Məhkəmə qərarları › İş №2(102)-1301/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1301/2025

29.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1301/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6235/2024 nömrəli mülki iş üzrə 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti üzrə işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 11 saylı evin 107 saylı mənzili (bundan sonra mübahisəli mənzil) 23 fevral 2008-ci il tarixdə İddiaçı1, 7 iyun 2008ci il tarixdə bağışlama müqaviləsi əsasında Əsgərova X5, 21 iyun 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış nikaha xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 (bundan sonra- iddiaçılar) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ( bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müracxiət edərək İddiaçı1lə Cavabdeh2 arasında bağlanmış mübahisəli mənzilə dair bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış mübahisəli mənzilinə dair bağışlama müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil hazırda Cavabdeh1 mülkiyyətindədir. Belə ki, həmin mənzil ilkin olaraq İddiaçı3 tərəfindən qohumu X2 adına 20 iyun 2002-ci ildə alınmışd ır. 2006-cı ilin aprel ayında İddiaçı1 Cavabdeh2 ilə ailə quraraq rəsmi nikah bağlamışdır. Cavabdeh1 Cavabdeh2 anasıdır. 2006-cı ildə həmin mənzili X1 Ruslan İsmayıloviçə bağışlamışdır. Təxminən 2008-ci ildə Cavabdeh1 övladı Cavabdeh2 ilə İddiaçı1 nikahlarını pozacağı adı ilə onları təhdid edərək kürəkənini məcbur etmişdir ki, həmin mənzili qızına bağışlasın. Nikahın pozulacağından ehtiyat edərək İddiaçı1 mənzili arvadına bağışlamışdır. 2018-ci ildə isə yenə də qaynana nikahlarını pozacağı adı ilə yenidən təhdid edərək mənzili qızının adınadan öz adına bağışlama yolu ilə keçirmişdir. Nikahın pozulacağından ehtiyat edən İddiaçı1 buna razılıq vermişdir. Qızının nikahını pozacağı ilə çoxlu sayda əmlaklar cavabdeh tərəfindən ələ keçirilmişdir. Daha ələ keçirməli əmlak qalmayanda isə həqiqətən 2022-ci ilin yanvar ayında qızı ilə İddiaçı1 nikahının pozulmasını məhkəmə vasitəsi ilə həyata keçirmişdir. Beləliklə, Cavabdeh1, qızı Cavabdeh2 İddiaçı1lə nikahda olmasından istifadə edərək mənzili və digər əmlaklarını təhdid yolu ilə ələ keçirməklə, hüquqdan sui-istifadə etmiş və əsassız varlanmışdır. Bildiririk ki, həmin mənzil 2002-ci ildə iddiaçılar tərəfindən alınmışdır və həmin mənzili təmir etdikdən sonra 2003-cü il tarixdən həmin mənzildə yaşayırlar. Mənzil iddiaçılar tərəfindən əsaslı olaraq təmir edilib. Mənzilin dəyəri və təmir xərcləri iddiaçılar tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən həmin mənzilə görə heç bir vəsait ödənilməmişdir. Cavabdeh həmin mənzildə bir gün belə yaşamamışdır. Hal-hazırda da həmin mənzildə iddiaçılar yaşayırlar. Həmin mənzil X2 adına "xxxx" MTK-da n 20 iyun 2022-ci il tarixli 20/107 nömrəli müqavilə əsasında alınmışdır. Hal-hazırda binanı idarə edən “Nəsimi-6 ” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 9 yanvar 2024-cü il tarixli 181 saylı arayışında göstərilir ki, mübahisəli mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı İddiaçı3 tərəfindən ödənilir. Həmin Cəmiyyətin 11 yanvar 2024-cü il tarixli 184 saylı arayışında göstərilir ki, mübahisəli mənzil İddiaçı3 və İddiaçı2 tərəfindən 2003-cü ildə təmir edilib və həmin tarixdən mənzildə yaşayırlar. Nəticə etibarı ilə mənzil təhdid yolu ilə əldə edildiyindən mənzilin bağışlama müqavilələri etibarsız hesab edilməli və daşınmaz əmlakın dövlət reyestrindən mənzilə dair verilmiş çıxarışlar ləğv edilməlidir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.x x.2024-cü il tarixli, e-2(004)2444/2024 nömrəli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbi təmin edilməmişdir.

6. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe əsas götürülməklə hazırkı mübahisə predmeti üzrə müqavilələr etibarsız əqdlər deyil, mübahisələndirilən əqdlər kateqoriyasına aid olduğundan əqdlər bağlandığı andan deyil, yalnız mübahisələndirildiyi andan etibarsız hala gəlir.

7. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsası nda qanuni və əsaslandırılmış qərar qəbul etməlidir.

8. Məhkəmə izah etmişdir ki, mənzilin əvvəllər iddiaçıya məxsus olması öz-özlüyündə mübahisə predmeti olan bağışlanma müqavilələrinin etibarsızlığına dəlalət etmir. Müqavilə azadlığı prinsipinin şərtləri çərçivəsində mülki hüquq münasibətlərinin obyektlərinin etibarlı əqd əsasında özgəninkiləşdirilməsi mümkündür. Mülki iş üzrə sübutların təqdim edilməsi məqsədilə ümumilikdə 3 hazırlıq iclası keçirilsə də, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyası həyata keçirilməmişdir. İddia tələbi üzrə ümumiyyətlə məhkəməyə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirilməmişdir. Bu səbəbdən, məhkəmə iddia ərizəsində qeyd edilənləri mülahizə xarakterli olduğunu nəzərə alır. İddiaçı tərəf cavabdehlər tərəfindən ona edilmiş təhdidləri (əgər baş vermişsə) sübut edəcək biləcək əsaslı material təqdim etməmişdir.

9. Məhkəmə nəzərə almışdır ki, tərəflər 16 il müddətində nikahda olmuşlar. Hətta ilk bağışlanma baş tutandan (2008-ci il) 14 il müddətə nikah münasibətləri mövcud olmuşdur. Mənzilin sonuncu əldə edən cavabdehin mülkiyyətinə keçəndən (2018-ci il) 4 il müddətinə nikah münasibətləri davam etmişdir.

10. Məhkəmə araşdırmasını zamanı müəyyən edilmişdir ki, cavabdeh (mülkiyyətçi) iddiaçılara qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia qaldırmış və iddia tələbi təmin edilmişdir (həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır).

11. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçılar hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illik kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Belə ki, ən azından tərəflər arasında nikahın pozulmasının üzərindən iddia qaldırılan vaxta kimi 3 ilə yaxın müddət ötmüşdür.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 339, 339.1, 340.1, 354.2, 347.1 və 666.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 77.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

14. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisələndirılən əqdlər kateqoriyasına aid edərək iddia tələbini təmin etməməsi tam əsassız və qanunvericiliyə ziddir. Məhkəmə qətnamədə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırkı mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlığın qeyd edilən əsasları müəyyən edilmir. Halbuki, hazırkı mübahisə predmeti olan müqavilələr üzrə etibarsızlığın əsasları var. Belə ki, mənzil kənar adama deyil, öz arvadına bağışlanılmışdır. Həmin mənzil üçün əldə edənlər hər hansı bir məbləğ ödəməmişlər. Ailə münasibətlərini qorumaq üçün edilən hərəkətdir və bu barədə iddiaçı məhkəmədə verdiyi izahatında bütün faktları açıqlamışdır. Bundan əlavə, onların qaldırdıqları iddia üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı mövqe başqadır. Belə ki, həmin mövqeyə görə hal-hazırkı iddia əhəmiyyətsiz əqdlərə aiddir və bağlandığı andan etibarsız hesab edilir. Həmçinin, mənzilin əvvəllər iddiaçıya məxsus olması çox mətləblərdən xəbər verir. Belə ki, bağışlama müqaviləsi ailə münasibətlərinə xitam veriləndə deyil, həmin nikah münasibətləri davam edən zaman baş vermişdir. İddiaçı bildirdiyinə görə qaynanasının ailəni dağıtmaq təhdidinin qarşısını almaq məqsədi ilə o, mənzili arvadına bağışlamış, özü də həmin mənzildə yaşamışdır və hal-hazırda da yaşayır. Mənzilin arvadı tərəfindən anasına bağışlanması da eyni təhdidin nəticəsidir. Deməli burada həmin mənzilin başqasının adına özgəninkiləşdirilməsi sadə formada mümkün deyildir. Bundan əlavə, məhkəmə tərəfindən üç hazırlıq iclası keçirilməsi göstərilsə də, əslində bir iclas keçirilmiş, həmin iclasda cavabdehlər iştirak etməmişlər. Ondan sonra təyin edilmiş iki hazırlıq iclası isə onun ərizəsi əsasında təxirə salınmışdır (xəstəliyi ilə əlaqədar). Bundan sonra heç bir araşdırma aparmadan məhkəmə baxış iclası təyin edilmişdir. Birinci baxış iclasında yenə də cavabdehlər iştirak etməmişlər. Məhkəməyə onun tərəfindən bildirilmişdir ki, işin baxış iclasına təyin edilməsində məhkəmə tələsikliyə yol vermişdir, məhkəməyə təqdim ediləcək sübutları vardır. Həmin sübutlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə həmin sübutları nəzərə almamışdır. Məhkəmə tərəfindən işin çəkişmə prinsipi ilə aparılması üçün şərait yaradılmamışdır. Bundan əlavə, məhkəmənin qanuni qüvvəyə minməmiş qətnaməyə istinad etməsi bu işd ə onun qeyri-obyektivliyini göstərir. Cavabdeh həmin istinad edilən məhkəmə işində iddia ərizəsində yazmışdır ki, o, İddiaçı1 qızının əri olması səbəbindən cavabdehlərə (hal-hazırda iddiaçılara) ona məxsus olan mənzildə, yəni hazırkı mübahisəli mənzildə qohumluq münasibətlərini əsas götürərək onların yaşamalarına icazə vermişdir. Halbuki həmin mənzilin iddiaçılar tərəfindən 2002-ci ildə alınması və onlar tərəfindən təmir edərək hal-hazıra kimi yaşamaları iş materiallarında olan sənədlərlə təsdiq olunur. Bundan əlavə, iddiaçılar tərəfindən iddia ərizəsi verilməsi üçün hər hansı müddət ötürülməmişdir. Belə ki, hazırkı iş üzrə bağışlama müqavilələri əhəmiyyətsiz əqd olduğundan onlara iddia müddəti şamil edilmir. Hazırkı iş üzrə bağışlama müqavilələri əhəmiyyətsiz əqd olduğundan onlara iddia m üddəti şamil edilmir. İddiaçı1 tərəfindən mübahisəli mənzilin bağışlanması (təhdid olunduğuna görə) nikahın qorunub saxlanması üçün edildiyindən əhəmiyyətsiz əqddir, yəni başqa əqdi qorumaq üçün bağlanmış əqddir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6235/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar iddia tələblərində istinad etdikləri halları, yəni bağlanan müqavilələrdə əsl niyyətin nikahın qorunub saxlanması, gizli sövdələşmənin, təhdidin olmasını sübuta yetirə bilməmişlər. İddi açılar xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış bağışlama müqavilələrini “İddiaçı1 ilə Cavabdeh2 nikahının qorunub saxlanması üçün hədə altında bağlanmasına görə əhəmiyyətsiz - yalan əqd olmasını” iddia etsələr də, həmin müqavilələr bağlanarkən yalan əqdin əsas tərkib əlamətlərinin mövcud olmasına dair hər hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.

17. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, araşdırma zamanı, iddiaçıların əhəmiyyətsiz hesab etdikləri, xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrin bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqlər olması öz təsdiqini tapdığından iddia tələblərini tam həcmdə rədd edən birinci instansiya məhkəməsi nin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

18. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29 və 60-cı, Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.4, 339.6, 340.1, 340.2, 354.1, 354.2, 389.1, 390.1, 666.1, 666.2, 667.1 və 668.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda ə saslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh Nəsirova Zenfira Hətəmxan qızı kassasiya şikayətinə etiraz verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

23. Maddə

25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

24. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hü ququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

25. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiy yələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublkasının Mülki Məcəlləsi

26. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

27. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi m üqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmət də ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

33. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

34. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

35. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

36. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

37. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

38. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

39. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

40. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

41. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

42. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlid ir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı k assasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən, məhkəmə aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

52. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalar ının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

53. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar iddia tələblərində istinad etdikləri halları, yəni bağlanan müqavilələrdə əsl niyyətin nikahın qorunub saxlanması, gizli sövdələşmənin, təhdidin olmasını sübuta yetirə bilməmişlər.

54. Belə ki, iddiaçılar xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış bağışlama müqavilələrini “İddiaçı1 ilə Cavabdeh2 nikahının qorunub saxlanması üçün hədə altında bağlanmasına görə əhəmiyyətsiz - yalan əqd olmasını” iddia etsələr də, həmin müqavilələr bağlanarkən yalan əqdin əsas tərkib ə lamətlərinin mövcud olmasına dair hər hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.

55. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddiaçıların əhəmiyyətsiz hesab etdikləri, xx.xx.2008-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrin bağlanarkən mülki qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış etibarlı əqlər olması öz təsdiqini tapdığından, iddia tələblərini tam həcmdə rədd edən birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

56. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı 3 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2024-cü il tarixli, 2(103)-6235/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar