Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5882/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 324/2021 saylı qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi (böyük icra məmuru İmran Cəfərquliyev) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021-141 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün icra üsulu və icra ardıcıllığı ilə bağlı izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsinin təmin olunmaması qərara alınmışdır. Borclu Cavabdeh1 (bundan sonra borclu) qeyd edilən qərardaddan şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-324/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) şikayətin qanunla müəyyən edilmiş formasına və qaydasına riayət olunmaması əsası ilə qaytarılması qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-324/2021 saylı qərardadı ilə təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayəti qaytararkən haqlı olaraq, onun prosessual qanunvericiliyin tələblərinə uyğun formada deyil, ərizə formasında skan edilərək elektron kabinetə yerləşdirildiyini qeyd etmişdir. Belə ki, iş materiallarından görünür ki, şikayət verilərkən, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə əsasən elektron qaydada imzalanmadan, sadəcə skanetmə yolu ilə EMİS-də yerləşdirmişdir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələblərinə riayət olunmadan verilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin şikayətin qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-324/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədinə izah verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 324/2021 saylı qərardadından borclu Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 324/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5882/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5882/2024
08.10.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver