Məhkəmə qərarları › İş №2(102)-1343/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1343/2021

14.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1343/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə); Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, yaxşılaşdırma xərclərinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərə findən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında mübahisə Bakı şəhəri, Sadıqcan küçəsi, 2942 “A” məhəlləsində yeni inşa edilmiş yaşayış binasında yerləşən 3 otaqlı 39 nömrəli mənzil və həmin yaşayış sahəsinə sərf edilmiş yaxşılaşdırma xərcləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus və Bakı şəhəri, Sadıqcan küçəsi, 2942 “A” məhəlləsində yeni inşa edilmiş yaşayış binasında yerləşən 3 otaqlı 39 nömrəli mənzildən cavabdehin, azyaşlı uşağı və əşyaları ilə birlikdə məcburi çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlkin iddia belə əsaslandırılmışdır ki, İddiaçı ilə “X7” MMC arasında bağlanmış müqaviləyə əsasən, mübahisəli mənzilin dəyərini tam ödəməklə satın alıb. Mənzil xüsusi mülkiyyət hüququ əsasında onun adına dövlət reyestrində qeydiyyatdan keçirilməsə də, mövcud qanunvericiliyə əsasən, o, həmin mənzilin potensial mülkiyyətçisidir. Oğlu olan üçüncü şəxslə cavabdeh 02.10.2009-cu il tarixində evləndikdən sonra 2011-ci ilin avqust ayınadək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, üçüncü şəxsə məxsus evdə yaşayıblar. Onlar sonra iddiaçının razılığı əsasında ona məxsus mübahisəli mənzildə yaşamağa başlayıblar. Lakin 2015-ci ilin əvvəllərindən cavabdehlə üçüncü şəxs arasında olan şəxsi və ailə münasibətləri pozulub, 2015ci ilin may ayından faktiki olar aq ayrılıblar. x nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edib. İddiaçı dəfələrlə tələb etsə də, cavabdeh ona məxsus mənzildən çıxmaqdan imtina edir. Bu hal cavabdehin mülkiyyət hüququnu pozur.

4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin təmirinə, yenidən qurulmasına, mebellərə və məişət əşyalarına görə xərclənmiş 100.000 ABŞ dollarının İddiaçı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, Cavabdeh əri ilə birgə yaşadığı mübahisəli mənzilin təmir işləri ilkin iddia üzrə iddiaçı tərəfindən deyil, Cavabdeh valideynlərinin vəsaiti hesabına (atası tərəfindən ona hədiyyə olaraq) həyata keçirilmişdir. Bundan əlavə mənzildəki mebel və digər avadanlıqlar da Cavabdeh valideynlərini n vəsaiti ilə alınaraq oraya yerləşdirilmişdir. Qarşılıqlı iddiaçı ali təhsilli həkimdir, keçmiş həyat yoldaşı isə heç bir yerdə işləmədiyindən ailənin yeganə gəlir gətirəni olmuşdur. Hesab edir ki, evdən çıxarılacağı təqdirdə mənzilin təmirinə və oradakı əşyalara çəkdiyi xərcin əvəzi ona ödənilməlidir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) 23 fevral 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsi, cavabdehin azyaşlı uşağı 04.09.2010-cu il təvəllüdlü X4 və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və iddiaçının mənzilə köçürülməsi və iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir, qarşılıqlı i ddia qalan hissədə təmin edilməmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia mülkiyyətin müdafiəsinə dair Mülki Məcəllənin 157.4-cü maddəsi, qarşılıqlı iddia isə həmin Məcəllənin əsassız varlanma barədə 1091 və 1092-ci maddələrinin tələbləri çərçivəsində əsaslıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (hakimlər C.Səfiyeva (sədrlik edən və məruzəçi), V.Həsənov və N.Cəfərov) 01.06.2017-ci il tarixli, x saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin qarşılıqlı iddianın təmin edilən iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsi hissəsində və eyni zamanda, cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və iddiaçının mənzil ə köçürülməsi və iddiaçıdan 48.600 manat pulun tutularaq cavabdehə ödənilməsinin eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 5000 manatın tutularaq Cavabdeh ödənilməsi qət etmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov) 16.11.2017-ci il tarixli, x saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslan dırmışdır ki, mübahisəli mənzildə Cavabdeh x ilə rəsmi nikaha daxil olaraq həmin mənzildə yaşamaları, mənzilin onların birgə nikahı dövründə təmir edilməsi işin mübahisə edilməyən hallarıdır. Apellyasiya instansiyası məhkəməsi 5000 manat təmir xərclərinin Cavabdeh atası tərəfindən bağışlanmış vəsait olması və onun ayrıca əmlakı olması qənaətinə gəlsə də, təmirə sərf edilmiş qalan məbləğin Cavabdeh aidiyyatının olmadığını əsaslandırmamışdır. Cavabdeh əri x şahid kimi dindirilən zaman mənzilin təmirinə sərf olunmuş qalan təqribən 20000 manat vəsaitin gah əvvəlki mənzilin satışından qaldığını, gah da həmin xərclərin onun atası tərəfindən ödənildiyini qeyd etmiş, özünə məxsus əvvəlki mənzilin satış qiymətində də fərqli rəqəmlər göstərmişdir. Məhkəmə Turalın ifadəsinə qiymət verərkən onun işin nəticəsində bilavasitə maraqlı olması, gələcəkdə İddiaçı tərəfindən ona qarşı reqress qaydada iddia qaldırılmasının mümkünlüyünü nəzərə almamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizasının 23.01.2017-ci il tarixli rəyinə görə mənzilin təmirinə 46000 vəsait sərf edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin məbləğin Cavabdeh və xın birgə nikah müddətində əldə olunmuş vəsait olduğunu, özlərinin deyil, digər şəxsin, İddiaçı mənzilinin təmirinə sərf olunduğunu, Cavabdeh mənzilin təmirinə sərf olunmuş vəsaitin yarısını mülkiyyətçidən tələb etmək hüququnun olduğunu, mənzildə təmir işlərinin mülkiyyətçi İddiaçı razılığı ilə aparıldığını diqqətdən qaçırmışdır. Apellyasiya instansiya məhkəməsi mənzilin təmiri ilə bağlı mənzilin təmirində iştirak etmiş şəxslərin məhkəməyə göndərilən ərizələri qiymətləndirərkən həmin şəxslərin məhkəmə iclasında dindirilmədiyinə görə qeyd edilən ərizələri sübut kimi qəbul etməmiş, lakin işin ədalətli və obyektiv həlli məqsədi ilə həmin şəxslərin məhkəməyə çağırılıb şahid kimi dindirilməsi məsələsini müzakirə etməmişdir. Bundan başqa kollegiya hesab edir ki, mənzilin təmiri birgə nikah dövründə aparıldığından çəkilmiş xərclərin tələb edilməsində X2 da tələb hüququ olduğundan məhkəmə onun üçüncü şəxs kimi işə cəlb edilməsi məsələsini müzakirə etməmişdir. Qarşılıqlı iddia tələbinin alınmış mebel və məişət əşyaların dəyərinin ödənilməsi ilə bağlı hissəsinə də apellyasiya instansiya məhkəməsi qiymət verməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin bu hissəsini rədd edərkən qətnaməsində mebel və məişət əşyalarının dəyərinin ödənilməsi ilə bağlı heç bir əsaslandırma aparmamış, iddia tələbinin bu hissəsinin təmin edilməməsinə qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qarşılıqlı iddianın həmin hissəsinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın digər hissəsində, yəni mebellərə və məişət əşyalarının alınmasına xərclənmiş pul vəsaitinin tələb edilməsi hissəsini rədd edərkən haqlı olmuşdur. Həmin əşyaların qarşılıqlı iddiaçıya aid olması tərəflərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi məhkəmə qətnaməsində həmin əşyaların qarşılıqlı iddiaçıya aid olmasını qeyd etmiş, lakin özünün qeyd etdiyi hala zidd olaraq qarşılıqlı iddianın həmin hissədə rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxl ayarkən ziddiyətli nəticəyə gəlmişdir. ç) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), H.Həmidov və X.Sarıyev) 23.02.2018-ci il tarixli, xsaylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddia üzrə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, iddiaçıdan 24.300 manat pulun tutularaq cavabdehə ödənilməsi, birinci instansiya məhkəməsi qətnaməsinin “cavabdehin azyaşlı uşağı və əşyaları ilə birlikdə mübahisəli mənzildən məcburi çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsi barədə” hissəsinin və “iddiaçıdan təmir xərcinin əvə zinin tutularaq cavabdehə ödənilməsi barədə” hissəsinin eyni vaxtda icra edilməsi hissələrində ləğv edilməsi qət edilmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev) 31.07.2018-ci il tarixli, 2(102)-5082/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.02.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarının İİ cildinin 17-ci vərəqində olan bildirişə görə, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanl amış, lakin iş materiallarının İİ cildinin 19-cu vərəqində olan qəbzdən aydın olur ki, İddiaçı ünvanlanmış bildiriş ona deyil, qəbzə “Allahverdi” kimi imza etmiş naməlum şəxsə verilmişdir. Belə olan halda iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış hesab edilə bilməz. Mülki işin materialları ilə müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı adına ünvanladığı bildirişləri “ünvan 1nına göndərmiş, həmin məktublar bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı, habelə apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ape llyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində faktiki yaşayış yeri “Bakı şəhəri, Həsənoğlu küçəsi, korpus 7, ev12, mənzil 7/8, əlaqə telefonu ***-*****-**” qeyd olunmuşdur. Cavabdeh qarşılıqlı iddia ərizəsində, İddiaçı apellyasiya şikayətində, Ali Məhkəmə tərəfindən İddiaçı ünvanlanan bildirişlərdə iddiaçının faktiki yaşadığı ünvan “ünvan 2 instansiyası məhkəməsi isə bu xüsusata diqqət yetirməmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq etdiyi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisəli hüquq münasibətinə yalnız Ailə Məcəlləsinin 34.1 və 35-ci maddələrini tətbiq etmişdir. Hazırki işdə isə iddiaçı və cavabdeh birgə nikahda olan ş əxslər deyil, qaynana və gəlin olmaqla ailə münasibətlərində deyillər. Onlar arasındakı münasibətlərə Ailə Məcəlləsinin normalarının tətbiqi maddi hüquq normalarının düzgün olmayan tətbiqi hesab edilməlidir. e) Apelyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- A.Hüseynov (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İmanov) x nömrəli, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xsaylı iş üzrə 23 fevral 2017-ci il tarixli qətnaməsi qarşılıqlı iddia üzrə tutulmalı olan pul məbləğinə aid hissədə dəyişdirilmiş, İddiaçı 19700 (on doqquz min yeddi yüz) manat pulun tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə Cavabdeh azyaşlı uşağı 04.09.2010-cu il təvəllüdlü X4 və əşyaları ilə birlikdə mənzildən məcburi çıxarılması və İddiaçı mənzilə köçürülməsi və İddiaçı pulun tutularaq Cavabdeh ödənilməsinin eyni vaxtda icra edilməsi hissələrində ləğv edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı, qətnaməni yalnız qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçıdan 48.600 manat məbləğində pulun tutularaq cavabdehə ödənilməsi hissəsində mübahisələndirmiş, cavabdeh qətnamədən şikayət verməmişdir. Ona görə də, hazırkı apellyasiya baxışı üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız həmin hissədə yoxlanılır. Qarşılıqlı iddia isə Mülki Məcəllənin əsassız varlanmaya dair 1091 və 1092-ci maddələrinin tələbləri çərçivəsində 19.700 manat pulun tutulması hissəsində əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini və ya apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməyərək, Cavabdeh pul tələbinə dair iddiasını əsassız olaraq qismən təmin edilmiş, əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir. Şikayətdə qanunvericilik normalarına, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Ramiz İbrahimov kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bil ər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

22. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varl anmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

27. Maddə

35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

28. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmla kının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

35. İddiaçı mübahisəli mənzili 25.04.2011-ci il tarixdə dəyərini tam ödəməklə “X7” MMC-dən almışdır. Onun oğlu olan üçüncü şəxs x və Cavabdeh 02.10.2009-cu il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan 04.09.2010-cu il tarixdə Lalə adlı qızları anadan olmuşdur. Mübahisəli mənzildə təmir işləri ilkin iddiaçı tərəfindən deyil, Cavabdeh atası tərəfindən aparılmış və mənzilə çəkilmiş təmir xərcinin ümumi dəyəri 48.600 manat olmuşdur. Tərəflər 2015-ci ilin may ayından faktiki olaraq ayrılmışlar.

36. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092.1 və 1092.2-ci, Ailə Məcəlləsinin 34.1-ci maddəsinə ə saslanaraq hesab etmişdir ki, 48.600 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

37. Mülki Məcəlləyə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Başqa şəxsin hesabına hər hansı hüquqi əsas olmadan, habelə sonralar aradan qalxmış əsasa söykənərək əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 25-27).

38. Məhkəmə kollegiyası həmin məbləğin tamamilə iddiaçıdan cavabdehin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, qətnamədə həmin məbləğin Cavabdeh ilə xın birgə nikah dövründə əldə olunmuş vəsait olduğu, özlərinin deyil, iddiaçıya məxsus mənzilin təmirinə sərf olunduğu, cavabdehin mənzilin təmirinə sərf olunmuş vəsaitin yarısı nı mülkiyyətçidən tələb etmək hüququnun olduğu, mənzildə təmir işlərinin mülkiyyətçi olan iddiaçının razılığı ilə aparıldığı nəzərə alınmamışdır.

39. Ailə qanunvericiliyinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və sair) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər (§ 28).

40. Yeni apellyasiya baxışı zamanı tərəflər mənzilin təmirinə çəkilmiş xərclərin həcmini mübahisələndirdiklərindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

41. Məhkəmə Ekspertiza Mərkəzinin 27612 saylı, 18.02.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir k i, mübahisəli mənzildə yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyəri (xidmət haqqı, tikinti materialları, əmlaka zərər yetirmədən ayrılması mümkün olmayan avadanlıqlar daxil olmaqla) orta bazar qiymətlərinə uyğun olaraq 39405 manat təşkil edir. Rəydə tədqiq olunan mənzil üzrə aparılmış işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında azalmağa doğru yaranmış 9195 manat (48600 - 39405) qiymət fərqi, tədqiq olunan mənzil üzrə yerinə yetirilmiş bəzi iş növlərinin həcminə uyğun olaraq sərf olunmuş tikinti materiallarının və xidmət (əmək) haqqının dəqiqləşdirilməsi ilə izah edilmişdir.

42. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən mənzilə çəkilmiş təmir xərclərinin sonuncu ekspert rəyi ilə mü əyyən edilmiş ümumi dəyəri olan 39.405 manat məbləğində pulun yarısı, yəni 19.700 manat məbləğində pul iddiaçıdan tutularaq cavabdehə verilməlidir.

43. Apellyasiya məhkəməsi nəzərə almışdır ki, cavabdeh əvvəlki apellyasiya baxışı üzrə qəbul edilmiş onun iddiaçıdan təmirə çəkilmiş xərclərin yalnız yarısını tələb etmək hüququna malik olduğu barədə qətnamədən şikayət verməməklə faktiki olaraq həmin mövqe ilə razı olduğunu qəbul etmişdir. Həmçinin iddiaçı da təmir işlərinin faktiki olaraq cavabdehin atası İlham Hüseynov tərəfindən aparıldığını etiraf etmiş və dəyərinin ona ödənildiyini bildirmiş, lakin sonuncu halla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

44. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qət namənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar