Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3094/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və digərlərinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə 03.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2025-ci il tarixli, 2(103)2688/2025 saylı qətnaməsindən Cavabdeh Teman oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 3 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2(004)-3254/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı2 arasında 19 may 2017-ci il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Onların birgə nikahlarından 3 uşaqları vardır: 26 oktyabr 2003-cü il təvəllüdlü HX, 7 iyun 2006-cı il təvəllüdlü X2, 12 avqust 2011-ci il təvəllüdlü X7.
2. Bakı şəhər Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 22 aprel 2024-cü il tarixli arayışına əsasən, İddiaçı2 11-ci Xrebovıy küçəsi 187D saylı evdə qeydiyyatdadır, həyat yoldaşı Cavabdeh məcburi köçkün kimi məskunlaşmışdır.
3. Bakı şəhəri, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 20 noyabr 2024-cü il və 23 iyul 2024-cü il tarixli arayışlarına əsasən, İddiaçı1 11-ci Xrebtovıy küçəsi 187 saylı evdə daimi qeydiyyatdadır. Cavabdeh, X2, X3, Hüseynov Telman Vasili oğlu, İddiaçı2 Qubadlı rayonundan məcburi köçkün kimi 56 MKİS-də qeydiyyatdadırlar.
4. Reyest Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 dekabr 2024-cü il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzilin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir.
5. Bakı şəhəri, Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 11 fevral 2025-ci il tarixli məktubuna əsasən, Cavabdeh qonşuların aktına əsasən 1992-ci ildən bu günədək ünvan 2 ünvanda yaşayır. İddiaçı2 2023-cü ilədək həmin ünvanda yaşayıb. İddiaçı1 isə bu ünvanda heç vaxt yaşamayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndəki icraat
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların 12 avqust 2011-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 3 ünvanda yerləşən mənzilə köçürülməsi, mənzildən yaşayış və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı övladları ilə birlikdə illərdir ki, ünvan 4 ünvanda yaşayır. İddiaçı1 ünvan 5 ünvanda olan bütün kommunal xidmətlər İddiaçı1 adınadır, ödənişləri o ödəyir. Lakin hazırda cavabdeh iddiaçıların yaşadığı və qeydiyyatda olduğu mənzili ələ keçirib, iddiaçıların mənzilə daxil olmasına icazə vermir və onlar evlərindən məhrum olmuşlar. İddiaçıların bütün əşyaları, şəxsi əşyaları qeyd olunan mənzildədir, cavabdehin mənzili ələ keçirməsi nəticəsində hazırda mənzil ə daxil ola bilmirlər.
8. Cavabdeh, iddia tələbinə etiraz ünvanlayaraq, iddianın təmin edilməməsini xahiş etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə ev 187D saylı ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar övladları ilə birlikdə mübahisəli mənzildə yaşamışlar, bütün şəxsi əşyaları həmin mənzildədir, lakin cavabdeh hazırda mənzili ələ keçirib və nəticədə iddiaçılar mənzildən istifadə edə bilmirlər. Qeyd edilən mənzil cavabdehin ailə üzvlərinə məxsus olmuş, hələ 1992-ci ildən X4 və cavabdeh qeyd edilən mənzildə yaşamışlar. Bu onu göstərir ki, hər iki iddiaçı sonradan, cavabdehin razılığı ilə mənzilə qeydiyyata dü şmüşlər. Əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu o deməkdir ki, iddiaçıların mənzildə qeydiyyatının olması onların həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas deyil.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)216/2025 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq, iddiaçıların və 12 avqust 2011-ci il təvəllüdlü X1 ünvan 6 ünvanda yerləşən mənzilə köçürülməsi və onların mənzildən yaşayış və istifadə hüquqlarının tanınması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı2 cavabdehlə 19 may 2017-ci il tarixdə rəsmi nikaha daxil olmasına baxmayaraq, daha əvvəldən faktiki nikah münasibətində olmuşlar. Qeyd olunan hal tərəflərin övladlarının xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü olması ilə də öz təsdiqini tapır. Daha sonra, tərəflərin münasibətləri korlanmış və onların nikahı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçılar həmin evin onların daimi yaşayış yeri olduğunu bildirirərək mübahisəli mənzilə köçürülməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməyərək iddiaya etiraz etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 ünvan 7 ünvanda qeydiyyatda olmaqla, həmin evlə bağlı kommunal xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilələr də onun adına bağlanmışdır. ünvan 8 ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili hesab olunur. Cavabdehin həmin evdə qeydiyyatı yoxdur.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli tikili iddiaçıların daimi yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.
13. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o, halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının yaşadığı tikili özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 5.3, 11.1, 27, 152.1, 152.3, 180.1, 180.2, 157, 158-ci, habelə MPM-in 14.1, 14.2, 77.1, 119.1, 217.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 qeyd edilən ünvanda qeydiyyatı formal xarakter daşımış və təqdim edilən sənədə görə də o həmin mənzildə heç vaxt yaşamamışdır. Lakin məhkəmə İddiaçı1 həmin mənzildə nə vaxt qeydiyyata düşməsinə aydınlıq gətirməmişdir. Belə ki, sübutetmə yükü iddiaçının üzərinə düşsə də, bununla bağlı nə sübut təqdim edilmiş, nə də onlardan belə bir sübut tələb olunmamışdır. Cavabdehin sənədlərindən göründüyü kimi, o, Qubadlı rayonunda qeydiyyatdadır və həmin mənzildə qeydiyyatda olmamasının səbəbi də budur. Belə ki, məcburi köçkünlərin Bakı şəhərində qeydiyyatı düşməsində bir qədər çətinliklər olduğu üçün, o heç vaxt bu mənzilə qeydiyyata düşməmiş, əksinə, əvvəllər aralarında heç bir problem olmadığı üçün qayınanasının həminə mənzilə qeydiyyata düşməsinə köməklik göstərmişdir. Məhkəmə iddia tələbini təmin edər kən İddiaçı1 həmin mənzildə qeydiyyatda olduğunu əsas gətirdiyi halda, Fatma Məhyəddinovanın həmin mənzildə qeydiyyatda olmamasına münasibət bildirməmiş, əksinə iddianı tam şəkildə təmin etmişdir. Bu da məhkəmənin lazımi qaydada araşdırma aparmadığını, sübutlara düzgün qiymət vermədiyini və işə səthi yanaşdığını göstərir. İşdə olan sənədlərdən də göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə ev 187 D saylı mənzil məhz cavabdehə məxsusdur və o, öz qardaşı ilə həmin mənzildə çox sonralar iddiaçılarla qohumluq münasibətləri yaranmışdır. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 43-cümaddəsinə istinad edərək, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsinə yol verilmədiyini bildirir. Amma təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı1 həmin mənzildə heç vaxt yaşamamışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, “mübahisəli tikili iddiaçıların yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır”. Məhkə mənin yuxarıda qeyd etdiklərinə dair heç bir sübut təqdim edilməmişdir. Belə ki, İddiaçı1 o, mənzildə yaşamadığı sənədlərlə sübut olunur, belə olduğu halda cavabdehin onu yaşayış yerindən məhrum etməsi mümkünsüzdür. Digər iddiaçı isə cavabdehlə nikah münasibətində olub, sonradan mənzili tərk edərək nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş və nəticədə nikah pozulub. İddiaçı bu müddət ərzində bir dəfə də olsun qeyd edilən mənzilə nə yaşamaq üçün, nə də əşyalarını götürmək üçün gəlməmişdir.
17. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 13 iyun 2025ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri üzrə müvəqqəti qeydiyyatda olan Qubadlı rayonu, Həkəri kəndindən məcburi köçkün Cavabdeh həyat yoldaşı İddiaçı2 və övladları ilə birlikdə Sumqayıt şəhər i, Corat qəsəbəsi ərazisində məskunlaşmışlar. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh və həyat yoldaşı İddiaçı2 (Azərbaycan və Rusiya) ikili vətəndaşlığı vardır, onlar boşanmışlar və hazırda ailə üzvlərinin daimi qeydiyyatda olduqları Bakı şəhəri Yasamal rayonu, D. Bünyadzadə, 187D saylı fərdi yaşayış evində yaşayır. Cavabdehin isə 31 avqust 2024-cü il tarixdən X5 ilə rəsmi nikahı vardır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2688/2025 saylı, 3 iyul 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, e-2(004)-216/2025 nömrəli qətnaməsi qismən - iddiaçıların mübahisəli evdən yaşayış və istifadə hüquqlarının tanınması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı2 cavabdehlə faktiki nikah münasibətlərinə daxil olduqdan sonra övladları ilə birlikdə 2023cü ilin sonlarına kimi mübahisə predmeti olan ünvanda yaşaması, evin bütün kommunal xidmətlərinə aid müqavilələrin işin İddiaçı1 adına olması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh isə qeyd edir ki, İddiaçı2 ilə ailə münasibətlərinə xitam verildiyindən, sonuncu həmin ünvanda yaşamamalıdır. İddia ərizəsinə etirazda cavabdeh Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək iddianı qəbul etmədiyini bildirmişdir. Həmin normanın mənasına görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin hazırkı mübahisəyə tətbiqi üçün heç bir əsas yoxdur. Belə ki, cavabdehin mülkiyyətçi statusu yoxdur və iddiaçıların həmin özbaşına tikili üzərində hansı hüquqları mövcuddursa, onun da hüquqları həmin həddə mövcuddur və birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçıları mənzildə yaşamasına maneə törətmək səlahiyyətinin olmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı1 başqa yaşayış yerinin olması ilə bağlı da cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə olan məlumatlara əsasən də İddiaçı1 mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması, digər ünvanda kommunal xidmətlə bağlı müqavilələrin olması ilə bağlı məlumata rast gəlinmir. Həmçinin, qeyd olunmalıdır ki, kommunal xidmətlərlə bağlı hər hansı bir öhdəlik (borc) yaratdığı təqdirdə, həmin öhdəliklərin icrasına İddiaçı1 cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların mübahisə predmeti olan ünvana köçürülməsi hissəsində gəldiyi nəticə ilə razılaşmışdır.
21. Məhkəmə kollegiyası iddiaçıların həmin fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun tanınması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, həmin fərdi yaşayış evi özbaşına tikilidir. Adətən, mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış hüquqdur. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzər də tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Lakin mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikilidir və həmin tikili üzərində iddiaçıların istifadə hüququnun yaranması üçün heç bir əsas müəyyən olunmur.
22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, 152.3, 180.1, 180.2-ci, habelə MPM-in 14.2, 77.1, 217.1, 217.3, 372.7, 384.0, 384.0.2, 385.1, 385.1.1, 385.1.2, 385.1.4, 386, 389, 390cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi 187D saylı ev məhz cavabdehə məxsusdur və o, öz qardaşı ilə həmin mənzildən yaşayandan çox sonralar iddiaçılarla qohumluq münasibətləri yaranmışdır. Lakin həmin qohumluq münasibətləri 2009-cu ildən sonrakı dövrü əhatə etdiyi üçün, iddiaçıların evə dair hər hansı bir hüququ yarana bilməzdi. Məhkəmə işin halları üzrə mövcud sübutları hərtərəfli və tam araşdırmamışdır. Məhkəmə həmçinin başqa proseslərə baxdığı üçün hər iki tərəfi iki saata qədər iclas zalından çöldə gözlətdirmişdir. Köməkçi onu zala dəvət etdiyində isə, məhkəmə artıq bu prosesə baxılıb yekun qərar qəbul edildiyini bildirmişdir. Beləliklə də, əsas sız olaraq iki saata qədər iclas zalının qarşısında gözlətdirildikdən sonra iştirakları olmadan məhkəmə prosesi keçirilmiş və əsassız olaraq məhkəmədə iştirak hüquqları pozulmuşdur. Bu da iş üzrə ədalətli qərar qəbul olunmasını şübhə altına alır. Qeyd olunan işdə Ali Məhkəmə iddiaçının mənzilə köçürülməsinə dair apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlasa da, bunun iddiaçının həmin mənzilə 2008-ci ildə gəlin köçməsi ilə əsaslandırmışdır. Lakin hazırki işdə ailə münasibətlərinin yaranması 2009-cu ildən sonrakı dövrə düşdüyü üçün, onun mənzilə köçürülməsi əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona m ənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam ver mək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüq uqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
41. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılardan İddiaçı2 cavabdehlə 19 may 2017-ci il tarixdə rəsmi nikah a daxil olmasına baxmayaraq, daha əvvəldən faktiki nikah münasibətində olmuşlar. Qeyd olunan hal tərəflərin övladlarının xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2011-ci il təvəllüdlü olması ilə də öz təsdiqini tapır. Daha sonra, tərəflərin münasibətləri korlanmış və onların nikahı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçılar həmin evin onların daimi yaşayış yeri olduğunu bildirirərək, mübahisəli evə köçürülməsini xahiş etmiş, cavabdeh isə iddianı qəbul etməyərək iddiaya etiraz etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 ünvan 7 ünvanda qeydiyyatda olmaqla, həmin evlə bağlı kommunal xidmətlərin həyata keçirilməsinə dair müqavilələr də onun adına bağlanmışdır. ünvan 8 ünvanda yerləşən e v daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından özbaşına tikili hesab olunur.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli tikili iddiaçıların daimi yaşayış yeridir. Cavabdehin iddiaçıları qeyd edilən tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.
44. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanır. Evdən, digər yaşayış sahəsindən məhrumetmə o, halda qanuni ola bilər ki, məhrumetmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə evdən çıxarma, evə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
45. Baxılan iş üzrə iddiaçıların yaşadığı tikili özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuz olmuşdur.
46. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləy ən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 iyul 2025-ci il tarixli, 2(103)2688/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.