinət əşyalarının hədiyyə verilən zaman müəyyən edilmiş şərti - sədaqətli həyat yoldaşı olacağı öhdəliyini pozması təşkil etmişdir. Həmçinin də göstərmişdir ki, qızılların bəzisi satılaraq iddiaçının müalicəsinə xərclənmiş, qalan qızıllar isə onun anasında olmaqla onda deyildir. İdd iaçının tələbinin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2 və 225.2-ci, Ailə Məcəlləsinin 34.1-ci maddələri təşkil edir. Həmin maddələrə müvafiq olaraq ərarvadın birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyəti hesab edilir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianya etirazın qanuni əsasını isə Mülki Məcəllənin 673.1.2-ci maddəsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması ilə bağlı hədiyyə verənin bağışlamaqdan imtina edə bilməsinə dair Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozitiv şərtləri ilə bağlı Azərba ycan Respublikasının ailə qanunvericiliyinin müvafiq müddəaları baxımından gəldiyi hüquqi mövqeyi ilə razılaşsa da, hazırki iş üzrə qeyd edilən normanın tələbləri baxımından iddiaçının bağışlamadan imtinaya əsas verən hərəkətə yol verildiyini təsdiq edən sübutların araşdırılmasını tam və hərtərəfli həyata keçirmədiyi üçün gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Mülki Məcəllənin 673.1.2-ci maddəsində müəyyən edilmiş bağışlamadan imtinaya əsas verən hərəkətə yol verildiyini təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə onun cavabdehlə nikah olduğu dövrdə kişi cinsindən olan digər şəxslə telefon üzərindən apardığı yazışmalardan çıxarışa istinad edərək çıxarışda əks olunan mesajların mətni əsasında iddiaçının ailə hüquq münasibə tlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri cavabdehin barəsində kobudcasına pozduğunu müəyyən etməyin mümkün olması qənaətinə gəlmişdir. İşin materiallarından görünür ki, cavabdehin nümayəndəsi göstərmişdir ki, yazışmanın aparıldığı mobil nömrə iddiaçının adına olmuşdur və telefon iddiaçının faktiki istifadəsində olub, yazışmalar tərəflərin evli olduqları tarixdə aparılıb, hazırda da telefonun yaddaşında olan və iddiaçının rəfiqələri, qohumları ilə aparılan yazışmalar telefonun həmin dövrdə iddiaçının istifadəsində olduğunu təsdiq edir. İddiaçının nümayəndəsi isə cavabdeh tərəfin istinad etdiyi yazışmaların aparıldığı mobil nömrənin cavabdehin adına qeydiyyatdan keçməsini və iddiaçının həmin yazışmaların onun tərəfindən aparılmasını inkar etdiyini göstərmişdir. Azərbaycan Respub likası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə tərəflərin bu dəlilləri üzrə araşdırma aparmayaraq yazışmanın aparıldığı mobil nömrənin kimin adına olmasını, nömrənin istifadə edildiyi telefonun faktiki kimin istifadəsində olmasını aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi yazışmanın aparıldığı mobil telefonu məhkəmə kollegiyasına təqdim etməsini göstərsə də, məhkəmə iclas protokolunda belə bir hərəkətin baş verməsi, təqdim edilən telefonun hansı marka,hansı model olması və s. göstərilə bilən xüsusiyyətlər i əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 270-ci maddəsinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclsından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Kollegiya həmçinin qeyd edir ki, bu kateqoriya işlərə baxılarkən Mülki Məcəllənin 673.1.2-ci maddəsinin dispozitiv şərtləri baxımından hədiyyə alanın bağışlamadan imtinaya əsas verən hərəkətə yol verildiyini təsdiq edən sübutların araşdırılması zamanı mövcud vəziyyətdə yazışmaların kimin tərəfindən aparılıb - aparılmadığını müəyyən etmək üçün mötəbərliyi şübhə doğurmayan mənbədən alınmış sübutlara istinad edilməlidir. Bu baxımdan, yazışmanın aparıldığı mobil nömrənin kimin adına və həmin nömrənin istifadəsi üçün işlədilən mobil telefonun kimin istifadəsində olmasının mötəbər sübutlar əsası nda aydınlaşdırılması hazırki mübahisənin obyektiv və ədalətli həlli üçün mühüm əhəmiyyəti vardır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolve rilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyasının qənətinə görə kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və əsasən prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edilməlid ir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respu blikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)5987/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar