Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1347/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah vaxtı inşa edilmiş özbaşına tikiliyə köçürülmə, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1719/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlərin kassasiya şikayətinə 05 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh1 5 dekabr 2007-ci ildə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşaqları vardır.
2. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-909/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 İddiaçı ilə nikahı pozulmuş, birgə nikahdan olan uşaqlar İddiaçı himayəsində saxlanılmış, Cavabdeh1 hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment tutulmuşdur.
3. Cavabdeh2 həyətyanı sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Bir ev 1985-ci ildə, digər ev isə 2009-cu ildə tikilmişdir. 1985-ci ildə tikilmiş ev də Cavabdeh2, X1, X6, Cavabdeh1, X7 birgə yaşamışdır.
4. Cavabdeh1 2006-cı ildə, X7 isə 2008-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamışlar.
5. Sonradan Cavabdeh2 həyətyanı sahəsində 2009-cu ildə ikinci ev tikilmişdir və Cavabdeh1 ailəsi ilə birlikdə köçərək 2023-cü ilədək həmin evdə yaşamışlar. Hazırda 1985-ci ildə tikilmiş evdə Cavabdeh2, X1 və X7 ailəsi ilə birlikdə yaşayır.
6. DT və XK-i tərəfindən verilmiş elektron baza məlumatlarında Cavabdeh2 ümumi birgə adına Qazax rayonu X kəndində JN: 259 nömrəli dövlət aktı ilə 1.67 ha kənd təsərrüfatı təyinatlı və JN: 52F nömrəli şəhadətnamə ilə 0.12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 58 nömrəli qeydiyyat vəsiqəsi əsasında Qazax rayonu, X kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir, lakin hüquqları dövlət reyestrində qeydiyyata alınmadığı üçün həmin fərdi evinin hansı torpaq sahəsi üzərində yerləşməsi barədə məlumat verilməsi mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə və sərəncamında olan Qazax rayonu X kəndində yerləşən yaşayış evinə köçürülmə və evin yaşayış sahəsindən (uşaqları ilə birlikdə) istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə qurduqdan sonra iddiaçı Cavabdeh2 (qayınatasına) məxsus yaşayış evinə gəlin köçmüşdür. Lakin sonradan qayınatası 20 08-ci ilin sonunda özünə məxsus torpaq sahəsindən onlara ev tikdirmək üçün torpaq sahəsi ayırmışdır. İddiaçı Cavabdeh1 ilə ev tikdirmiş və 2010-cu il tarixdə övladları ilə birlikdə həmin evə köçmüşlər. İddiaçının Cavabdeh1la xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. İddiaçı hazırda övladları ilə birlikdə atasına məxsus yaşayış evində yaşayır. İddiaçı atası evində yaşamasına baxmayaraq, cavabdehlərin sərəncamında olan yaşayış evində qeydiyyatdadır. Cavabdeh1 valideyn kimi uşaqlarına heç bir əlavə yardım etmir ki, iddiaçı övladlarını kirayədə saxlaya bilsin. Belə ki, iddiaçının atası evində yaşayış acınacaqlı vəziyyətdədir.
9. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz verərək, göstərmişdir ki, tərəflər xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonradan Qazax Ray on Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İstər nikahdan əvvəl, istərsə də nikah dövründə, ümumiyyətlə, Cavabdeh1 mülkiyyətində hər hansı yaşayış evi və ya torpaq sahəsi olmamışdır. Hazırda Cavabdeh1 atasının mülkiyyətində olan torpaq sahəsində 2 fərdi yaşayış evi mövcuddur. Onlardan biri kənd icra nümayəndəliyinin arayışında qeyd edildiyi kimi 1985-ci ildə, digəri isə 2009-cu ildə tikilmişdir. Cavabdeh1 iddiaçı ilə ailə qurduqdan sonra atası tərəfindən 1985-ci ildə tikilmiş evdə, sonradan isə atası tərəfindən 2009-cu ildə tikilmiş digər evdə yaşamışdır. Həmin vaxt atası evi yalnız müvəqqəti istifadə üçün onlara vermişdir. Əslində Cavabdeh1 atası həmin evi kiçik oğlu Valeh Seyidov üçün tikmişdir. Cavabdeh1 isə kənddə başqa bir yerdə torpaq alıb ev tikdirmək fikrində olmuşdur. Sadəcə həmin vaxt Cavabdeh1 evə ehtiyacı olduğu üçün atası özünə ev tikdirənə kimi yeni tikdiyi evdə onun müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh1 ayrı təsərrüfat olsa da, hazırda kəndin ərazisindən ona torpaq verilmədiyi üçün adına hər hansı torpaq sahəsi, eləcə də fərdi yaşayış evi olmamışdır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubda da fərdi yaşayış evlərinin Cavabdeh2 həyətyanı sahəsində yerləşdiyi qeyd edilmişdir. Eyni zamanda sözügedən fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsi barədə Qazax rayon Aqrar İslahat Komissiyasının qərarında hətta Cavabdeh1 adı mülkiyyətçi kimi göstərilmədiyindən həmin fərdi yaşayış evlərinə onun heç bir gözlənilən mülkiyyət hüququ da olmamışdır. Bu nunla belə, iddiaçı yaşayış sahəsindən iddia etdiyi istifadə hüququna malik olmasını təsdiq edən, yəni nikah dövründə yaşadığı evin keçmiş həyat yoldaşı Cavabdeh1 mülkiyyətində olmasını və ya yaşadığı evin mülkiyyətçisi olan qayınatası Cavabdeh2 ilə istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş razılaşmasının mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 adının abonent kimi qeyd olunduğu "Azəriqaz" İstehsalat Birliyinə məxsus “Bildiriş-Xəbərdarlıq” vərəqəsini iddiaçı sübut kimi məhkəməyə təqdim etmişdir. Halbuki atasına məxsus fərdi yaşayış evi qazlaşdırılan zaman evdə yalnız Cavabdeh1 olduğu üçün qaz təchizatı ilə bağlı sənədləşmələr onun adına aparılmış və abonent kimi onun adı qeyd edilmişd ir. Şəxsin mülkiyyət hüququ isə hər hansı kommunal xidmətlərə görə təqdim edilmiş “BildirişXəbərdarlıq” vərəqəsinə görə deyil, yalnız daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumatlarına əsasən müəyyən edilə bilər. Nəzərə alınmalıdır ki, qaz təchizatı haqqında qanunvericiliyə görə istehlakçının qazla təchiz edilməsi haqqında müqavilə tək təbii qazla təchiz olunan (kirayə, icarə və s.) şəxslərlə də bağlanıla bilər. Hazırda qaz və elektrik enerjisinin alqı-satqısı barədə müqavilələr X2, yəni cavabdehin kiçik qardaşının adına rəsmiləşdirilmişdir. Beləliklə, Cavabdeh2 məxsus yaşayış evindən iddiaçı və onun uşaqlarının hər hansı istifadə hüquqları mövcud olmadığından yaşayış sahəsindən istifadə hüquqlarının verilməsinə dair iddia tələbi təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən evin yerlədiyi torpaq sahəsinə baxış keçirmiş, müəyyən etmişdir ki, bir həyətdə iki ev vardır. Cavabdeh2 hazırda onun yaşadığı evin 1985-ci ildə, digər, qapısı bağlı olan evin isə 2009-cu ildə tikildiyini, tikilmiş ikinci evin oğlu Cavabdeh1 məxsus olmasını bildirmişdir. İddiaçıya məxsus cehiz əşyaları və digər əşyalar həmin evdə yerləşir.
11. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin olunmuş, iddiaçının (uşaqları ilə birlikdə) Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun X kəndində yerləşən (2009-cu il tikilmiş) fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Nemət Musayev)
12. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehlərin istifadəsində olan evə köçürülməsi ilə tələbinə qiymət verərkən, ilk növbədə mübahisəli fərdi yaşayış evinin kimin mülkiyyətində olması ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edərək göstərmişdir ki, iş materialları və iddiaçının nümayəndəsinin izahatına əsasən mübahisəli fərdi yaşayış evi Cavabdeh2 Ziyaddin oğluna məxsus torpaq sahəsində inşa edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə və mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır.
13. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasını və onun əsasında da iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması ilə bağlı iddiaçının cavabdehə qarşı iddia irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəy yən edilməsini zəruri hesab edərək qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi iddiaçı Cavabdeh1 arvadı olmaqla 2010-cu ildə uşaqları ilə birlikdə cavabdehin ailə üzvləri kimi mübahisəli fərdi yaşayış evinə köçmüş və orada yaşamışlar. 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
14. İddiaçı uş aqları ilə birlikdə cavabdehin ailə üzvü olaraq mübahisəli mənzilə köçmüşlər və orada yaşamışlar. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı uşaqları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə 2010-cu il tarixdə köçdüyündən, 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı mübahisəli mənzilə münasibətdə evdə yaşamaq hüququna malik olmasını təsbit etdiyi şəxslərin dairəsinə daxil olduğundan iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb etmək hüququ mövcud olmuşdur.
15. Birinci instansiya məhkəməsi iddianın “evdən istifadə hüququnun tanınması” hissəsini isə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinadla təmin etməmişdir.
16. Birinci instansiya mə hkəməsi gəldiyi nəticəni Mənzil Məcəlləsinin (yeni) 30.1, 30.4-cü, Mənzil Məcəlləsinin (köhnə) 53, 54-cü, Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normas ının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarının mövcud olmaması barədə nəticəyə gəlsə də, digər tərəfdən onun həmin evə köçürülməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, hər hansı şəxsin məhkəmə qaydasında evə köçürülməsi həmin şəxsin həmin evdə yaşamasını, başqa sözlə həmin evdən yaşayış məqsədləri üçün istifadə etməsini nəzərdə tutur. Yaşayış sahəsindən təyinatı üzrə əsas istifadə əlaməti insanın yaşayış sahəsində yaşamasıdır. Belə olduğu halda, məhkəmənin özünü də təsdiq etdiyi halda mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları olmayan şəxsin yaşamaq üçün həmin evə köçürülməsi ziddiyyətli və əsassız yanaşmadan başqa bir şey deyildir. Qətnamənin əs aslandırıcı hissəsində qeyd edilənlərdən göründüyü kimi, məhkəmə, mübahisəli fərdi yaşayış evinin Cavabdeh2, yəni iddiaçının keçmiş qayınatasına məxsus olmasını və onun fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququnun olmasını işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Bununla yanaşı məhkəmə, Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə əsaslanmaqla iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini qət etmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən m ülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, əvvəla, məhkəmənin istinad etdiyi qaydalarda söhbət sadəcə köçürülmədən deyil, müəyyən hüquqi şərtlərin mövcudluğu halında müəyyən müddətə istifadə hüquqlarının saxlanmasından gedir. Nəzərə almaq lazımdır ki, göstərilən hüquqi şərtlər məcmu halda mövcud olduğu halda mülkiyyətçinin keçmiş ailə üzvünün müəyyən müddətə istifadə hüquqlarının saxlanmasından söhbət gedə bilər. 30.1-ci maddədə isə mülkiyyətçinin ailə üzvləri hesab edilən şəxslərin dairəsi göstərilmişdir. Həmin maddəyə görə mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri ilə yanaşı mülkiyyətçi tərəfindən yaşayş sahəsinə köçürülmüş digər qohumlarının, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxslərin də mülkiyyətçinin ailə üzvləri hesab edilə biləcəyinin mümkünlüyü qeyd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin irəli sürdüyü dəlillərdən görünür ki, məhkəmə bu qənaətə gələrkən iddiaçını, yəni mülkiyyətçi olan cavabdehin – Cavabdeh2 gəlinini əsassız olaraq onun yaşayış sahəsinə köçürdüyü digər qohumu kimi qəbul edərək səhv nəticəyə gəmişdir. Məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Az ərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin 83-92-ci maddələrində özünün saxlanmısını tələb etmək hüququ olan qohumlar kimi qardaş-bacı, baba və nəvə, yetirmələr və faktiki tərbiyəçilər, ögey oğul-qız və ögey ata-ana göstərilmişdir. İddiaçının fərdi yaşayış evinin mülkiyyətçisi olan Cavabdeh2 keçmiş gəlini olduğu nəzərə alınsa, o, Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən mülkiyyətçidən özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsinə daxil olmadığından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin nəzərdə tutduğu mənada mülkiyyətçinin ailə üzvü hesab edilə bilməz. Beləliklə də məhkəmə, mülki qanunvericiliyə əsasən fərdi yaşayış evindən istifadə hüququ yaranmamış və mənzil qanunvericiliyinə əsasən istifadə hüququnun saxlanmasını tələb etmək hüququna malik olmayan iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1719/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, İddiaçı (uşaqları ilə birlikdə) Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan, Qazax rayonunun X kəndində yeləşən (2009-cu ildə tikilmiş) fərdi yaşayış evinə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev)
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməli olması barədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki münasibətlər 2009-cu ilin sonlarından yarandığından mübahisəyə Mənzil Məcəlləsinin 30-cu müddəalarının normaları tətbiq olunmamalı idi. Belə ki, nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməli deyildir.
21. Apellyasiya instansiyası məhkəməsi ona görə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamışdır ki, tərəflərin 2007-ci ildən nikahın rəsmən qeydə alındığı işin mübahisəsiz halla rıdır. Faktiki ailə münasibətlərində yaşayan şəxslərin birgə təsərrüfat aparmaları və bu təsərrüfat daxilində əmlak (hüquqları) əldə etmələri mümkündür. Mübahisə halında bunu iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Rəsmən nikahda olan ər-arvadın ailə birliyi isə ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah dövründə qazanılmış mübahisəli əmlakın belə təsərrüfatla əldə edilmədiyini iddia edən tərəf öz iddiasını sübut etməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha girmiş, birgə ailə kimi yaşadıqları dövrdə Qazax rayonu, X kəndində JN-052F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında cavabdehin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsində ayrıca fə rdi yaşayış evi inşa edilmiş və tərəflər köçərək orada yaşamışlar. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, Cavabdeh2 də mülkiyyətçisi olduğu torpaq sahəsində yerləşən mübahisəli evin tərəflərin rəsmi nikahı dövründə (2009-2010) tikilməsi müəyyən olunmuşdur.
23. Məlum olduğu kimi, ər-arvad statusunda olmayan şəxslər arasında yaranmış əmlak münasibətləri mülki qanunvericiliyin ümumi əmlakın əldə edilməsi və istifadəsinə dair qaydaları ilə, ər-arvad arasındakı əmlak münasibətləri isə əsasən ailə qanunvericiliyi ilə tənzimlənir.
24. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarı na istinadən göstərmişdir ki, əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan, ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir. Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Beləliklə, istər faktiki, istər rəsmi ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.
25. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özb aşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır.
27. İşin digər mübahisə edilməyən h alları ilə iddiaçının həmin evdən 2009-cu il tarixdən yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçının uşaqları ilə 2023-cü ilədək həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması müəyyən edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı birgə nikah dövründə inşa etdikləri mübahisəli evdən 2009-cu ildən 2023-cü ilədək fasiləsiz istifadə etmiş, uşaqları ilə birlikdə orada yaşamış, ümumi təsərrüfat aparmışdır. İddiaçıya məxsus bütün əmlaklar da hazırda həmin evdədir. Bununla da, iddiaçının həmin evə köçərək yaşamaq hüququ yaranmışdır.
29. Qeyd edilənlər iddiaçının himayəsində olan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməs inə əsas verir. Çünki Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
30. Apellyasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, cavabdeh mübahisəli əmlakın onun atası tərəfindən tikilməsini və bütün xərclərin atası tərəfindən çəkilməsi barədə göstərdikləri əsassızdır. Çünki, cavabdehin qeyd etdikləri yalnız formal mülahizələrə söykənir və hər hansı sübutla təsdiq edilmir. Halbuki, həmin halları sübut etmə öhdəliyi MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür.
31. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırıb ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
32. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi mübahisəli əmlaka istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir. Belə ki, baxılan işin mübahisələndirilməyən halına görə mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada razılaşmanın ba ğlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir.
33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2-ci, Mülki Məcəllənin 11.1, 11.2, 13.4, 164.1, 164.2, 180.1, 180.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdehlər (vəkil: Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil məhkəmə prosesində nümayəndə qismində tək Cavabdeh1 deyil, onunla bərabər verilmiş etibarnamə və vəkil orderi əsasında digər Cavabdeh2 da mənafeyini təmsil etmiş və onun tərəfindən verilmiş apellyasiya şikayəti hər iki cavabdehin adından verilmişdir. Digər tərəfdən, apellyasiya instansiya məhkəməsi öz qətnaməsinin nəticə hissəsinin 2-ci hissəsində Qazax rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-430/2024 nömrəli qətnaməsininin ləğv edilməsi və yeni qətnamənin çıxarılması barədə nəticəyə gəlsə də, növbəti hissədə mahiyyət etibarilə həmin qətnaməni olduğu kimi saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə “sübut etmə yükü” məsələsinə düzgün yanaşmamış, mülki-prosessual qanunvericiliyin istinad etdiyi maddəsini tərəflərin prosessual münasibətlərinə düzgün tətbiq etməmişdir. Əvvəla, məhkəmə nəzərə almamışdır ki, mübahisəli fərdi yaşayış evinin iddiaçı ilə Cava bdeh1 birlikdə tikdirməsini iddiaçı öz iddia ərizəsində iddia etmiş, başqa sözlə bu dəlilini iddia tələbini əsaslandıran hal kimi iddia ərizəsində göstərmişdir. Məhkəmənin istinad etdiyi MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də mübahisəli fərdi yaşayış evinin iddiaçı ilə cavab Cavabdeh1 tərəfindən tikilməsinə dair iddia ərizəsində göstərilən halı sübut etmək cavabdehin deyil, iddiaçının vəzifəsi olmuş, iddiaçı isə həmin halı sübut edə bilməmişdir. Cavabdehlər tərəfindən təqdim edilmiş qeyd edilən sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmiş, həmin sübutlara ümumiyyətlə münasibət bildirilməmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslandırmaq üçün irəli sürdüyü dəlil lərdən biri də mübahisəli fərdi yaşayış evinin özbaşına, yəni qanunsuz tikili olması barədə olmuşdur. Lakin nəzərə alınmaldır ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları göstərilən şəxslərin mülki qanunvericiliyə əsasən şəhadətnamədə göstərilən torpaq sahəsində tikilmiş hər iki fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Təsadüfi deyildir ki, məhkəmə prosesi dövründə həmin torpaq sahəsində mübahisəli fərdi yaşayış evindən əvvəl tikilmiş fərdi yaşayış evi üzərində artıq Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.
1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onupozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktiki sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılı r. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkə mə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya baxışını predmedti və apelyasiya instansiyası məhkəməsinin qətnaməni iddianın təmin edilən hissəsi üzrə olub. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa dşülür.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
42. İddia tələbi özbaşına tikinti hesab edilən evə köçürülmə barədədir. İddiaçı mübahisəli evi keçmiş əri ilə birgə inşa etməsinə, uzun müddət ailə olaraq orada yaşamalarına istinad etmişdir.
43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisədə adı keçə ev iddiaçı ilə onun keçmiş ərinin birgə nikahı vaxt ı tikilmiş, həmin evin digər Cavabdeh2 tərəfindən tikilməsi təsdiqini tapmamış, iddiaçının həmin evdə uşaqları ilə birlikdə 2009-cu ildən 2023-cü ilədək həmin evdə yaşaması, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyalarının hazırda da həmin evdə olması müəyyən edilmişdir
44. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə isə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.
45. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-32-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmiş və həmçinin gəlinən nəticə ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Plenum qərarında əks edilən hüquqi mövqeyə də uyğun olmuşdu r.
47. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
48. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər cavabdehlərin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, iddianı qismən təmin etmiş, etirazın dəlillərini qəbul etməmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gənc ə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1719/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.