Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-13/2021 11.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Əkbər oğluna qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-07/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarix li qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh1 ilə İddiaçı X2 (bundan sonra – iddiaçı və ya Bank) arasında bağlanmış xx xxx 2014-cü il tarixli 102/F nömrəli kredit müqaviləsinə əsasən Bank müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Cavabdeh1 Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 faiz hesablanmaq şərtilə, 36 ay müddətinə 18 ay güzəşt müddəti olmaqla 15000 manat məbləğində, xx xxxx 2015-ci il tarixli 050/M nömrəli kredit müqaviləsinə əsasən, illik 17 faiz olmaqla 36 ay müddətinə 50000 ABŞ dolları məbləğində, xx xxxxxxx 2015-ci il tarixli 077/F nömrəli kredit müqaviləsinə əsasən isə müqavilənin 2-ci bəndində nəzərdə tutulan məqsədlər üçün Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 faiz hesablanmaq şərtilə, 36 altı ay müddətinə 18 ay güzəşt müddəti olmaqla 15000 manat məbləğində kredit vermişdir. Bankla, həmçinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Əkbər oğlu arasında müxtəlif məbləğlərdə pulun verilməsinə dair kredit müqavilələri bağlanmışdır. Verilmiş kredit məbləğlərinin təminatı kimi Bankla Cavabdeh1 arasında xx xxx 2014cü il tarixli 102/F nömrəli sonrakı ipoteka, xx xxxx 2015-ci il tarixli “xx xxx 2013-cü il tarixli 098M” nömrəli ipoteka müqaviləsinə əlavə və xx xxxxxxx 2015-ci il tarixli 077F nömrəli sonrakı ipoteka müqavilələri imzalanmış və sonuncunun mülkiyyətində olan Bakı şəhəri xxxxxxx (bundan sonra – ipoteka predmeti və ya mənzil) ipote ka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2015-ci il tarixli, 050/M nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 24032,06 ABŞ dolları əsas borc, 4390 ABŞ dolları dəbbə pulu, cəmi 38544,82 ABŞ dolları məbləğində borcun, xx xxxxxxx 2015-ci il tarixli, 077/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 15000 AZN əsas borc, 2035,34 AZN faiz borcu, 2250 AZN dəbbə pulu, cəmi 19285,34 AZN məbləğində borcun, xx xxxxxxx 2015-ci il tarixli, 078/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 15000 AZN əsas borc, 1942,06 AZN faiz borcu, 2250 AZN dəbbə pulu, cəmi 19192,06 AZN məbləğində borcun, xx xxxxxxx 2015-ci il tarixli, 079/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh3 150 00 AZN əsas borc, 1939,04 AZN faiz borcu, 2250 AZN dəbbə pulu, cəmi 19189,04 AZN məbləğində borcun, xx.xx.2014-cü il tarixli 103/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 Əkbər oğlundan 698,86 AZN əsas borc, 43,87 AZN faiz borcu, 2555 AZN dəbbə pulu, cəmi 3297,73 AZN məbləğində borcun, xx.xx.2014-cü il tarixli 102/F nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 9166,66 AZN əsas borc, 1776,40 AZN faiz borcu, 2397 AZN dəbbə pulu, cəmi 13340,06 AZN məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına iddiaçıya olan borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunması nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər üzərlərinə düşən öhdəlikləri icra etməyərək kredit müqavilələrinin şərtlərini pozmuşlar, nəticədə Banka göstərilən məbləğdə borcları yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş xx xxx 2018-ci tarixli ayarışlara əsasən, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 079/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas, 1939,04 manat məbləğində faiz, 2250 manat məbləğində cərimə borcu olmaqla cəmi 19189,04 manat, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 078/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat əsas, 1942,06 manat faiz, 2250 manat məbləğində cərimə borcu olmaqla, cəmi 19192,06 manat, Cavabdeh4 Əkbər oğlunun xx.xx.2014-cü il tarixli 103/F nömrəli kredit müqaviləsi üzrə 698,86 manat məbləğində əsas, 43,87 manat məbləği ndə faiz, 2555 manat cərimə borcu olmaqla, cəmi 3297,73 manat, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 102/F nömrəli kredit müqaviləsi üzrə 9166,66 manat məbləğində əsas, 1776,4 manat məbləğində faiz, 2397 manat məbləğində cərimə olmaqla, cəmi 13340,06 manat, xx.xx.2015-ci il tarixli 077/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat əsas, 2035,34 manat məbləğində faiz, 2250 manat məbləğində cərimə olmaqla, cəmi 19285,34 manat, həmçinin, xx.xx.2015-ci il tarixli 050/M nömrəli kredit müqaviləsi üzrə 24032,06 ABŞ dolları məbləğində əsas, 10122,76 ABŞ dolları məbləğində faiz, 4390 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 38544,82 ABŞ dolları məbləğində Bank qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Şərur Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(110)422/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Aslanov) iddia qismən təmin edilərək Cavabdeh3 xx.xx.2015-ci