Məhkəmə qərarları › İş №2(102)-1345/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1345/2022

12.04.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1345/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1690/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki İddiaçı 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə X müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 13.06.2017-ci il tarixli əmrlə AR ƏM-in 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsi başa çatdığı üçün 01.10.2015-ci il tarixdən bağlanmış əmək müaviləsinə xitam verilmişdir. 15.09.2017-ci il tarixli 104 № li əmrlə AR ƏM-in 47-ci maddəsinə müvafiq olaraq X zəruri ehtiyaca görə müddətli əmək müqaviləsi ilə müəllim təyin edilmiş, 09.10.2017-ci il tarixli 121 № li əmrlə müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balı top lamadığı üçün 09.10.2017-ci il tarixdə müddətli əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 08.01.2018-ci il tarixli 02 № li Mingəçevir şəhər Təhsil Şöbəsinə 08.01.2018-ci il tarixdən metodist vəzifəsinə işə qəbul edilmiş, 29.06.2018-ci il tarixli 14 № li Əmək müqaviləsinin 68.2 A bəndinə əsasən ərizəsi nəzərə alınmaqla 02.07.2018-ci il tarixdən işdən azad edilmiş hesab edilmiş, 01.12.2018-ci il tarixli 50 № li əmrlə Mingəçevir şəhər X2 dərnək rəhbəri təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh X qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, X rəhbərliyinin verdiyi 09.10.2017-ci il tarixli 121 nömrəli əmrinin ləğv edilməsi və onun ibtidai sinif müəllimi kimi işə bərpa olunması haqqında qətnam ə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə Azərbaycan Müəllimlər İnstutunun Qazax filialının “İbtidai təhsilin pedaqoqikası və metodikası” ixtisasını bitirmişdir. 01.10.2015-ci il tarixdə 254 nömrəli əmrlə X müddətli müqavilə ilə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. 30.05.2015-ci il tarixdə Mingəçevir şəhər Gənclər və Diyarşünaslıq Mərkəzində “Gənc Bələdçi” dərnəyinin rəhbəri təyin edilmişdir. 03.05.2016cıil tarixli əmrlə müəllim vəzifəsinə dəyişdirilmişdir. 15.10.2017-cı il tarixli 127 nömrəli əmrlə, müəllimlərin işə qəbulu üzrə imtahanında şəhər keçid balını toplamadığını bildirərək, əmək müqaviləsinə xitam verilmişdir. X rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif müəlliməsi vəzifəsinə dəyişdirərək, müddətsiz əm ək müaviləsi bağlamış və o müəllimə kimi işini layiqincə davam etdirmişdir. X rəhbərliyi, 03.05.2016-cı il tarixdə onu ibtidai sinif vəzifəsinə dəyişdirərək, müddətsiz əmək müaviləsi bağlamış və o işini təhsil müəsissəsində davam etdirmişdir.

4. Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, X direktorunun 09 oktyabr 2017-ci il tarixli 121 saylı əmri ləğv edilməsi, İddiaçı X ibtidai sinif müəllimi kimi işə bərpa edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının icra etdiyi işi daimi xarakterə malikdir. Bundan əlavə X direktoru İddiaçı işdən çıxarma səbəbi kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndini əsas götürsə də nəzər ə almamışdır ki, bu əmək qanunvericiliyinin kobud surətdə pozulması deməkdir.

6. Bundan başqa cavabdeh Mingəçevir şəhər Cavabdeh X5 iddia tələbini tam qəbul edərək iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 46(6), 47, 68(b), 71(3), 73. 288, 292-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1690/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) cavabdeh Mingəçevir şəhər Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X qarşı X üzrə verilmiş 09.10.2017-ci il tarixli 121 nömrəli əmrin ləğv edilməsi və ibtidai sinif müəllimi kimi işə bərpa olunması tələbinə dair iddiası rədd edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki,, birinci instansiya məhkəməsi cavabdehin etirafını qəbul etməkdə haqlı olmamışdır. Çünki, hazırki iş üzrə iddianı etiraf edən X X1 Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(051)-789/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehin birinci instansiya məhkəməsində etdiyi etiraf ya əsaslı olmamışdır, y a da ümumiyyətlə belə bir etiraf mövcud olmamışdır. Ən azı, birinci instansiya məhkəməsi qanunvericiliyin tələbi baxımından etirafı qəbul etməməli və işə mahiyyəti üzrə baxmalı idi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olm amışdır. Kassasiya baxışının hədləri

14. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

15. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəllə

18. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etib arən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. (maddə 296.2) Mülki Prossesual Məcəllə

19. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

20. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

21. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

22. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

23. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

24. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Bununla yanaşı məhkəmə kollegiyası hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən həmçinin onu da nəzərə alır ki, iddiaçı 09.10.2017-ci il tarixli 121 nömrəli əmrlə işdən çıxarılsa da 2021-ci ilədək qeyd edilən əmri mübahisələndirməmiş, həmin əmrlə razılaşaraq, 08.01.2018-ci ildə Mingəçevir şəhər Təhsil Şöbəsinə metodist vəzifəsinə işə qəbul edilmiş, 02.07.2018-ci il tarixdən öz ərizəsi ilə işdən azad edilmiş, 01.12.2018-ci il tarixli 50 № li əmrlə Mingəçevir şəhər X2 dərnək rəhbəri təyin edilmişdir.

27. Eyni zamanda kassasiya şikayətində qey d edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1690/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar