Məhkəmə qərarları › İş №2(102)-1322/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1322/2025

28.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1322/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Binəqədi rayonu X7 və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə)iş üzrə QƏRARİ (Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (Binəqədi rayonu X7 və Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-398/2024 nömrəli iş üzrə 4 noyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Binəqədi rayonu X2 torpaqların alqı-satqısına dair aktına əsasən X8 xx.xx.2005-ci il tarixli müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq, X15 ərazisindən 1500 kv metr torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il t arixli, 1456/1 saylı qərar qəbul edilmişdir.

2. Bakı şəhəri Binəqədi rayonu X2 torpaqların alqı-satqısına dair aktına əsasən X5 torpaq sahəsinin ayrılması barədə müraciətinə bələdiyyə orqanının iclasında baxılaraq, X15 ərazisindən 1 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli, 2005 saylı qərar qəbul edilmişdir.

3. Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı3 adına və istifadəsinə verilməsi haqqnda” xx.xx.2007-ci il tarixli 1157\1 saylı Sərəncamına əsasən X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və İddiaçı3 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış, ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsi nin 5000 kv metr hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı3 adına keçirilmişdir.

4. Bakı şəhəri Binəqədi rayonu X2 “X1 torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2007-ci il tarixli, 1158/1 saylı qərarına əsasən X2 xx.xx.2006-cı il tarixli, 2005 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin tikintisi üçün vətəndaş X5 istifadəsinə ayrılmış 1 ha torpaq sahəsinin 5000 kv metr hissəsi vətəndaş İddiaçı3, 1500 kv metr hissəsi isə sahibkarlıq fəaliyyətinin tikintisi üçün X8 mülkiyyətinə ayrılmış, vətəndaş X5 mülkiyyətində isə 3500 kv metr saxlanılmış, vətəndaşa qanunvericiliklə müəyyən olunmuş qaydada aldığı torpaq sahəsini rayon X4 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarə sinə müraciət etməsi tapşırılmışdır.

5. X2 torpaqların alqı-satqısına dair aktına əsasən X8 xx.xx.2007-ci il tarixli ərizəsinə bələdiyyə orqanının iclasında baxılaraq bələdiyyə ərazisindən 1500 kv metr torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli, 1477 saylı qərar qəbul edilmişdir.

6. Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş İddiaçı2 adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 1477 saylı qərarına əsasən X2 ərazi hüdudlarında X10 və İddiaçı2 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 kv metr torpaq sahəsinin 500 kv metr hissəsini sahiblik və ondan isti fadə hüquqları vətəndaş İddiaçı2 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X4 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

7. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli, 1482 saylı qərarına əsasən X2 ərazi hüdudlarında X10 və İddiaçı1 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1500 kv metr torpaq sahəsinin 1000 kv metr hissəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı1 adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpaq sahəsini rayon X4 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

8. Bakı şəhəri Binəqədi rayonu X2 “Torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş Cavabdeh adına və istifadəsinə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 122 saylı sərəncamına əsasən X2 ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 2 ha torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh adına keçirilmiş, vətəndaşa mülkiyyətinə və istifadəsinə keçirilən torpa q sahəsini X4 Xidmətinə, sahibkarlıq fəaliyyətinin tikintisinin isə qeydiyyatı üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət etməsi tapşırılmışdır.

9. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı3, İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşən 2007-ci ildən onlara məxsus olmaqla, sahi bliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahənin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi (Zəngəzurun arxası) ünvanında yerləşən torpaq sahəsi 2007-ci ildən etibarən onların faktiki və hüquqi olaraq istifadələrindədir. Qeyd olunan torpaq sahəsinin 2007-ci ildə onların sahibliyinə verilməsinə dair qərar verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahəsinin kadastr planı əsasında torpağın kordinatları müəyyən edilmişdir. 2022-ci il tarixə qədər qeyd olunan torpaq sah əsi ilə əlaqədar hər hansı bir mübahisə olmamışdır. Binəqədi Bələdiyyəsi tərəfindən 2021-2022-ci illərdə, yaxud başqa vaxtlarda cavabdehə hansı qaydada, hansı ölçüdə torpaq sahəsi həmin ərazidə ayrılması onlara məlum deyildir. Cavabdeh onlara məxsus olan torpaq sahəsinin bir hissəsini, yəni ərazinin 9 sot hissəsini hasarlamaqla onların sahəsini öz torpaq sahəsinə qatmaqla, onlara məxsus olan torpaq sahəsini özününküləşdirmişdir. Əslində qeyd olunan torpaq sahəsi 2007-ci ildən onların sahibliyində olduğundan 2022-ci ildə qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən hasarlanması onların hüquqlarını məhdudlaşdırır. Ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları DƏDRX-in baza məlumatlarında öz əksini tapmışdır. Qeyd olunan ərazidə 1 ha ölçüdə torpaq sahəsi X2 xx.xx.2006-cı il tarix li, 176/1 saylı qərarı əsasında X11 üçün ayrılmışdır. İlkin sahibin razılığı və ərizəsi əsasında X2 xx.xx.2006-cı il tarixli, 2005 saylı sərəncamı əsasında qeyd olunan torpaq sahəsi X6 adına keçirilmişdir. X6 razılığı və ərizəsi əsasında X2 xx.xx.2007-ci il tarixli, 1157/1 saylı qərarı əsasında qeyd olunan torpaq sahəsinin 5000 kv metr hissəsi İddiaçı3 adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və torpaqların alqı-satqısına dair akt müvafiq qaydada rəsmiləşdirilmişdir. İddiaçı3 müraciəti əsasında ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyri-yaşayış sahəsinin, yəni torpaq sahəsinin planı tərtib edilmişdir. Tərtib olunmuş plan əsasında torpaq sahəsinin Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşməklə, ərazinin sərhədlərinin döngə nöqtələrinin kordinatları müə yyən olunmuşdur. X2 xx.xx.2007-ci il tarixli, 1482 saylı və xx.xx.2007-ci il tarixli, 1158/1 saylı qərarları əsasında X12 məxsus olmuş 1500 kv metr torpaq sahəsinin 1000 kv metr hissəsi hər iki tərəfin razılığı ilə İddiaçı1 adına keçirilmişdir. Torpaq sahəsinin cizgi planı və alqısatqısına dair akt rəsmiləşdirilmişdir. X2 xx.xx.2007-ci il tarixli, 1477 və xx.xx.2007-ci il tarixli, 1158/1 saylı qərarları əsasında qeyd olunan torpaq sahəsinin 500 kv metr hissəsi X10 adından İddiaçı2 adına keçirilmişdir. Lakin cavabdeh tərəfindən onlara məxsus olan torpaq sahəsində hasar və digər tikililər inşa edilmişdir. Həmin tikililər cavabdehin vəsaiti hesabına sökülməlidir. Belə ki, cavabdeh onlara məxsus olan torpaq sahələrinə özbaşına əsassız müdaxilə etmişdir. Ona görə də Bakı şəhəri, Binəqədi rayo nu, Binəqədi şossesi, Zəngəzurun arxasında yerləşən 2007-ci ildən iddiaçılara məxsus olmaqla, sahibliklərində və istifadələrində olan torpaq sahəsində cavabdeh və başqa şəxslər tərəfindən inşa edilən hasar və digər tikililər cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi boşaldılmalıdır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3978/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı hasar və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi qərara alınmışdır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1671 saylı rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən sahələrin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olduğu müəyyən edilmiş, mütəxəssis rəyinə əsasən qeyd olunan torpaq sahələrinə dair ilkin cizgilər təqdim edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək mümkün olmamış, faktiki olaraq göstərilən 2,0114 ha torpaq sahəsinin dörd tərəfdən mişar daş hasarla sərhədləndiyi, digər 0,9999 ha torpaq sahəsinin isə 2,0114 ha torpaq sahəsi ilə həmsərhədd olmaqla bir tərəfdən mişar daş hasarla üç tərəfdən isə şərti olaraq göstərildiyi, torpaq sahələrinin üzərində tikilinin mövcud olmadığı, sözügedən 2,0114 ha torpaq sahəsinin üzərindən və bir tərəfindən 4.1-2.1 metr məsafədən yüksək gərginlik elektrik hava xəttinin keçdiyi müəyyən edilmişdir.

14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyinə əsasən X2 xx.xx.2007-ci il tarixli, 1157/1 nömrəli Sərəncamı ilə İddiaçı3 ayrılmış 5000 kv metr torpaq sahəsi, X2 xx.xx.2007-ci il tarixli, 1477 nömrəli qərarı ilə İddiaçı2 ayrılmış 500 kv metr torpaq sahəsi, X2 xx.xx.2007-ci il tarixli, 1482 nömrəli qərarı ilə İddiaçı1 Əbüİfəz qızına ayrılmış 1000 kv metr torpaq sahasi ayrılma eskizlərinə əsasən yanaşı sahələrdir, həmçinin eskizə əsasən X2 xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ila Cavabdeh ayrılmış 2 ha torpaq sahəsinin digər ayrılan sahələrlə müqayisədə yolun digər tə rəfində qonşuluqda yerləşir. İddiaçı1 sənəd üzrə 1000 kv metr torpaq sahəsi ayrılmış, faktiki istifadəsində 1000 kv metr torpaq sahəsi vardır. İddiaçı2 sənəd üzrə 500 kv metr torpaq sahəsi ayrılmış, faktiki istifadəsində 500 kv metr torpaq sahəsi vardır. İddiaçı3 sənəd üzrə 5000 kv metr torpaq sahəsi ayrılmış, lakin faktiki istifadəsində 4585 kv metr torpaq sahəsi vardır. Torpaq sahəsinin azalmasına səbəb ayrılmış torpaq sahəsinin 415 kv metr hissəsinin Cavabdeh tərəfindən çəpərlənməsidir. Cavabdeh sənəd üzrə 20000 kv metr torpaq sahəsi ayrılmışdır, lakin faktiki istifadəsində 20195 kv metr torpaq sahasi vardır. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyətinin, ona ayrılmış torpaq sahəsinin eskizinə uyğun gəlmədiyindən artmanın (195 kv metr) səbəbini müəyyən etm ək mümkün olmadı. İddiaçı3 ayrılmış 5000 kv metr torpaq sahəsinin 415 kv metr hissəsi Cavabdeh tərəfindən mişar daşı ilə hasarlanaraq istifadə olunur. Torpaq sahəsinin hansı hissədən istifadə olunması rəyə əlavə olunmuş ortofoto sxemdə öz əksini tapmışdır.

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X13) xx.xx.2023-cü il tarixli, 2(001)-178/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçılardan müştərək qaydada iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə pul tutulmuşdur.

16. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, dövlət torpaq kadastrının məlumatları bələdiyyələr tərəfindən də torpaqla bağlı hər hansı qərarı qəbul edərkən əsas olmalı olduğundan, X2 özünün deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə, yəni özünün hüququ olmaya n torpaq sahəsinə dair iddiaçıların adına sənəd tərtib etməsi, bu sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin torpaq sahələrinin kadastr planı əsasında torpağın koordinatlarının müəyyən edilməsi iddiaçıların ayrılan torpaq sahələrinə hər hansı bir hüquqlarının yaranması anlamına gəlmədiyindən iddiaçıların hazırkı tələblərlə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Ona görə də məhkəmə iddia ərizəsinin təmin edilməsini qeyri-mümkün hesab etmişdir.

17. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehə də torpaq sahəsi eyni qaydada ayrıldığından hazırkı iddia ərizəsinin təmin edilməməsi cavabdehin torpaq sahəsinə hüququnun yaranması anlamına gəlinməsi üçün əsas ola bilməz.

18. Məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə i ştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab etmişdir ki, iddia ərizəsi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəllənin 139, 139-1, 238-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-68-ci, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-7-ci maddələrinə, “Bələdiyyə torpaqlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 6.2, 6.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları ha qqında Əsasnamə”nin 1, 13, 15-16, 22-23-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız və qanunsuz qətnamə qəbul edərkən mübahisə predmeti olan torpaq sahəsinin həm onlar, həm də cavabdeh üçün bələdiyyə tərəfindən ayrılması faktını nəzərə almamışdır. Qətnamədə məhkəmə onlar üçün ayrılmış torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilərək, öz torpaq sahəsinə qatılması faktına münasibət bildirmək əvəzinə, mübahisəli torpaq sahəsi ilə əlaqədar mülkiyyət hüququ ilə əlaqədar normalara istinad etmiş və iddianın rədd edilməsini onların subyektiv hüququnun olmaması ilə əlaqələndirmişdir. Bu tamamilə yanlış nəticədir. Məhkəmə tərəflərin təqdim etdikləri iddia tələbindən kənara çıxmayaraq, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə çıxarmalı olduğu halda, bu tələblərə əməl olunmamışdır. Məhkəmə nəzərə almamışdır ki, hər iki tərəfə torpaq ayıran orqan bələdiyyədir. Belə nəticəyə gələrkən məhkəmə mütləq xüsusi qərardad çıxarmalı idi. Məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında mülkiyyət hüququ ilə əlaqədar mübahisə olmamışdır və mülkiyyət hüququ ilə əlaqədar tələb olmamışdır. Məhkəmə mübahisə predmeti ilə əlaqədar olmayan məsələlərə münasibət bildirməklə hüququn tətbiqində səhvə yol vermişdir. Tətbiq edilməli olmayan qanunu, yaxud digər normativ hüquq i aktı tətbiq etmişdir. Həm də qanunu səhv təfsir etmişdir. Məhkəmədə mübahisə predmeti torpaq sahəsinin dövlət, bələdiyyə və xüsusi mülkiyyət növü olması, yaxud hansı dövlət orqanının hansı səlahiyyətlərinə yönələn mübahisə yoxdur. Hər iki tərəf etiraf edir ki, torpaq sahəsini onlar üçün Binəqədi Bələdiyyəsi ayırıb. Mütəxəssis rəyi ilə təsdiq olunur ki, cavabdeh onlar üçün ayrılmış torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək, öz sahəsinə qatmış və hasarlamışdır. Məhkəmə mübahisə predmetinə dair bu fakta ümumiyyətlə münasibət bildirməmişdir. Subyektiv hüquq ilə əlaqədar məhkəmənin mövqeyi qanuna və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Bələdiyyə cavabdeh üçün torpaq ayırıb və cavabdeh Bələdiyyənin verdiyi sənəd əsasında ərazini 2022-ci ildə hasarlayıb. Bu zaman cavabdeh onl ara həmin Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin müəyyən bir hissəsini öz torpaq sahəsinə qatır, ancaq məhkəmə hesab edir ki, Bələdiyyə həmin torpağı ayırmağa səlahiyyəti olmadığı üçün, onların cavabdehə qarşı belə bir iddia qaldırmağa subyektiv hüquqları yoxdur. Məhkəmə mübahisə predmetinə münasibət bildirməməklə, faktiki olaraq cavabdehin hüquqazidd hərəkətlərinə göz yumur. Nəticədə cavabdehin xeyrinə və onların mənafeyinə zidd qərar qəbul edilibdir. İş üzrə tərtib edilmiş mütəxəssis rəyi ilə sübut olunur ki, onlar üçün Bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahələrinin koordinatları məlumdur və cavabdeh onlara məxsus sahəni hasarlayaraq öz torpaq sahəsinə qatmışdır. Məhkəmə predmetdən kənara çıxıb mülkiyyət məsələsinə münasibət bildirərkən nəzərə almamışdır ki, səlahiyyətli dövlət orqanı (Əmlak Komitəsinin yerli qurumu) torpağın planını tərtib edərkən bilmişdir ki, bələdiyyə dövlət torpağını qərarla vətəndaşlara veribdir. Belə olan halda, məhkəmə qətnaməsi yanlışdır. Məhkəmə iddia predmetindən kənara çıxmaqla, fikirlərini mülkiyyət hüququ ilə əlaqələndirmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) 2(103)-398/2024 nömrəli iş üzrə 4 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-178/2023 nömrəli qətnaməsinin qismən, “İddiaçı3 iddiasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin çıxarılması, iddianın həmin hissədə qismən təmin edilməsi, İddiaçı3 məxsus 5000 kv metr ölçüdə torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyində olmaqla hasarlanmış 415 kv metr hissəsinin Cavabdeh öz vəsaiti hesabına sökülməsi və boşaldılaraq, İddiaçı3 qaytarılması qət edilmiş (xx.xx.2024-cü il tarixli, 10/1555 nömrəli ekspert rəyinə əlavə edilmiş ortofoto sxemə uyğun olaraq), qətnamə İddiaçı3 apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Manya Haqverdi qızından tutularaq dövlət nəfinə alınmışdır.

23. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini araşdırıb, habelə iş materiallarında olan sənədləri, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi də nəzərə alınmaqla tərtib edilmiş ekspert rəylərini əsas götürüb, qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli və xx.xx.2007-ci il tarixli sərəncamları, habelə xx.xx.2007-ci il tarixli qərarları ilə X2 ərazi hüdudlarından müvafiq olaraq 2 ha Cavabdeh, 5000 kv metr İddiaçı3, 1000 kv metr İddiaçı1 və 500 kv metr İddiaçı2 istifadə və sahibliyinə verilmişdir. Torpaq sahələri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şössesi, Zəngəzur şadlıq sarayının arxasında yerləşir.

24. Məhkəmə bildirmişdir ki, göstərilən torpaq sahələri ü zərində bu şəxslərdən hər hansı birinin mülkiyyət və ya digər əşya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin istifadə və sahibliyə verildikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin torpaq sahələrinin kadastr planı əsasında torpağın koordinatları müəyyən edilmişdir. Tərtib edilmiş planlarda qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 istifadə və sahibliyinə verilmiş torpaq sahələri yanaşıdır (ümumi sərhədləri var), faktiki ölçüləri müvafiq olaraq 1000 kv metr, 500 kv metr və 4585 kv metr təşkil edir. Cavabdehin istifadə və sahibliyinə verilmiş torpaq sahəsi isə bu torpaq sahələrinin qonşuluğunda, yolun digər tərəfində yerləşir. Lakin mövcud vəziyyətdə cavabdeh fakti ki olaraq iddiaçılara aid torpaq sahəsi ilə yanaşı yerləşən 20,195 kv metr ölçüdə torpaq sahəsinə sahiblik və ondan istifadə edir. Bu torpaq sahəsi ilə İddiaçı3 aid torpaq sahəsinin bir tərəfdən ümumi sərhədi var.

25. Məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahələrinin iddiaçıların mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onların hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmaması kimi qiymətləndirilə və iddiaların rədd edilməsi əsası kimi çıxış edə bilməz. Mütəxəssis və ekspert rəylərinə əsasən bu sahələrin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətində olması da mövcud vəziyyətdə onların hazırki iddialar üzrə subyektiv hüquqlarını istisna etmir. Belə ki, həm in torpaq sahələri uzun illərdir ki, iddiaçıların istifadə və sahibliyindədir, onların bu hüquqları ötən illər ərzində aidiyyəti qurum tərəfindən mübahisələndirilməmiş, əksinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərtib etdiyi planlarda həmin sahələrin döngə nöqtələrinin koordinatlarını naturada müəyyənləşdirmişdir. Hüquqi nəticə etibarı ilə iddiaçılar hazırki iddia üzrə tam subyektiv hüquqludur. Digər tərəfdən əks yanaşma yaranmış vəziyyətdən (iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasına qüvənilərək) sui-istifadə edilməsinə, o cümlədən sərbəst şəkildə belə torpaqların zəbt etməsinə şərait yaratmış olacaqdır ki, bu da yol verilməzdir.

26. Məhkəmə göstərmişdir ki, iddiaçılar 2022-ci ilin may ayında şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə müraciət edərək, onlara məxsus olan torpaq sahəsində tikinti işlərinin aparılmasını bildirmişlər. Bununla bağlı, həmin qurum tərəfindən aparılmış araşdırma zamanı İddiaçı3 öz izahatında 2022-ci ilin aprel ayında ona məxsus torpaq sahəsinə baş çəkərkən tanımadığı şəxslər tərəfindən orada tikinti işlərinin aparıldığını qeyd etmişdir. İzahatı alınmış X14 isə cavabdehin qardaşı olduğunu, tikinti işlərinin aparıldığı torpaq sahəsinin onun bacısına məxsus olduğunu qeyd etmişdir. Bununla belə, iddiaçılar onlara münasibətdə sahibliyin pozulması halının 2022-ci ilin aprel ayında, cavabdeh tərəfindən tikinti işlərinin aparılması nəticəsində baş verdiyini iddia edirlər və bu əsasla xx.xx.2022-ci il tarixdə iddia qaldırmışdılar. Cavabdeh tərəf də tikinti işlərinin həmin vaxt aparıldığını qe yd etmişdir. Nəticə etibarı ilə iddiaçılar tərəfindən hazırki iddianın irəli sürülməsi üçün müəyyən edilmiş kəsici müddət də ötürülməmişdir.

27. Məhkəmə iddiaların mahiyyətinə münasibətdə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istifadə və sahibliyinə olan torpaq sahəsi müvafiq olaraq 1000 kv metr və 500 kv metr ölçüdə olmuş və hazırda da bu ölçüdədir. Bu hal iş materiallarında olan sənədlər, o cümlədən məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyi ilə də öz təsdiqini tapır. Başqa sözlə, bu iddiaçılar sahibliklərində olan torpaq sahəsinin hər hansı hissəsindən məhrum edilməmişdilər. Məhkəmə ekspertinin qeyd edilən rəyinə və ona əlavə edilmiş ortofoto sxemə əsasən iddia çıların və cavabdehin istifadə və sahibliyində olan torpaq sahələrinin ümumiyyətlə ümumi sərhədi yoxdur (hər hansı hissədə sərhəd bölmürlər). Qeyd edilənlər öz növbəsində onların iddialarının əsassız olduğunu təsdiq edir və apellyasiya şikayətlərinin təmin edilməməsini şərtləndirir.

28. Məhkəmə iddiaçıların bu mövqeyi, o cümlədən xx.xx.2024-cü il tarixli ərizəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılara aid torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında X9 aid olan 3500 kv metr ölçüdə torpaq sahəsinin yerləşməsi və bu sahəyə aid bütün səlahiyyətlərin sonuncu tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə ilə xx.xx.2051-ci il tarixədək İddiaçı2 ötürülməsi həmin sahənin hər hansı hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi halda belə (ekspert rəyinə əlavə edilm iş ortofoto sxemdən cavabdehin bu sahənin müəyyən hissəsinin zəbt edildiyi müəyyən edilir) onun zəbt edilmiş sahənin cavabdehdən tələb etmək hüququnu (subyektiv hüququnu) yaratmış olmur. Qanunsuz sahiblik mövcud olduğu halda, ona son qoyulmasını və qanunsuz sahiblikdə olan torpaq sahəsinin qaytarılmasını məhkəmə qaydasında tələb etmək hüququ məhz X9 məxsusdur.Lakin İddiaçı3 sahibliyində olan torpaq sahəsi ilə bağlı fərqli bir vəziyyət müşahidə olunur. Belə ki, qeyd edilən 5000 kv metr torpaq sahəsindən hazırda onun sahibliyində faktiki olaraq 4585 kv metr hissəsi qalmış, qalan 415 kv metr hissəsi cavabdehin istifadə və sahibliyindədir. Bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1555 saylı rəyi ilə də öz təsdiqini tapır. Haz ırda cavabdehin faktiki istifadəsində 20195 kv metr, yəni bildirdiyindən cəmi 195 kv metr artıq ölçüdə torpaq sahəsinin olması isə qeyd edilən 415 kv metr sahənin cavabdehdə olmasının qeyri-mümkünlüyünü deyil, onun özünün istifadəsində 2 ha sahədən daha az ölçüdə torpaq sahəsinin olduğunu təsdiq edir.

29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hüquqi nəticə etibarı ilə iradəsinə zidd olaraq torpaq sahəsinin həmin hissəsinə iddiaçı cavabdeh tərəfindən sahiblikdən məhrum edilmiş, bu hissədə onun sahibliyi pozulmuşdur. Bu səbəbdən cavabdehin həmin hərəkətləri qadağan edilmiş özbaşnalıq kimi qiymətləndirilməli və bu hərəkətlərə son qoyularaq, qeyd edilən sahə onun qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə qaytarılmalıdır. Sahə hasarlandığından hasar sökülməli və sah ə boşaldılmalı və bu işlər cavabdehin vəsaiti hesabına yerinə yetirilməlidir. Bu zaman yarana biləcək hər hansı qeyri-dəqiqliyin qarşısının alınması üçün cavabdehdən xx.xx.2024-cü il tarixli ekspert rəyinə əlavə edilmiş ortofoto sxemində göstərilən sahə alınaraq, iddiaçıya verilməlidir. Belə ki, iddianın mahiyyətinə uyğun olaraq torpaq sahəsinin boşaldılması öz növbəsində həmin sahənin iddiaçıya qaytarılmasını özündə ehtiva edir. Bundan başqa qeyd edilən 415 kv metr sahə üzərində hər hansı tikintinin olduğu müəyyən edilmir. Cavabdeh başqa isə hər hansı digər şəxs cavabdeh qismində müəyyən edilməmişdir. Bu səbəbdən iddia tələbi qalan hissələrdə təmin edilə bilməz.

30. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 157.8, 158.4, 159, 163.1, 164.1, 164.2, 165. 1, 165.2 və 166.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi X2 xx.xx.2007-ci il tarixli, 122 nömrəli qərarı ilə Cavabdeh ayrılmış olsa da, X2 nümayəndəsi nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində iştirak etməmişdir. Faktiki olaraq mübahisə predmeti cavabdehə X15 tərəfindən ayrıldığı üçün hazırki mülki mübahisəyə cəlb olunması və dindirilməsi zərurəti yaransa da, göründüyü kimi iştirakları hər iki instansiyada təmin olunmamışdır. Lakin, mübahisəli torpaq sahəsi Bi nəqədi Bələdiyyəsi tərəfindən ayrıldığından məhkəmə iclasında nümayəndəsi sözügedən mübahisəyə mütləq münasibət bildirməli idi. Apellyasiya instansiya məhkəməsi tərəfindən aparılmış işin araşdırılması müvafiq və yetərli olmamış, qanunvericiliyin tələbini düzgün tətbiq etməmişdir. Məhkəmə tərəflərin torpaq sahələrinə münasibətdə eyni hüquqi vəziyyətdə olmasını nəzərə almamış, iddianı qismən təmin etməklə ayrıseçkiliyə yol vermiş, nəticədə qəbul edilmiş qərar ədalətsiz olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olm asa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

37. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

38. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

39. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

40. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

41. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

42. Maddə 165.2. Özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun ar adan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

43. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tə rəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

56. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman və iddiaya etirazda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məh kəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əşyaya faktik sahibliyin müdafiəsinə dair normaları tətbiq edərək mübahisəni həll etməkdə düzgün nüticəyə gəlmişdir.

57. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı m addələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

58. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-398/2024 nömrəli iş üzrə 4 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar