Məhkəmə qərarları › İş №2(102)-1307/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1307/2025

02.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1307/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" BOKT ASC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2(103)1155/2025 nömrəli qətnaməsind ən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 01 fevral 2022-cü il tarixdə "xxxx" BOKT ASC-yə qiymətləndirici vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı 29 yanvar 2024-cü il tarixdə ərizə ilə işəgötürənə müraciət edərək, öz xahişi ilə 01 fevral 2024-cü il tarixdən etibarən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş və onunla bağlanmış əmək müqaviləsinə "xxxx" BOKT ASC-nin 01 fevral 2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" BOKT ASC- yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 01 fevral 2024-cü il tarixli, 0012/2024 saylı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilməyi əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa olunması, qanunsuz olaraq məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının və 60 manat mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 01 fevral 2024-cü il tarixdə könüllü razılığı olmadan iradəsinin ziddinə 0012/2024 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən işdən azad edilmişdir. Bu barədə ona rəsmi olaraq 04 iyul 2024-cü il tarixli məktubla cavab verilmişdir. Məktuba işə qəbul əmri əlavə edilsə də, iş dən çıxma ərizəsi və işdən azad edilmə əmri əlavə edilməmiş, əmək kitabçasının əsli deyil, surəti əlavə edilmişdir. Hüquqlarının pozulması barədə Azərbaycan Respublikası ƏƏSMN DƏMX şikayət etmiş, 10 may 2024-cü il tarixli məktubla cavab verilmiş, lakin heç bir tədbir görülməmişdir. Müraciətinin təkrar ciddi araşdırılmasını, Azərbaycan Respublikası qanunvericiliyinin Əmək müfəttişliyinə vermiş olduğu geniş səlahiyyətlərdən istifadə etməklə müvafiq tədbir görülməsini və araşdırılmanın nəticəsi barədə cavablandırılmasını xahiş etsə də, heç bir araşdırma aparılmamışdır. Cavabdehə mediasiya təklifi göndərilmiş və 10 iyul 2024-cü il tarixdə İMS iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.

5. Cavabdeh "xxxx" BOKT ASC birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, iddia müddəti ö türüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e2(005)-3587/2024 nömrəli qətnaməsi ilə (hakim R.Quliyev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi ilk növbədə cavabdehin nümayəndəsinin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibət bildirərək göstərmişdir ki, mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin iddia müddətinin tətbiqinə dair mülahizələrini dinləyərək hesab etmişdir ki, iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tər əfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyini və məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətin ötürüldüyünü nəzərə alaraq hesab etmişdir ki, hazırkı iddia rədd olunmalıdır.

8. İddiaçı əmək müqaviləsinə xitam verildikdən sonra məhkəməyə müraciət edərək hüquq və qanuni mənafelərinin pozulduğunu iddia etmişdir. Halbuki yol verilmiş hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək imkanı qanunvericilikdə konkret olaraq bir ay müddətlə məhdudlaşdırılmışdır. İddiaçı isə vəzifəsindən azad edilməsi barədə məlumatı olsa da, təxminən 5-6 ay keçdikdən sonra işdən azad edilməsini məhkəmədə mübahisələndirmişdir. İddiaçı əmrin ona rəsmi təqdim edilmədiyini əsas gətirərək, iddia müddətinin ötü rmədiyini bildirir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı işdən azad edilməsi barədə ərizə vermiş və bundan sonra işə getməmişdir. Göründüyü kimi, iddiaçı məhkəməyə iddia müddəti bitdikdən sonra, yəni 19 avqust 2024-cü il tarixdə müraciət etmişdir. İddiaçı bu qədər müddət ərzində məhkəməyə müraciət olunmamasını aidiyyəti şəxslərə müraciət etməsi, cavabını gözləməsi, həmçinin mediasiyaya müraciəti ilə əlaqələndirmişdir. Hazırkı işdə iddiaçının müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı iddiaçının vəzifəsindən azad edilməsi barədə əmrdən məlumatı olduğu dövrdən hesablanmalıdır. Qeyd edilən müddət uzun dövrü əhatə edir və həmin müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiq e dən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının işdən çıxarıldıqdan sonra hazırkı vaxtadək əmək kitabçasının verilməməsi dəlili ilə bağlı isə qeyd olunmuşdur ki, həmin hal qanunauyğun şəkildə qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

9. Məhkəmə iddiaçının iddia tələbinin əmək hüquqlarının bərpa edilərək əvvəlki iş yerinə qaytarılmağının təmin edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının işəgötürən tərəfindən ona ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, prosessual qənaət prinsipi baxımından iddia əmrin ləğv edilməsi hissəsində iddia müddəti tətbiq edilməklə, həmçinin iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün rədd edilməsi nəticəsinə gəldiyindən, iddiaya qalan hissələrdə qiymət verilməsi üçün əsas yoxdur, bu səbəbdən iddia tələbi həmin hissələrdə də əsassız hesab edilməli və rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddənin İİ və Vİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, Əmək Məcəlləsinin 69-cu maddəsinə, 296-cı maddəsinin 2, 3 və 6-cı hissələrinə, Mülki Məcəllənin 375.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1, 76, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 yanvar 2025-cü il tarixli, 2(103)-1155/2025 nömrəli qətnaməsi ilə (hakim N.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi birtərəfl i əqddir. İşçi ərizə yazmaqla əmək münasibətinin xitamına yönələn birtərəfli iradə ifadə edir. Əqdin etibarsızlığına aid olan qaydalar belə ərizələrə də şamil olunur. Bütün məcburetmələr deyil, 339.4-cü maddədə göstərilən əlamətlərə malik olan məcburetmə əqdin etibarsızlığına səbəb olur. Lakin işəgötürənin işçiyə qarşı belə məcburetmə tətbiq etdiyi müəyyən olunmur.

14. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin və 69-cu maddəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 24 yanvar 2025-ci il tarixli, 2(103)-1155/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3 və 7-ci hissələrinin, 83-cü maddəsinin 2-ci hissəsinin, 84-cü maddəsinin, 296-cı maddəsinin, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinin tələbləri pozulmuşdur.

17. Belə ki, cavabdeh tərəfindən elektron qaydada ərizə yerləşdirilmişdir ki, iddiaçının tələbinə iddia müddəti tətbiq edilməlidir. Lakin əmək kitabçası iddiaçıya təqdim olunmamışdır. Təqdim olunmuş əmr kserosurətdir və əsli ilə düzdür yazılmaqla təsdiq edilməmişdir. Eyni zamanda bu əmrdə müəssi sənin hüquqi ünvanı qeyd olunmamışdır. Eyni zamanda işəgötürən vəzifəsi, adı atasının adı və soyadı əvəzinə maliyyə şöbəsinin müdiri M.V.Abdullayeva imza edərək möhürlənmişdir. Göründüyü kimi əmrdə işəgötən şəxs Maliyyə şöbəsinin müdiri deyil və əmr hüquqi ünvan göstərilmədən və işəgötürənin adı, ata adı və soyadı yoxdur. Əmr sadə formada yazılsa da, Əmək Məcəlləsinin qeyd olunan tələblərini pozulmaqla verilmişdir. Əmr verilən gün əmrin surətinin və əmək kitabçasının iddiaçıya verildiyi öz təsdiqini tapmır. Cavabdeh tərəfindən ƏM-nin 296.2-cı maddəsinin tətbiq edilməsi xahiş edilsə də, həmin maddənin 3-cü hissəsində göstərilən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. ƏƏSMN yanında DƏMX-ə edilmiş müraciət vərəqəsindən görünür ki, müraciət 17 aprel 2024-cü ildə qeydiyyata a lınmışdır. Müraciətə isə 10 may 2024-cü il tarixdə DƏMX Bakı Ərazi İdarəsi tərəfindən cavab məktubu göndərilmiş və cavabdeh tərəfindən sənədlər təqdim edildiyi halda araşdırılacağı bildirilmişdir. Daha sonra iddiaçı tərəfindən yenidən məktub göndərilsə də DƏMX Bakı Ərazi İdarəsi tərəfindən heç bir araşdırma aparılmamışdır. Eyni zamanda, cavabdehə müraciətlər edilsə də, əmək kitabçası və əmr iddiaçıya göndərilməmişdir. Nəhayət 04 iyun 2024-cü il tarixdə Baş Direktor Leyla Cabbarova əmək kitabçasının surəti və digər sənədləri təqdim etmişdir. Bundan da əvvəl artıq mediasiya təklifi göndərilmiş və mediasiya prosesinə başlanılmışdır. Belə olan halda, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Hazırkı iş üzrə iddiaçı işdən çıxma barədə ərizəni hədə-qorxu, təsir və təzyiq altında yazdığ ını bildirdiyindən, həmin halın sübuta yetirilməsi vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Bu cür halların sübuta yetirilməsi üçün iddiaçının məhkəməyə dəlil təqdim etməsi zəruridir. Lakin, təqdim olunmuş Salyan Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qarşı tələbləri olmuş və cinayət işinin açılacağı ilə hədələmişlər.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhk əməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğu n olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 68-ci maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlü kə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77. 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi t ərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı işəgötürənə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə ilə müraciət etməsini mübahisələndirmir. Onun mübahisələndirdiyi hal, həmin ərizənin onun iradəsinə uyğun olmaması, yəni məcburetmə nəticəsində imzalamasıdır.

28. Halbuki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçı cavabdehin ona qarşı məcburetmə tətbiq etməsinin iddia ərizəsinə əsaslandırmam ış və buna dair sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

29. İzah olunmalıdır ki, məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaç ının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

30. Apellyasiya məhkəməsi iddianın sübut olunmaması nəticəsinə gəldiyindən və kassasiya kollegiyası bu nəticə ilə razılaşdığından, iddia müddətinin iddiaçı tərəfindən ötürülməməsinə dair kassasiya şikayətinin dəlillərinə əlavə olaraq hüquqi qiymət verilməsi prosessual qənaət prinsipinə uyğun zərurət yoxdur.

31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanvar 2025-ci il i tarixli, 2(103)-1155/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar