Məhkəmə qərarları › İş №2(102)-13/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-13/2023

23.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-13/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X3, Bakı şəhəri saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ilk; X4 və X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxx” Şirkətlər Qrupuna qarşı və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “xxx” Şirkətlər Qrupuna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-13/2023 (Açar sözlər: alqı-satqı müqavil əsinin ləğvi, müqavilənin ləğvinin nəticələri) Bakı şəhəri, 23 fevral 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X7, X3, Bakı şəhəri 50 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin ləğvi, reyestrdən çıxarışların və bağışlama müqaviləsinin etibarsızlığı, əmlakın qaytarılması” barədə ilk; X4 və X2 "xxxx" MMC-yə qarşı “əmlakın və edilmiş yaxşılaşdırmaların dəyərinin qaytarılması, mənəvi zərər” barədə müstəqil, eyni zamanda Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bi rgə, Cavabdeh1 ayrılıqda "xxxx" MMC-yə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “alqı-satqı müqavilələrinin və reyestrdən çıxarışların ləğv edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1901/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X10 və X5, həmçinin qətnamə ilə maraqların toxunulan şəxs kimi X12 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 23 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X11 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzil (5 otaqlı, yaşayış sahəsi 69 m2 olan, bundan sonra – 7,8 saylı mənzil) 35.000.000 manata sonuncuya satılmış və xx.xx.1996-cı il tarixdə həmin mənzillər xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçirmişdir.

2. Cavabdeh2 xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, sözügedən mənzili (5 otaqlı yaşayış sahəsi 69 m2 olan) 246.000.000 manata X1 və xx.xx.2004-cü il tarixdə həmin mənzil (5 otaqlı, yaşayış sahəsi 147,1 m2 olan) xüsusi mülkiyyət kimi sonuncunun adına qeydiyyatdan keçirmişdir.

3. Sonuncu xx.xx.2009-cu il tarixli etibarnamə ilə həmin mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-659/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə X6 Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddiası təmin edilərək, onun 7,8-ci mənzilə əlavə tikilmiş tikililərə mülkiyyət hüququ tanınmaqla, mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmiş reyestrinə və daşınmaz əmlakın təsvir edildiyi qeydiyyat jurnalına aparılmış tikililərin mövcud vəziyyətdə əlavə edilməsi, 7,8-ci mənzilə yeni texniki pasportun və qeydiyyat vəsiqəsinin verilməsinin cavabdeh inzibati orqana tapşırılması qət edilmişdir. 4. 28.02.2007-ci il tarixdə 7,8 saylı mənzil (5 otaqlı, 284,5 m2 ümumi, 147,1 m2 yaşayış sahəsi olan) daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir. Sonuncu xx.xx.2009-cu il tarixli etibarnam ə ilə 7,8-ci mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixədək Cavabdeh1 (mənzili aldığı Cavabdeh2 əri) etibar etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başcısının 7-8-ci mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilməsi haqqında 268 saylı, xx.xx.2011-ci il tarixli sərəncamında qeyd olunmuşdur ki, RİH-in Mənzil məsələləri üzrə ictimai komissiyası mənzilə baxış keçirərək müəyyən etmişdir ki, ümumi sahəsi 459,0 m2, yaşayış sahəsi 175,8 m2, köməkçi sahəsi isə 283,2 m2 olmaqla 6 otaqlıdır. Komissiya sözügedən mənzilin yaşayış və köməkçi sahələrinin mövcud vəziyyətdə sənədləşdir ilməsinin mümkünlüyünə dair müsbət rəy vermiş və bu barədə xx.xx.2011-ci il tarixli aktı tərtib edilmişdir. Həmin aktın təsdiq edilməsi, mənzilin ümumi sahəsi 459,0 m2, yaşayış sahəsi 175,8 m2, köməkçi sahəsi isə 283,2 m2 olmaqla 6 otaqlı hesab edilməsi qərara alınmış, buna uyğun olaraq R.H.Behrudinin adına olan mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə tövsiyə olunmuşdur. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1178/11 saylı, xx.xx.2011ci il tarixli qətnaməsi ilə X6 iddiası təmin edilərək, onun mülkiyyətində olan 7,8-ci mənzilin texniki pasportunun tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində dəyişikliklərinn edilməsi və bu barədə çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin Bakı Şəhər Ərazi İdatəsinin üzərinə qoyulm ası qət edilmişdir.

7. Satıcı qismində İddiaçı MMC (bundan sonra – MMC), alıcılar Cavabdeh2 və Cavabdeh1, eyni zamanda zamin kimi MMC-nin tərkibinə daxil olduğu “Gilan Holding” Şirkətlər Qrupu (bundan sonra - Holdinq) arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 1-ci bəndinə əsasən, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 1927-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 14 mərtəbəli binanın (bundan sonra - bina) ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51, 52 və 53-cü mənzillərin, binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin 1-ci və 2-ci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin (obyektin), 3, 4 və 5-ci mərtəbələrdə yerləşən mənzillərin bütövlükdə həmin cavabdehlərin mülkiyyətinə v erilməsi təşkil edir.

8. Müqavilənin 2.2.1-ci bəndinə görə, alıcılar 1-ci bənddə göstərilən qeyriyaşayış sahəsi və mənzillər üzərində mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alındığı andan 10 gün müddətində tərəflərin qarşılıqlı razılığı ilə 2.290.000 manat məbləğində dəyərləndirilən (320 m2 yaşayış sahəsi x 2000 manat + 330 m2 qeyri-yaşayış sahəsi x 5000 manat = 2.290.000 manat) ünvan 2 ünvanında yerləşən mənzilləri və qeyri-yaşayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməli və buna dair mülkiyyətçinin adından baş etibarnamə təqdim etməlidirlər.

9. Sözügedən müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərillmişdir ki, müqavilənin predmetini binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən 51-ci mənzilin Cavabdeh4 Qəmbər oğlunu n, 52-ci mənzilin Cavabdeh5, 53-cü mənzilin X9 (maraqlarına toxunulan şəxs); binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsinin birinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahəsinin 2-ci və 4-cü mərtəbələrində yerləşən mənzillərin Cavabdeh2 və Cavabdeh1, 3-cü mərtəbəsindəki mənzilin Cavabdeh3 və X2 birgə mülkiyyətinə və 5-ci mərtəbəsində yerləşən mənzilin X4 mülkiyyətinə verilməsi təşkil edir.

10. Sözügedən müqaviləyə xx.xx.2012-ci il tarixli 2 nömrəli əlavədə göstərilmişdir ki, müqavilənin predmetini binanın ikinci girişinin 6-cı mərtəbəsində yerləşən: 51-ci mənzil - sahəsi 147.4 m2, 52-ci mənzil - sahəsi 97.9 m2, 53-ci mənzil - sahəsi 70.0 m2; binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləşən: 1-ci mərtəbədə 79 saylı qeyri-yaşayış sahəsi - 190,59 m2, 2-ci mərtəbədə 80 saylı qey ri-yaşayış sahəsi - 190,0 m2, 3-cü mərtəbədə 76 saylı mənzil - 190,0 m2, 4-cü mərtəbədə 77 saylı mənzil - 190,0 m2, 5-ci mərtəbədə 78 saylı mənzil -181,7 m2 təşkil edir.

11. Sözügedən müqaviləyə xx.xx.2019-cu il tarixli 3 nömrəli əlavədə isə göstərilmişdir ki, daşınmaz əmlak alqı-satqısına və zaminliyə dair xx.xx.2012-ci il tarixli, 17/112 saylı müqavilədə binanın sağ tərəfində olan 5 mərtəbəli hissəsində yerləşən 3-cü mərtəbədəki 76 saylı, 4-cü mərtəbədəki 77 saylı və 5-ci mərtəbədəki 78 saylı sahələrin yaşayış sahəsi olaraq alıcıların birgə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. MMC tərəfindən həmin sahələr dövlət reyestr xidmətində qeyri-yaşayış sahələri olaraq qeydiyyatdan keçirilərək, ardıcıl şəkildə xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli qeyri-yaşayış sahəsi çıxarışları alınmışdır. Bu müqavilənin predmetini həmin sahələrin qeyri-yaşayış sahələri olaraq Cavabdeh2 və Cavabdeh1 mülkiyyətinə verilməsi təşkil edir.

12. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış xx.xx.2012-ci il traixli üçtərəfli müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh4 Qəmbər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 18/102 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 51 saylı sahəsi 147.4 m2 olan 5 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh4 Qəmbər oğluna təhvil verilməsindən ibarətdir.

13. MMC ilə Cavabdeh2, Cavabdeh1 və MMC-nin tərkibinə daxil olduğu Holdinq arasında bağlanmış xx.xx.2012-ci il traixli üçtərəfli müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavəyə əsasən icraçı qismində MMC ilə sifarişçi kimi Cavabdeh5 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 19/102 saylı müqavilənin 1-ci bəndinə görə, bu müqavilənin predmeti MMC-nin inşa etdiyi binanın 2-ci girişinin 6-cı mərtəbəsində yerləşən 52 saylı sahəsi 97.9 m2 olan 3 otaqlı mənzilin bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda Cavabdeh5 təhvil verilməsindən ibarətdir.

14. MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatda n keçmiş və bundan sonra cavabdehlərlə onun arasında Bakı şəhəri 50 saylı notariat ofisində aşağıdakı müqavilələr bağlanmışdır: 14.1 MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 190.0 m2 olan 80 saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.000 manata sonunculara satılması barədə xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.2 MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 2-ci mərtəbəsindəki, ümumi sahəsi 190.59 m2 olan 79 saylı qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 285.000 manata sonunculara satılması barədə xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.3 MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış binanın sag tərəfində olan 5 mərtəbəli hissəsinin 79 saylı qeyri-yaşayış sahəsinin altında 80 m2 sahəsi olan qarajın sonuncuların əvəzsiz istifadəsinə verilməsi barədə xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi; 14.4 MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış binada ümumi sahəsi 143.2 m2 olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 172.000 manata sonunculara satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.5 MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlan mış binada ümumi sahəsi 193.2 m2 olan qeyri-yaşayış sahəsinin ümumilikdə 232.000 manata sonunculara satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.6 MMC ilə Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) arasında bağlanmış binada ümumi sahəsi 193.2 m2 olan qeyri-yaşayış sahəsinin paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla ümumilikdə 232.000 manata sonunculara satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.7 MMC ilə Cavabdeh4 Qəmbər oğlu arasında bağlanmış binada ümumi sahəsi 151.5 m2, yaşayış sahəsi 81.8 m2 olan 51 saylı mənzilin 76.000 manata sonuncuya satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi; 14.8 MMC ilə Cavabdeh5 arasında bağlanmış binada ümumi sahəsi 85 m2, yaşayış sahəsi 51.4 m2 olan 52 saylı mənzilin 42.500 manata sonuncuya satılması barədə xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi.

15. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, sözügedən binada 2 190.1 m qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə, 184.1 m2 qeyri-yaşayış sahəsi xx.xx.2018-ci il tarixdə və 193.2 m2 qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə paylı mülkiyyət hüququ ilə hər birinə ½ hissədə olmaqla Cavabdeh2 və Cavabdeh1; 51 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi, 4, M6, m1) xx.xx.2019-cu il tarixdə Cavabdeh4 Qəmbər oğlunun, 52 saylı mənzil (yeni qaydalarla: AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, M.N ağıyev küçəsi, 4, M6, m2) isə xx.xx.2019-cu il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir.

16. Bundan sonra, Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ümumi sahəsi 143.2 m2 olan qeyri-yaşayış sahəsini qızları olan X10 bağışlamış və həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.

17. Cavabdeh2 və Cavabdeh1 (nümayəndələri qismində Cavabdeh3) ilə digər qızları və Cavabdeh3 arvadı olan X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən isə ümumi sahəsi 193.2 m2 olan qeyri-yaşayış sahəsi sonuncuya bağışlamış və xx.xx.2020-ci tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı MMC cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəiqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı notariat kontorunda tərtib edilmiş MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin; MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin; MMC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* s aylı alqı-satqı müaviləsinin və MMC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların və bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın MMC-nin mülkiyyətinə qaytarılması, xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə xx.xx.2012-ci il tarixli əlavə № 1-də göstərilən Cavabdeh2 və Cavabdeh1 təhvil verilmiş, binanın 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MMC-yə məxsus yaşayış və qeyriyaşayış sahələrinin aldatma yolu ilə ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanaraq hazırda istintaq aparılır. Cinayət işinə görə Cavabdeh2, Cavabdeh1 və onları təmsil edən Cavabdeh3 2011-2012-ci illərdə MMC-yə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 12, korpus 7, mənzil 7 və 8 saylı evlərdə guya dəyəri 2.290.000 manat olan 320 m2 yaşayış və 330 m2 sahədən ibarət qeyri-yaşayış sahələri olduğunu, həmin ünvanların söküntüyə düşdüyünü bildirmiş və həmin sahələrin əvəzində eyni kvadratda MMC-nin inşa etdiyi binalardan əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahəsi verilməsini istəmişlər. İddiaçı da verdikləri məlumatlara inanaraq, həmin sahənin müqabilində əvəzləşdirmə qaydasında onlara yaşayış və qeyri-yaşayış sahəsi verməyə razılaşmış və müvafiq müqavilələrə əsasən MMC- yə məxsus daşınmaz əşyaların Cavabdeh1 və yaxınlarına satılması notarial qaydada rəsmiləşdirilmişdir. Həmçinin, aralarında binada 80 m2 sahədən ibarət qarajın əvəzsiz və müddətsiz istifadəyə verilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilə də bağlanmışdır. Həmin daşınmaz əşyalarla bağlı alqı-satqı müqavilələri tərtib edilsə də, Cavabdeh1 və yaxınları tərəfindən şirkətə pul vəsaiti ödənilməmişdir. Sonradan iddiaçıya Cavabdeh1 və yaxınlarının cəmi 130 m2 sahəsi olan iki ədəd 7 və 8 saylı mənzillərinin olduğu məlum olmuş və bununla da aldadıldığını bilmişdir. Həmin faktla bağlı müraciətləri əsasında xx.xx.2020-ci il tarixdə CM-in 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır.

20. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət e dərək, MMC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı, xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və xx.xx.2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin və MMC ilə Cavabdeh2 və Cavabdeh1 təmsilçisi Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı və xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqavilələrinin və həmin müqavilələr əsasında verilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli 574652 nömrəli, xx.xx.2019-cu il tarixli 574651 nömrəli və xx.xx.2020-ci il tarixli 574655 nömrəli çıxarışların ləğv edilməsi, MMC-nin iddiasındakı “həmin daşınmaz əmlakların ş irkətə qaytarılması” barədə tələbin xx.xx.2020-ci il tarixdə cavabdehlərin həmin daşınmaz əşyalardan çıxarılmasını nəzərə alaraq rədd edilməsi (çünki həmin əşyalar artıq cavabdehlərin sahibliyində deyil), MMC-dən və onun tərkibinə daxil olduğu Holdinqdən 2.935.897 ABŞ dolları və 630.000 manatın Cavabdeh2 xeyrinə ödənilməsi, həmin məbləğ tam ödənilənədək icarə haqqı olaraq onlardan Cavabdeh3 xeyrinə 850 manat və Günel Məmmədovanın xeyrinə hər ay 750 manat, eyni zamanda əldən çıxmış fayda kimi Cavabdeh2 xeyrinə hər ay 1.500 manat ödənilməsi, Cavabdeh4 və Cavabdeh5 qarşı irəli sürülən iddiaların rədd edilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı kimi 510 manat, dövlət rüsumu kimi 30 manat və bundan sonra çəkiləcək xərclər) MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilmə sini xahiş etmişlər.

21. Qarşılıqlı iddia ərizəsində ilk iddiaya münasibətdə bildirilmişdir ki, müqavilənin ləğv edilməsi əsasları və qaydası Mülki Məcəllənin 421-423-cü maddələrində nəzərdə tutulmuş və həmin hallar sırasında cinayət işin qaldırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, MMC iddiasında cavabdehlərin ona müraciət etdiyini bildirsə də, onların bu barədə heç bir müraciətləri olamamış, əksinə MMC özü onlara məxsus mənzilləri boşaltmalarını təklif etmiş və əvəzində tikəcəyi binadan həmin mənzillərin ümumi sahəsindən 30% artıq mənzil və qeyri-yaşayış sahələri ilə təmin edəcəyini bildirmişdir. İddiaçının cavabdehlərə məxsus sökülən mənzillərin sahələri ilə bağlı aldadılması barədə dəlili əsassızdır, ona görə ki, köçürülmə həyata keçirilərkən ünvanda bütün ölçmə-hesablama işlərini MMC öz nümayəndələri və Nərimanov RİH-nin, eləcə də FHN-nin mütəxəssislərinin nəzarəti altında aparmış, sökülən evlər və qeyriyaşayış sahələri video və foto görüntüyə alınmış, ölçmə-hesablama işlərinin nəticləri iddiaçının özünün şəxsən imzaladığı rəsmi müqavilələrdə əsk edilmişdir. Digər tərəfdən, iddiaçı aldadıldığını bildirsə də, bu faktı nə vaxt bilməsi məsələsinə aydınlıq gətirməmişdir, bu hal isə iddia müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün əhəmiyyət kəsb edir. Tikilən binada qarajın əvəzsiz istifadəyə verilməsi barədə müqavilənin bağlanması isə Cavabdeh2 və Cavabdeh1 sökülən ünvanda qaraj kimi istifadə etdikləri 6-7 maşınlıq sahələrinin olması ilə bağlı olmuşdur. MMC-nin dəlillərindən biri də cavabdehlərlə aralarında alqı-satqı müqavilələri tərtib edilsə də, həmn əşy aların dəyərinin cavabdehlər tərəfindən ödənilməməsi ilə bağlıdır. Halbuki, MMC-nin də qeyd etdiyi kimi onun tərəfindən inşa edilən binalardan Cavabdeh2 və Cavabdeh1 verilən mənzillər və qeyri-yaşayış sahələri alqı-satqı yolu ilə deyil, əvəzləşdirmə qaydasında verilmişdir ki, bu halda müqavilə üzrə hər hansı pul vəsaitinin ödənilməsindən söhbət gedə bilməz.

22. Qarşılıqlı iddia tələbi isə işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən onlara məxsus mənzil 7 və 8 ünvanında yerləşən, söküldüyü anda 320 m2 yaşayış sahəsi, ümumi sahəsi 650 m2 olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bərpasını və ya bu mümkün olmayacağı təqdirdə (çünki cavabdeh artıq həmin ünvanda iddiaçılara məxsus mülkləri sökərək yerində ç oxmənzilli hündürmərtəbəli bina tikib), tərəflər arasında imzalanmış xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısına və zaminliyə dair müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği - 2.290.000 manatın müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun, yəni 2.290.000:0,78=2.935.897 ABŞ dollarının onlara ödənilməsini tələb edirlər. Eyni zamanda, Cavabdeh2 və Cavabdeh1 MMC-nin əvəzləmə yolu ilə onlara verdikləri obyektləri (birinci və ikinci mərtəbələri) aylıq icarə haqqı 1000 manat (son ay 1500 manata qaldırılacağı ilə bağlı razılaşılmışdı) olmaqla icarəyə vermişdilər ki, bu da onların ailə büdcəsi üçün çox böyük əhəmiyyət kəsb edirdi. MMC-nin də öz iddiasında göstərdiyi kimi, müraciəti əsasında xx.xx.2020-ci il tarixdə CM-in 178.4 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmış və bunu n nəticəsində xx.xx.2020-ci ildə cavabdehlər yaşadıqları mənzillərdən, heç bir qanuni əsaslar və məhkəmə qərarı olmadan zorla, polis gücü ilə çıxarılmışlar və obyektlər dağıdılaraq istifadəyə yararsız hala salınmışdır. Ona görə də, cavabdehlərin sökülən sahələrin dəyərinin qaytarılması ilə bağlı tələbləri icra edilənədək, əldən çıxmış fayda kimi, Cavabdeh2 ayda 1500 manat ödəməlidir. Bundan başqa, Günel Məmmədova və Turan Haqverdiyeva qanuni əsaslarla onlara məxsus olan yaşayış və qeyri-yaşayış sahələrindən xx.xx.2020-ci ildə zorla çıxarıldıqlarına görə, yaşamaq üçün biri aylıq icarə haqqı 850 manat, digəri isə 750 manat olmaqla iki mənzil kirayəyə götürülmüşdür ki, bu da onlara vurulmuş əlavə ziyandır. Cavabdehlər qanuni əsaslarla onlara məxsus olan mülklərdən zorla, çıxarıldıqları üçün bir çox ev və şəxsi əşyalarını xilas edə bilməmiş, bununla da, əlavə zərərə uğramışlar. Bu zərərin məbləği 30.000 manat dəyərləndirilməklə MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Mülklər dağıdılarkən cavabdehlər tərəfindən sonradan onların öz hesablarına binada etdikləri yaxşılaşdırmalara: əlavə tikili və təmir işlərinə ziyan vurulmuş, qapı-pəncərələr, daxili arakəsmələr, hamam aksessuarları, şkaflar, rəflər, stolstullar, mebellər, örtülü balkonlar vəhşicəsinə məhv edilmişdir ki, bu zərər 100.000 manat dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Eyni zamanda, iddiaçının yalan, əsassız və böhtan xarakterli şikayəti əsasında mülklərin dağıdılması və cavabdehlərin zorla yaşadıqları mənzillərdən çıxarılmaları, uşaqların psixolgiyası na, ömür boyu onları təqib edəcək sağalmaz yaralar vurulmuşdur. Bu mənəvi zərər iddiaçılar tərəfindən 500.000 manat məbləğində dəyərləndirilir və bu məbləğ MMC tərəfindən bərabər paylarla cavabdehlərə ödənməlidir. Cavabdeh4 və Cavabdeh5 məxsus binanın 51 və 52-ci mənzilləri isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında onların qanuni sahibliklərində və mülkiyyətlərindədir. Həmin müqavilələr bağlanarkən heç bir qanunsuzluğa yol verilməyib və onların ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur.

23. Cavabdeh1 da qarşılıqlı iddia ərizəsi verərək, digər cavabdehlərlə eyni tələbləri irəli sürmüş və iddiasını eyni məzmunda əsaslandırmışdır.

24. Cavabdehlər Turan Haqverdiyeva və Günel Məmmədova da öz növbəsində iddia ərizəsi ilə müraciət edərək, MMC-dən Turan Haqverdiyevanın xeyr inə 100.000 manat mənəvi zərər, 30.000 manat yaxşılaşdırma xərcləri və 579.000 manat mənzilin qiyməti olmaqla, cəmi 709.000 manatın; Günel Məmmədovanın xeyrinə isə 100.000 manat mənəvi zərər, 15.000 manat yaxşılaşdırma xərcləri və 429.000 manat mənzilin qiyməti olmaqla, cəmi 544.000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

25. Bu tələb belə əsaslandırılmışdır ki, MMC tərəfindən geri tələb edilən və şikayəti əsasında onların azyaşlı uşaqları ilə birlikdə çıxarıldığı, dağıdılan daşınmaz əşyalardan: sözügedən binada 76 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 tərəfindən Turan Haqverdiyevaya, 78 saylı mənzil isə Günel Məmmədovaya bağışlanmış, bu barədə qanuni müqavilələr bağlanmış və həmin mənzillər üzərindəki mülkiyyət hüquqları qanunda nəzərdə tutulan qaydada qeydiyyata a lınmışdır. MMC özünün qanunsuz və əsassız şikayətləri, hərəkətləri ilə onlara xüsusilə külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Onlar bütövlükdə qarşılıqlı iddiaya qoşulur, onu müdafiə edirlər, əlavə olaraq onlara və azyaşlı uşaqlarına vurulan mənəvi ziyanın qarşılığında hər birinə ayrı-ayrılıqda 100.000 manat ödənilməsini tələb edirlər.

26. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5, eyni zamanda, ilk iddiaya qarşı etiraz və mülahizələr təqdim edərək, bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə alqısatqı müqaviləsi bağlayaraq, Cavabdeh4 müqavilədə 76.000 manat göstərilsə də, əslində 145.000 dollar ödəməklə ümumi sahəsi 151.5 m2 olan 5 otaqlı mənzil, Cavabdeh5 isə müqavilədə 42.500 manat göstərilsə də, əslində 125.000 dolları ödəməklə ümumi sahəsi 85 m2 olan 3 otaqlı mənzil satın almış və mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişlər. Hesab edirlər ki, ona qarşı qaldırılmış iddia qanunsuz və əsassız olmaqla bərabər iddiaçı tərəfindən onların mülkiyyət hüququnu heç bir əsas olmadan şübhə altına almaqla, əsassız olaraq məhkəmə mübahisələrinə cəlb edilmələri ilə onlara külli miqdarda maddi və mənəvi ziyan vurulmuş olacaqdır. Ona görə də məhkəmədən iddia tələbinin onlara münasibətdə rədd olunmasına və əsassız iddia vermiş iddiaçıdan mübahisə ilə əlaqədar boş yerə itirdikəri iş vaxtlarına görə qanunla müəyyən olunmuş qaydada cərimə tutularaq onlara və dövlətin nəfinə ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər.

27. İddiaçının nümayəndəsi və vəkili isə qarşılıqlı iddialara dair mülahizələr təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin ilk variantındakı əvəzləşdirmə barədə müddəalar hazırkı müqavilələrin ləğv edilməsinə mane deyil və başlanmış cinayət işi məhz əvəzləşdirmə ilə bağlı məsələlərə hüquqi qiymət verilməsi ilə bağlıdır. Cavabdehlər özləri də müqavilələr bağlanarkən hər hansı məbləğdə pul ödəmədiklərini etiraf edirlər və bu vəziyyəti əvəzləşdirmə ilə əlaqələndirsələr də, bu hal alqı-satqı müqaviləsinin mahiyyətini və doğurduğu hüquqi nəticələri ləğv etmir. Eyni zamanda, cavabdehlərin təqdim etdiyi etiraz və mülahizələrdə, eləcə də, qarşılıqlı iddia ərizələrində olan ziddiyyətli məqamlar təsdiq edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da vicdanlı alıcılar sayıla bilməzlər. Belə ki mənzillərin onlar tərəfindən alınması üçün ödənilməli olan pul məbləğləri fərqli şəkildə göstərilmişdir. Belə k i, Cavabdeh5 etiraz və mülahizəsində bildirir ki, müqavilədə qiymət 42.500 manat göstərilsə də, faktiki olaraq 125.000 ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə bildirir ki, guya həmin evi ona 115.000 manata satmışlarCavabdeh4 isə etiraz və mülahizəsində bildirir ki, evi almaq üçün müqavilədə 76.000 manat göstərilsə də, 145.000 ABŞ dolları ödəmişdir, Cavabdeh2 və ailəsi isə qarşılıqlı iddia ərizələrində bildirirlər ki, evi ona 100.000 manata satmışlar. Göründüyü kimi, rəqəmlər belə MMC-nin iddiasının əsaslı olduğunu, bütün müqavilələrin ləğv edilməli olduğunu göstərir. Bundan başqa, verilmiş qarşılıqlı iddialarının nəticə hissəsində alqısatqı müqavilələrinin ləğv edilməsinin tələb edilməsi dolayısıyla ilk iddianın əsaslı olması və iddianın etirafı kimi qiymətləndirilməlidir. Qarşılıql ı iddianın nəticə hissəsində dəymiş ziyanın ödənilməsi tələbi isə MMC-yə qarşı irəli sürülə bilməz, çünki qeyd edilən dağıntı, söküntü kimi hərəkətlərin MMC tərəfindən həyata keçirilməsini təsdiq edən heç bir sübut yoxdur, ola da bilməz, çünki o, belə hərəkətlərə yol verməmişdir. İddia tələbləri konkret olaraq cavabdehlər tərəfindən MMC-yə hər hansı pul vəsaitlərinin ödənilməməsi səbəbindən alqı-satqı müqavilələrinin ləğv edilməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, yəni mülkiyyətin MMC-yə geri qaytarılması barədədir.

28. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişlər ki, mübahisələndirilən, geri qaytarılması tələb edilən daşınmaz əşyalar barəsində tərəflər arasında mənzil alqı-satqısına və zaminliyə dair müqavilə xx.xx.2012-ci il tarixdə ba ğlanmış və müqavilənin bağlanmasından keçən 8 il 8 ay ərzində həmin əşyalar mübahisəsiz və maneəsiz olaraq cavabdehlərin sahibliyində, istifadəsində, qanuni mülkiyyətində olmuş, həmin əşyalara onlar xidmət etmiş, yaxşılaşdırmış və qorumuşlar. İddiaçı isə bu müddət ərzində məhkəməyə müraciət etməməklə iddia hüququnu itirmişdir.

29. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının artırılması barədə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia ərizələrində, müqavilələrin və çıxarışların ləğv edilməsi üçün göstərilən əsaslara MMC-nin onları aldatdığı nəzərə alınaraq Mülki Məcəllənin 339.2-ci maddəsində nəzərdə tutulmuş əsasın da əlavə edilməsini xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nə rimanov RİH-yə yazıqları ərizəyə cavab olaraq onlara təqdim edilmiş məktubdan aydın olur ki, MMC və tərkibinə daxil olduğu Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər vermiş, bununla da onları aldatmışdır.

30. İşə əlavə edilmiş Nərimanov RİH-nin Cavabdeh3 və qeyrilərinə ünvanlanmış H-17/2-162/2-7/1 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən yaşayış binasına bitişik “B” blokuna baxış keçirilmiş (bu barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt iş materiallarına əlavə edilmişdir – İİİ cild, səh. 170), binanın yükdaşıyan kontruksiyalarında müxtəlif dərəcəl i deformasiyalar və çatların, örtük tavanda açıq görünən deformasiyaların mövcudluğu müəyyən edilmiş və qeyd olunanlar nəzərə alınaraq faciəli hadisələrin baş verməməsi üçün “B” blokunun istismarının, mühəndis kommunikasiya təminatının dayandırılması və s. tədbirlər görülməsi məqsədəuyğun hesab edilmişdir. Eləcə də, bina memarlıq və tarixi baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki cəhətdən səmərəli hesab edilmir və onun təcili sökülməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq sözügedən binanın qeyri-yaşayış sahəsinin icarədarları, yazşayış sahələrinin (mənzillərin) sakinləri təcili olaraq həmin sahələrdən çıxarılmış 1-ci və 2-ci mərtəbənin icarədarları özlərinə məxsus bütün əşya və avadanlıqları həmin sahələrdən çıxarmış, sanitar cihaz və avadanlıqları 1-ci və 2-ci mərtəbədə qismən zədələnmişdir.

31. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 007-12844-1220 saylı məktubla bildirilmişdir ki, MMC-nin direktorunun Cavabdeh1 və qeyrilərinin qanunsuz hərəkətləri ilə bağlı müraciəti əsasında İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmaqla tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması müəyyən edildiyindən ərizəçiyə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

32. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-324/2021 nömrəli iş üzrə 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilk iddia təmin, qarşılıqlı iddialar və müstəqil tələb isə rədd olunmuşdur.

33. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sökülən 7,8-ci mənzilin ümumi sahəsi 459,0 m2, yaşayış sahəsi 175,8 m2, 6 otaqlı olmaqla X6 mülkiyyətində olmuşdur. Sonuncu mənzillə bağlı sərəncam verməyi, bagışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi xx.xx.2034-cü il tarixə kimi Cavabdeh1 etibar etmişdir.

34. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, ləğv edilməsi tələb olunan alqısatqı müqavilələri üzrə alıcılar tərəfindən satıcıya müqavilələrdə nəzərdə tutulmuş məbləğlər ödənilməmişdir. Belə ki, notariat işləri nəzərdən keçirilərkən h əmin işlərdə ödəniş qəbzləri mövcud olsa da, həmin məbləğlər satıcı, yəni MMC-nin özü tərəfindən hesaba yerləşdirilmişdir. Alqı-satqı müqavilələri üzrə alıcılar tərəfindən pul vəsaitlərinin ödənilməməsi qarşılıqlı iddiaçıların da iddialarındakı etirafları ilə təsdiq olunur. Beləliklə, bağlanmış müqavilələr pərdələnmiş əqd olmuş, müqavilə öhdəlikləri alıcılar tətəfindən yerinə yetirilməmiş, müqavilələr formal olaraq baglanmışdır.

35. Bundan başqa, müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə xx.xx.2012-ci il tarixli 1 nömrəli əlavədə göstərilən MMC tərəfindən inşa edilmiş yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil Cavabdeh2 və Cavabdeh1 təhvil verilmişdir.

36. Qeyd olunanlara əsasən məhkəmə he sab etmişdir ki, müqavilələr üzrə öhdəliklər alıcılar tətəfindən pozuldugundan ilk iddiaya təmin olunmalıdır.

37. Məhkəmə qarşılıqlı iddialara münasibətdə isə qeyd etmişdir ki, müqavilələrin və çıxarışların ləgvi barədə ilk tələb təmin olundugundan həmin hissədə qarşılıqlı iddianın təmininə əsaslar qalmamışdır. Digər tələblər isə maddi (icarə haqqı, əldən çıxmış fayda və s.) və mənəvi zərər ödənilməsi ilə bağlıdır ki, iddiaçının cavabdehlərə, onların əmlakına hər hansı zərər yetirməsi sübuta yetirilməmiş, buna dair sübutlar təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının əməllərində mülki hüquq pozuntuları, deliktlər aşkar edilmədiyindən, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir. Sadalanan xüsusatlara görə, qarşılı qlı iddialar təmin olunmamalıdır.

38. Məhkəmə müstəqil tələbi rədd edərkən isə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olsa da, müstəqil tələb irəli sürən üçüncü şəxslər məhkəməyə buna dair sübutlar təqdim etmədiklərindən idda tələbi rədd edilməlidir.

39. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152.1, 152.5, 157.2, 157.4, 158.3, 337.1-337.5, 339.2, 339.3, 405.1, 421.1-421.3, 423.2, 424.1-424.5, 567, 598.1, 1096.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli Qərarına “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tə rəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

40. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ərizə ilə müraciət edərək, iş üzrə əlavə qətnamə və əlavə qərardad çıxarılmasını xahiş etmişlər.

41. Ərizələr eyni məzmunda belə əsaslandırılmışdır ki, qarşılıqlı iddiaların rədd edilməsi ilə qismən razılaşırlar. Belə ki, xx.xx.2020-ci il tarixdə qanuni əsaslarla yaşadıqları və mülkiyyətlərində olan evlərindən çıxarılmalarında MMC-nin və Holdinqin iştirakı sübut edilmədiyi üçün, onlara qarşı irəli sürdükləri iddianın maddi (şəxsi əmlakların və tikintiyə edilən ya xşılaşmaların korlanması, məcburi icarələrdə yaşadıqlarına görə aylıq icarə haqqları və s.) və mənəvi ziyana görə kompensasiya tələbi hissəssinin rədd edilməsi əsaslıdır. Bununla bağlı Nərimanov RİH-yə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışlar. Qarşılıqlı iddia ərizəsində onlar, həm də tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, mmənzil alqı-satqısına dair müqavilə üzrə MMC-nin və Holdinqin onlara ödəməli olduqları 2.935.897 ABŞ dollarını tələb etmiş, lakin qətnamədə iddianın bu hissəsinə münasibət bildirilməmişdir. Onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı Nərimanov RİH-yə yazdıqları ərizəyə cavab olaraq təqdim edilən cavab məktubundan aydın olub ki, MMC və Holdinq bilə-bilə qəzalı vəziyyətdə olan, istismara yararsız binada mənzil və obyektlər vermək lə onları aldatmışlar. Hesab edirlər ki, müqavilələrin və sair rəsmi sənədlərin ləğvi üçün aldatma əlavə bir hüquqi əsasdır və qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsaslarının dəyişdirliməsi (artırılması) barədə xx.xx.2020-ci il tarixli ərizələrində göstərdikləri kimi, onlar iddia ərizələrinə yeni tələb əlavə edərək, iddiaçının mübahisələndirdiyi müqavilələrin yalnız yalan əqd, yəni qətnamədə haqlı olaraq qeyd edildiyi kimi, başqa əqdləri pərdələyən əqd olduqları üçün yox, həm də aldatma yolu ilə bağlandığı üçün etibarsız elan edilməsini və ləğv edilməsini xahiş etmişlər. Lakin qətnamədə onların bu tələbinə də hüquqi qiymət verilməmişdir ki, bu da həmin hissədə əlavə qətnamə çıxarılması üçün əsasdır. Eyni zamanda, qətnamədə belə nəticəyə gəlin mişdir ki, “Tərəflər əvvəlki vəziyyətə qaytarılsın.” Bu o deməkdir ki, onlar iddiaçının əmlakını ona, iddiaçı da onların əmlakını özlərinə qaytarmalıdır. Ancaq qətnamədə gələcəkdə onun icrası qaydası, vaxtı, qaytarılmalı olan əmlakın miqdar açıq göstərilməmişdir ki, bu da gələcəkdə tərəflər arasında yersiz mübahisələrə və yeni məhkəmə işlərinə əlavə vaxt itkisinə səbəb ola bilər. Bu barədə də əlavə qətnamə qəbul edilməsinə ehtiyac var.

42. Birinci instansiya məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizələr təmin edilməmiş və məhkəmə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, iş üzrə məhkəmə qətnaməsi ilə qarşılıqlı iddia tələbləri rədd edilərkən bütün tələblərə ümumi qiymət verilməklə, maddi və prosessual hüquq normalarına istinad olunmaqla, onların rədd edilməsi qənaətinə g əlinmişdir. Ona görə də, iş üzrə əlavə qətnamə çıxarılmasına dair MPM-in 229-cu maddəsində nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

43. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi X12 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

44. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizələri və əlavə qətnamə çırxarılması barədə ərizələrlə eyni məzmunda əsaslandırılmışdır.

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1901/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

46. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi proses iştirakçılarının məhkəməyə təqdim etdiyi sübutları tədqiq etmiş, qiymətləndirmiş və tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş hallarla bağlı gəldiyi nəticəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

47. Məhkəmə kollegiyası apellyatorların qarşılıqlı iddia tələbləri tam nəzər ə alınmadığından əlavə qətnamə çıxarılmasına və qətnaməyə izah verilməsinə dair ərizələrinin təmin edilməməsi barədə dəlillərinə münasibətdə isə bildirmişdir ki, həmin dəlillərin rədd edilməsi barədə qanuni qüvvədə olan məhkəmə qərardadı olduğundan bu hallar yenidən qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

48. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi X12 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və bu qətnamə ilə qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia ilə birlikdə qarşılıqlı iddiaların da təmin edilməsi, yəni iddiaçıdan 2.935.897 ABŞ dollarının və 630.000 manatın alınaraq bərabər paylar olmaqla cavabdehlər Cava bdeh2 və Cavabdeh1 ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. Şikayət qarşılıqlı iddia ərizələri, əlavə qətnamənin çıxarılması barədə ərizələr və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq göstərilmişdir ki, məhkəmə iddiaçının ləğvini tələb etdiyi müqavilələrin pərdələnmiş əqd olduğunu qeyd etsə də, MM-in 340.2-ci maddəsinin tələblərini pozaraq, tərəflərin həmin əqdləri bağlayarkən əslində nəzərdə tutduqları xx.xx.2012-ci il tarixli müqavilənin və ona əlavələrin müəyyən etdiyi qaydaları tətbiq etməmişdir. Digər tərəfdən, mübahisəli 51 və 52 saylı mənzilləri sonradan cavabdehlər Cavabdeh2 və Cavabdeh1la aralarında bağlanmış faktiki alqı-satqı yolu ilə əldə etmiş cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 vicdanlı alıcı olmaqla, iddiaçının öz v əzifələrini (mənzilləri cavabdehərin adına rəsmiləşdirməməsi) layiqincə yerinə yetirməməsi onların mülkiyyət hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilməz. Bundan başqa, məhkəmə tərəfindən işə baxılması müddəti əsassız uzadılmaqla işin baxışı 14 ay 14 gün uzanmışdır. b)

50. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

54. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

55. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

56. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

57. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

58. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstər ilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

59. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

60. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddə n fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

61. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

62. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

63. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqavilə ni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

64. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

65. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

66. Maddə 42 3.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

67. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

68. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

69. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymət i) ödəməyi öhdəsinə götürür.

70. Maddə

662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

71. Maddə 663.1. Əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə, dəyişdirilməli mallar bərabər qiymətli sayılır, onların verilməsi və qəbul edilməsi xərclərini isə hər bir halda müvafiq vəzifələri daşıyan tərəf çəkir.

72. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

73. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və ta m baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

79. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

81. Hazırkı kassasiya şikayətində qətnamə qarşılıqlı iddiaların MMC-dən 2.93 5.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylar olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qarşılıqlı iddia tələbinin rədd olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

82. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın 630.000 manat maddi və mənəvi ziyan tələblərinə aid hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hə min hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

83. Qarşılıqlı iddiaçılar bu hissədə tələblərinin faktiki əsası kimi MMC-nin inşa etdiyi binada onlara məxsus mənzillərdən məcburi qaydada çıxarılmaları nəticəsində maddi və mənəvi zərərə məruz qaldıqlarına istinad etmişlər.

84. Belə olan halda, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər (§ 72-73).

85. Həmin normalara əsasən MMC-nin qarşılıqlı iddiaçılar qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Bu halları sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür.

86. İşdə olan Nərim anov RİH-nin Cavabdeh3 və qeyrilərinə ünvanlanmış H-17/2162/2-7/1 saylı, xx.xx.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən sözügedən yaşayış binasına bitişik “B” blokuna baxış keçirilmiş (bu barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt iş materiallarına əlavə edilmişdir – İİİ cild, səh. 170), binanın yükdaşıyan kontruksiyalarında müxtəlif dərəcəli deformasiyalar və çatların, örtük tavanda açıq görünən deformasiyaların mövcudluğu müəyyən edilmiş və qeyd olunanlar nəzərə alınaraq faciəli hadisələrin baş verməməsi üçün “B” blokunun istismarının, mühəndis kommunikasiya təminatının dayandırılması və s. tədbirlər görülməsi m əqsədəuyğun hesab edilmişdir. Eləcə də, bina memarlıq və tarixi baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən burada bərpa-gücləndirmə işlərinin aparılması iqtisadi və texniki cəhətdən səmərəli hesab edilmir və onun təcili sökülməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq sözügedən binanın qeyri-yaşayış sahəsinin icarədarları, yazşayış sahələrinin (mənzillərin) sakinləri təcili olaraq həmin sahələrdən çıxarılmış 1-ci və 2-ci mərtəbənin icarədarları özlərinə məxsus bütün əşya və avadanlıqları həmin sahələrdən çıxarmış, sanitar cihaz və avadanlıqları 1-ci və 2-ci mərtəbədə qismən zədələnmişdir.

87. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 də birinci instansiya məhkəməsinin qətnaməsı qəbul edildikdən sonra verdikləri əlavə qətnamə çıxarılması barədə ərizələrində qarşılıqlı iddialarının rədd edilməsi ilə qismən razılaşaraq qeyd etmişlər ki, xx.xx.2020-ci il tarixdə qanuni əsaslarla yaşadıqları və mülkiyyətlərində olan evlərindən çıxarılmalarında MMC-nin və Holdinqin iştirakı sübut edilmədiyi üçün, onlara qarşı irəli sürdükləri iddianın maddi və mənəvi ziyana görə kompensasiya tələbi hissəssinin rədd edilməsi əsaslıdır.

88. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən həmin tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

89. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qeyd olunan hissədə qüvvəsində saxlan ılmalıdır.

90. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

91. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 7,8 saylı mənzili (5 otaqlı, yaşayış sahəsi 69 m2 olan) xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 246.000.000 manata Rüstəm Behrudiyə satmış və mənzil xüsusi mülkiyyət kimi sonuncunun adına qeydiyyatdan keçmişdir. Bundan sonra yeni mülkiyyətçi tərəfindən həmin ünvanda əlavə tikililər aparılmaqla sahəsi genişləndirilmiş və müvafiq inzibati orqanlar tərəfindən, həmçinin məhkəmə qaydasında tanınmışdır.

92. Rüstəm Behrudi xx.xx.2009-cu il t arixdə mənzillə bağlı sərəncam vermək də daxil olmaqla müəyyən hərəkətlər etməyi xx.xx.2034-cü il tarixədək mənzili aldığı Cavabdeh2 əri Cavabdeh1 etibar etmişdir.

93. Satıcı qismində MMC, alıcılar qismində Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə və ona əlavələrə əsasən, MMC, inşa etdiyi binada işin faktiki hallarında sadalanan mənzilləri və qeyri-yaşayış sahələrini alıcıların mülkiyyətinə verməyi, alıcılar isə bunun əvəzində tərəflərin qarşılıqlı razılığı ilə 2.290.000 manat məbləğində dəyərləndirilən (320 m2 yaşayış sahəsi, 330 m2 qeyri-yaşayış sahəsi olan) ünvan 2 ünvanında yerləşən mənzilləri və qeyriyaşayış sahələrini boşaldaraq MMC-nin göstərdiyi fiziki və ya hüquqi şəxsin sərəncamına verməyi və buna dair m ülkiyyətçinin adından baş etibarnamə təqdim etməyi öhdələrinə götürmüşlər.

94. Bina üzərində MMC-nin mülkiyyət hüququ qeydə alındıqdan sonra, MMC ilə cavabdehlər arasında ilk və qarşılıqlı iddia ərizələrində ləğv edilməsi tələb edilən notarial alqı-satqı müqavilələri bağlanmış və mənzillər və qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində cavabehlərin adına qeydiyyata alınmışdır.

95. Hazırda həmin müqavilələr ləğv edilmiş, onlar əsasında verilmiş çıxarışlar və bağışlama müqavilələri etibarsız hesab edilmişdir və bu hissənin qanuniliyi hazırki kassasiya baxışının predmetini təşkil etmir.

96. Cavabdehlər də qarşılıqlı iddialarında həmin müqavilələrin ləğvini tələb etmiş və həmin əmlaklara maraqlarının qalmamasını nümayiş etdirmiş və artıq mövcud olmayan ünvan 2 ünvanında yerləşən əmlakın xx.xx.2012-ci il tarixli müqavilə üzrə MMC ilə razılaşdırılmış dəyərinin (2.290.000 manat - müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun olaraq 2.935.897 ABŞ dolları) onlara qaytarılmasını tələb edirlər.

97. Lakin bu tələb üzrə ümumiyyətlə məhkəmələr tərəfindən qətnamədə hər hansı bir əsaslandırma aparılmadan rədd edilmişdir.

98. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 6.2-ci bəndində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qan unlar və ya digər normativ aktlar göstərilməlidir.

99. Qərarın 6.3-cü bəndində isə məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutların əlaqəli şəkildə şərh edilməsi, bu və ya digər sübutların qəbul edilibedilməməsi səbəblərinin orada aydın izah edilməsi nəzərdə tutulmuşdur.

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd edilən hissədə göstərilən hallara cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə tərəflərin ədalətlə məhkəmə araşdırma hüququnu pozmuşdur.

101. Buna görə də, həmi n hissədə qətnamə ləğv edilərək, iş yeni baxışa göndərilməlidir.

102. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda sadalanan faktiki hallarına əsasən hər iki iddianın predmetini təşkil edən dəyişdirmə qaydaları çərçivəsində bağlanmış alqı-satqı müqavilələri MMC ilə cavabdehlər arasında bağlansa da, cavabdehlər tərəfindən MMC-yə təqdim olunan ünvan 2 ünvanında yerləşən əmlak onların deyil, Rüstəm Behrudinin mülkiyyətində olmuş, sonuncu həmin əmlakla bağlı cavabdehlərdən Cavabdeh1 ümumi etibarnamə vermişdir. Lakin həmin əmlakla bağlı xx.xx.2012-ci il tarixli müqaviləni MMC ilə alıcı qismində Cavabdeh1 və əmlakın keçmiş mülkiyyətçisi olan arvadı Cavabdeh2 imzalamışlar. Halbuki, həmin vaxt onlardan heç biri əmlakın mülkiyyətçisi olmamış, Cavabdeh1 yeni mülkiyyətçi Rüstəm Behrudinin adından təmsil səlahiyyəti olmuşdur. Lakin o, müqavilədə təmsilçi kimi deyil, müqavilənin tərəfi olan alıcı kimi göstərilmişdir.

103. Belə olan halda, göstərilənlər nəzərə alınmaqla işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddiaçıların dəyişdirmə predmeti olan əmlakın dəyərinin (2.935.897 ABŞ dolları) qaytarılması (əmlak artıq mövcud olmadığından) tələbini yoxlayarkən, məhkəmənin xidməti vəzifəsinə görə tələblərin irəli gəldiyi əqdin etibarlılığı ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi yoxanılmalı, yoxlama nəticəsində əqdlərin etibarlı olduğu nəticəsinə gəldikdə isə, bu tələbin əsasları istiqamətində araşdırma aparılmalıdır.

104. Kollegiya hesab edir ki, işə yenidən baxan apellyasiya məhkəməsi tərəfindən əqdlərin etibarlılıq şərtləri yoxlanılarkən bu hal da nəzərə alınma lıdır ki, dəyərinin qaytarılması tələb edilən əmlakın mülkiyyətçisi olan Rüstəm Behrudi məhkəmə prosesinə cəlb edilməklə, mübahisəli məsələ ilə bağlı münasibəti öyrənilməlidir.

105. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddialar üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin tələbin göstərilən hüquq normaları əsasında araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apelyasiya baxışına göndərilməli, məhkəmə aktı baxılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

106. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:

107. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, 3-cü şəxslər X10 və X5, maraqlı şəxs kimi X12 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilsin.

108. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 mart 2022-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni baxışa göndərilsin.

109. Qarşılıqlı iddia üzrə 630.000 manat maddi və mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın.

110. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Elşad Şamayev Aqil Abbasov Elşanə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar