Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6963/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X8, X2, Bakı şəhəri 50 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı ilk; X4 və X1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müstəqil; Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı və Cavabdeh1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: “qətnaməyə izah verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), qızının ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin müraciəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-324/2021 nömrəli qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə məhkəmə icraatı
1. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 2(005)- 324/2021 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X9 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019- cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsinin ləğv edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X10 və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələrinin və onların nəticələrinin etibarsız hesab edilməsi və əmlakların İddiaçı MMC-nin mülkiyyətinə qaytarılması, 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X6 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Gilan Holdinq” Şirkətlər Qrupuna qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, İddiaçı Cavabdeh1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupuna və onun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X1 cavabdeh “Gilan Holdinq” Şirkətlər Qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməsi qət edilmişdir.
2. Cavabdehlər və maraqlarına toxunulan şəxs kimi X12 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1901/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 13/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə (X13 (məruzəçi), X16 və X18) verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni baxışa göndərilmiş, qarşılıqlı iddia üzrə 630.000 manat maddi və mənəvi ziyan tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. İkinci apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5262/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qismən – qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia tələbi rədd edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 191/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (İ.Ə.Şəfiyev (məruzəçi), Ə.A.Əhmədov və V.T.Həsənovdan ibarət tərkibdə) verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli 2(005)- 324/2021 nömrəli qətnaməsi icra edilməsi üçün xx.xx.2024-cü il tarixli elektron qaydada Nərimanov rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.
9. Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyev ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021-141 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsini xahiş etmişdir.
10. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan icra sənədinə əsasən Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X9 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; "xxxx" MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi ləğv edilməli, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X10 və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələri etibarsız hesab edilməli və əmlaklar İddiaçı MMC-nin mülkiyyətinə qaytarılmalıdır. 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X6 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nağıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün məhkəməyə və tələbkara göndərilmişdir. Bildirirlər ki, tərəfindən icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda olarkən həmin ünvanda yerləşən 76,77,78,89, və 80 saylı mənzillərin və qeyri-yaşayış sahələrinin faktiki olaraq boş olduğu və yaşayış üçün tam yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Sözügedən ünvanda yerləşən 51,52 və 53 saylı mənzillərdə yaşayış faktı müəyyən edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İcra zamanı borclulardan Cavabdeh3 Məhkəmə qətnaməsində qeyd olunan 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli müqavilələrə əsasən tərəflərin üzərinə düşən öhdəlikləri yerinə yetirmək şərti ilə Məhkəmə qətnaməsini icra etməyə hazır olduqlarını bildirmişdir. İcra sənədinin “tərəflərin əvvəlki vəziyyətə qaytarılması” hissəsində icra olunması üçün ünvan 2 ünvan) saylı ünvana baxış keçirilən zaman 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı müqaviləyə əsasən ümumi sahəsi (yaşayış üçün nəzərdə tutulan) 320 kv.m, qeyri-yaşayış üçün 330 kv.m olmaqla ümumi 650 kv.m olan təhvil verilmiş əmlakın sökülərək yerində çoxmənzilli, hündürmərtəbəli binanın inşa edildiyi müəyyən edilmişdir. Mövcud vəziyyət nəzərə alınaraq mənzillərin boşaldılaraq tələbkara təhvil verilməsi, həmçinin tərəflərin əvvəlki vəziyyətə qaytarılması, icra sənədinin tam şəkildə icrasını mümkünsüz etmişdir.
11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
12. Borclu Cavabdeh1 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 324/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsini və Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin böyük icra məmuru İmran Cəfərquliyevin, “Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 324/2021-141 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi barədə” ərizəsinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, 141 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə və icra sənədinə izah verilməsi barədə qanuni qərar qəbul edilməsini xahiş edilmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında da göstərildiyi kimi “Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 324/2021-141 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5262/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə qismən ləğv edilib və “qarşılıqlı iddia üzrə 2.935.897 ABŞ dolları pul tələbinin rədd edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi” qərara alınıb. Borclularla tələbkar arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Alqı-satqı və zaminlik haqqında” müqavilə də məhz həmin qətnamə ilə etibarsız hesab edilmişdir. Apellyasiya Məhkəməsinin etibarsız hesab etdiyi əqdin icrası ilə bağlı yaranmış vəziyyətə də məhz Apellyasiya Məhkəməsi izah verməli idi, Nərimanov rayon məhkəməsi yox. Tələbkar, “Gilan Holding” şirkətlər qrupunun tərkibinə daxil olan və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli İddia ərizəsində iddiaçı özü etiraf edir ki, ailə üzvlərinin və onun daimi istifadə hüququ ilə yaşadığı, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 saylı evlərdə, dəyəri o vaxtkı məzənnə ilə 2.290.000 manat olan, 320 kvadrat metr yaşayış, 330 kvadrat metr sahədən ibarət qeyri-yaşayış sahələrinin əvəzinə onlara Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalarda, əvəzləşdirmə qaydasında yaşayış və qeyri-yaşayış sahələri verib və bu da notarial qaydada təsdiqlənmiş müqavilələrlə rəsmiləşdirilib. Tələbkarın iddiasından aydın olur ki, iddiaçı onlara sonradan geri tələb edib almaq istədiyi mənzilləri və qeyri-yaşayış sahələrini onların Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 saylı evlərdə olan daimi istifadə hüquqlarının əvəzinə verib. O vaxt onların aralarında xx.xx.2012-ci tarixli “Alqı-satqı və zaminliyə dair” müqavilə də məhz buna görə bağlanıb. Həmin müqaviləyə əsasən, ilkin vəziyyət, onlar tərəfdən: daimi istifadə hüququ ilə yaşadıqları və pasport qeydiyyatında olduqları Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 saylı evlərdən, iddiaçının tərəfindən: Bakı şəhəri, Nərimanov rayonu, Murtuza Nağıyev küçəsində inşa etdiyi binalarda onlara verdiyi 51, 52, 53, 76, 77,78, 79 və 80 saylı mənzillərdən ibarətdir. Baxmayaraq ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5262/2023 saylı Qətnaməsi ilə xx.xx.2012-ci tarixli “Alqı-satqı və zaminliyə dair” müqavilə etibarsız hesab edilərək, həmin müqavilə üzrə onların tələb etdiyi 2.935.897 ABŞ dolların ödənilməsindən imtina edilib. Tələbkar (iddiaçı) özünün, iş materiallarında olan, üzərində verilmə tarixi yazılmayan mülahizələrində ilkin iddiasında göstərdiklərini bir daha təkrar edərək yazıb: ”Konkret olaraq iddia tələbi alıcılar (ilkin iddia üzrə cavabdehlər) tərəfindən satıcıya ("xxxx" MMC-yə)” hər hansı pul vəsaitlərinin ödənilməməsi səbəbindən ləğv edilməsi və əvvəlki vəziyyətin bərpa edilməsi, yəni mülkiyyətin Atlant İnşaat MMC-yə geri qaytarılmasıdır.” Təbii ki, iddiaçı, bu “Mülahizələrin”-də “əvvəlki vəziyyətin bərpa edilməsi” deyəndə, yalnız öz maraqlarını nəzərdə tutub, lakin ilkin iddiada etiraf etdiyi kimi, əvəzləşdirmə qaydasında cavabdehlərdən aldıqları da onların əvvəlki vəziyyətidir və MMnin 337.5-ci maddəsinə əsasən, cavabdehlərdən aldıqlarını qaytarmaq da onun öhdəsinə düşür. Tələbkar (iddiaçı) özünün xx.xx.2021-ci il tarixli, “iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi, ilkin iddia ərizəsi və mülahizələrində göstərdiklərini təkrar edərək, tələblərinə əlavə edib: “xx.xx.2012-ci tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, xx.xx.2012-ci il tarixli əlavə N-1-də göstərilən, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş, binanın ikinci girişi, 6-cı mərtəbəsində yerləşən 53 saylı mənzilin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edəsiniz.” Burada da iddiaçı (tələbkar) etiraf edib ki, onlardan indi tələb etdiyi mənzilləri cavabdehlərə məhz xx.xx.2012-ci tarixli, 17/112 saylı mənzil alqı-satqı və zaminliyə dair müqaviləyə, xx.xx.2012-ci il tarixli ƏLAVƏ N 1-də göstərilən öhdəliklərə görə, yəni Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev-12, korpus-7, mənzil 7 və 8 saylı evlərdəki daimi yaşayış hüquqlarından imtinanın əvəzində verib. Deməli, ilkin vəziyyət deyəndə, xx.xx.2012-ci tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqavilədə, xx.xx.2012-ci il tarixli əlavə 1-də olan vəziyyət başa düşülməli və bərpa edilməlidir. Birinci instansiya məhkəməsinin hakimi həm MPM-nin 230.1-ci maddəsinin tələblərini pozaraq, Apellyasiya Məhkəməsi tərəfindən qətnaməsinin məhz ləğv edilmiş hissəsinə izah verib, həm də Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini nəzərə almayaraq qanunsuz qərardad qəbul etmişdir.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
16. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-324/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. İş materiallarından müəyyən olunur ki, izah verilməsi xahiş olunan icra vərəqəsində “ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş, İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 4Ə-74 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X9 arasında bağlanmış, reyestrdə 4Ə-73 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1551 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1549 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh1 və X3 təmsilçisi Cavabdeh3 arasında bağlanmış, reyestrdə 4Ə-1550 nömrəsi ilə qeyd edilmiş 26 dekabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh4 arasında bağlanmış, reyestrdə 4Ə-1379 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi; İddiaçı MMC ilə Cavabdeh5 arasında bağlanmış, reyestrdə 4Ə-1380 nömrəsi ilə qeyd edilmiş 13 noyabr 2019-cu il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələri və İddiaçı MMC ilə Cavabdeh1 və X3 arasında bağlanmış, reyestrdə 3M-46 nömrəsi ilə qeyd edilmiş 23 yanvar 2018-ci il tarixli əvəzsiz istifadə müqaviləsi ləğv edilməli, həmin müqavilələr əsasında verilmiş çıxarışlar, Bakı şəhəri 50 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-111 və 4Ə-112 reyestr nömrələri ilə qeyd edilmiş hədiyyə verənlər Cavabdeh1, Cavabdeh2 hədiyyə alan X10 və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqavilələri və onların nəticələri etibarsız hesab edilməli və əmlaklar İddiaçı MMC-nin mülkiyyətinə qaytarılmalı; 25 yanvar 2012-ci il tarixli, 17/112 saylı mənzil alqı-satqısına və zaminliyə dair müqaviləyə, 17 sentyabr 2012-ci il tarixli ƏLAVƏ № 1-də göstərilən, Cavabdeh1 və X6 təhvil verilmiş, Bakı şəhəri Nərimanov rayonu M.Nagıyev küçəsi 1927-ci məhəllədə 14 mərtəbəli yaşayış binasının 2-ci girişi, 6- cı mərtəbəsində yerləşən 53 saylı mənzil boşaldılaraq İddiaçı MMCyə təhvil verilməli, tərəflərin əvvəlki vəziyyətə qaytarılmalı olması” təsbit olunmuşdur.
20. Məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən mübahisələndirilən qərardadın ləğv edilməsi üçün əsas yoxdur, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
21. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-324/2021 nömrəli qətnaməsinnin nəticəvi hissəsi aydın və dəqiqdir, qətnamənin nəticə hissəsində qeyri-müəyyənlik və ya anlaşılmazlıq, ifadələrin dilin qrammatik qaydalarına uyğun işlədilməməsi, iki və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması müəyyən olunmur.
22. Bundan əlavə, icra vərəqəsinin “tərəflərin əvvəlki vəziyyətə qaytarılması” hissəsində icra olunması üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsi xahiş edilsə də, kollegiya bununla bağlı qeyd edir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və qeyriləri sözügedən qətnamənin ləğv edilməsini, ilk iddianın 51 və 52-ci mənzillərə, yəni cavabdehlər Natiq Məmmədov və Cavabdeh5 aid hissəsi istisna olmaqla, hər iki iddianın təmin olunması, yəni iddiaçının mübahisələndirdiyi mənzillərin və obyektlərin ona qaytarılması, iddiaçıdan isə 2.935.897 ABŞ dolları və 630.000 manat alınaraq bərabər paylarla olmaqla cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
23. Göründüyü kimi, cavabehlər ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın əvvəlki vəziyyətə qaytarılmasını deyil, onun dəyərini qarşı tərəfdən tələb etmişlər. İşdən həmçinin görünür ki, hazırda Maraqlı şəxs İddiaçı MMC-yə və “Gilan Holding” şirkətlər qrupuna qarşı “özbaşına tikilinin sökülməsi və əmlakın naturada bərpası” tələbinə dair iddia ilə artıq məhkəməyə müraciət edərək şəxsi mülkiyyət hüququ ilə ona məxsus sözügedən daşınmaz əmlakın naturada bərpasını cavabdehlərdən tələb etmişdir.
24. O da qeyd edilməlidir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5262/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 “istifadə hüquqlarının əvəzləşdirilməsi” barədə dəlillərinə də qiymət verilərək qeyd edilmişdir ki, xx.xx.2012-ci il tarixli müqavilənin məzmunundan göstərilən hal müəyyən olunmur, həmin əqdi onlar mülkiyyətçi kimi təsdiq etmişlər.... Belə vəziyyətdə xx.xx.2012-ci il tarixli əqdin etibarsızlığı nəticəsində restitusiya tətbiq etmək mümkün deyil, çünki Cavabdeh1 və Cavabdeh2 özlərinə məxsus olmayan əmlak barəsində sərəncam vermişlər.
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 324/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.