il tarixli 079/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas, 1939,04 manat məbləğində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 17439,04 manat, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 078/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas, 1942,06 manat məbləğində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 17442,06 manat, Cavabdeh4 Əkbər oğlundan xx.xx.2014-cü il tarixli 103/F nömrəli kredit müqaviləsi üzrə 698,86 manat məbləğində əsas, 43,87 manat məbləğində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 1242,73 manat, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 102/F nömrəli kredit müqaviləsi üzrə 9166,66 manat məbləğində əsas, 1776,4 manat məbləğ ində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 11443,06 manat, xx.xx.2015-ci il tarixli 077/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas, 2035,34 manat məbləğində faiz, 500 manat məbləğində cərimə olmaqla cəmi 17535,34 manat, eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 30 manat olmaqla ümumilikdə 65132,23 manat borc pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 050/M nömrəli kredit müqaviləsi üzrə 24032,06 ABŞ dolları məbləğində əsas, 10122,76 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 34654,82 ABŞ dolları məbləğində borc pulun ödəniləcək zaman məzənnəyə uyğun olaraq Cavabdeh1 tutularaq iddiaçının hesabına köçürülməsi, borcun tutulması mümkün olmadığı təqdirdə tutmanın ipoteka predmetin ə yönəldilməsi, həmin mənzil açıq hərracdan satılaraq əldə olunan vəsaitin cavabdehlərin iddiaçı qarşısında olan borcunun ödənilməsinə sərf edilməsi, aparılmış ekspertiza xərci olan 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq “xxxx” MMC-nin müxbir hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin 2(110)-422/2018 nömrəli iş üzrə xx xxxxxx 2018-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərini icra e tməmişlər, buna görə də onların Bank qarşısında borcu yaranmışdır. İddia tələbini əsas və faiz borcunun tutulması hissəsində təmin edən məhkəmə müəyyən etdiyi borcun işdə olan sübutlar, o cümlədən maliyyə arayışı ilə təsdiq olunduğunu qeyd etmişdir. Bununla belə, məhkəmə kredit müqavilələri üzrə hesablanmış cərimə borclarının məbləğinin yüksək olduğunu qeyd edərək, dəbbə pulunu xx.xx.2015-ci il tarixli 077F, 078F, 079F nömrəli, xx.xx.2014-cü il tarixli 102F, 103F nömrəli kredit müqavilələrinə əsasən hər biri üzrə 500 manatadək, xx.xx.2015-ci il tarixli 050M nömrəli kredit müqaviləsi üzrə 500 ABŞ dolları məbləğinə qədər azaldılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, həmçinin hesab etmişdir ki, Bank borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır və tələb ipotekaya qoyulmuş mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. Məhkəmə baxışı zamanı keçirilmiş qiymətlədirmə zamanı ipoteka predmetinin likvid dəyərinin 126.000 manat müəyyən edilməsini nəzərə alaraq məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini həmin məbləğdə təyin etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 317, 319, 385.1, 386.1, 389.1, 425, 427, 439, 442, 448, 467, 739, 741-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 39.3.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Birinci instansiya məhkəməsinin qətnaməsindən və əlavə qətnaməsindən yalnız Cavabdeh1 (bundan sonra - cavabdeh) apellyasiya şikayəti vermişdir, ona görə də apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını ona aid hissədə yoxlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(108)-07/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 Əkbər oğluna aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. İşin apellyasiya icraatı zamanı verilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 13/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cava bdeh1 xx xxx 2014-cü il tarixli, 102/F nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçıya kredit üzrə olan əsas borcu 1276,08 manat, faiz borcu 203,30 manat, xx xxxxxxx 2015-ci il tarixli 077/F nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə olan əsas borcu 15000 manat, faiz borcu 2700 manat, dəbbə pulu (cərimə borcu) 2250 manat, xx xxxx 2015-ci il tarixli 050/M nömrəli kredit müqaviləsi üzrə isə müqavilənin bitmə tarixinə olan əsas borcu 24169,40 ABŞ dolları, faiz borcu 10488,85 ABŞ dolları, dəbbə pulu (cərimə borcu) 4390 ABŞ dolları təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Xıdırov (sədrlik edən və məruzəçi), S.Qarayev və M.Allahverdiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instans iya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi cavabdehə dair hissədə ləğv edilmiş və iddia tələbinin həmin hissəsində yeni qətnamə qəbul edilərək, iddia cavabdehə aid hissədə qismən təmin edilmiş, ondan xx xxx 2014-cü il tarixli, 102/F nömrəli kredit müqaviləsi üzrə əsas borc 1276,08 manat, faiz borcu üzrə 203,30 manat olmaqla, cəmi 1479,38 manat, xx.xx.2015-ci il tarixli 077/F nömrəli kredit müqaviləsi üzrə 15000 manat məbləğində əsas, 2035,34 manat məbləğində faiz borcu və 500 manat məbləğində dəbbə pulu olmaqla cəmi 17535,34 manat, ümumilikdə yuxarıda göstərilən iki müqavilə üzrə 19014,72 manat, xx.xx.2015-ci il tarixli 050/M nömrəli kredit müqaviləsi üzrə 24032,06 ABŞ dolları məbləğində əsas, 10122,76 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla cəmi 34654,82 ABŞ dolları məbləğində borc pulun qətnamə icra olunduğu gün manatla məzənnəsinə uyğun olaraq cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan 27 manatın əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının hesabına köçürülməsi, yuxarıda qət olunan pul məbləğləri üzrə tutmanın cavabdehə məxsus, ilkin satış qiyməti 126000 manat məbləğində qiymətləndirilən ipoteka predmetinə yönəldilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay müddətində boşaldılması, aparılmış ekspertizanın xərci olan 150 manatın 135 manat hissəsinin əvəzinin cavabdehlərdən müştərək qaydada tutularaq, 15 manat hissəsinin əvəzi isə iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edil miş, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində göstərilmiş “ümumilikdə 65132,23” ifadələri qətnamənin nəticə hissəsindən xaric edilmiş, iddia cavabdehə aid digər hissədə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılarkən əldə edilmiş Bankın xx xxxxxx 2020-ci il tarixli 14/11-35 nömrəli ərizəsi və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi ilə təsdiq olunur ki, Cavabdeh1 tərəfindən xx xxxxxxxx 2018-ci il tarixində 10000 manat məbləğində ödəniş edilmiş, həmin ödəniş onun xx xxx 2014-cü il tarixli 102/F nömrəli kredit müqaviləsi üzrə borcundan silinmiş, hal-hazırda cavabdehin həmin kredit müqaviləsi üzrə 1276,08 manat əsas borcu, 203,30 manat faiz borcu, cəmi borcu 1479,38 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları lazımi qaydada araşdırmadan, qətnamə qəbul etdiyi tarixdən əvvəl aparılmış yuxarıda göstərilən ödənişi nəzərə almadan, Cavabdeh1 Bank qarşısında xx xxx 2014-cü il tarixli, 102/F nömrəli kredit müqaviləsi üzrə borcuna dair səhv nəticəyə gəlmişdir. Bundan başqa, işə apellyasiya qaydasında baxan məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməyərək, işə onun iştirakı olmadan baxmışdır. Prosessual hüquq normasının belə xarakterli pozuntusu isə şikayətin dəlillərindən asılı olmayaraq məhkəmə qətnaməsinin ləğvinə səbəb olan haldır. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319. 1, 467, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3.1, 59.3.2-ci maddələrinə, MPMnin 14.2, 77.1, 135, 218.3, 387.2, 387.2.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin faiz borclarına aid hissədə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, iş üzrə tam, obyektiv, hərtərəfli araşdırma aparılmamışdır. Kassator göstərmişdir ki, Banka ödədiyi məb ləğlərin böyük qismi faizlərin ödənilməsinə yönəldilmiş, əsas borcdan isə cüzi məbləğ silinmişdir. Bank faiz məbləğlərini həddən artıq şişirdilmiş şəkildə qeyd etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, kredit müqavilələri bağlanarkən şərait başqa olmuş, cavabdeh devalvasiyadan əvvəlki məzənnə ilə ABŞ dolları ilə kredit götürmüşdür. Devalvasiyadan əvvəl ödənişləri vaxtlı-vaxtında etmişdir. Yaranmış gözlənilməz şəraitlə əlaqədar cavabdeh Bankdan borcunu manatla ödəməyi xahiş etsə də, Bank cavabdehin haqlı təklifinə razı olmamışdır. Məhkəmələr isə cavabdehin hüquqlarının pozulmasına şərait yaratmışlar. Kassator həmçinin qeyd etmişdir ki, dəbbə pulu məbləğləri də cavabdehin əmlak mənafeləri nəzərə alınaraq azaldılmalıdır. Kassasiya şikayətinin əsası kimi, Azərbaycan Respublikası Kons titusiyasının 26, 60, 127-ci, Mülki Məcəllənin 422.1, 467-ci, MPM-nin 9, 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və əlavə qətnaməsini Cavabdeh1 şikayəti əsasında yalnız ona aid hissədə yoxladığı və kassasiya şikayəti yalnız sonuncu tərəfindən verildiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edi lən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu t əminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasü b müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (maddə 467) “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barəd ə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında t ədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi hüquq normalarının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasın ı göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)07/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-13/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-13/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver