Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: iddianın yolverilənliyi (mümkünlüyü), məhkəmənin prosessual vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evə köçürülmə və s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9733/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikay ətinə dair işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyətinin 15.04.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən, Cavabdeh1 (bundan sonra – cavabdeh) Buzovna tərəvəzçilik-südçülük sovxozunda 537-ci sahədə 0.02 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh 25.11.2010-cu il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların 2 övladı - 14.07.2012-ci il təvəllüdlü X1 və 09.02.2016cı il təvəllüdlü X2 anadan olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(007)-152/2020 nömrəli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 537 Cav abdeh2 (bundan sonra – 2-ci cavabdeh) adına 13.10.2020-ci il tarixdə xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, 180-ci Buzovna küçəsi, 91 saylı fərdi yaşayış evi (537-ci sahədə inşa edilmişdir, bundan sonra – mübahisəli ev) 05.05.2021-ci il tarixdə 2-ci cavabdehin adına DƏDRX – də qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğulları XXX və XXX ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə evləndikdən sonra bir müddət kirayədə yaşamışlar. Daha sonra, 2011-ci ildə kirayə pulunu ödəyə bilmədikləri üçün atasına məxsus ünvan 1 ünvanda yerləşən 24 nömrəli mənzilə köçmüşlər. Nişanlı olduqları müddətdə cavabdehin adına Xəzər rayonu Binə atçılıqda torpaq sahəsi alınmışdır. 2009-cu ildə həmin torpaq sahəsində tikinti işləri başlanılmış və 2010-cu ildə toyları olmuşdur. Həmin müddət ərzində də torpaq sahəsində tikinti davam etmiş və 2012ci ildə təmir tam bitmişdir. Fərdi yaşayış evinin heç bir sənədi yoxdur. 2011-ci ildə ona məxsus olan 5000 dəyərində qızıl-zinət əşyaları satılaraq əldə olunmuş vəsait evin tikilməsində və təmirində kömək məqsədilə istifadə olunmuşdur. 2012-ci ilin avqust ayında onlar cehiz əşyaları ilə tikdikləri fərdi yaşayış evinə köçmüşlər. Təxminən 3-4 il həmin ünvanda yaşamışlar. Hazırda nikahları pozulmuşdur. Hesab edir ki, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. Daha sonra iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, həmçinin, mübahisəli evin tikintisinə tərəfindən sərf edilmiş 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ikinci cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan yeni ərizə verərək, digər tələblərlə yanaşı, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ikinci cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X3 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçı ilə 2010-cu ildə rəsmi nikaha daxil olduqdan sonra, cavabdehin atasının İmişli şəhəri, Q.Qarayev küçəsi, ev 13 ünvanında yerləşən mənzilinə köçmüşlər. Cavabdehə müvafiq sərəncamla Bakı şəhəri Buzovna qəsəbəsi, 0,02 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 2007 və 2008-ci illərdə cavabdehin atasının vəsaiti hesabına iddiaçının köçmək istədiyi ev inşa olunmuşdur. Həmin evə onlar 2013-cü ildə köçmüşlər və 2016-cı ilə qədər həmin ünvanda yaşamışlar. Lakin iddiaçı həmin evi bəyənmədiyi üçün, şəhərdən uzaq olduğundan, onun istəyini nəzərə alaraq 2016-cı ildən Bakı şəhərində müxtəlif yerlərdə kirayədə qalmışlar. İddiaçının hazırda köçmək istəd iyi mübahisəli evin yerləşdiyi torpaq sahəsi 2-ci cavabdehin adına qeydiyyata alındığı üçün onun 2-ci cavabdehin mülkiyyətində olan torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinə köçürülməsi əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçının atasıdır. Qızı ailə qurduqdan sonra əvvəl İmişlidə, sonra Bakıda müxtəlif yerlərdə kirayədə qalmışlar. Mübahisəli ev birgə nikah dövründə tikilmişdir. Evin tikilməsində qızına məxsus qızıllar satılaraq sərf olunmuşdur. 2012-ci ildə evin bir otağı hazır olmuş, 2013-cü ildə həmin otağa köçmüşlər. Satılan qızılların puluna döşəmə taxtaları, dəmir barmaqlıq və divar kağızları alınmışdır. Arvadı kreditə 5000 manat pul götürmüş, həmçinin, özü də müxtəlif vaxtlarda qızına 5000 manatadək pul vermişdir. Mə hkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. Mübahisəli ev toydan sonra inşa edilmişdir. Tərəflər 3 il kirayədə yaşamışlar. O və əri onlara köməklik etmişlər. Qızıllar uşaq doğulmamışdan qabaq satılmışdır. Həmin pula dəmir barmaqlıq alınmışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-305/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Bəhramzadə) iddia rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı nikaha girdikdən sonra mübahisəli yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 05.05.2021-ci il tarixdə 2-ci cavabdehin adına qeydə alınmışdır. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali M əhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən, iddiaçının həmin yaşayış sahəsinə köçməsi ilə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Məhkəmə hesab etmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olan 2-ci cavabdehə münasibətdə onun ailə üzvü deyildir. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Belə olan halda iddiaçının 2-ci cavabdehə məxsus yaşayış sahəs inə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin evin tikilməsinə sərf olunan 10.000 manat pulun qaytarılması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə də iddia təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hala dair mötəbər sübutlar təqdim etməmişdir. Şahid ifadələri isə iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, şahidlər ifadələrində müəyyən müddət daxilində qızları olan iddiaçıya pul məbləğləri vermələrini qeyd etsələr də, bunu təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Eyni zamanda, iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını 5000 manata sataraq həmin evin təmirinə xərcləməsi də işin araşdırılmış halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə iddia tələbinin mübahisəli evə dair 05.05.2021-ci il tarixdə verilmiş çıxarışı n etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə predmeti olan bağ sahəsi 2-ci cavabdehə məxsusdur. Bununla yanaşı, reyestrdən çıxarış DƏDRX-də aparılmış qeydiyyat əsasında verilir. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Hazırkı halda həmin mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. İşin yuxarıda sadalanan hallarına əsasən, iddiaçının hazırkı iddia tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 140, 178.1-ci, Mənzil Məcəlləsinin 30.1, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətdə Mülki Məcəllənin 157.8, 180.1, 1091.1, 1092.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflərin gələcəkdə yaşamaları üçün mübahisəli evin inşasına 2009-cu ildə başlanılmışdır. Həmin vaxt iddiaçının valideynləri mübahisəli evin tez tikilib başa çatdırılması məqsədi ilə iddiaçıya ayrı-ayrı vaxtlarda hissələrlə, ümumilikdə 5000 manat məbləğində pul vermişlər. Həmin vəsait evin tikintisinə, o cümlədən, evin inşası üçün zəruri olan tikinti materiallarına sərf olunmu şdur. 2010-cu ildə tərəflər ailə qurmuşlar. Lakin mübahisəli fərdi yaşayış evinin tikintisi davam etdiyi üçün ailə qurduqdan sonra bir müddət kirayədə, daha sonra isə iddiaçının atasına məxsus evdə yaşamaq məcburiyyətində qalmışlar. Mübahisəli evin tikintisi üçün pul vəsaiti çatmadığına görə, iddiaçı 2011-ci ildə özünə məxsus, dəyəri təxminən 8000 manat olan qızıl-zinət əşyalarını cavabdehlə birlikdə Moskva Univermağına gedərək 5000 manata satmışdır. Həmin əşyaların satışından əldə olunmuş pul vəsaiti də evin tikintisinə (pol taxtasının və dəmir barmaqlıqların alınmasına və vurulmasına) sərf edilmişdir. Evin inşası və təmiri 2012-ci ildə başa çatmış və tərəflər yaşamaq üçün əşyaları ilə birlikdə həmin evə köçmüşlər. Sözügedən evdə tərəflərin iki azyaşlı övladları anadan olmuşdur. Beləliklə, iş üzrə tərəflər, birgə nikah dövründə qeyd olunan dövrdə heç bir hüquq müəyyənedici sənədi olmayan yaşayış evini inşa etmişlər. İddiaçı cavabdehlə birlikdə həmin evin inşasında iştirak etmişdir. Hazırda iddiaçının başqa yaşayış yeri yoxdur və o, iki azyaşlı övladı ilə birlikdə valideynlərinin evində müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh isə iddiaçını və övladlarını mübahisəli evə buraxmır. İşə baxılan zaman qeyd edilən halları təsdiq etmək üçün iddiaçı tərəf evin inşasında iştirak etmiş usta X5 şahid qismində dindirilməsi üçün məhkəməyə dəvət etmişdir. Həmin şahid bir neçə dəfə məhkəməyə gəlsə də, məhkəmə iclaslarının təxirə salınması səbəbindən işə baxan hakim tərəfindən şahidin dindirilməsi mümkün olmamışdır. Sonradan həmin şahid vəfat etmişdir. Beləliklə, iddiaçıdan a sılı olmayan səbəblərdən onun məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçının öz tələbinin əsasını sübuta yetirə bilməməsindən söhbət gedə bilməz. Digər tərəfdən, iddiaçının valideynləri məhkəmə iclasında ifadə verərək, ailəliklə iddiaçıya hissəhissə 5000 manatdan da artıq pul vəsaiti verdikdlərini, iddiaçının anasının evi tikən usta və fəhlələrə xörək bişirdiyini və sair hallar barədə məhkəməyə məlumat vermişlər. Lakin iddiaçının təqdim etdiyi sübutları məhkəmə nəzərə almamışdır. Tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh, əmlakın bölünməsindən yayınmaq üçün mübahisəli evin yerləşdiyi torpaq sahəsini, daha sonra isə inşa edilmiş evi iddiaçının məlumatı və xəbəri olmadan doğma xalası, iş üzrə 2-ci cavabdehin adına keçirmişdir. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9733/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi ziddiyyətli tələblərin bir hissəsi, yəni ç ıxarışın etibarsızlığı, müvafiq icra hakimiyyəti orqanlarının (hərəkət və hərəkətsizliyi, yaxud inzibati aktla bağlı) fəaliyyətinin mübahisələndirilməsinə aid məsələlərdir. Müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırkı iş üzrə isə bu qeydiyyatlar aidiyyəti icraat qaydasında mübahisələndirilmədiyindən, tələbdən kənar olaraq qanuni qeydiyyatları olan şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Tələbin digər hissəsi mübahisə obyekti olan daşınmaz əmlaka olmayan istifadə hüquqları ilə, pul tələbi isə bu əmlaka sərf edilmiş maliyyə vəsaiti ilə bağlıdır. Beləliklə, iddianın qayəsi ni və mülki hüquqi cəhətdən subyektiv amillərini birgə nikah dövründə əldə edilmiş əmlak hüquqlarının müdafiəsi təşkil etsə də, ailə qanunvericiliyi baxımından bunu müəyyən edə biləcək hüquqi və faktiki əsaslar təsdiq edilmir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139-158, 176, 238-245, 228, 388-390, 560cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 4, 65, 82, 103, 106-108-ci, Mənzil Məcəlləsinin 30, 34, 35, 60-cı, Ailə Məcəlləsinin 32-37-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 7-ci, MPM-in 13, 14.2, 76.1, 77.1, 80-82, 119, 106.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir. Şikayətə görə, məhkəmə Mülki Məcəllənin 157.8, 180.1, 1091.1, 1092.1-ci, MPM-in 4, 9, 76, 77 və 217-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hes ab edilə bilərlər. MPM (iddia ərizəsinin icraata qəbul edildiyi dövrdə qüvvədə olmuş redaksiya) Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (maddə 14.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (maddə 77.3). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir; cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir; ca vabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir... (maddə 167.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (maddə 217.3). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (maddə 218.3). İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1) Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (maddə 385.1.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarı Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquq i cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzaki rə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Bununla yanaşı, mülki prosessual qanunvericilik işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün məhkəmənin göstərməli olduğu fəallığın bir sıra mühüm şərtlərini və hədlərini müəyyənləşdirmişdir. Bu prosessual hərəkətlərə: işdə iştirak edən şəxslərin iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etmək; cavabdeh tərəfin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almaq, cavabdeh tərəfindən edilə biləcək etir azları araşdırmaq, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etmək, prosessual hüquq və vəzifələrini ona izah etmək; cavabdehi çağırmaq, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat almaq, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif etmək, ona prosessual hüquq və vəzifələrini izah etmək kimi mühüm hərəkətlər aiddir (MPM-in 167-ci maddəsi). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı “Daşınmaz əmlakın dövlət reyes trində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhad ətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə mür aciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır (bənd 17). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının azyaşlı uşaqları ilə birlikdə evə köçürmə və pul tələbləri hissəsində hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd edilən hissəndə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə sübutların araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçı baxılan iş üzrə ilkin iddia ərizəsində azyaşlı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi tələbini irəli sürmüş, sonradan tələbinin həcminin artıraraq, həmçinin mübahisəli evin tikintisinə sərf edilmiş 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair ikinci cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı 01.07.2021-ci il tarixli məhkəmə iclasında yeni ərizə verərək, digər tələblərlə yanaşı, mübahisəli evə dair ikinci cavabdehin adına 05.05.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş etmişdir. Göründüyü kimi sonuncu ərizə ilə iddiaçı əvvəlki tələblərinin həcmini azaltmamış, əksinə əlavə olaraq yeni t ələb irəli sürmüşdür. Bununla da hazırkı iş üzrə iddia tələbləri: 1) iddiaçının azyaşlı uşaqları ilə evə köçürülməsindən; 2) mübahisəli evin tikintisinə sərf olunmuş pulun tutulmasından; 3) mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın ləğv olunmasından və 4) mübahisəli evə dair çıxarışın etibarsız hesab edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi evə dair çıxarışın etibarsız hesab edilməsi tələbinin rədd olunmasını onunla əsaslandırmışdır ki, iddiaçının bu cür iddia tələblərini irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə torpaq sahəsinə dair çıxarışın ləğv olunması tələbinə ümumiyyətlə münasibət bildirməmiş, həmin tələbin rədd olunmasını qətnamədə əsaslandırmamışdır. Halbuki MPM-in 217 və 218-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə tərəfindən irəli sürülmüş tələbə və ya tələblərdən birinə ümumiyyətlə qiymət verilməməsi istinad olunan prosessual hüquq normalarının pozuntusunu yaratmaqla MPM-in 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Eyni zamanda nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafi q aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Bu baxımdan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (reyestr qeydinin) qüvvədən düşməsi barədə iddia tələbinə baxan məhkəmə ilk növbədə həmin tələbə onun mülki məhkəmə icraatı qaydasında mümkünlüyü baxımından qiymət verməli, əgər mülki məhkəmə icraatı qaydasında baxılmalıdırsa ona mahiyyəti üzrə qiymət verməli, əgər baxılmalı deyildirsə iddianın icraata qəbulundan yolverilməzlik əsası ilə imtina etməli, yaxud iddia artıq icraata qəbul edilibsə iş üzrə icraata həmin hissədə xitam verməlidir. Baxılan iş üzrə iddiaçı mübahisəli torpaq sahəsinə və evə dair çıxarışları mübahisələndirsə də həmin qeydiyyatların mülki-hüquqi əqd əsasında aparıldığına istinad etməmiş, qeydiyyatın aparılmasına əsas təşkil etmiş hər hansı hüquq müəyyənedici sənədləri mübahisələndirməmişdir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Bu baxımdan mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflə rin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq vəzifəsi daşıyan məhkəmə bunun üçün: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməlidir. Bu vəzifələri çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Eyni zamanda MPM-in 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməyə, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməyə, cavabdehin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almağa, iddiaçının iştirakı ilə cavabdehin işin halları barədə izahatını almağa, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmağa, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmağa, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etməyə, prosessual hüquq və vəzifələrini tərəflərə izah etməyə borcludur. Lakin işə baxmış birinci instansiyası məhkəməsi sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan və zəruri prosessual hərəkətləri yerinə yetirmədən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunması tələbinə mahiyyəti üzrə baxmış və həmin tələbi iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığı əsası ilə rədd etmişdir. İşə baxmış apelyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normasının tələbinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsini qeyd olunan hissədə də dəyişdirilmədən saxlamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi çıxarışın etibarsızlığı hissəsində mövqeyini məhz onunla əsaslandırmışdır ki, iş üzrə çıxarışın etibarsızlığı tələbi müvafiq icra hakimiyyəti orqanlarının (hərəkət və hərəkətsizliyi, yaxud inzibati aktla bağlı) fəaliyyətinin mübahisələndirilməsinə aid məsələdir. Müvafiq qeydiyyatlara cavabdehlik daşıyan səlahiyyətli icra hakimiyyəti orqanlarına müraciət edilərək verilmiş sənədlər üzrə araşdırma aparılması məhz onların vəzifələrini əhatə edir, hazırkı iş üzrə isə bu qeydiyyatlar aidiyyəti icraat qaydasında mübahisələndirilmədiyindən, tələbdən kənar olaraq qanuni qeydiyyatları olan şəxslərin mülkiyyət hüquqlarına qanunsuz müdaxilə hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli torpaq sahəsinə və evə dair çıxarışların qüvvədən düşməsi tələblərinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9733/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən – torpaq sahəsinə dair Cavabdeh2 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi və Bakı şəhəri, Buzovna qəsəbəsi, 180-ci Buzovna küçəsi, 91 saylı fərdi yaşayış evinə dair 05.05.2021-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab ol unması tələblərinə aid hissədə ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1315/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1315/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver