Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1359/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tiklinin sökülməsi, mülkiyyət hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “mühafizə zolağında tikilmiş tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2101/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Quba rayonu, Alekseyevka kəndində yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) 20 iyun 2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətindədir.
2. ARDNŞ “Qaz İxrac” İdarəsinin Siyəzən MQKS-nin xx.xx.2021-ci il tarixli aktında mübahisəli evin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri və Azərbaycan Respubliksının Dövlət Tikinti Normalarının tələbləri pozulmaqla 426 mm-lik 12 atm təzyiqli Quba QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 15 metr məsafədə inşa olunduğu qeyd olunmuşdur. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ARDNŞ “Qaz İxrac” İdarəsi (bundan sonra “iddiaçı” və ya “İdarə”) iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli evin Cavabdeh (bundan sonra “cavabdeh”) öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev yeraltı magistral qaz kəmərinin mühafizə zonasından 15 metr məsafədə inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətin ə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən ARDNŞ və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəx t hadisələrə səbəb ola bilər.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci, “Qaz təchizatı haqqında” Qanunun 19-cu, Torpaq Məcəlləsinin 22, 46, 109, 110, 111-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7, 2.11 və 2.23-cü bəndlərinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi mübahisəli evin qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək məqsədilə ekpertiza təyin etmişdir.
8. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1583 nömrəli 13 iyun 2023-cü il tarixli rəyinə əsasən mübahisəli evin qaz kəmərinin 50.0 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir.
9. C avabdeh iddiaya etiraz edərək göstərmişdir ki, torpaq sahəsinə və evə dair çıxarışı var. Qaz kəməri ilə inşa etdiyi tikilini arasında 25 metrdən çox məsafə var. Qaz kəmərinin onun torpaq sahəsi ilə əlaqəsi yoxdur, kəmər qonşunun bağından keçir.
10. Quba Rayon Məhkəməsinin e-2(027)-88/2023 nömrəli 24 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Rahim Həsənov)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın müvafiq bəndlərində göstərilən normaları pozaraq, Quba rayonu, Alekseyevka kəndinin ərazisində “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X2 istismarında olan 426 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən 15 metr aralıda fərdi yaşayış evi inşa etm iş, nəticədə həmin ev potensial təhlükə mənbəyinə çevrilmişdir. Məhkəmə tkinti-texniki ekspertizasının rəyindən də göründüyü kimi sözügedən yaşayış evi qaz kəmərinin 20,0 m-lik məsafədə yerləşir. Eyni zamanda cavabdehin mübahisə predmetini təşkil edən yaşayış evi üzrə mülkiyyət hüququ tanınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019cu il qeydiyyat tarixli çıxarış əsasən mübahisəli ev cavabdehin mülkiyyətindədir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə cavabdehin mülkiyyətindədir. İddiaçının iddia tələbinin təmin edilməsi cava bdehin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə qorunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
13. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ ilə bağlı milli və beynəlxalq hüquq normalarına əsaslanaraq, qeyd etmişdir ki, mülkiyyət hüquqları ilə yanaşı, əmlakdan istifadə hüququ da mütləq deyildir və o, qanunla məhdudlaşdırıla bilər. Bu zaman həmin hüququn məhdulaşdırılması imkanının özü və onun xarakteri qanunverici tərəfindən Konstitusiyaya uyğun qaydada müəyyənləşdirilməlidir. O cümlədən istifadə hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər konkretləşdirilmiş olmalıdır. Lakin hər bir halda bu hüququn məhdudlaşdırılması qanunda nəzərdə tutulan müəyyən şərtlərlə bağlanır.
14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin qanunla müəyyənləşdirlmiş qaydada mülkiyyət hüququna xitam vermədən onun mülkiyyət hüququndan məhrum edilməsi qadağandır. Buna görə də iddia təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci və Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - hazırkı işdə cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya m əxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, yəni, Qusar rayonu, X4 kəndi ərazisində cavabdeh tərəfindən, X1 X3 istismarında olan 426 mm diametri “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasından 9 metr məsafədə inşa edilmişdir; - cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabde hin hesabına sökülməlidir; - həmin tikili magistral qaz kəmərinin, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan məhkəmə isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2101/2023 nömrəli 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)
19. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən fə rdi yaşayış evinin cavabdehin xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddia tələbi magistral qaz kəmərinin mühafizə zonasında cavabdehə məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması barədədir.
20. Apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2., 180.1, 180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir.
21. Apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onu n mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır.
22. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri)
23. Ekspertiza rəyinə əsasən sökülməsi tələb olunan fərdi yaşayış evinin (məsafənin 9.2 metr müəyyən edildiyi nəzərə alınsa) qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir.
24. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi fərdi yaşayış evi mühafizə zonasının 9,2 metrliyində yerləşməsi müəyyən edilsə də, həmin fərdi yaşayış evi özbaşına tikili olmamaqla cavabdehin xüsusi mülkiyyətindədir.
25. Apelyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140-cı maddəsinə əsasən göstərmişdir ki, bu maddənin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tə rəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2020-ci il tarixli qərarına əsasən dövlət reyestrinin məzmunun həqiqiliyinin və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrin ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır (N.Hacıyevin şikayəti üzrə 2019-cu il 07 avqust tarixli Qərarı).
27. Apelyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, cavabdehin adına verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədlər mübahisələndirilmədən (ləğv və ya etibarsız hesab edilmədən), başqa sözlə reyestrin həqiqiliyi prezumpsiyası qüvvədə olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq idd ianın təmin edilməməsi qənaətinə gəlmişdir
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 157.2, 180-cı və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayət iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. (İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesa b edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. (1) Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111 (2). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111 (3). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Pros essual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instans iyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qət namə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnasməsini tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən e dilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
37. İddia tələbi cavabdehin inşa etdiyi tikilinin sökülməsi barədədir. İddiaçı tələbinin əsası kimi iddiaçının inşa etdiyi tikilinin magistral qaz kəmərinin mühafizə zolağında yerləşdiyinə istinad etmişdir.
38. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisədə adı keçən ev magistral qaz kəmərinin mühafizə zolağında yerləşsə də, həmin ev və altındakı torpaq xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
39. Göründüyü kimi, apellyasiya i nstansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2028-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, cavabdeh sökülməsi tələb edilən evin mülkiyyətçisidir, onun bu hüququ rəsmi reyestrdə qeydə alınıb, reyestr qeydinə iddiaçı tərəfindən hər hansı etiraz bildirilməyib.
42. Bu baxımdan, məhkəmə kollegiyasının mövqeyinə görə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər ol duğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnu n tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2101/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul