Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1347/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (X6, X4, X9, X8, X5, X7, X10, X17 və X1 vərəsələrinin müstəqil tələb irəli sürməyən 3-cü şəxslər kimi cəlb edilməklə) Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ötürülmüş prosessual müddətin bərpasına dair ərizə, kassasiya şikayətinin qeyri-mümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4937/2023 nömrəli, 6 fevral 2024-cü il tar ixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) ilkin iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X3 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014cü il tarixdə, 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeyd iyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrı-ayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınması, qətnamə yalnız bu hissədə həmin daşınmaz əmlaklara dair (Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi) İddiaçı və Cavabdeh paylı mülkiyyət hüququnun (hərəsinə ayrıayrılıqda 1/2 pay üzrə) daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi üçün əsas olması qət edilmiş, ilkin iddia tələbləri qalan hissədə və qarşılıqlı iddia təmin edilməmiş, məhkəmə xərclərinin qarşılı qlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur.
2. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasını xahiş edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və qarşılıqlı iddia təmin edilməsini xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2(103)-661/2023 saylı qətnaməsi ilə (hakimlər Fuad Babayev (məruzəçi), Namiq Cəfərov və Günay Axundova) apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan R espublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)661/2023 saylı qərarı ilə (hakimlər Zəki Babayev (məruzəçi), Əhməd Nurməmmədov və Abiddin Hüseynov) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-661/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qətnaməsinin ilk iddianın qismən təmin olunması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 661/2023 nömrəli, 15 fevral 2023cü il tarixli qətnaməsinin iddiaçı (qarşılıqlı iddia ü zrə cavabdeh) və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətlərində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4937/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (məruzəçi), Kamran Əkbərov və Sabit Bəhramzadə) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-126/2022 saylı 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia üzrə Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzilin Cavabdeh tərəfindən X3 bağışlanması barədə Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə 4Ə-882 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışla ma müqaviləsi və Bakı şəhəri 12 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə, 4Ə-809 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsində yerləşən 36 saylı evin 100 saylı mənzili və Bakı şəhəri, Səbail rayonu, ünvan ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı və Cavabdeh hərəsinə ayrıayrılıqda 1/2 pay üzrə mülkiyyət hüququnun tanınmasına dair iddia tələbinin rədd edilməsi, iddiaçının ödədiyi dövlət rüsumunun onun özünə aid edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.
7. İddiaçının nümayəndəsi-vəkili xx.xx.2023-cü il tarixdə həmin qətnamədən kassasiya şikayəti və şikayətin verilməsi üç ün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4937/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qətnaməsi elektron məhkəmə informasiya sistemində 09 oktyabr 2023-cü il tarixində yerləşdirilmişdir. Həmin dövrdə o, xaricə uzunmüddətli səfər etmiş və Bakı şəhərinə qayıtdıqda səhhətində problemlər yaranmışdır. xx.xx.2023-cü il tarixdə səhhəti ilə bağlı şikayətlərlə Bakı şəhəri 16 saylı şəhər Poliklinikasına müraciət etmiş, sahə həkimi tərəfindən 14 günlük müalicə təyin edilmişdir. Ambulator kartadan çıxarış bu faktı təsdiq edir. Bu səbəbdən qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti üzürlü səbəbdən ötürmüş dür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci (Prosessual müddətlərin bərpası) maddəsinə əsasən, “Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.” Qeyd edilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli, 2(103)-4937/2023 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4937/2023-cü il tarixli 6.2.2024-cü il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (məruzəçi), Elnur Həsənov və Sabit Bəhramzadə) ərizə rədd edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4937/2023 saylı qətnaməsi 09 oktyabr 2023cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 məxsus elektron kabinetə yerləşdirilmişdir.
11. Göründüyü kimi, iddiaçıya münasibətdə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4937/2023 saylı qətnaməsindən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 11 dekabr 2023-cü il tarixə təsadüf edir.
12. İş materiallarından görünür ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4937/2023 saylı qətnaməsindən 22 dekabr 2023-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət bitdikdən sonra kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir.
13. İşin halları baxımından prosessual müddətin bərpası üçün üzrlü səbəb sayıla biləcək hallar mövcud deyil. İddiaçının nümayəndəsi-vəkili qətnamədən ağlabatan müddətdə şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim etməmişdir. Təqdim etdiyi ambulator kartadan çıxarışın alınma tarixi də məhz kassasiya şikayətinin və iddiaçı ilə bağladığı müqavilə əsasında verilmiş vəkil orderinin tarixi eynilik təşkil edir. Göründüyü kimi, nümayəndə-vəkil xəstəlik barədə arayışı aldığı tarixdə həm də göstərilən hərəkətlər baş vermişdir.
14. İş materiallarından görünür ki, iddiaçı qətnaməni xx.xx.2023-cü ildə almışdır.
15. Məhkəmə kollegiyası hesab edir ki, həm nüm ayəndə-vəkil tərəfindən müddət xx.xx.2023-cü il tarixdən, iddiçı tərəfində isə müddət xx.xx.2023-ci il tarixindən ötürülməsi mübahisəsizdir.
16. Həmçinin nümayəndə-vəkil qətnamənin surətini aldıqdan sonra 2 ay müddətində xaricdə olmasına dair sübut təqdim etməmiş, etmiş olsa idi belə, yuxarıda sadalanan hərəkətlərin eyni tarixdə görülməsi ona dəlalət edir ki, o kassasiya şikayətini 2 ay ərzində vaxt taparaq iddiaçı ilə birlikdə vermək imkanına malik olmuşdur.
17. Həmçinin nümayəndə-vəkil qətnamənin surətini aldıqdan sonra 2 ay müddətində xaricdə olduğu təqdirdə iddiaçı ilə kassasiya şikayəti verilməsi üçün müvafiq müqavilə bağlamadığı üçün bu şikayəti verə bilməməsi halında belə, kollegiya hesab edir ki, bu artıq iddiaçının marağında olan məsələdir. Belə ki, ona qətnamənin aldığı tarixdə n 2 ay müddətinə şikayət verilməsinə dair qanunun tələbinin imtperativ olması izah edilmiş, nümayəndəsinin bu şikayət vermək imkanı olmadığı təqdirdə digər vəkil-nümayəndə vasitəsilə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək hüququ olmuşdur.
18. Yuxarıda göstərilən halları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının nümayəndəsi-vəkilinin ərizəsini əsaslandırdığı hallar məhkəmə aktından şikayət verməsinə maneə törədən hal kimi qiymətləndirilə və üzrlü hesab edilə bilməz
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 133.1, 408.1.4-cü maddələrinə, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətini n və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, **********581 nömrəli aviabiletdən göründüyü kimi xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən Frankurta getmiş və xx.xx.2023cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Bundan sonra xx.xx.2023 tarixdə Gürcüstanın Tbilisi şəhərinə getmiş və xx.xx.2023 tarixdə Tbilisidən Bakıya qayıtmışdır. Bu barədə pasportunda ölkədən getməyi və ölkəyə qayıtmağı barədə Dövlət Sərhəd Xidmətinin müvafiq ştampları vardır. Bakı şəhərinə qayıtdıqdan sonra səhhətində problemlər yaranmışdır. Kassasiya şikayətinin verilməsi üçün prosessual müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. xx.xx.2023-cü il tarixdə səhhəti ilə bağlı şikayətlərlə qeydiyyatda olduğu ərazi üzrə Bakı şəhəri 16 saylı şəhər Poliklinikasına müraciət etmiş, sahə həkimi tərəfindən 14 günlük müalicə təyin edilmişdir. Ambulator kartadan çıxarış bu faktı təsdiq edir. Kassasiya şikayətinin vaxtında verilə bilməməsi üçün üzürlü səbəblər olduğu halda məhkəmə kollegiyası qanunsuz olaraq prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin edilməməsini və kassasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Məhkəmə qərardadında kassasiya şikayətinin verilməsi müddətinin bitməsinə üç gün qalmış iddiaçının xəstələnməyi haqqında müalicə müəssisəsinin arayışına heç bir qiymə t verməmişdir və ezamiyyətdə olmağına bağlı kifayət qədər sənədlərin təqdim edilməməsini, vəkil orderinin arayışla eyni tarixdə verilməsini bəhanə edərək prosessual müddətin bərpa edilməsindən imtina etmişdir. Məhkəmə nəzərə almayıb ki, bu işdə çıxış edən vəkil həm də vəkil bürosunun müdiridir və orderi məhs o təsdiqləməli idi.
22. İddiaçı qeyd etmişdir ki, işdə vəkil kassasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətinin bərpası haqqında ərizəni də məhkəməyə vermişdir və həmin ərizəsinə prosessual müddəti dövründə başlayaraq şikayətin verildiyi tarixə kimi vəkilin və nümayəndənin xəstə olması haqqında rəsmi dövlət mualicə müəsssisəsindən arayışı təqdim etmişdir. Həmin arayışın məhkəmə tərəfindən nəzərə alınmaması qanunsuzdur və iddiaçının məhkəmə qərarından şikayət vermək hüququ nu pozur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
24. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
27. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qərardad tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. İddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair dəlillərini araşdıran apelyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4937/2023 saylı qətnaməsi 09 oktyabr 2023cü il tarixdə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 məxsus elektron kabinetə yerləşdi rilmişdir. Qətnamədən kassasiya şikayəti ilə müraciət edilməsinin son günü 11 dekabr 2023-cü il tarixə təsadüf etmiş, kassasiya şikayəti və müddətin bərpası barədə ərizə 22 dekabr 2023-cü il tarixdə verilmişdir. İşin halları baxımından prosessual müddətin bərpası üçün üzrlü səbəb sayıla biləcək hallar mövcud deyil. İddiaçının nümayəndəsivəkili qətnamədən ağlabatan müddətdə şikayət verə bilməsinə maneə törədəcək üzrlü səbəblərlə (xəstəlik, ezamiyyət, qarşısı alınmaz qüvvənin təsiri və s.) qarşı-qarşıya qalmış olmasına dair hər hansı sübut təqdim etməmişdir. Təqdim etdiyi ambulator kartadan çıxarışın alınma tarixi də məhz kassasiya şikayətinin və iddiaçı ilə bağladığı müqavilə əsasında verilmiş vəkil orderinin tarixi eynilik təşkil edir. Göründüyü kimi, nümayəndə-vəkil xəstəlik barədə arayış ı aldığı tarixdə həm də göstərilən hərəkətlər baş vermişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı qətnaməni xx.xx.2023-cü ildə almışdır. Həm nümayəndə-vəkil tərəfindən müddət xx.xx.2023-cü il tarixdən, iddiçı tərəfində isə müddət xx.xx.2023-ci il tarixindən ötürülməsi mübahisəsizdir. Nümayəndə-vəkil qətnamənin surətini aldıqdan sonra 2 ay müddətində xaricdə olmasına dair sübut təqdim etməmiş, etmiş olsa idi belə, yuxarıda sadalanan hərəkətlərin eyni tarixdə görülməsi ona dəlalət edir ki, o kassasiya şikayətini 2 ay ərzində vaxt taparaq iddiaçı ilə birlikdə vermək imkanına malik olmuşdur.
32. Göründüyü kimi, apellyasiya məhkəməsi müddətin ötürülməsinin iddiaçının və ya onun nümayəndəsinin (vəkilinin) iradəsindən asılı olmayan, onlar tərəfindən onların dəf edilməsi mümkün olm ayan hallardan irəli gəlməsini müəyyən etməmişdir.
33. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən ona təqdim olunan sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hə rəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
35. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməməsi və şikayətin geri qaytarılması qanuni və əsaslı olmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasi ya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4937/2023 nömrəli, 6 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.