Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1331/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı və Cavabdeh İddiaçı qarşı tələblərinə dair birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: vindikasiya tələbi, qızıl-zinət, cehiz, fərdi əşyaların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələblərinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5809/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərə findən verilmiş kassasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlamış, bir müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşərək ayrılmışlar.
2. Tərəflərin ayrı olduqları dövrdə xx.xx.2019-cu il tarixdə Məryəm adlı uşaqları doğulmuşdur.
3. Hazırda tərəflər arasında iddiaçıya məxsus qızıl-zinət (toy mərasimində və sonradan hədiyyə edilmiş), cehiz və fərdi əşyaların qaytarılması ilə bağlı mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barəd ə ərizələrlə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəyəri 23.360 manat olan qızıl-zinət, dəyəri 71.272 manat olan cehiz və dəyəri 6697 manat olan fərdi istifadədə olan əşyalarının alınaraq ona qaytarılması və ya həmin əşyaların dəyərinin ödənilməsi, eyni zamanda 1644 manat doğum xərclərinə görə ödənilmiş pulun və borc qismində verilmiş 15.000 ABŞ dollarının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, toy və digər hədiyyə formasında ona verilmiş qızıl-zinət, cehiz və fərdi istifadəsində olan əşyalar cavabdehlə birlikdə yaşadıqları mənzildə qalmışdır. Cavabdeh ona məxsus həmin əşyaları qaytarmaqdan imtina edir.
6. Cavabdehin iddiaya qarşı etir az təqdim edərək, bildirmişdir ki, məhkəmənin 23 yanvar 2020-ci il tarixli qərardadı ilə iddiaçının təmin tədbiri barədə ərizəsi təmin edilmiş, qərardadı icra edən icra məmuru cavabdehin evində olarkən iddiaçının özünün və həmin əşyaları tanıyan yaxın adamlarının iştirakı ilə iddiada yalandan yazılmış və heç bir sübutla təsdiq edilməmiş əşyalara deyil, mövcud olan əşyalara baxış keçirdikdən sonra bu barədə akt tərtib etmiş və tərəflər aktla tanış olduqdan sonra doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Həmin aktdan da göründüyü kimi, iddia ərizəsində yalandan yazılmış cehiz əşyalarının bəziləri ümumiyyətlə mövcud olmamışdır. Mövcud olan cehiz və fərdi əşyaların hazırkı vəziyyətinə uyğun bazar dəyəri isə iddiaçının iddia etdiyi qiymətdə deyil. Cavabdeh aktda müvafiq qeyd aparsa da, iddia çı əşyalarla bağlı hər hansı bir narazılıq etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı yalandan yazdığı bəzi əşyaların növünü unutmuşdur. Cehiz əşyaları sırasına aid olmayan, lakin iddiaçının cehiz kimi onlardan tələb etdiyi 2 ədəd kondisioner, 1 ədəd qaçış aparatı, 1 ədəd televizor, 1 ədəd tozsoran, 1 ədəd ütü, 1 ədəd ətçəkən, 1 ədəd elektrik çayniki, 1 ədəd dəhliz mebeli, 1 ədəd mətbəx mebeli, 1 ədəd mikrodalğalı soba, 1 ədəd əl qazüstü, 1 ədəd qabyuyan, 1 ədəd duxovka, 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd masa, 2 ədəd oturacaq və 1 ədəd yumşaq oturacaq cavabdehə məxsusdur, iddiaçı bu əşyalarla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Qızıl-zinət əşyaları isə iddia və dəqiqləşmə ərizələrində qeyd olunmuş həcmdə və qiymətdə olmamaqla, iddiaçı evi tərk edərkən şahidlərin yanında çox cüzi dəyəri olan qızılları xırda əşyalarının arasında əl çantasına qoyaraq özü ilə aparmış, hətta bu zaman yaranmış mübahisə zamanı qonşuların yanında yüksək səslə “qızıllarımı aparıram, amma yenə də tələb edəcəyəm ” ifadəsini işlətmişdir.
7. Bununla yanaşı, cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş 1 ədəd dəyəri 1150 manat olan qaçış aparatının dəyərinin yarısının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı qaldırdığı iddia üzrə verdiyi təmin tədbiri barədə ərizəsi əsasında üzərinə həbs qoyulmuş əşyaların içərisində 1 ədəd dəyəri 1150 manat olan qaçış aparatı vardır ki, bu əşya birgə nikah dövründ ə alınmış, bölünməsi barədə aralarında razılıq əldə edilməmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3886/2020 nömrəli, 12 oktyabr 2020-ci il tarixli qərardadı ilə qeyd olunan mülki işlərə bir icraatda baxılması üçün iş materialları Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, cavabdehi və rəhmətə gedən atasını tanıyır. Atası bir neçə dəfə gələrək kondisionerlərə baxmış, seçim etdikdən sonra ödəniş etmiş və evə quraşdırılmasını xahiş etmişdir. Kondisioneri quraşdırmağa gələn zaman evdə cavabdeh olmuşdur.
11. X1 ifadəsində bildirdi ki, iddiaçını və cavabdehi tanıyır. Uzun illərdi ki, dostluq münasibətləri var. Təxminən 2018-ci ilin qış aylarına yaxın vaxtlarda onlara gedən zaman evdə mübahisə olduğun u, iddiaçının çiynində çantasının olduğunu və tərəflərin yuxarı otağa qalxdıqdan sonra birlikdə evdən getdiklərini görmüşdür.
12. Digər şahid X3 isə ifadəsində göstərmişdir ki, iddiaçı onun qızıdır. İddia ərizəsində qeyd olunan cehiz əşyalarını qızına cehiz kimi almış, cavabdehə məxsus evə yerləşdirmişdir. Kondisionerin də pulunu (1000 manat) onlar cavabdehə vermişdir.
13. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 16 saylı hesabata əsasən, qızıl-zinət, cehiz və fərdi əşyaların dəyəri aşağıdakı kimi müəyyən edilmişdir. 585 əyarlı, 88 qram 1 ədəd sırğa, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı - 5632 manat, 585 əyarlı, 9,18 qr ay formalı sancaq - 587,52 manat, 585 əyarl ı, 7,11 qram, 3,78 qram komplekt dəst (1 ədəd sırğa, 1 ədəd üzük) - 696,96 manat, 585 əyarlı, 11,18 qram 1 ədəd sırğa - 715,52 manat, 585 əyarlı, 4 qram 1 ədəd sırğa - 256 manat, 960 əyarlı gümüş sep və qolbağ - 100 manat, 585 əyarlı 3 qram 1 ədəd qolbağ 192 manat, 585 əyarlı 2,80 qram, 0,84 qram sep, klon, boyunbağı- 232,96 manat, 750 əyarlı, 4,4 qram, 0,06 qram mirvari sep və klon - 356,8 manat, 750 əyarlı, 75 qram komplket dəst (1 ədəd mirvari üzük, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 ədəd boyunbağı) 6000 manat, 750 əyarlı, 5,2 qram 1 ədəd nişan üzüyü - 416 manat, 585 əyarlı, 2,4 qram 1 ədəd nişan üzüyü - 153,6 manat, 585 əyarlı, 3,8 qram qolbağ və qərənfil sırğa - 243,2 manat, 960 əyarlı, gümüş komplekt dəsti (sırğa, klon, üzük) 50 manat məbləğində; həmçinin yataq mebel dəsti (Türkiyə) - 100 0 manat, qonaq mebel dəsti (Türkiyə model 2018) - 2200 manat, mətbəx mebel dəsti - 1000 manat, soyuducu «Bosch» - 600 manat, mikrodalğılı soba «Bosch» - 300 manat, bərk qızdırıcı soba «Bosch» - 400 manat, qaz sobası «Bosch» - 300 manat, qab yuyan maşın «Bosch» - 400 manat, elektrik çaynik «Bosch» - 40 manat, ütü «Bosch» - 50 manat, ət çəkən maşın «Bosch» - 100 manat, televizor «Bosch» - 300 manat, hava çəkən «Bosch» - 200 manat, partaryuyan maşın 400 manat, blender dəst - 40 manat, qarderob şkaf (Türkiyə model 2018) - 400 manat, çilçıraq 5 ədəd - 1 ədədi x 200 manat; 4 ədədi x 50 manat = 200 manat, pərdə və karniz 800 manat, kondisioner 2 ədəd (60 m2) x 400 manat = 800 manat, trenajor aparatı (qaçış üçün) 1 ədəd - 700 manat, Yorğan, döşək 2 ədəd - 140 manat, ağlar 7 ədəd x 30 manat = 210 m anat, yataq örtüyü 3 ədəd x 100 manat = 300 manat, süfrə - 40 manat, odyal 2 ədəd x 20 manat = 40 manat, balınc 8 ədəd x 25 manat = 200 manat, əl-üz dəsmalı 20 ədəd x 10 manat = 200 manat, nahar servizi çay servizi - 400 manat, fujer 12 ədəd = 80 manat, çay stəkanları 2 mərtəbəli - 20 manat, kiçik su stəkanları 12 ədəd = 40 manat, yemək servizi (23 predmetdən ibarət) 1 dəst - 300 manat, qaşıq dəsti, bıçaq dəsti - 80 manat,yenikəsiklər dəsti - 10 manat dəm çayniki 1 ədəd - 40 manat, çaynik (qormaz) 1 ədəd - 30 manat,çay dəsmalı 30 ədəd x 3 manat = 90 manat, şüşə qab (duxovka üçün) 3 ədəd x 12 qazan dəsti (çuqun) - 150 manat,metal qazan dəsti - 80 manat, elektrik termos 60 manat, termos masa üstü - 60 manat, çörək qabı - 10 manat, xrustal stəkan 12 ədəd 30 manat,nəlbəki 12 ədəd = 15 manat, a rmudu stəkan 12 ədəd = 20 manat, nəlbəki 12 ədəd - 10 manat,rəçəl qabı 12 ədəd - 10 manat, güldan dəsti - 40 manat, meyvə qabı - 20 manat, konfet qabı - 10 manat, güldan - 80 manat, güldan (İtalyan gümüşü güldan) - 120 manat, meyvə qabı 3 ədəd x 20 manat = 60 manat, konfet qabı 3 ədəd x 10 manat = 30 manat, rəçəl qabı 3 ədəd x 10 manat = 30 manat, təpsi (padnos) ay formasında - 50 manat, stəkan 12 ədəd = 20 manat, nəlbəki 12 ədəd = 10 manat, qaşıq 12 ədəd - 10 manat, rəçəl qabı 12 ədəd - 10 manat, qrafin (4 stəkan birlikdə) - 40 manat, şamdan - 10 manat, dekorativ qab 7 ədəd =70 manat,fujer 12 ədəd = 40 manat, içki bakalı 12 ədəd = 40 manat, fujer 2 ədəd (svarovski daşla) x 10 manat = 20 manat, xrustal bakal 3 komplekt x 40 manat =120 manat, meyvə qabı 2 ədəd x 20 manat = 40 manat, dəm ç ayniki 2 ədəd x 10 manat = 20 manat, külqabı 2 ədəd x 10 manat = 20 manat, bulud 2 ədəd x 6 manat = 12 manat, qənd qabı 2 ədəd x 5 manat = 10 manat, qrafin (su qabı) 1 ədəd - 10 manat, kovrik 2 ədəd x 30 manat = 60 manat, ütü masası 1 ədəd - 20 manat, stullar 8 ədəd (Malaziya) x 15 manat = 120 manat, əl işi təpsi 1 ədəd - 30 manat, təpsi dəsti 2 ədəd - 20 manat = 40 manat, təpsi dəsti taxta 3 ədəd x 7 manat = 21 manat, təpsi plasmas 1 ədəd 10 manat, sup qabı şüşə altında şam qabı 1 ədəd – 40 manat, qrafin altında qam qabı 1 ədəd - 40 manat, servis (12 predmetlik) 1 dəst - 150 manat, gümüş mürəbbə qabı (2 mərtəbəli) 1 ədəd 20 manat, pul qabı 1 ədəd - 5 manat, fil heykəlcik 1 ədəd - 10 manat, süfrə 1 ədəd - 20 manat, balınc 2 ədəd x 20 manat = 40 manat,qaşıqlar qara tefal - 25 manat, şirniyy at götürən fiş 1 ədəd - 7 manat,salfetka qabı 2 ədəd x 5 manat =10 manat, su stəkanı- 3 manat, qrafin təpsi altı ilə birlikdə 2 ədəd x 25 manat = 50 manat, popurkatiye bakal su üçün - 10 manat, praqa salfet qabı - 5 manat, qaranquş qaşıq 2 ədəd x 3 manat = 6 manat,fincan keramik 6 ədəd x 10 manat = 60 manat,şüşə fincan - 15 manat, qrafin 6 bakal 2 vaz 1 dəst - 60 manat, məkkə suvinir boşqab - 10 manat, salfetka qabı 2 ədəd x 5 manat =10 manat, keramik konteyner 3 ədəd xlO manat = 30 manat, ədviyyat qabları dəsti - 20 manat, filtr - 20 manat, jalüz 2 ədəd x 20 manat = 40 manat, iynə sap qabı - 5 manat, suvenir qurbağa - 5 manat, bulud 2 dəst (2 ədəd) x 7 manat = 14 manat, dərin boşqab 2 ədəd x 3 manat = 6 manat, halqa boşqab 2 ədəd x 2 manat = 4 manat, boşqab 6 ədəd x 1,5 manat = 9 manat, l ampa 1 ədəd - 15 manat, fen-30 manat, ütü — 30 manat, saçburan -20 manat, fotoaparat «Sonny» - 250 manat, chanel ətir - 150 manat, ətir «SS» - 100 manat,ətir «Lacoste» - 150 manat, axşam paltarı 2 ədəd x 40 manat = 80 manat, sandalet (basanojka) - 80 manat, sabo-50 manat, kosmetika (Pupa firması) - 30 manat, idman ayaqqabısı 1 ədəd - 80 manat, krasovka «Nike» 1 ədəd - 80 manat, basanojka 4 ədəd x 40 manat = 160 manat, idman forması - 120 manat, ev xalatı 4 ədəd x 30 manat =120 manat, şərf 2 ədəd x 20 manat = 40 manat, dəsmal 1 ədəd - 10 manat, toxunma şərf 2 ədəd x 20 manat = 40 manat, bruz 4 ədəd x 30 manat = 120 manat, çanta 4 ədəd x 30 manat = 120 manat, əl çantası 4 ədəd x 40 manat =160 manat, kostyum 3 ədəd x 90 manat = 270 manat, yubka kofta - 60 manat, mavi rəngli geyim 1 ədəd - 80 manat, yaşıl şalvar 1 ədəd - 40 manat, qara şalvar 1 ədəd - 40 manat, göy şalvar 1 ədəd - 40 manat, sarı bluz 1 ədəd - 60 manat, qırmızı bluz 1 ədəd - 60 manat, boz gödəkcə 1 ədəd - 80 manat, qara saat 1 ədəd - 60 manat, saat sarı 1 ədəd - 60 manat, çəkmə zamuş 1 ədəd - 60 manat, ayaqqabı qırmızı 1 ədəd - 50 manat, ayaqqabı bej 1 ədəd - 50 manat, blokton 4 ədəd x 3 manat =12 manat, geyim 3 ədəd x 80 manat =180 manat, hırka 1 ədəd - 30 manat, çəkmə uzunboğaz - 80 manat, yarımboğaz çəkmə (botelioni) - 90 manat, cüzdan 1 ədəd - 20 manat, çanta göy 1 ədəd - 40 manat, cüzdan gümüşü rəngdə 1 ədəd - 20 manat, çanta yaşıl 1 ədəd-30 manat, tufli gümüşü 1 ədəd - 40 manat, ətir qarışıq 1 ədəd - 60 manat, ətir Trussadi 1 ədəd 110 manat, ətir Calvin Klein 1 ədəd 120 manat, konyak 8 ədəd x 30=240 manat.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1982021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) birinci iş üzrə iddia qismən təmin edilərək, cavabdehdən qızılzinət və cehiz əşyalarının tutularaq iddiaçıya qaytarılması, ( - 585 əyarlı, 88 qram 1 ədəd sırğa, 1 ədəd bilərzik, 1 ədəd boyunbağı - 5000 manat, 585 əyarlı, 9,18 qr ay formalı sancaq - 587,52 manat, 585 əyarlı, 7,11 qram, 3,78 qram komplekt dəst (1 ədəd sırğa, 1 ədəd üzük) - 600 manat, 585 əyarlı, 11,18 qram 1 ədəd sırğa - 350 manat, 585 əyarlı, 4 qram 1 ədəd sırğa - 256 manat, 960 əyarlı gümüş sep və qolbağ - 100 manat, 585 əyarlı 3 qram 1 ədəd qolbağ - 192 manat, 585 əyarlı 2,80 qram, 0,84 qram sep, klon, boyunbağı 232,96 manat, 750 əyarlı, 4,4 q ram, 0,06 qram mirvari sep və klon - 356,8 manat, 750 əyarlı, 75 qram komplket dəst (1 ədəd mirvari üzük, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 ədəd boyunbağı) - 6000 manat, 750 əyarlı, 5,2 qram 1 ədəd nişan üzüyü - 416 manat, 585 əyarlı, 2,4 qram 1 ədəd nişan üzüyü - 153,6 manat, 585 əyarlı, 3,8 qram qolbağ və qərənfil sırğa - 243,2 manat, 960 əyarlı, gümüş komplekt dəsti (sırğa, klon, üzük) 50 manat; yataq mebel dəsti (Türkiyə) - 1000 manat, qonaq mebel dəsti (Türkiyə model 2018) - 2200 manat, partaryuyan maşın - 400 manat, blender dəst - 40 manat, çilçıraq 5 ədəd - 1 ədədi x 200 manat; 4 ədədi x 50 manat = 200 manat, pərdə və karniz - 800 manat, kondisioner 2 ədəd (60 m2) x 400 manat = 800 manat, yorğan, döşək 2 ədəd - 140 manat, ağlar 7 ədəd x 30 manat = 210 manat, yataq örtüyü 3 ədəd x 100 ma nat = 300 manat, 6 ədəd süfrə 240 manat, örtük 2 ədəd x 20 manat = 40 manat, balınc 8 ədəd x 25 manat = 200 manat, əl-üz dəsmalı 5 ədəd x 10 manat = 50 manat, nahar servizi çay servizi - 400 manat, fujer 12 ədəd = 80 manat,çay stəkanları 2 mərtəbəli - 20 manat, kiçik su stəkanları 11 ədəd = 40 manat, yemək servizi (23 predmetdən ibarət) 1 dəst - 300 manat, qaşıq dəsti, bıçaq dəsti 80 manat, yenikəsiklər dəsti - 10 manat, dəm çayniki 1 ədəd - 40 manat, çaynik (qormaz) 1 ədəd - 30 manat, çay dəsmalı 13 ədəd x 3 manat = 36 manat, şüşə qab (duxovka üçün) 2 ədəd x 12=24 manat, qazan dəsti (çuqun) - 150 manat, metal qazan dəsti - 80 manat, elektrik termos - 60 manat, termos masa üstü - 50 manat, çörək qabı - 10 manat, xrustal stəkan 12 ədəd 30 manat, nəlbəki 12 ədəd = 15 manat, armudu stəkan 6 ə dəd = 10 manat, nəlbəki 12 ədəd - 10 manat, rəçəl qabı 6 ədəd – 5 manat, güldan dəsti - 40 manat, meyvə qabı - 20 manat, konfet qabı - 10 manat, güldan - 80 manat, güldan (İtalyan gümüşü güldan) - 120 manat, meyvə qabı 3 ədəd x 20 manat = 60 manat, konfet qabı 3 ədəd x 10 manat = 30 manat, rəçəl qabı 3 ədəd x 10 manat = 30 manat, təpci (padnos) ay formasında - 50 manat, stəkan 12 ədəd = 20 manat, nəlbəki 12 ədəd = 10 manat, qaşıq 12 ədəd - 10 manat, rəçəl qabı 12 ədəd - 10 manat, qrafin (4 stəkan birlikdə) - 40 manat, şamdan - 10 manat, dekorativ qab 6 ədəd =60 manat, fujer 12 ədəd = 40 manat, içki bakalı 12 ədəd = 40 manat, fujer 2 ədəd (svarovski daşla) x 10 manat = 20 manat, xrustal bakal 3 komplekt x 40 manat =120 manat, meyvə qabı 2 ədəd x 20 manat = 40 manat, dəm çayniki 2 ədəd x 10 manat = 20 manat, külqabı 2 ədəd x 10 manat = 20 manat, bulud 2 ədəd x 6 manat = 12 manat, qənd qabı 2 ədəd x 5 manat = 10 manat, qrafin (su qabı) 1 ədəd - 10 manat, ayaqaltı örtük 2 ədəd x 30 manat = 60 manat, ütü masası 1 ədəd - 20 manat, stullar 8 ədəd (Malaziya) x 15 manat = 120 manat, əl işi təpsi 1 ədəd - 30 manat, təpsi dəsti 2 ədəd -20 manat = 40 manat, təpsi dəsti taxta 3 ədəd x 7 manat = 21 manat, təpsi plasmas 1 ədəd - 10 manat, sup qabı şüşə altında şam qabı 1 ədəd – 40, qrafin altında şam qabı 1 ədəd - 40 manat, servis (12 predmetlik) 1 dəst - 150 manat, gümüş mürəbbə qabı (2 mərtəbəli) 1 ədəd 20 manat, pul qabı 1 ədəd - 5 manat, fil heykəlcik 1 ədəd - 10 manat, süfrə 1 ədəd - 20 manat, balınc 2 ədəd x 20 manat = 40 manat, qaşıqlar qara tefal - 20 manat, şirniyyat götürən fiş 1 ədəd - 7 manat, salfetka qabı 2 ədəd x 5 manat =10 manat, su stəkanı- 3 manat, qrafin təpsi altı ilə birlikdə 2 ədəd x 25 manat = 50 manat, popurkatiye bakal su üçün - 10 manat, praqa salfet qabı - 5 manat, qaranquş qaşıq 2 ədəd x 3 manat = 6 manat, fincan keramik 6 ədəd 50 manat, şüşə fincan - 15 manat, qrafin 6 bakal 2 vaz 1 dəst - 60 manat, məkkə suvinir boşqab - 10 manat, salfetka qabı 2 ədəd x 5 manat =10 manat, keramik konteyner 3 ədəd 25 manat, ədviyyat qabları dəsti 20 manat, filtr - 20 manat, jalüz 2 ədəd x 20 manat = 40 manat,iİynə sap qabı - 5 manat, suvenir qurbağa - 5 manat, bulud 2 dəst (2 ədəd) x 7 manat = 14 manat, dərin boşqab 2 ədəd x 3 manat = 6 manat, halqa boşqab 2 ədəd x 2 manat = 4 manat, boşqab 6 ədəd x 1,5 manat = 9 manat, lampa 1 ədəd - 15 manat; - fen-30 manat, ütü — 30 manat, saçburan -20 manat, fotoaparat «Sonny» - 250 manat, Chanel ətir - 150 manat, ətir «SS» - 100 manat, ətir «Lacoste» - 150 manat, axşam paltarı 2 ədəd x 40 manat = 80 manat, sandalet (basanojka) - 80 manat, sabo-35 manat, kosmetika (Pupa firması) - 30 manat, idman ayaqqabısı 1 ədəd 15 manat, krasovka «Nike» 1 ədəd - 60 manat, basanojka 4 ədəd x 40 manat = 160 manat, idman forması - 120 manat, ev xalatı 4 ədəd x 30 manat =120 manat, şərf 2 ədəd x 20 manat = 40 manat, dəsmal 1 ədəd - 10 manat, toxunma şərf 2 ədəd x 20 manat = 40 manat, bluz 4 ədəd x 30 manat = 120 manat, çanta 4 ədəd x 30 manat = 120 manat, əl çantası 4 ədəd 120 manat, kostyum 3 ədəd x 90 manat = 270 manat, yubka kofta - 60 manat, mavi rəngli geyim 1 ədəd - 80 manat, yaşıl şalvar 1 ədəd 40 manat, qara şalvar 1 ədəd - 40 manat, göy şalvar 1 ədəd - 30 manat, sarı bluz 1 ədəd 50 manat, qırmızı bluz 1 ədəd - 60 manat, boz gödəkcə 1 ədəd - 40 manat, qara saat 1 ədəd - 35 manat, saat sarı 1 ədəd - 40 manat, çəkmə zamuş 1 ədəd - 60 manat, ayaqqabı qırmızı 1 ədəd - 50 manat, ayaqqabı bej 1 ədəd - 50 manat, bloknot 4 ədəd x 3 manat =12 manat, geyim 3 ədəd 120 manat, hırka 1 ədəd - 30 manat, çəkmə uzunboğaz - 70 manat, 2 yarımboğaz çəkmə (botelioni) -140 manat, cüzdan 1 ədəd - 20 manat, çanta göy 1 ədəd - 40 manat, cüzdan gümüşü rəngdə 1 ədəd - 20 manat, çanta yaşıl 1 ədəd-30 manat, tufli gümüşü 1 ədəd - 40 manat,ətir qarışıq 1 ədəd - 20 manat, ətir Calvin Klein 1 ədəd 70 manat, ətir Trussardi 1 ədəd 40 manat, koynək 8 ədəd 200 manat), əşyaların geri qaytarılması mümkün olmazsa, onların dəyərinin cavab deh tərəfindən iddiaçıya ödənilməsi, ikinci iş üzrə iddianın qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş qaçış aparatının dəyərinin yarısının, yəni 350 manatın iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, hər iki iddianın qalan hissələrdə rədd olunması, ekspertiza xərcinin müştərək qaydada tərəflərə aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi birinci iş üzrə iddianın təmin olunan hissələrində gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçıya məxsus olmuş qızıl-zinət əşyaları təqdim edilmiş fotoşəkillərlə öz təsdiqini tapır. Həmin qızılların mənzilə baxış keçirilərkən orada olmaması ona dəlalət etmir ki, iddiaçı evdən gedərkən özü ilə aparmışdır. Odur ki, iddia tələbi qızıl-zinət əşyalarına dair hissədə təmin edilərək, cavabdehdən yuxarıda qeyd edilən qızıl-z inət əşyaları tutulmalı, həmin əşyalar olmadıqda isə dəyəri tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin gətirdiyi şahidin ifadəsində iddiaçının evdən gedərkən əlində çanta olmasını bildirməsi, ona məxsus qızılların həmin çantada olmasını göstərmir. Evdən çıxarkən qadının çanta götürməsi normal hal hesab olunur və bu hal iddiaçının qızılları aparmasının göstəricisi ola bilməz.
16. Eyni zamanda, iddiaçının özü ilə gətirdiyi cehiz əşyaları - iddia tələbinin artırılması barədə ərizədə qeyd olunan əşyalar, həmçinin qiymətləndirmə rəyində də öz əksini tapmış əşyalar cavabdehdən alınaraq iddiaçıya verilməli, bu mümkün olmadıqda isə müəyyən olunmuş dəyəri tutularaq iddiaçıya ödənilməlidir.
17. Həmçinin, iş materiallarından görünür ki, iddia tələbində olan bəzi əşyalar, yəni Bosch markalı çaynik, Bosch markalı tozsoran, ütü və ətçəkən, Samsung markalı televizor, mətbəx mebeli, Bosch markalı qabyuyan, duxovka, soyuducu, aspirator, Bosch markalı mikrodalğalı soba və qaz üstü (iddia tələbində bərk qızdırıcı soba «Bosch», Qaz sobası «Bosch» kimi qeyd olunan), dəhliz mebeli (iddia tələbində qarderob şkaf (Türkiyə model 2018) kimi qeyd olunan) cavabdeh tərəfindən alınmışdır. Belə olan halda, həmin əşyaların iddiaçıya verilməsi təmin oluna bilməz.
18. Məhkəmə ikinci iş üzrə iddiaya münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh tələb etdiyi qaçış aparatının dəyərinin 1150 manat olması ilə bağlı qaimə-faktura təqdim etsə də, təqdim edilmiş qaimə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin qaimədə əmlakın qiyməti qaralanmış, ümumiyyətlə təhvil verən, təhvil alan və satan qeyd olunmamış, şirkətin möhürü ilə təsdiqlənməmişdir. Belə olan halda, qaçış aparatının dəyəri qiymətləndirmə rəyinə uyğun olaraq 700 manat müəyyən olunmalı və dəyərinin yarısı, yəni 350 manat iddiaçıdan tutularaq cavabdehə ödənilməldir.
19. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 34.1, 34.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddianın cehiz əmlak tələbinin digər qisminə, pul tələbinə və doğum xərclərin ödənilməsi tələbinə münasibətdə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, bu hissədə sübutlara düzgün hüquqi qiymət verməmişdir.
21. Cavabdeh də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci iş üzrə iddianın qızıl-zinət əşyaları, paltaryuyan maşın və kondisionerlərin tutulması hissəsində rədd olunması, cehiz və fərdi əşyaların isə cavabdehi etiraf etdiyi real mövcud olan həcmdə təmin edilməsi, ekspertiza xərcinin tam həcmdə iddiaçıdan tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı qızıl-zinət əşyalarının mövcu d olması barədə şəkillərdən başqa hər hansı başqa sübut təqdim edə bilməmiş, həmin şəkillər isə bu əşyaların həqiqətən də qızıl olmasını, hansı həcm, əyar və məbləğdə olmasını sübut etmir. Sübutetmə yükünün iddiaçıya aid olmasını nəzərə alsaq, iddiaçı tələbinin bu hissəsini sübut edə bilməmişdir. Cavabdeh isə izahatında şəkillərdə olan qızıl-zinət əşyalarının bəzilərinin onun özünə aid olmasını, toy hədiyyəsi olmamasını, toyda cavabdehin aldıqlarının isə qızıl olmamasını və onları da evi tərk edərkən iddiaçının apardığını bildirmişdir. Lakin məhkəmə iş üçün əhəmiyyətli olan bu halı araşdırmamış, bununla bağlı iddiaçıdan əlavə sübut tələb etməmişdir. Həmçinin, cehiz əşyası kimi paltaryuyan maşın və kondisionerlərin də nikahdan qabaq cavabdehin özünün və mərhum atasının şəxsi vəsaiti hesabın a alınmasını nəzərə almamış, bu barədə sübutları qiymətləndirməmişdir. Bununla yanaşı, qalan cehiz və fərdi əşyaların hansı növdə, həcmdə və məbləğdə olmasını tam araşdırmamış, natamam qiymətləndirmə rəyi ilə kifayətlənmişdir. Halbuki, həmin rəydə olan foto-şəkillərdən göründüyü kimi, qiymətləndirici tədqiqatı tam aparmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5809/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), C.Yusifov və E.Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – nikah dövründə əldə olunmuş qaçış aparatına aid hissədə ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, tərəflərin ümumi mülkiyyəti olan qaçış aparatının cavabdehin mülkiyyətinə verilməsi, aparatın dəyərinin yarısı olan 350 manatın cavabdehden alınaraq iddiaçıya verilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci iş üzrə iddiaya münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, Mülki Məcəllənin 157.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, qətnamə ilə qaytarılması qət olunmuş zinət əşyaları mövcud olub, iddiaçıya məxsus olub, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar cavabdehin sahibliyində qalıb. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunub və qətnamədə lazımi qaydada əsaslandırılıb. Tərəflər ər-arvad kimi birgə yaşadıqları müddətdə zinət əşya ları mənzildə saxlanılıb. Cavabdeh bildirir ki, iddiaçı mənzili tərk edərkən zinət əşyalarını özü ilə aparıb. Lakin bu sübut olunmur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus zinət əşyaları mənzildə qalıb. Zinət əşyalarının dəyəri müəyyən edilərkən birinci instansiya məhkəməsi qiymətləndiricinin hesabatını əsas götürmüşdür. Qətnamə ilə qaytarılması qət olunmuş cehiz və fərdi istifadə əşyaları da mövcud olub, iddiaçıya məxsus olub, iddiaçı mənzili tərk etdikdən sonra həmin əşyalar cavabdehin sahibliyində qalıb. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunub və qətnamədə lazımi qaydada əsaslandırılıb. Ca vabdeh paltaryuyan maşın və kondisionerlərin nikahdan əvvəl özü tərəfindən əldə edildiyini bildirsə də, bunu təsdiq edən sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməyib. Tərəflər ər-arvad kimi birgə yaşadıqları müddətdə cehiz və fərdi istifadə əşyaları mənzildə saxlanılıb, iddiaçının həmin əşyaları mənzildən apardığı sübut olunmur. Bu tip mübahisələrin həlli zamanı əşyaların olduğu yerdən aparıldığı sübut olunmursa, əşyaların olduğu yerdə qaldığı sübut olunmuş sayılır. Əşyalarının dəyəri müəyyən edilərkən birinci instansiya məhkəməsi qiymətləndiricinin hesabatını əsas götürüb.
24. Bununla belə, Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaya münasibətdə qətnaməni ləğv edərkən qeyd etmişdir ki, cavabdehin iddiasında bir tələb var: nikah dövründə əldə edilmiş 1 ədəd qaçış aparatının də yərinin (1150 manatın) yarısı iddiaçıdan tutularaq ona verilsin. Qiymətləndiricinin hesabatı ilə müəyyən olunub ki, həmi aparatın dəyəri 700 manat təşkil edir. Həmin aparat nikah müddətində əldə edilib və cavabdehin sahibliyində qalıb. Buna baxmayaraq, birinci instansiya məhkəməsi aparatn dəyərinin (700 manatın) yarısının (350 manatın) iddiaçıdan alınaraq cavabdehə verilməsini qət edib. Yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, həm aparat cavabdehdə qalmalı, həm də aparatın dəyərinin yarısı iddiaçıdan alınaraq ona verilməlidir. Bu, düzgün nəticə deyil. Ona görə də, Ailə Məcəlləsinin 32, 36 və 37-ci maddələrinin göstərişlərinə əsasən, qətnamə aparata aid hissədə ləğv edilməli, tərəflərin ümumi mülkiyyəti olan qaçış aparatı cavabdehin mülkiyyətində qalmalı və aparatın dəyər inin yarısı olan 350 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
26. Şikayət belə əsaslandırılmışdır ki, işə baxmış məhkəmələr maddi və prosessual hüquq normalarını pozaraq, qanunun aliliyinə riayət etməmiş, şəxsi mülahizələri əsasında düzgün olmayan qərarlar qəbul etmişlər. Belə ki, tərəflər xx.xx.2018-ci il tarixdə nikaha girmişlər, lakin iş materiallarında olan qaimə fakturalardan görünür ki, Ariston paltaryuyan maşın xx.xx.2018-ci il tarixdə 970 manata cavabdeh tərəfindən alınmış, bundan başqa, xx.xx.2018-ci il t arixdə 535 manata və 635 manata kondisionerlər alınmışdır. Hər üç əşya nikahdan əvvəl alınmasına baxmayaraq, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Həmin əşyaların birgə nikah dövründə əldə edildiyini iddiaçı sübut etməli olsa da, iddiaçı nəinki bunu sübut edə bilməmiş, hətta cavabdehin təqdim etdiyi sübutlarla bu halların inkar edilməsi öz təsdiqini tapmışdır. Eyni zamanda, iddiaçı qızılların cavabdehdə olmasını da sübut edə bilməmiş, cavabdeh isə məcbur olmadığı halda iddiaçının evdən çıxarkən qızılları və xırda əşyalarını da özü ilə aparması barədə şahid ifadələri təqdim etmiş, lakin məhkəmələr həmin hallara hüquqi qiymət verməmiş, bu əşyalardan bəzilərinin qızıl olmamasına baxmayaraq, onları qızıl kimi nəzərə almışlar.
27. Bundan başqa, məhkəmələr ekspert rəyi ilə iddia tələbində q eyd olunan qiymət fərqinə münasibət bildirən zaman iddiaçının həm əşyaların bir hissəsi və özünün etiraf etdiyi dəyərlə bağlı hissəni nəzərə almadan rəydə olan qiymətləri əsas götürmüş, təkrar ekspertiza təyin edilməli olduğu halda, bunu etməmiş, şəxsi mülahizələri əsasında əsassız qətnamə qəbul etmişlər. Həmçinin ekspert əşyalara fərdi qaydada baxış keçirmədən formal əsaslarla qiymət qoymuşdur. Belə ki, ekspert qızılı və qarnütür bujiteriyadan ibarət sep, qolbaq və 2 ədəd sırğanı görmədən (ona görə ki, həmin əşyaları iddiaçı evi tərk etdiyi zaman özü ilə aparıb) həmin əşyaları qızıl kimi qeyd etməklə yanaşı, cehiz və fərdi əşyalara formal baxış keçirib oxşar əşyaların qiyməti ilə müqayisə etmədən qiymət qoymuşdur. Bu səbəbdən də əlavə ekspertiza təyin olunması barədə vəsatət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
30. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
31. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
32. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsa iti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
33. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.
34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
35. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
36. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi ə mlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kas sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, apellyasiya instansiya məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 152 və 157-ci maddələrinə əsasən qızıl-zinət, cehiz və fərdi istifadə əşyalarının qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
46. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
47. Kassasiya şikayətinin dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onl ara qiymət verilmir.
48. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5809/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - İddiaçı iddiasının təmin olunan hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.