Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1339/2025 28.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5070/2024 nömrəli iş üzrə 5 mart 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxara q, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmağı barədə qeydin məhkəmə qaydasında ləğv olunması və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən barəsində qəbul edilən xx.xx.2023-cü il tarixli, 142/Ü saylı əmrin ləğv edilməklə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2 776/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim-Ayşən Sultanova-Məmmədova) b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(103)-683/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin “İntizam tənbeh tədbirinin tətbiqi haqqında” 142/Ü saylı, xx.xx.2023-cü il tarixli əmrinin İddiaçı aid hissədə, yəni onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi hissəsində ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə - Bərdə meşəbəyliyinin meşəbəyisi vəzifəsinə bərpa olunması və ona məcburi iş buraxmaya görə aylıq əmək haqqı ödənilməsi qət edilmişdir. (hakimlər: Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli)
5. İddiaçı X6 vəkili və nümayəndəsi Zeynalov Orxan Rauf oğlu Sumqayıt Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının 2(105)-1269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən kаssаsiyа şikаyəti və kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası b arədə ərizə vermişdir.
6. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyаsının 2(103)-683/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli, 2(102)-1688/2024 nömrəli qərarı ilə cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2(105)-683/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. (hakimlər X9 (məruzəçi hakim), X15 və X4 ibarət tərkibdə) d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-5070/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(004)-2776/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. (X14 Sarıyevin (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) 9. 6 dekabr 2024-cü il tarixdə iddiaçı ərizə ilə müraciət edərək, 2023-cü ilin may ayından işsiz olduğunu, məcburi köçkün olduğunu və vəkil tutmağa maddi imkanının olmadığını bildirmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tar ixli, 2(103)- 5070/2024 saylı qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.
10. İddiaçı X20 23 dekabr 2024-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)5070/2024 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-5070/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-5070/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün İddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi qərara alınmışdır. (X 14 Sarıyevin sədrliyi ilə, X13 və X2 ibarət tərkibdə)
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 yanvar 2025-ci il tarixli, 2(103)-5070/2024 saylı qərardadı ilə İddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə verilmiş ərizənin geri qaytarılması qərara alınmışdır. (X14 Sarıyevin sədrliyi ilə, X13 və X2 ibarət tərkibdə)
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 21 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)5070/2024 saylı qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 mart 2025-ci il tarixli, 2(103)-5070/2024 sayl ı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-5070/2024 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş ərizə təmin edilməməsi, kassasiya şikayətinin geri qaytarılması qət etmişdir. (X14 Sarıyevin sədrliyi ilə Günay Təyar qızı X1 ibarət tərkibdə)
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona poçtla göndərilməsini və özünün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-5070/2024 saylı qətnaməs indən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. 16. xx.xx.2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, o, evinə gələcək qətnaməni gözləmiş, elektron kabinetdən başı çıxmadığından məhkəmə ilə xx.xx.2024-cü il tarixdə danışanda ona bildirmişlər ki, qətnamə onun elektron kabinetinə yerləşdirilmiş, bundan sonra iddiaçı vəkili ilə əlaqə saxlamış və vəkili tərəfindən qətnamə ona xx.xx.2024-cü il tarixdə elektron kabinetdən çıxarılaraq təqdim edilmişdir. 17. xx.xx.2024-cü il tarixli ərizənin arxasına eyni tarixli akt əlavə edilmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddiaçının özü və şahid X10 tərəfindən imzalanmış akta qeyd olunmuşdur ki, Müşviq Camalovun müraciəti əsasında onun barəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını n 18 sentyabr 2024-cü il tarixli, 2(103)-5070/2024 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemindən çıxardaraq X11 təqdim edilmişdir.
18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, qətnamə xx.xx.2024-cü il tarixdə iddiaçının, eyni zamana onun nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildiyindən qətnamə həmin tarixdə rəsmi qaydada verilmiş hesab olunur. İddiaçının qətnamənin poçtla göndərilməsini gözləməsi və elektron kabinetdən istifadə qaydalarını bilməməsi ona görə müddətin ötürülməsinin üzürlü səbəbləri hesab edilə bilməz ki, mübahisələndirilən qətnamə iddiaçının özündən əlavə onun vəkili və nümayəndəsinin də elektron kabinetinə yerləşdirilmiş, iddiaçı isə qətnamə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəyə mindikdən sonra, xx.xx.2024-c ü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin ona poçtla göndərilməsini və özünün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, müddətin üzürlü səbəbdən ötürülməsi barədə mötəbər sübutlar təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.8, 135.5, 135.6, 405.0.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2000-ci il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə qərarına əsaslanmışdır. Kass asiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-5070/2024 nömrəli qərardadının ləğv edilməsini, prosessual müddətin ötürülməsini üzrlü hesab edərək bərpa etməyini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məhkəmənin iclasları elektron kabinetə yerləşdirildikdən sonra SMS vasitəsilə çatdırılsa da, qətnamənin sistemə əlavə olunması barədə elektron qaydada heç bir formada bildiriş verilməmişdir. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifa rişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Şəxs qətnaməni rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 10-1.8-ci maddəsinə əsasən “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
24. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 13 5.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
25. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin fakti ki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
30. Belə ki, yuxarıda qeyd olunan hü quq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
31. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
32. İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qətnaməsi 30 sentyabr 2024-cü il tarixdə həm iddiaçının özünün, həm də onun etibarnamə əsasında nümayəndəsi, Vəkil1 “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir.
33. Mülki Prosessual Məcəllənin 128.3, 129.1 və 405.0.1-ci maddələrinə əsasən iddiaçıya münasibətdə qətnamədən kassasiya şikayəti vermə müddətinin axımı 30 sentyabr 2024-cü ildən başlamış və son tarixi xx.xx.2024-cü il olmuşdur (ondan əvvəlki qeyri-iş günləri nəzərə alınmaqla). Beləliklə, müəyyən olunur ki, qətnamə iddiaçıya qanunla müəyy ən olunmuş qaydada təqdim olunmuşdur.
34. Lakin iddiaçı bu qətnamə ilə bağlı kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən 4 gün sonra, qətnamənin ona rəsmi qaydada təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
35. Göründüyü kimi, həmin müraciət edilən zaman artıq iddiaçı kassasiya şikayəti verilməsi müddətini ötürmüşdür.
36. İddiaçı bunu özünün savadsızlığı, elektron məhkəmə sistemindən və elektron kabinetdən istifadə edə bilməməsi ilə izah etmişdir.
37. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçı apellyasiya instansiyasında peşəkar hüquq fəaliyyəti ilə məşğul olan nümayəndəsi vasitəsilə təmsil olunmuş, qətnamə eyni tarixdə iddiaçı ilə yanaşı onun nümayəndəsinin də elektron kabinetinə yerləşdirilmişdir.
38. Buna baxmayaraq, qətnamənin rəsmi qayda da verilməsindən keçən iki aydan da artıq müddətdə iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsi ilə bağlı hər hansı bir addım atılmamışdır.
39. Qeyd olunanlara əsasən bu qənaətə gəlmək olur ki, iddiaçı mübahisəli qətnamədən kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməklə vermiş və bunun üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 40. “X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tut ulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
41. Odur ki, zəruri prosessual hərəkətlərin vaxtında həyata keçirilməməsi b uraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz iddiaçı daşımalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
43. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı də yişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5070/2024 nömrəli 5 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.