Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1312/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: atalığa dair mübahisə açma haqqında tələb; sübutların qiymətləndirilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı atalığın mübahisələndirilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-556/2025 nömrəli qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2007-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnaməsində ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı adı qeyd olunmuşdur.
2. Tərəflər arasında rəsmi nikah bağlanmamışdır və Cavabdeh X1 bioloji atası deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə Cavabdeh 2006-cı ildən faktiki nikahdadır. Bu nikahdan bir uşaqları var. Rəsmi nikahları olmadığından xx.xx.2007-ci ildə atalığın tanınması haqqında şəhadətnamə əsasında uşağa doğum haqqında şəhadətnamə almışlar. Bir müddət sonra ayrılmışlar. Övladını çox çətinliklə böyüdür. Cavabdeh yüksək məbləğdə pensiya almasına baxmayaraq son 2-3 ildə uşağına verdiyi 200 manat pulla kifayətlənir.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşağın bioloji atasının olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh uşağın bioloji atası deyildir. Onunla İddiaçı arasında hər hansı yaxınlıq olmamışdır. Onlar arasında nə rəsmi, nə də faktiki nikah olmamışdır. Cavabdeh vəsatəti əsasında uşağın bioloji atasının müəyyən edilməsi üçün məhkəmə tibbi-genetik ekspertizası təyin olunmuş və icraat dayandırılmışdır. “Məhkəmə tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 373/2024 nömrəli ekspert rəyi ilə, Cavabdeh uşağın bioloji atası olması faktı inkar olunmuşdur.
6. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2363/2024 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir (hakim Kərim Xudayev).
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, uşağın atasının Cavabdeh olmaması keçirilmiş ekspertiza ilə təsdiqləndiyindən, aliment tələbinə dair iddia ərizəsi də təmin edilə bilməz.
8. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 44.3, 45.1, 46.1, 46.2, 46.3, 47.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 217.4-cü maddələ rinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv edilməsi, onun iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyator şikayətində aşağı məhkəmə tərəfindən Ailə Məcəlləsinin 47.2-ci maddəsinin tələbinin pozulduğunu hesab etdiyini bildirərək mövqeyini belə əsaslandırmışdır ki, qarşı tərəfin öz razılıq və təklifi ilə hər ikisinin ərizəsi əsasında doğum haqqında şəhadətnaməyə uşağın atası qismində Cavabdeh adı yazılmışdır. Həmin normanın göstərişinə uyğun olaraq, Cavabdeh atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Cavabdeh iddia ərizəsində bildirdikləri ilə məhkəmə iclasında verdiyi izahat arasında ziddiyət olsa da məhkəmə işin bu halına hüquqi qiymət verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçını 2005-ci ildən tanıyır, uzaq qohumdurlar. Uşaq doğulandan sonra İddiaçı atalığı qəbul etməyəcəyi təqdirdə ondan işlədiyi quruma şikayət edəcəyini bildirmişdir. O isə, hərbi rütbəsindən və vəzifəsindən dolayı ehtiyat edərək razılaşmağa məcbur olmuşdur. Bu səbəbdən İddiaçı pul göndərmiş, iddiaçının bütün dediklərini etmişdir. Bu yaxınlarda tələblər artıdığından, eyni zamanda özünün də uşağın atası olmadığını hiss etdiyindən, bioloji atalığı mübahisələndirmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-556/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir (hakimlər: F.Talışınski- sədrlik edən və məruzəçi, M.Məmmədov və A.İmanov).
12. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh uşağın atası hesab edilmişdir və həmin şəhadətnamə hal-hazırda qüvvədə olduğundan şəxsin bioloji ata olmaması isə onu aliment ödəməkdən azad etmir. Cavabdeh iddiaçının ona hədə-qorxu gəlinməsi ilə qeydiyyat idarəsinə gedərək uşağın atası olmasına dair ərizə yazdığını, həmin dövrdə uşağın onun övladı olmadığını bilmədiyini, lakin bununla bağlı şübhələrinin olduğunu bildirmiş və atalığın olmaması faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə iddia qaldırdığını qeyd etsə də, izahatını fərqli verməklə uşağın onun övladı olmamasından xəbəri olmadığını sübut etməmişdir.
13. Məhkəmə kollegiyası onu da əlavə etmişdir ki, cavabdeh iddiaçının ona hədə-qorxu gəlinməsi ilə qeydiyyat idarəsinə gedərək uşağın atası olmasına dair ərizə yazdığını, həmin dövrdə uşağın onun övladı olmadığını bilmədiyini, lakin bununla bağlı şübhələrinin olduğunu bildirsə də, izahatını fərqli verməklə uşağın onun övladı olmamasından xəbəri olmadığını sübut etməmişdir.
14. Məhkəmə kollegiyası mövqeyini Ailə Məcəlləsinin 46.2, 47.1, 55.1, 75.1, 76.1, 76.2, 78.2-ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 82.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamə dən kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin ilkin dəlilinə görə, apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 47.2-ci maddəsinin tələbini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə kollegiyası həmin normaya istinad etsə də, Cavabdeh uşağın atası olmamasını bilməməsi faktına düzgün qiymət verməmişdir. Şikayətin digər dəlili Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edilməklə belə əsaslandırılmışdır ki, Cavabdeh uşağın atası olmadığını bilməsi barədə hər hansı izahatı olmasa da, apellyasiya instansiyası məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin əsassız olduğu üçün təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
18. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
19. Maddə 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələb i təmin oluna bilməz.
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil.
26. İlk növbədə məhkəmə k ollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 bioloji atası deyil, lakin doğum haqqında şəhadətnaməsində ata qrafasında onun öz razılığı ilə onun adı qeyd edilmişdir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsində doğum haqqında şəhadətnamədəki qeydə əsasən uşağın valideyni kimi qəbul edilən atanın bir qayda olaraq atalığı mübahisələndirmək hüququ müəyyən edilmişdir. Lakin Məcəllənin 47.2-ci maddəsində bu qaydadan istisna hal kimi müəyyən edilmişdir ki, əgər uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə atalığa dair mübahisə açma haqqında tələbi təmin edilməməlidir.
29. Cavabdeh qarşılıqlı iddia ərizəsində onun X1 anası ilə heç bir yaxınlığı, faktiki nikahı olmadığı qeyd edilmiş və məhkəmə iclaslarında verdiyi izahatlara əsasən müəyyən edilmişdir ki, doğum haqqında şəhadətnamədə X1 atası kimi qeyd edilməsinə Cavabdeh öz razılığı olmuşdur.
30. Məhkəmə işdəki sübutları qiymətləndirərək düzgün olaraq bu qənaətə gəlmişdir ki, Cavabdeh X1 bioloji atası olmadığını bildiyi halda (qarşılıqlı iddia ərizəsində qeyd edilənlərə əsasən bildiyi təsdiq edilir) doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmasına razılıq verdiyindən uşağın bioloji atasının olmam ası barədə iddiası təmin edilə bilməz.
31. İşə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilmir.
32. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilmədiyindən kassasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-556/2025 nömrəli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.