Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1320/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-652/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC (hazırda "xxxx" ASC, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış E 217/03/08 (A) saylı 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə illik 25% dərəcəsi ilə 36 ay müddətinə ödəniş cədvəlinə uyğun qaytarmaq şərti ilə 15300 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Cavabdeh öhdəliyin icrasını gecikdirmiş, Bank tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, ondan kredit müqaviləsi üzrə borcun 5 gün ərzində tam ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 avqust 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin kredit müqaviləsi üzrə 5944 ABŞ dolları əsas borc, 1628.89 ABŞ dolları faiz borcu və kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 365.8 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 7938.69 ABŞ dolları məbləğdə borcun və 128.62 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarından çıxış etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlə rdə borcu qalmışdır. Ona görə də, həmin borcun tutulmasını tələb edir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq, iddia tələbi üzrə iddia müddətinin keçdiyini qeyd etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 373.3, 376, 377.1, 377.2, 377.3-cü maddələrinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-233/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix xx.xx.2014 -cü ildir. İddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Tərəflər arasında bağlanmış 08 avqust 2008-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2011-cu il tarixə qədər müəyyən olunmuş, üç illik iddia müddətinin axımı xx.xx.2011cu il tarixdə başlayaraq xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi üzrlü səbəblər olmadan, iddia müddəti başa çatandan sonra elektron formada xx.xx.2022-ci il tarixdə verilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini, Azərbaycan Respu blikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 372, 373, 375, 377, 385, 442, 443, 448, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Şikayət onunla əsaslandırılmışdır ki, belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur. İş materiallarında olan kredit müqaviləsinin 8-ci bəndinə əsasən, müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və borcalanın kreditor qarşısında bu müqavilə nəzərdə tutulan öhdəliklərini tam yerinə yetirməsinədək qüvvədə qalır, cavabdeh isə öhdəliyini yerinə yetirmədiyinə görə hazırkı işə iddia müddəti tətbiq edilməməlidir. Məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir.
12. Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-652/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hal lar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Lakin cavabdeh iddia müddətinin ötürüldüyünü bildirir və hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd olunmasını tələb edir. Bu da öz növbəsində bu ərizəyə də hüquqi qiymətin verilməsini və bu ərizənin əsaslı olub-olmamasının araşdırılmasına zərurət yaradır.
14. Bu baxımdan nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli, E 217/03/08(A) saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət xx.xx.2011-ci il tarixdə bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı xx.xx.2011-ci il tarixdən ba şlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və ilk dəfə xx.xx.2022-ci il tarixdə iddia qaldırılan zaman artıq tələb etmə müddətini pozmuşdur.
15. Məhkəmə apellyasiya şikayəti üzrə iddiaçının iddia müddətinin axımının başlanğıcının tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlaması barədə mövqeyinə münasibətdə qeyd etmişdir ki, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin tam həcmdə yerinə yetirilməsindən sonra deyil, bütün öhdəliklər üzrə (hazırki halda müqavilədə müəyyən edilmiş xx.xx.2011-ci il) icra müddəti bitdikdə başlanır. Müqavilə tələbləri üzrə də müəyyən edilmiş iddia müddəti 3 ildir. Həmçinin Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Göründüyü kimi, cavabdeh xx.xx.2008-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyindən birtərəfli qaydada imtina etmişdir ki, bu da Mülki Məcəllənin göstərilən maddəsinin tələblərinin pozulması deməkdir. Nə qədər ki, bor clu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə qüvvədə olma müddətinin qurtarması halında öhdəliklərin xitamına səbəb olması barədə şərt yoxdur, bu zaman cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
20. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
21. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildi r.
22. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
23. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
27. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
28. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bi lər.
29. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı
30. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı
31. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsini n 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-3cü paraqraflarında əksini tapmışdır.
42. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia m üddəti keçdiyinə görə iddianı təmin etməmişdir.
43. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kredit öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.
44. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçün cü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
45. Kredit münasibətləri də həyata keçirilməsi müddətlərlə müəyyən edilən müqavilə öhdəliklərdir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
46. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarş ı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
47. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri).
48. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflərin arasında borcun qaytarı lması müddəti xx.xx.2011-ci il tarixdə bitmiş, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti ötürülməklə müraciət olunmuşdur.
49. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut rəqdim etməmişdir. Kassasiya şikayətində iddia müddətləri ilə bağlı hüquq normaları, iddia müddətlərinin tənzilmlənməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi yanlış təfsir edilir.
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət ver ilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-652/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.