Məhkəmə qərarları › İş №2(102)-1350/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1350/2023

23.02.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1350/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(006)-969/2023 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, cavabdehdən 105000(yüz beş min) avro məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi milli valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-969/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə həm subyekt tərkibinin, həm onlar arasında olan hüquq münasibətlərinin, həm də mübahisənin predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu müəyyən edildiyindən həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı vəkili Vəkil şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-969/2023 saylı qərardadının ləğv edilib, mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndində göstərilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində n əzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fə slində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş şikayətlə birlikdə Nəsimi Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, şikayət İddiaçı tərəfindən elektron imza ilə imzalanmış, lakin şikayət nə vəkil tərəfindən imzalanmiş, nə də elektron kabinetə iddiaçı və vəkil tərəfindən birlikdə imzalanmış kassasiya şikayətinin PDF variantı əlavə edilməmişdir. Həmçinin şikayət verilən qərardad İddiaçı məxsus şəxsi elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, iddiaçı isə kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron imza ilə təsdiq edərərk vermiş, bu zaman 10 günlük müddət buraxılmış, buraxılmış müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbayc an Respublikası MPM-nin: -32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. -268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. - 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. - 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfi ndən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. - 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. - MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş mü ddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə kassasiya şikayəti icraata qəbul edilməməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar