Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1942/2025 24.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4, X5 və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə, gözlənilən mülkiyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4, X5 və X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşı fərdi yaşayış evinə köçürülmə və mənzildən istifadə hüququnun tanınması tələbinə dair Şirvan Apellyasiya Məh kəməsinin Mülki kollegiyasının 2(106)-405/2025 nömrəli iş üzrə 6 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında təsərrüfat Cavabdeh2 məxsusdur. İddiaçı cavabdehin ailə üzvü kimi 2007-ci ildən etibarən cavabdehə məxsus olan Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə gəlin köçərkən cavabdehin heç bir qeyd-şərti olmadan iddiaçı on altı il yaşamışdır. İddiaçının 2023-cü ildə həmin mənzili tər k etməsinə səbəb əri-Cavabdeh1 ilə aralarında yaranmış münasibətlərin pozulması olmuş, hansı ki, sonda nikahın pozulması ilə nəticələnmişdir. İddiaçının mənzili tərk edərkən əşyalarını aparmaması isə iddiaçı tərəfdən mənzili tərk etmənin müvəqqəti xarakter daşıdığını təsdiq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülməsi və həmin evdən (mənzildən) istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki Cavabdeh1 keçmiş əri, digər Cavabdeh2 isə keçmiş qaynat asıdır. O, 23 avqust 2007-ci ildə Cavabdeh1lə dini nikahla ailə həyatı quraraq Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərək on altı il həmin mənzildə yaşamış, 11 sentyabr 2009-cu ildə Cavabdeh1 ilə aralarında rəsmi nikah qeydi bağlanmışdır. Həmin mənzildə yaşadığı müddətdə 09 iyul 2008-ci ildə Sevgi, 08 iyul 2009-cu ildə Yamur və 15 iyun 2011-ci ildə Sərvət adlı üç nəfər uşaqları anadan olmuşdur. Cavabdeh1 evdə narazılıq, dava-dalaş salaraq onu 07 iyul 2023-cü il tarixdə yaşadığı ər evindən qovmuşdur. Bundan sonra cavabdehin tələbi əsasında 05 avqust 2024-cü il tarixdə Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. 16 il gəlin kimi yaşadığı mübahisəli mənzildə özünə və uşaqlarına aid əşyaları, cehiz əmlakları qalmış, cavabdehlər isə onu həm in mənzilə qayıdıb yaşamasına imkan vermirlər. Hazırda qeyd olunan əşyalar həmin mənzildədir. Cavabdehlərin bu hərəkəti qanunsuz və əsassızdır. Saatlı rayon Mustafabəyli kəndindəki daimi pasport qeydiyyatında olmaqla yaşadığı evə istifadə hüququnun tanınmış hesab edilməsi və yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin mənzilə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş edir.
4. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsi (hakim İ.Abuşov) ilə iddia qismən təmin edilmiş, İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X2, 08 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2011-ci il təvəllüdlü X7 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında C avabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 25 (iyirmi beş) manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrində ifadə olunmuş maddi hüquq normasına uyğun həll edilməlidir. Belə ki, həmin norma mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş normadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci ma ddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Maddənin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddənin 4-cü hissəsinə görə bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeydşərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
6. Məhkəmə işin faktiki hallarına əsasən qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. İddiaçının nikahı pozulmuş olsa da, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq “icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam edən icarədarın oğlunun keçmiş arvadı” sayılır. Bundan başqa, hazırda iddiaçı ilə birlikdə Bakı şəhərində yaşayan üç nəfər uşaqlar - 09 iyul 2008-ci il təvəllüdlü X2, 08 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2011-ci il təvəllüdlü X7 doğulduqları andan valideynləri ilə birlikdə iddiaçının mübahisələndirdiyi həmin fərdi yaşayış evində yaşamışdırlar. 7. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsinə əsasən, “Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır”. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərini n yaşayış yeri sayılır.
8. Məhkəmə hesab etmişdir ki, İddiaçı, üç nəfər uşaqları (09 iyul 2008-ci il təvəllüdlü X2, 08 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2011-ci il təvəllüdlü X7) ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülmələrini tələb etməkdə haqlıdır. Lakin iddia tələbinin mübahisəli yaşayış evindən istifadə hüququnun tanınması hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, qanunvericiliyə əsasən yaşayış evinə istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırki halda isə mübahisə li yaşayış evinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Buradan da görünür ki, iddiaçının mənzildən istifadə hüququnun tanınması barədə tələbi əsaslı deyildir. Ona görə də iddia qismən təmin edilməli, iddianın - İddiaçı və onun üç nəfər uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X2, 08 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2011-ci il təvəllüdlü X7 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi hissəsi təmin edilməli, iddianın mənzildən istifadə hüququnun tanınması hissəsi təmin edilməməlidir. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu və 25 manat mediasiya xərci, cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 mütərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməlidir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3, 27.2 maddələri, 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80 və 217.4, 119.1-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 1-ci hissəsi, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsi, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsi ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
10. Qətnaməd ən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ona 07 dekabr 2024-cü il tarixdə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin əsassız və qanunsuz olmasına dair kifayət qədər hüquqi əsaslar vardır. Məhkəmə qətnaməsi 04 dekabr 2024-cü il tarixdə çıxarılsada 2 gün sonra 06 dekabr 2024-cü il tarixdə poçta, 1 gün sonra isə yəni, xx.xx.2024-cü il tarixdə ona təqdim olunub. Qətnamənin çıxarılması ilə ona təqdim olunması arasındakı müddət 3 gün olmuşdur. Sanki Qətnamə əvvəlcədən hazır imiş, məhkəmə prosesi görüntü olaraq keçirilmişdir. Bu faktlar məhkəmə qətnaməsinin əsassız və qanunsuz olmasına əsas vermişdir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi uyğun deyildir. İddiaçı öz iddiasını hüquqi nöqteyi nəzərdən sübuta yetirə bilməmiş, məhkəmə isə qüvvədə olan mövcud qanunvericiliyin tələblərini kobudcasına pozaraq bir tərəfin formal mülahizələrinə əsas verərək birtərəfin xeyrinə nəticələnən əsassız və qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun mülkiyyət, sahiblik, istifadə, sərəncam vermək hüquqları pozulmuşdur. (MM-nin 152- ci maddəsi) Məhkəmə qətnaməsi ilə iddiaçının ona məxsus evə köçürülməsi təmin edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İddiaçının onun evinə köçürülməsi, lakin oradan istifadə hüququ əldə etməməsi necə mümkün olmuşdur, şübhəlidir. Mənzilə köçürülən şəxs orada yaşamaq və istifadə etmək hüququ əldə edir. Bu da Mülki Məcəllənin 152-ci maddəsinin tələblərinin kobudcasına pozulmasına gətirib çıxarır. İddiaçı və onun uşaqla rı onun evində qeydiyyatda deyildirlər. Sözügedən fərdi yaşayış evi onun mərhum atası Məcid Fərzəliyev tərəfindən inşa edilib, həmin ev ona qalmışdır, daşınmaz əmlak üzərində hər hansı bir hüququn iddiaçıya verilməsi yol verilməzdir və qanunaziddir. İddiaçı yalnız birgə nikah dövründə əldə etdiyi daşınar və daşınmaz əmlaklara qarşı iddialı ola bilər. Onun fərdi yaşayış evi ilə iddiaçının heç bir hüquqi əlaqəsi və bağlantısı yoxdur. Məhkəmə qətnamə çıxararkən bu barədə heç bir araşdırma aparmamış, iddiaçının formal mülahizələrinə hüquqi əsaslar verməklə özgə mülkiyyəti üzərində qanunazidd və süni hüquqlar yaradan qanunsuz qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən AR Mənzil Məcəlləsinin 29-30-cu maddələrinin tələblərini kobudcasına pozmuşdur. Belə ki, iddiaçı onun yox onun oğlunun ailə üzvüdür. İddia tələbi ona qarşı yox digər cavabdehə (oğluna) qarşı olunmalı idi. Ona görə də məhkəmə qətnamə çıxararkən ciddi və kobud qanun pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarı ilə ciddi qanun pozuntuları ilə çıxarıldığı üçün apellyasiya qaydasında ləğv edilməli, apellyasiya şikayəti təmin edilməklə Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 0(055)- 1294/2024 saylı qətnaməsinin ləğv olunması barədə ədalətli qərar qəbul edilməlidir.
12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-405/2025 nömrəli iş üzrə 06 mart 2025-ci il tarixli qətnaməsi ilə (M.Əsədli (sədrliyi və məruzəsi ilə), hakimlər İ.Əsədov və A.Novruzovadan ibarət tərkibdə) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin e dilmiş, Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(055)-1294/2024 saylı qətnaməsi qismən, “İddiaçı və onun üç azyaşlı uşaqları 09 iyul 2008-ci il təvəllüdlü X2, 08 iyul 2009-cu il təvəllüdlü X3 və 15 iyun 2011-ci il təvəllüdlü X7 ilə birlikdə Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında Cavabdeh2 məxsus təsərrüfatda qeydiyyatda olan fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
14. Mənzilə və ya fərdi yaşayış evindən çıxarılma və köçürülmə barədə mübahisələrə hüquqi qiymət verilərkən başlıca olaraq aşağıdakı əsas i ki meyar tədqiq edilməlidir. -Mübahisə obyektinin (yaşayış sahəsinin) hüquqi statusu; -İddiaçının və cavabdehin mübahisə obyekti ilə bağlı yaranan hüquq münasibətlərinin əsasları.
15. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında olan tərərrüfat Cavabdeh2 məxsus olmuşdur.
16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablard an çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydə alınması üçün əsasdır.
17. Göründüyü kimi, Cavabdeh2 məhkəmə mübahisəsi yaranana qədər yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən fərdi yaşayış evinə onun gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Yuxarıda qeyd edilən fərmanla dövlət cavabdehin yaşayış sahəsi üzərində ilkin mülkiyyət hüquqlarının yaranmasını qanuni hesab edir, həmin qeydiyyatı (təsərrüfatbaşına kitabdakı qeydiyyatı) tam mülkiyyət hüququnun qeydə alınması üçün ilkin hüquqmüəyyənedici sənəd kimi tanımışdır.
18. Məhkəmə qeyd etm işdir ki, mübahisəyə qədər Cavabdeh2 yaşayış evinə tam mülkiyyət hüququ yaranmasa da, qeyd edilən ev təsərrüfatbaşına kitabda qeydiyyata alındığı üçün özbaşına tikili kimi qəbul edilə bilməzdi. Həmçinin yaşayış evinin təsərrüfatbaşına kitabda qeyd edilməsi ona hüquqlarını qeydə aldırmaq üçün əsas verir. Yəni qeyd edilən tikili üzərində Cavabdeh2 gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma olmamış, hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir.
19. Apellyasiya mərhələsində məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 məhkəməyə mübahisəli fərdi yaşayış evinin onun m ülkiyyətində olmasına dair çıxarış təqdim etmişdir.
20. Həmin çıxarışın sübut kimi qəbul edilənliyi məsələsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etmişdir:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Eyni zamanda Konstitusiya Məhkəməsinin bir çox qərarlarında Apellyasiya mərhələsində sübutların təqdim edilməsi ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, yeni və əlavə sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: -işə birinci ins tansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi, yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; -yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; -yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürsə onlar qəbul oluna bilməzlər; -apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzrlü h esab etsin.
23. Göründüyü kimi qaqnunverici sübutların yalınız birinci instansiya məhkəməsinə təqdim edilməsi ilə şərtləndirilmişdir. Apellyasiya mərhələsində sübutlar o halda təqdim edilə bilər ki, işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut etmiş olsun.
24. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
25. Hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsinin yekun aktı (qətnamə) xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir.
26. Göründüyü kimi Cavabdeh2 mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququna dair sənədini qətnamə qəbul edildikdən sonra almışdır. Yəni cavabdeh həmin sənədi birinci instansiya məhkəməsinə təqdim etmək imkanında olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin apellyasiya icraatı mərhələsində təqdim etdiyi yuxarıda qeyd edilən sənəd sübut növü kimi qəbul edilə bilər.
27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev Cavabdeh2 mülkiyyət hüququ ilə adına qeydə alınan zaman iddiaçı onun ailə üzvü olmamış, həmçinin iddiaçı Cavabdeh2 münasibətdə “digər qohumlar” kimi aid edilən şəxslər kateqoriyasına da daxil olmamışdır. Köçürülməsi arzu edilən ev üzərində mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə yarandığından, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və v əzifələrin həcminin dəyişilməsinə səbəb olduğundan Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarı baxımından tərəflər arasında münasibətə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. 28. 2009-cu ilin oktyabr ayının 1-dən sonra qayınata ilə gəlin arasında yaranmış mübahisələr Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən həll edilməlidir. Ona görə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarının müqaisəli təhlilinə əsasən gəlin mülkiyyətçinin (hazırki mübahisəyə uyğun olaraq qayınatanın) ailə üzvi (digər qohumların da ailə üzvi hesab edilməsi də nəzərə alınmaqla) hesab edilə bilməz. Belə olan halda, gəlin yalnız Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə əsasən mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən subyekt k imi qəbul edilməlidir.
29. Beləliklə mübahisə predmeti olan fərdi yaşayış evi üzərində Cavabdeh2 mülkiyyət hüququ mövcuddur. Cavabdehlə iddiaçı arasında isə fərdi yaşayış evindən istifadəsi ilə bağlı heç bir qanuni razılaşma yoxdur və hal-hazırda cavabdeh oğlu ilə ailə münasibətlərinin pozulması səbəbindən iddiaçını qəbul etmir. Yəni tərəflərin birgə yaşamaqla bağlı könüllü razılaşması da mümkün deyildir.
30. İddiaçı Cavabdeh1 ilə ailə-nikah münasibətlərində olması və digər cavabdeh keçmiş qayınatası Cavabdeh2 ailə üzvü olmasına istinad edərək Saatlı rayonu Mustafabəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsini tələb etməsi üçün heç bir maddi hüquqi əsası yoxdur, yəni iddiaçının tələb hüququ yaranmamışdır, iddianın təmini üçün heç bir maddi hüquqi əsas yoxdur.
31. Məhkəmə iddia tələbinin azyaşlı uşaqların mübahisəli fərdi yaşayış evinə köçürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının birgə yaşadıqları dövrdə üç uşaqlarının olması və uşaqları Sevgi və Yamurun həmin evdə qeydiyyatda olmaları əsası ilə onların evə köçürülməsini tələbinin heç bir maddi hüquqi əsas yoxdur. İşin araşdırılan hallarından görünür ki, tərəflərin birgə nikahdan doğulmuş üç uşağı iddiaçının yanında qalmışdır. İddiaçının uşaqlarının qeydiyyatda olmasına istinad edərək evə köçürülməsini tələb etməsi qanunvericiliklə yolverilməzdir. Çünki uşaqların yaşayış yeri valideynin yaşayış yeri üzrə müəyyən edilir.
32. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusyasının 13, 26 və 29-cu, Mülki Məcəlləsinin 146.1, 146.2 və 152.1-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30. 4 və 30.7-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, “X.Məmmədovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarına, MPM-nin 14.2, 77.1, 88 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayətinə görə məhkəmə iddiaçı Nigar Fərzəliyevin cavadeh və mülkiyyətçi Cavabdeh2 ailə üzvü o lmadığını əsas gətirərək Saatlı RM-nin qətnaməsini bu hissədə ləğv etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh qismində təkcə, Cavabdeh2 deyil, Cavabdeh1 də cəlb edilib. Digər tərəfdən mübahisələndirilən fərdi yaşayış evinin Çıxarışından aydın olur ki, sözügedən fərdi yaşayış evi yalnız Cavabdeh2 deyil, eyni zamanda iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh1 də ümumi birgə mülkiyyətindədir. Bundan savayı məhkəmə faktların xronoloji ardıcıllığına diqqət etməmişdir. Belə ki, cavabdehlər tərəfindən fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən Çıxarışın məqsədli şəkildə nikah pozulduqdan sonra məhz Cavabdeh2 adına rəsmiləşdirmişlər.
35. Məhkəmə qanun normasını düzgün tətbiq etməmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasə n yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Saatlı RM-nin xx.xx.2024-cü il tarixli, 2(055)1294/2024 saylı qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı Nigar Fərzəliyev Cavabdeh1 ailə üzvü kimi 2007-ci ildən etibarən cavabdehə məxsus olan Saatlı rayon İHB-nın Mustafabəyli kənd İƏD üzrə nümayəndəliyinin 7 saylı təsərrüfatbaşına kitabın 545-ci təsərrüfatında qeydiyyatda olan fərdi yaşayış evinə gəlin köçərkən cavabdehin heç bir qeyd-şərti olmadan iddiaçı on altı il yaşamışdır. İddiaçının 2023-cü ildə həmin mənzili tərk etməsinə səbəb keçmiş həyat yoldaşı ilə aralarında yaranmış münasibətlərin pozulması olmuş, hansı ki, sonda nika hın pozulması ilə nəticələnmişdir. İddiaçının mənzili tərk edərkən əşyalarını aparmaması isə iddiaçı tərəfdən mənzili tərk etmənin müvəqqəti xarakter daşıdığını təsdiq edir. Məhkəmə qanun normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, həmin maddənin 3-cü cümləsində qeyd olunub: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir”. Bu zaman “digər ailə üzvləri” deyiləndə mülkiyyətçinin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvünün (məs., mülkiyyətçinin oğlunun) ailə üzvü (arvadı) nəzərdə tutulur. Lakin razılıq notariat qaydasında olmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı qaydada bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mübahisəli İddiaçı yaşayış yeridir. Uzun illər həmin mənzild ə yaşamışdır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin Apellyasiya məhkəməsi İddiaçı uzun illər yaşadığı və istifadə etdiyi mənzildən istifadə hüququndan məhrum etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Cavabdeh2 kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
40. Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Maddə
29. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyə rini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
42. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
43. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
44. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
45. Maddə 30.1. Yaşayış sa həsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
46. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
47. Maddə 30.4. Əgər yaşayış sahəsinin mül kiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
48. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları araşdırmaq və qiymətl əndirmək səlahiyyətinə malik apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər öz təsdiqini tapmadığından apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
59. Beləliklə də, məh kəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın qismən təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-405/2025 nömrəli iş üzrə 6 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.