Məhkəmə qərarları › İş №2(102)-1354/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1354/2025

20.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1354/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-2343/2*24 nömrəli iş üzrə 18 dekabr 2*24-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araş dıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İşdə olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 21.*1.1997-ci il tarixli, 62 nömrəli əmrə əsasən 21.*1.1997-ci il tarixdən 7 saylı orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmiş, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən 27.*6.2*24-cü il tarixdən ləğv edilmişdir;

3. İşdə olan Gəncə şəhər 7 nömrəli Tam orta məktəbin direktoru tərəfindən imzalanmış 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrdən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədi ilə 8 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə müqnasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdeh Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı sertifikatlaşmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2*24-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas *8 iyun 2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin 27 iyun 2*24cü il tarixli 3-29-69/3-2-13 F/2*24 əmri olmuşdur;

4. İşdə olan Gəncə şəhər X3 Səhhət adına xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 2*24 -cü ildən mütəmadi olaraq şəkərsalıcı dərman preparatları ilə təmin olunur (E11 şəkərli diabet). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin ləğv olunmasını, işə bərpası və məcburi boşdayanma ilə əlaqədar işə bərpa olunduğu günədək ödənilməli olan əmək haqqının cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *1.*7.1983-cü il tarixdən 2*24-cü ilin iyun ayınadək pedaqoji fəaliyyətlə məşğul olmuşdur. İxtisası Azərbaycan dili və ədəbiyyatının tədrisi olduğu üçün digər fənn sahələrinə nisbətdə ən azından minlərlə şagirdlərin yazma və oxuma kimi ilkin elm vərdişlə rinin mənimsənilməsinə köməklik edilməsində xidməti daha çox olmuşdur. Ali təhsil müəssisələrinə qəbul olunan şagirdlər isə əməyinin bariz nümunəsidir. Zaman keçir, dövr dəyişir, ictimai münasibətlər isə dövrün və zamanın dəyişiliklərinə adekvat olaraq inkişaf edir. Dövrün tələbi hər kəsdən informasiya texnologiyalarını mənimsəmək və tətbiq etmək bacarığının minimum səviyyədə mənimsənilməsini tələb edir. Əsas qayə və məramı insan yetişdirmək olan peşə sahəsinin mütəxəssisi olaraq bu tələbin icra edilməsi onlar üçün daha çox məsuliyyət tələb edir və etməkdədir. Ali təhsilli şəxs olaraq informasiya texnologiyalarına yiyələnmək və onun verdiyi imkanlardan maksimum səviyyədə istifadə edərək gənclərin maariflənməsi üçün əlindən gələn imkanlardan hüdudsuz səviyyədə istifadə etmişdir. Belə ki, “Ü mumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” üzrə ixtisasartırma haqqında *1.1*.2*14-cü il tarixdə sertifikat almışdır. Müəllimlik peşəsinin dürüst və milli-mənəvi dəyərlər üzərində icra edilməsi üçün 4* ildən artıq əmək fəaliyyətində sözün əsl mənasında canını fəda etmişdir. Uzun illər zehni əməklə məşğul olmaq insan sağlamlığına təsirsiz ötüşməyə bilməz. Elmin inkişaf etsə də, bioloji olaraq qocalırsan. O, qocalıq ki, hər bir insanda fərqli cür fəsadlar yaradır. Onun da taleyində qarşısına çıxan xəstəlik hələlik şəkər xəstəliyidir. Bu xəstəliyin insanda yaratdıqları təsirlər məlum məsələdir. Hal-hazırda şəkər xəstəliyinin ilkin fəsadları olaraq görmə qabiliyyəti zəifləmişdir. Hamıya məlumdur ki, sertifikatlaşdırma zamanı kompüter vasitəsilə imtahan verirsən. Suala cavab vermək üçün əsas şərt ondan ibarətdir ki, sualı oxuyub onun mahiyyətini başa düşəsən. Kompüter vasitəsilə verilən bəzi sualların şrifti o qədər kiçik olurdu ki, bu vəziyyətdə həmin sualların oxunulması mümkün olmamışdır. *8.*6.2*24-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırılmadan şəkər xəstəliyi səbəbindən keçməmişdir. Cavabdeh direktoru X2 27.*6.2*24-cü il tarixli, 233 saylı əmri ilə işdən azad edilmişdir. İşdən çıxarılması qanunsuz və əsassızdır. Belə ki, işdən çıxarılma əsası dolayısı ilə şəkər xəstəliyinin olmasıdır. İşçi olaraq hüquqları pozulmuşdur. İşdən çıxarılmamışdan qabaq üzvü olduğu Azərbaycan Təhsil İşçiləri X4 razılığı alınmamışdır. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.

7. Gəncə Şəhər Məhk əməsinin *4.1*.2*24-cü il tarixli, 2(125)-45*1/2*24 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı işə bərpa və məcburi boşdayanma ilə əlaqədar əmək haqqı tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ounla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi iddiaçının qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv olunmuşdur. İddiaçının şəkər xəstəsi olması və məktəbin direktoru tərəfindən müqavilənin ləğv olunmasında səlahiyyətinin olmaması barədə göstərdiyi dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallardan bəhs edən 79-cu maddəsinə əsasən iş çinin şəkərli diabetlə xəstə olması səbəbi ilə, yəni işçinin şəkərli diabet xəstəsi olduğu üçün onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilmişdir. Hazırki iş üzrə iddiaçı şəkərli diabet xəstəsi olması səbəbi ilə deyil, onun qanunla müəyyən olunmuş qaydada sertifikatlaşdırmadan təkrar keçmədiyi üçün pedaqoji fəaliyyətə buraxılmaması səbəbindən ləğv edilmişdir. Bununla belə iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun işlədiyi məktəbdə işə təyin olunarkən müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verilmişdir və müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olması ilə əlaqədar göstərdiyi dəlillər əsassız olduğundan iddia təmin edilm əməlidir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın təsdiq edilməsi haqqında 3*.*4.2*2*-ci il tarixli, 155 nömrəli qərarının 5.4-cü bəndinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 7*-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin *4.1*.2*24-cü il, 2(125)-41*5/2*24 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya mə hkəməsinin qəbul etdiyi qətnamə və onun əsaslandırması ilə qətiyyən razı deyil. Belə ki, birinci instansiya məhkəməsində iddia qaldırarkən iddia tələbini bir neçə istiqamətdə əsaslandırmışdır. İşçinin şəkər xəstəsi olması, işdən çıxarılarkən üzvü olduğu Azərbaycan Təhsil İşçiləri X4 razılığının və əmək müqaviləsinə xitam verən şəxsin işə götürən olmadığından onun əmək müqaviləsinə xitam verməsinin səlahiyyətinin olmaması iddia tələbinin hüquqi əsaslandırması olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən dəlillərin ikisinə səthi münasibət bildirməklə, həmkarlar ittifaqının razılığının olub-olmaması ilə bağlı dəlilin üzərindən sükutla keçmişdir. Hətta bununla bağlı olaraq *1.*9.2*24-cü il tarixdə vəsatət də, vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən vəsatətə hər hansı münasibət bildirilməmişdir. *4.1*.2*24-cü il tarixdə keçirilən məhkəmə baxışı iclası zamanı mübahisələndirilən 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin əsli və ona əlavə edilmiş sənədlər cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuşdur. Məhkəmə əmrin əslinin və ona əlavə edilmiş sənədlərin məzmununu məhkəmədə elan etdi. Sənədlərlə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalından çıxarılmış əmək müqaviləsinə xitam bildirişindən görünür ki, işə götürən kimi əmək müqaviləsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi xitam vermişdir. Birinci instansiya məhkəməsi Cavabdeh direktorunun işə götürən olaraq 27.*6.2*24-cü il tarixli, 233 nömrəli əmrin verilməsi üçün səlahiyyətinin olmamasına dair dəlilinə aşağıdakı formada münasibət bildirmişlər. “Əmək kitabçasından görünür ki, iddiaçının işlədiyi məktəbdə işə təyin olunarkən müvafiq əmr həmin məktəbin direktoru tərəfindən verilmişdir və müqavilənin ləğv edilməsi barədə də əmr məhz məktəbin direktoru tərəfindən verilmişdir”. Birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması formal xarakter daşımaqla işdə olan sənədlərlə uyğunluq təşkil etmir və işin faktiki halları ilə uzlaşmır. Mülki iş materiallarında olan cavabdeh orqanın *4.1*.2*24-cü il tarixdə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalında olan əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində işə götürən G əncəDaşkəsən Regional Təhsil İdarəsidir. Ən əsas məsələ isə işə götürən şəxsin E-sosial portalında digər şəxs olması sübut olunmasına baxmayaraq bununla bağlı məhkəmə araşdırması aparmamışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və R.Məcidov) 2(1*4)-2343/2*24 nömrəli iş üzrə 18 dekabr 2*24-cü il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

14. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, İddiaçı birinci sertifikasiya imtahanında keçid balını toplamamış, ona görə də təkrar sertifikatlaşmada iştirak etmiş olsa da, keçid balı toplaya bilməmişdir. Bu səbəbdən Cavabdeh direktorunun 27.*6.2*24-cü il tarixli, 233 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

15. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

16. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan əmək kitabçasından görünür ki, işəgötürən Cavabdeh direktoru olduğundan işdən çıxarma əmrini də göstərilən məktəbin direktoru vermişdir.

17. Yuxarıda qeyd olunun qanunvericilik normalarından göründüyü kimi 7 nömrəli tam orta məktəb hüquqi şəxsdir və həmin m əktəbə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin E-sosial portalında olan əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində işə götürənin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi göstərilməsi formal xarakter daşıyır. Ona görə də məhkəmə kollegiyası iddiaçının həmin dəlilini əsassız sayır.

18. Qanunvericilik normasından göründüyü kimi işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla yalnız o hallarda ləğv edili r ki, işçi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla ləğv edilmiş olunsun.

19. Hazırkı halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin “b” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla yox, həmin maddənin “c” bəndində nəzərdə tutulmuş əsaslarla ləğv edilmişdir ki, bu halda müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunmur.

20. İddiaçının məhkəmə kollegiyasının iclasında səsləndirdiyi yaşı 6*-dan çox olduğuna görə sertifikasiyanın könüllü olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı birinci dəfə sertifikatlaşdırmanın test mərhələsində 2*23-cü ilin iyun ayında iştirak etmiş, lakin keçid balını toplaya bilmədiyinə görə 2*24-cü i ldə təkrar sertifikatlaşdırmada iştirak etmiş və yenidən keçid balını toplaya bilməmişdir. Göründüyü kimi iddiaçı birinci dəfə 6* yaşı tamam olmamış (doğum tarixi xx.xx.1963-cü ildir) sertifikatlaşdırmanın test mərhələsində iştirak etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi gədiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.15, 14.5, 14.5.2, 33.3.2, 3*.7, 36-2.5, 36-2.6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın təsdiq edilməsi haqqında 3*.*4.2*2*-ci il tarixli, 155 nömrəli qərarına, Əmək Məcəlləsinin 67-2, 7*-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etir azın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Gəncə şəhəri 7 saylı tam orta məktəb hüquqi şəxs deyil. Apellyasiya instansiya məhkəməsi Gəncə şəhəri 7 saylı tam orta məktəbi hüquqi şəxs adlandırmaqda səhvə yol vermişdir. Subyektin hüquqi şəxs sayılması üçün ən zəruri element onun dövlət qeydiyyatından hüquqi şəxsi kimi keçməsi və VÖENnin olmasıdır. Gəncə şəhəri 7 saylı tam orta məktəb hüquqi şəxslərin dövlət qeydiyyatından keçməmiş və onun VÖEN-ni yoxdur.

24. İşin mübahisə olunmayan halı odur ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin «c» bənd inə əsasən işdən çıxarılmışdır. Yəni qüvvədə olan Əmək Məcəlləsinin, o əmək məcəlləsi ki, *1.*2.1999-cu il tarixdə qüvvəyə minmişdir. Mülki iş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının 45-ci və 47-ci vərəqələrindən görünür ki, İddiaçı 21.*1.1997-ci il tarixli, 62 nömrəli əmrə əsasən 21.*1.1997-ci il tarixdən 7 saylı orta məktəbdə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. 21.*1.1997-ci tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsi qüvvədə olmadığı üçün məhkəmənin yuxarıda qeyd olunan əsaslandırması düzgün deyildir. Cavabdeh orqan Əmək Məcəlləsinin 12 və 49-cu maddəsinə əsasən işə götürən və əmək müqaviləsinə xitam vermək üçün hər hansı səlahiyyəti yoxdur. Belə ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Az ərbaycan Respublikasının 27 dekabr 2*13-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə m inir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*14-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin electron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil e dilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. Məhz e-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Mülki iş materiallarında olan cavabdeh orqanın *4.1*.2*24-cü il tarixdə təqdim etdiyi sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Esosial portalında olan əmək müqaviləsinin bağlanılması, o na dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişində işə götürən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir.

25. Apellyasiya instansiya məhkəməsi mülki iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş, əmək müqaviləsinə xitam bildirişini obyektiv araşdırmamışdır. Həmin bildirişdə açıq-aşkar görünür ki, əmək müqaviləsinə GəncəDaşkəsən Regional Təhsil İdarəsi tərəfindən xitam verilmişdir.

26. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan əmək müqaviləsinə xitam verilməsi əmri ilə əmək müqaviləsinə xitam verilməsi bildirişi arasında olan ziddiyyəti araşdırmamışdır. Əslində məhkəmə tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi bu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməli idi və ya məhkəmə tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə kim tərəfindən xitam verilməsi barədə rəsmi olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin mövqeyi öyrənməli idi. Məhkəmə kollegiyası isə işi tam başqa məcraya yönəltməklə apellyasiya şikayətinin əsas dəlilindən yayınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu

30. Maddə 14.15 təhsil müəssisəsi hüquqi şəxsdir və müstəqil balansa malikdir. Təhsil müəssisəsinin müvafiq qanunvericiliyə uyğun olaraq banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Təhsil müəssisəsi mövcud qanunvericilik çərçivəsində inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir.

31. Maddə 14.5 təhsil müəssisəsinin aşağıdakı tipləri və növləri müəyyən edi lir: Maddə. 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər.

32. Maddə 33.3.2. Təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək təhsilverənin vəzifəsidir.

33. Maddə 3*.7. Təhsil müəssisəsinə rəhbərlik həmin müəssisənin statusuna uyğun olaraq rektor, direktor, müdir tərəfindən təhsil müəssisəsinin nizamnaməsinə uyğun həyata keçirilir.

34. Maddə 36-2.5. Üzrlü səbəblər dən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

35. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılma Qaydası”nın təsdiq edilməsi haqqında 3*.*4.2*2*-ci il tarixli, 155 nömrəli qərarı:

36. Bənd 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Res publikas Qanununun 362.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.

37. Bənd 1.2 təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

38. Bənd 2.1 Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

39. Bənd 3.8 Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 6* (altmış) sual təqdim edilir.

40. Bənd 3.14 sertifikatlaşdırmanın test mərhələsində azı 3* (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 2* (iyirmi) dəqiqə vaxt ayrılır.

41. Bənd 3.19 Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 2* (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir.

42. Bənd 3.21 Sertifikatlaşdırmanın test və müsahibə mərhələsində bu Qaydanın müvafiq olaraq 3.14-cü və 3.19-cu bəndlərində göstərilən minimal balları toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunurlar.

43. Bənd 5.3 təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

44. Bənd 5.2 üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkra r sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

45. Bənd 5.4 təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

46. Maddə 67-2 4-cü bənd “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

47. Maddə 7* “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisə olunan əmri əmək qanunvericiliyinin tələblərinə zidd olmamış, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

56. O da qeyd edilməlidir ki, i şin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhk əməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-2343/2*24 nömrəli iş üzrə 18 dekabr 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar