Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1315/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5 və Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-136/2025 nömrəli mülki iş üzrə 13 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 11/33 saylı ünvanda yerləşən torpaq sahənin 0,003 ha hissəsi 25 noyabr 2022-ci il tarixdən mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. 2. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binası 08 iyul 2017-ci il tarixdən mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınmışdır.
3. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli Qərarına əsasən, ünvan 2 ünvanda istifadə etdiyi 100 kv.metr obyektin altındakı torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Bununla bağlı Binəqədi bələdiyyəsi ilə Cavabdeh arasında “Torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 01 aprel 2008-ci il tari xli, 58 nömrəli müqavilə bağlanmışdır.
4. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 07 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin ərazisi daxilindədir və X2 adına Binəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 41 saylı, 11 aprel 2008-ci il tarixli qərar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialında qorunur və X1 Məlumatlar bazasında mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər X3 və Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması və cava bdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, cavabdehlərdən 39.600 manat maddi, 2000 manat mənəvi ziyanın, 150 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 120 manatın, qətnamə icra olunduğu günə kimi hər ay 1200 manatın, habelə ödənilmiş 100 manat dövlət rüsumu əvəzinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə, onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi və üzərində olan maşın təmiri sexi cavabdehlər tərəfindən zəbt olunaraq istifadə olunmaqdadır. O öz mülkiyyətindən istifadə hüququndan faktiki olaraq məhrum olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi 15 oktyabr 2020-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin gündən bugünədək cavabdehlərin qanunsuz, özbaşına hə rəkətlərindən iddiaçı öz mülkiyyətindən istifadə edə, gəlir götürə bilmir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı öz əmlakından əldə edilə biləcəyi aylıq 1200 manat gəlirdən məhrum olmuşdur. 15 oktyabr 2020-ci il tarixdən bugünədək hər ay 1200 manat gəlirin cəmi 39600 manat edir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması zamanı iddiaçını təhqir etmələri, onu polisə vermələri və s. hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və əzab çəkmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülk iyyətindədir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti yoxdur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaq sahəsi ayrılması barədə qərarı 1 aprel 2008-ci il tarixlidir (2007-ci ildən sonraya aiddir). “Bələbiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil edir, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisi göstərilən əraziyə aidiyyəti olmamışdır.
8. Bakı şəhə ri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 nömrəli, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərmişdir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyildir. Təqdim olunmuş iddia ərizəsində tələb iki hissədən ibarət olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 0,003 ha. ölçülü 11/33 saylı sahənin bir hissəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı halda cavabdehlər tərəfindən məhz həmin hissənin zəbt olunmsı iş üzrə müəyyən edilməmişdir.
10. Belə ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil etdiyi, vahid elektro n kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətində olduğu həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti olmadığı qeyd olunmuşdur”. Halbuki, məhkəmənin 15 mart 2023-cü il tarixli, 2(001)-1537/2023 saylı qərardadında İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli çıxarış, torpaq sahəsinin planı və ölçüsü nəzərə alınmaqla, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə üzrə üst-üstə düşüb-düşmədiyi, ünvan 1 sahənin bir hissəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış, “situasiya planı”nda yerləşdiyi sahə göstərilən 100 kv.metr torpaq sahəsi ilə üstüstə düşüb-düşmədiyi ilə bağlı rəyin verilməsi tələb olunmuşdur. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin “0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması” hissəsinə dair iddiaçının dəlilləri iş üzrə sübuta yetmədiyindən əsassız olduğuna görə təmin edilə bilməz.
12. Məhkəmə iddia tələbinin digər hissələri ilə bağlı qeyd etmişdir ki, tələbin maddi zərərlə bağlı olan hissəsi bilavasitə cavabdehlərin mübahisəli torpaq sahəsinin qanunsuz istifadələri ilə bağlıdır. Bu səbəbdən, məhkəmə cavabdehlərin torpaqdan qanunsuz i stifadələri ilə bağlı tələbini əsassız hesab etdiyindən maddi zərər tələbini də əsassız hesab etmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 157.2, 157.4, 157.5, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırlıq iclası zamanı onun çıxarışında qeydə alınmış torpaq sahəsinin koordinatlarının yerində müəyyən edilməsi və mübahisəli torpaq sahəsinin onun ərazisi olmas ına dair mütəxxəsis rəyi alınması üçün qərardad çıxarmışdır. Mütəxxəsis qarşısında müxtəlif suallar qoyulmasına baxmayaraq onun çıxarışında qeydə alınmış torpaq sahəsinin koordinatlarının yerində müəyyən olunması sualı qoyulmamışdır. Nəticədə verilmiş mütəxxəsis rəyi natamam olmaqla əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur. Həmin torpaq sahəsi və üzərində olan maşın təmiri sexi cavabdehlər tərəfindən qanunsuz zəbt olunmuş və qanunsuz istifadə olunmaqdadır. O, öz mülkiyyət hüququndan faktiki olaraq məhrum olmuşdur.
16. Məhkəmə qətnaməsində göstərilmişdir ki, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, 11/33 ünvanında yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binası08 iyul 2017-ci il tarixdə Cavabdeh mülkiyyə ti kimi dövlət qeydiyyatına alınmışdır. Mülki işin elektron kabinetə yerləşdirilmiş sənədlərdən və məhkəmə baxışı zamanı elan olunmuş sənədlərdə belə bir Çıxarış təqdim edilməmişdir. Əgər belə bir Çıxarış olmuş olsaydı və sistemə vurulsaydı, o, həmin sənədi dərhal mübahisələndirərdi. Bu sənədin həqiqi olmadığını sübut edərdi. Cavabdehlər və cavabdehin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Sonuncu məhkəmə baxış iclası keçirilmədən, hakim məhkəmə zalına belə çıxmadan məhkəmə iclas katibi qətnamə çıxarıldığını bildirmiş, lakin nəticəsini ona deyə bilməmişdir. Məhkəmə saxtalaşdırılmış və əsaslandırılmamış mütəxxəsis rəyini sübut kimi qəbul etmişdir. Ümumiyyətlə maraqlanmamışdır ki, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə faktiki olaraq 123 kv.metr təşkil edən sahənin 30 kv metri haraya buxarlandı. Bunun üçün məhkəmə yerquruluşu-torpaqşünaslıq ekspertizası təyin etməli idi. Bunu etmədən sübut kimi qəbulu mümkün olmayan əsassız mütəxəssis rəyinə istinad etmişdir.
17. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli mütəxəssis rəyi, 16 aprel 2023-cü il tarixli mütəxəssis rəyi ilə eyni məzmunda olmuşdur.
18. Apellyasiya instansiya məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 19 noyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh istifadəsinə verilmiş 0,02046 ha torpaq sahəsi nin koordinatları və müvafiq mütəxəssis rəyi mərkəzə təqdim olunmadığına görə qərardadın bu sualını cavablandırmaq mümkün olmamışdır. Baxış zamanı təqdim olunmuş tikilinin (120,9 m2 ) 27,4 m2 hissəsinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,0030 ha torpaq sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir (rəyə sxem əlavə olunur). Cavabdeh istifadəsinə verilmiş 0,02046 ha torpaq sahəsinin koordinatları və müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığına görə qərardadın sualının digər hissəsini cavablandırmaq mümkün olmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Elşən Kazımov sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) 13 yanvar 2025-ci il tarixli, 2(103)136/202 5 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1537/2023 saylı, 20 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iddia qismən təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan, ünvan 5 ünvanında yerləşən 0,003 ha. torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya isntansiyası məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun və imkan verdiyi həddə edilən araşdırma nəticəsində Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Ədliyyə Nazir liyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən həqiqəti müəyyən etməyə imkan verən rəylər əldə edilmişdir. Belə ki, ilk dəfə natamam rəy verildiyindən birinci instansiya məhkəməsinin iddianın torpaq sahəsi ilə bağlı hissəsində düzgün olmayan nəticəyə gəlməsinə əsas olmuşdur. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsinin və vəkilinin yenidən ekspertizanın keçirilməsinə dair vəsatəti də əsaslı deyildir. Çünki yenidən ekspertiza keçirilməsinə hər hansı bir zərurət yaranmamışdır. Başqa sözlə, ekspert hansı həcmdə xüsusi biliyə malik idisə o həddə uyğun da rəy vermiş və bu rəy mütəxəssis (mühəndis) rəyi ilə heç bir ziddiyyət təşkil etmir, əksinə bir-birini tamamlamışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində o lan torpaq sahəsinin ölçüsü 0.0030(30 kv.m) ha. olsa da, faktiki olaraq mübahisə predmeti olan ərazidə torpaq sahəsinin ölçüsü 0.0123 ha. təşkil edir. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti olan avtotəmir məntəqəsi mövcuddur və faktiki olaraq (0.0030 ha. daxil olduğu 0.0123 ha. torpaq sahəsi ilə birlikdə) sahə dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədlənib. Bu torpaq sahəsinin yalnız 0.0030 ha. hissəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış, torpaq sahəsinin qalan hissəsi və qeyri-yaşayış sahəsi isə hər hansı bir hüquqla ona məxsus olması təsdiq olunmur. Demək ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030(30 kv.m) ha. ölçüdə olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu pozurlar və bu da ən azından mülkiyyət hüququnun toxunulmazlı ğı baxımından yolverilməzdir. Ona görə də cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030(30 kv.m) ha. ölçüdə torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
22. Məhkəmə kollegiyası iddia tələbinin digər hissələrini əsaslı hesab etməyərk bilkdirmişdir ki, həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübuta yetirə bilməmiş, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də bu hissələrdə iddia təmin edilə bilməz
23. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarakən, Mülki Məcəllənin 139.1, 139.3, 152.5, 152.6, 157.2-ci, 238.1 və 1096-cı, Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şi kayətinin dəlilləri
24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instasniya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Belə ki, Zəkiyyə Məmmədovaya məxsus mübahisəli sahənin dövlət reyestrindən çıxarış olmadığı üçün koordinatlar yerində ölçülməklə müəyyən edilə bilərdi. Ekspert rəyindən isə cavabdehə məxs us mübahisəli sahənin koordinatlarının müəyyən edilməsi təsviri əsalandırma hissəsindən görünmür. Həmin rəy düzgün verilməmiş və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın tələbləri pozulmaqla, qarşı tərəfin təklifi nəzərə alınmaqla tam əsassız şəkildə qəbul olunmuş rəydir. Apellyasiya instansiya məhkəməsi vəsatətə heç bir münasibət bildirmədən prosessual pozuntuya da yolvermişdir. Mütəxəssis rəyinə açıq aşkar surətdə uyğun gəlməyən şübhəli ekspert rəyinin nəzərə alınmamasını, yerli baxışın məhkəmə tərəfindən kieçirilməsini və baxış nəticəsində müəyyən edilmiş əsaslarla zərurət olduğu halda ekspertizanın yenidən keçirilməsini məhkəmədən xahiş et sə də apellyasiya məhkəməsi yerli baxış keçirmədən, iş üzrə bir-birinə uyğun gəlməyən sonuncu məhkəmə tikinti-texniki ekspertizasının 19 noyabr 2024-cü il tarixli rəyini əsas götürmüşdür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı t ərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxu d hüquqdan sui-istifadə olmasın.
31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
33. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
34. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
35. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci i nstansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüququ mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya in stansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəld iyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0.0030 (30 kv.m) ha olsa da, faktiki olaraq mübahisə predmeti olan ərazidə torpaq sahəsinin ölçüsü 0.0123 ha təşkil edir. Torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti olan avtotəmir məntəqəsi mövcuddur və faktiki olaraq 0.0030 ha-dır. Torpaq sahəsinin daxil olduğu 0.0123 ha. torpaq sahəsi ilə birlikdə sahə dörd tərəfdən üzərindəki mövcud tikilinin çöl divarları ilə sərhədlənib. Bu torpaq sahəsinin yalnız 0.0030 ha hissəsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış, torpaq sahəsinin qalan hissəsi və qeyri-yaşayış sahəsi isə hər hansı bir hüquqla ona məxsus olması təsdiq olunmur.
48. Belə olan apellyasiya instansiyası məhk əməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030 (30 kv.m) ha ölçüdə torpaq sahəsinə münasibətdə onun mülkiyyət hüququnu pozurlar və bu da ən azından mülkiyyət hüququnun toxunulmazlığı baxımından yolverilməzdir. Ona görə də cavabdehlər iddiaçının mülkiyyətində olan 0.0030 (30 kv.m) ha ölçüdə torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir.
49. Apellyasiya instansiyası məhkəməsi həmçinin Cavabdeh kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, işə əlavə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, vahid elektron kadastr baza məlumatına əsasən, Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış sahə bitişik qonşu sahə deyildir. Belə k i, sözügedən, yəni tərəflərə məxsus sahələr arasında digər fiziki şəxsin mülkiyyətində olan sahə mövcuddur. Belə olan halda Cavabdeh mülkiyyətində olan 170,48 kv.metr qeyri-yaşayış binasının iddiaçının mülkiyyətində olan 0,0030 ha torpaq sahəsində yerləşməsi istisna olunur.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahis əyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli, 2(103)-136/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.