Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1363/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1363/21 (Açar sözlər: sübutetmənin bölüşdürülməsi) 09.03.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdehin vəkili Hüseynov Pərviz Fazil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5578/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İran İslam Respublikasının vətəndaşıdır və Bakı şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh həmin vaxtlar iddiaçının hüquqi məsələləri ilə məşğul olmuş, onu Azərbaycan məhkəmələrində iddiaçının iştirak etdiyi işlərdə təmsil etmiş, eyni zamanda digər qrumlarda təmsilçisi olmuşdur. İddiaçının cəlb olunduğu məhkəmə mübahisələrdən birində barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə uyğun olaraq iddiaçıya bir neçə daşınmaz əmlaklar verilmişdir. İddiaçı hazırkı mübahisəni başlatmaqla israr edir ki, barışıq sazişi ilə ona verilmiş əmlakların bir neçəsi cavabdeh tərəfindən satılaraq əvəzində alınan pul vəsaiti ona verilməmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı 3-cü şəxs qismində “xxxx” MTK cəlb olunmaqla “pul” təbəinə dair iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X, 593-cü məhəllə ünvanındakı 5 bloklu binada yerləşmiş, ona məxsus iki ədəd 4 və bir ədəd 3 otaqlı mənzilin satışından Cavabdeh əldə etdiyi 240000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona qaytarılması, həmçinin 2012-ci ilin avqust ayından 2019-cu ilin avqust ayının birinə kimi istifadə etdiyi və qaytarmalı olduğu halda qaytarmadığı 300000 ABŞ dollarına görə illik beş faiz olmaqla gecikdirməyə görə vurulmuş zərərlə bağlı 105000 ABŞ dolları faiz məbləğinin, cəmi 345000 (üç yüz qırx beş min) ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını m əhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikasının vətəndaşıdır, Tehran şəhərində yaşayır, ixtisasca mühəndisdir, fabrik işlədir. Artıq 73 yaşı tamam olmuşdur. Əslən Bakıdandır, azərbaycanlıdır. Bakı şəhərində yaşayan, Azərbaycan vətəndaşı olan qohumları vardır. 1990-cı illərin əvvəllərindən Azərbaycana gəlib-gedir. 2000-ci illərin əvvəllərində Azərbaycana - öz doğma ana vətəninə investisya yatıran, tikinti sektoruna yatırım edən şəxslərdən də biridir. Cavabdehlə də elə həmin zamanlarda - Bakıda tikinti sektoruna yatırım etdiyi zamanlarda hüquqi işlərinin həllindən ötrü dostlarının köməyi ilə tanış olmuşdur. ünvan 1 ünvan: ünvan 2kinti ortaqlarından biri olmuşdur. Həmin ünvanda sovet hökuməti vaxtından yarımçıq qalmış binanın mühəndislik layihələri və təklifləri əsasında sökülüb yenidən daha keyfiyyətli şəkildə inşa olunmasının memarıdır. Həmin tikintiyə 2000-ci illərin əvvələri üçün böyük miqdar hesab olunan külli miqdarda vəsait yatırmış, bunun üçün İranda mülkiyyətində olan zavodunu, böyük torpaq sahələrini sataraq bu işə sərmayə qoymuşdur. Lakin sonradan ona qarşı müxtəlif məkrli planlar qurularaq və təhdidlər edilərək bu ortaqlıqdan uzaqlaşdırılmışdır. Haqsızcasına məhkəmələrə çəkilmiş, sıxışdırılmış, təzyiqlər görmüşdür. Həmin bina rəsmi olaraq "xxxx" MTK tərəfindən tikilirdi, lakin əsas maliyyə yatırımçısı o, idi. Sonradan MTK rəhbərliyi ilə arasında mübahisələr yarandı və onlar onu ortaqlıqdan uzaqlaşdırdılar. xx xxxxxx 2005-ci ildə onunla "xxxx" MTK-nın rəhbərliyi arasında müqavilə bağlandı və həmin müqaviləyə görə ona 19 mənzil, 5 qaraj və 300 kv.m. qeyri-yaşayış sahəsi verilməli idi. Bu müqaviləni onun tərəfindən cavabdeh də imzalamışdır. Lakin 2009-cu ilədək bu əmlaklar ona təhvil verilmədiyi üçün o, onları Yasamal Rayon Məhkəməsinə verməli oldu və əmlakının qaytarılmasına dair iddia ərizəsi irəli sürdü. Onlar isə təzyiq olaraq onu 1 saylı yerli İqtisad məhkəməsinə vermişdirlər. 2009-cu ildə onların müxtəlif formalı təzyiqləri nəticəsində Yasamal Rayon Məhkəməsindəki iddialarından imtina etməli oldu və barışıq sazişi bağlamaq məcburiyyətində qaldı. Belə ki, xx xxxxxxxx 2009-cu il tarixdə cavabdeh qismində iştirakçısı olduğu 1583/2009 saylı iqtisadi iş üzrə keçirilmiş məhkəmə baxışı nəticəsində qərardad qəbul edilmiş, iddiaçı "xxxx" MTK ilə barışdığı (barışdırıldığı) və barışıq sazişi bağlandı ğı (təhdid altında bağlatdırıldığı) üçün iş üzrə icraata xitam verilmişdir. Sözügedən həmin məhkəmə aktına əsasən, ona haqqı olub verilməli olan qeyri-yaşayış sahələri verilmədi, bunlar sazişdən çıxarıldı, mənzillərin də sayı azaldıldı. Ona cəmi 13 mənzil və əlavə 46 kv.m. mənzil sahəsi verilməli idi ki, bunlardan da 3 (üç) ədəd mənzil - 2-ci blokun 6-cı mərtəbəsində yerləşən 57 nömrəli mənzil vəkil cavabdehin adına, 3-cü blokun 5-ci mərtəbəsində yerləşən 99 nömrəli mənzil (134 kv.m.) X5 adına və 3-cü blokun 8-ci mərtəbəsində yerləşən 108 nömrəli mənzil (135 kv.m.) X3 adına iradəsinin əksinə olaraq rəsmiləşdirildi. Bu mənzillərdən birini cavabdeh öz adına, ikisini isə Quliyev Elxan adlı birisi öz yaxınlarının adına rəsmiləşdirdi ona görə ki, guya onlar bu işlərdə vasitəçilik xidməti göstər miş, guya "xxxx" MTK-dan əmlakların alınıb ona verilməsində yardımçı olmuşlar. Əslində Ağaların təklifi və dəstəyi ilə onun tərəfdən danışıqlara qoşulan Elxan qarşı tərəflə danışıqlar aparmalı, onun haqlarını təmin etməli, haqqı olan payı (300 kv.m.qeyriyaşayış sahəsini,19 mənzili,5 qarajı) almalı, buna nail olmalı idi. Lakin nə Ağalar, nə də Elxan haqqı olan paya mütənasib olan obyektləri "xxxx" MTK-dan ala bilməmişdirlər. Lakin bununla belə, Ağalar ondan bir 4 (dörd) otaqlı mənzil, onun tanışı Elxan Quliyev isə guya "ona kömək etmiş" deyə, ondan iki 3(otaqlı) mənzil aldı ki, o, da bunlardan birini həyat yoldaşının, digərini isə övladının adına rəsmiləşdirmişdir. Yerdə qalan 10 mənzilin və bir də əlavə olaraq 46 kv.m. mənzil sahəsinin, həmçinin 5 ədəd qaraj sahəsinin ona verilməsi qərara alındı. Bunlardan bir ədəd qarajı özü satmışdır. Daha sonra, 10 (on) ədəd mənzilin və 4 ədəd qarajın satılması vəkil Cavabdeh etibar olundu, "Torqovı" deyilən yerə yaxın notariat kontorlarından birində (yerini xatırlasa da kontor artıq yerini dəyişmişdir) Ağalara etibarnamə də verildi, mənzillərə və qarajlara aid sənədlər və mənzillərin açarları da nümayəndə olaraq ona təqdim edildi. Özü isə təhdid olunduğu və bərk qorxduğundan, həm də ona olan şantaj və təzyiqlər üzündən İrana qayıtmışdır. Həmin vaxtdan sonra, 10 (on) ədəd mənzildən 7 (yeddi) ədədi cavabdeh vəkil Cavabdeh tərəfindən müxtəlif vaxtlarda satılaraq əldə olunmuş pul vəsaiti ona ödənilmiş, yaxud göndərilmişdir. Geridə qalan 3 (üç) ədəd mənzilin və 3 (üç) ədəd qarajın Cavabdeh özü tərəfindən bir neçə il bundan əvvəl Moskvada yaş ayan bir azərbaycanlıya satılması Ağaların özü tərəfindən ona bildirilsə də, mənzillərin və qarajların satılmasından əldə edilməli (yaxud edilmiş) 330000 (üç yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitindən ona 2018-ci ilin may ayına kimi cəmi 60000 (altmış min) ABŞ dolları ödənilmiş, yerdə qalan məbləğ isə ödənilməmişdir. Buna qədər Ağalar 60000 dolların özünü də ona ayrı-ayrı vaxtlarda hissə-hissə ödəmişdi, belə ki, hər dəfə ona az miqdarda pul verirdi (3,4,yaxud 8 min və s. məbləğdə) ki, bunu onunla bəzən Bakıya gələn və söhbətlərdə iştirak edən həyat yoldaşı da təsdiq edə bilər. Bildirirdi ki, Moskvada işlər yaxşı getmədiyi üçün alıcı borcun ödənilməsində çətinlik çəkir. Bu, o vaxtlar idi ki, Moskvada 2015-ci ildən sonra iqtisadi böhran başlamışdı və 2016-2017-ci illərdə də davam e tmişdi. 3 (üç) ədəd qaraj sahəsinin də 3 (üç) ədəd mənzili alan şəxs tərəfindən mənzillərlə bir yerdə alındığı, lakin alqı-satqı qiymətinin ödənilmədiyi, bununla belə yaxın zamanlarda ödəniləcəyi vəkil Cavabdeh özü tərəfindən son bir neçə il ərzində ona təkrar-təkrar bildirilsə də, sonradan vəkil Cavabdeh mənzilləri alan şəxsin həmin qarajların alqı-satqısından imtina etdiyini keçən ilin, yəni 2018-ci ilin may ayında söyləyərək qarajlara dair maliyyə arayışlarını ona geri qaytarmışdır. Lakin o, alqı-satqı müqavilələrini ona təqdim etməmişdir. Digər mənzillərin sənədlərini istədikdə isə, bunları itirdiyini bildirmiş, sənədləri ona verməkdən boyun qaçırmışdır. Bundan sonra o, həmin köhnə tarixli maliyyə arayışlarını "xxxx" MTK-ya təqdim edərək qarajların daşınmaz əmlakın dövlət reyestrində adına sənədləşdirilməsi üçün tələb olunan sənədlər paketini (yeni maliyyə arayışı, iclas protokolundan çıxarış, sxem, qarajın yerləşmə yeri sənədi, BakıŞİH-nin razılaşdırma məktubu) təkrar almalı olmuşdur. Daha sonra isə 70 və 71 saylı qarajlara çıxarış alaraq bunları bu ilin fevral ayında satmışdır. Lakin 81 və 82 saylı qarajları uyğunsuz bir yerdə yerləşdiyi üçün bunları sata bilməmişdir. Məhz bu il MTK-ya gedib qarajların yerinə baxarkən öyrənmişdir ki, xx.xx.2009-cuil tarixli məhkəmə aktı ilə qarajları əldə edərkən cavabdeh bunların sahəsinə və yerləşmə yerinə lazımi diqqət yetirməmişdir (çünki, o, həmin zaman münaqişədə olduğu üçün binaya getmirdi, daha doğrusu, aralarındakı münaqişə üzündən onu ora buraxmamışdırdılar), "xxxx" MTK tərəfindən ona layihədə göstərilən qarajların qaraj t əyinatlı yerlərin) verilməsinə nail olmamışdır, nəticədə, yeraltı qarajda yol keçidinin ərazisindən ona yer ayrılmışdır. Həmçinin, qarajların Moskvada yaşayan azərbaycanlı tərəfindən alındığı söylənilsə də, öyrənmişdir ki, qarajlar artıq neçə illərdir ki, cavabdehin səhlənkarlığı, yaxud onu aldatması üzündən "xxxx" MTK-nın rəhbərliyi tərəfindən kimlərəsə icarəyə verilib, hər ay haqsız qazanclar əldə edilib. Hətta "xxxx" MTK ilkin olaraq qarajların sənədlərini ona verməməsi və buraya başqa şəxsləri yerləşdirməsi səbəbindən 2018-ci ilin sonlarında AR-nın İqtisadiyyat Nazirliyinə də müraciət etmişdir. Məhz nazirliyin işə qarışmasından sonra qarajlarla bağlı müvafiq sənədlər ona təqdim edilmiş və kənar şəxslər qaraj sahələrindən istifadəni dayandırmışlar. 2018-ci ilin may ayında onun Bakı şəhə rində olan Əjdər və İslah adlı dostları ilə görüşərkən vəkil Cavabdeh onlara da təkrar olaraq bir daha bildirmişdir ki, “3 (üç) ədəd mənzili Moskvada yaşayan və Azərbaycan vətəndaşı olan, əslən Bakıdan olan bir şəxs alıb, lakin pulunu indiyə kimi ödəməyib, bu üzdən də həmin məbləği (300000 dolları) X11 ödəyə bilmir". Həmin məbləğin yaxın aylar ərzində, ən sonu, 2018-ci ilin oktyabr-noyabr aylarında ödəniləcəyini onlara söyləsə də buna da əməl edilməmiş, pul vəsaiti indiyə kimi ona ödənilməmişdir. Artıq bir ildən çoxdur ki, Cavabdeh xaricdən telefon vasitəsilə ilə verdiyi mesajlarını və xahişlərini cavabsız buraxır, telefon zənglərinə cavab vermir, onunla görüşməkdən və danışıqlardan imtina edir, məsələnin ikitərəfli qaydada müzakirə və həllindən boyun qaçırır. Hətta ona təklif etmişdir ki, əgər Moskvalı azərbaycanlı ödəniş edə bilmirsə və mənzilləri qaytarmaq istəyirsə, o, 60000 dolları geri qaytarmağa hazırdır, o, da onun mənzillərini geri qaytarsın. Bununla əlaqədar olaraq, o, keçən ilin son aylarında Bakıya gələrək məsələləri aydınlaşdırmaq məcburiyyətində qalmışdır. Lakin cavabdeh onunla görüşməkdən imtina etmişdir, görüşünə gəlməmişdir. Bu üzdən, əlində heç bir sənəd olmadığından, ilk öncə, cavabdehin özünə hüquqşünas nümayəndəsi vasitəsilə xx.xx.2018-ci il tarixdə yazılı müraciət edərək, satılmış mənzillərin alqı-satqı sənədlərini, yaxud satılmayan mənzil varsa, bunların sənədlərini və açarlarını qaytarmağı tələb etmişdir. Lakin, cavabdeh müraciətlərini cavabsız buraxmış, yenə də onunla görüşməkdən və tələb olunan sənədləri verməkdən yayınmışdır. Bundan sonra o, müxtə lif orqanlara müraciət edərək sənəd toplamağa və məlumat əldə etməyə çalışmışdır. Daha sonra, məsələnin məhkəmədənkənar qaydada həlli üçün xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir. Vəkillər Kollegiyasının İntizam Komissiyasında bir neçə ay araşdırılma aparılmış, onun iştirakı ilə məsələ müzakirə olumuşdur. Lakin cavabdeh burada da onunla üzbəüz gəlməkdən çəkinmiş, İntizam Komissiyasının iclasına gəlməmişdir. Bundan sonra bu ilin aprel ayına kimi o, VK-dan cavab gözləmişdir. Aprel ayında VK-sı ona məlumat verərək cavabdeh barəsində intizam tədbiri görmədiklərini bildirmişdir, məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. Bundan sonra, o, VK-dan da bir kömək olmadığını görərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Son bi r ildə əldə etdiyi sənədlər və məlumatlar əsasında belə qənaətə gəlmişdir ki, Moskvada yaşayan azərbaycanlıya satılması adı ilə 2(iki) ədəd dörd otaqlı və 1 (bir) ədəd üç otaqlı mənzillər Cavabdeh özü tərəfindən kənar ayrı-ayrı şəxslərə satılaraq satışdan əldə edilmiş pul vəsaiti onun özü tərəfindən ələ keçirilmişdir, ona qaytarılmamışdır, yaxud çatdırılmamışdır. Cavabdeh uzun müddət həmin pul vəsaitindən öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Daha sonra isə 2015-ci ilin may ayında onu dəvət edərək ona 3(üç) mənzili Moskvada yaşayan bir azərbaycanlıya satdığını bildirərək pulun hissəhissə ödəniləcəyi ilə onu aldatmış, əslində həmin mənzillərin müxtəlif şəxslərə satılmasından əldə edilmiş pul vəsaitinin bir hissəsini (altmış min dollarını) ona müxtəlif vaxtlarda hissə-hissə ödəyərək Mo skvalıya vahid satış görüntüsü yaratmış, pul vəsaitinin digər hissəsini isə indiyə kimi özündə saxlayaraq bundan öz məqsədləri üçün istifadə etmişdir və etməkdədir. Keçən ilin sonlarından başlayaraq, o, buna qədər cavabdehə satış üçün etibar etdiyi mənzillərin (son 3 ədəd) həqiqətən də satılıbsatılmadığını, kimə və nə zaman, hansı məbləğə satılmasını öyrənməyə, bu mənzillərin binanın hansı blokunda, hansı mərtəbəsində yerləşməsini və nömrələrini öyrənməyə, indiyə qədər ödənilməmiş məbləğin ödənilməməsinin səbəbləri, mənzilləri alan şəxsin kimliyi ilə maraqlanmağa çalışmışdır. Lakin, cavabdeh bunlar barədə onu məlumatlandırmamışdır. Keçən il başqa bir hüquqşünasın vasitəsilə əldə etdiyi məhkəmə qərardadından ona məlum olmuşdur ki, Bakı şəhəri, X, 593-cü məhəllə ünvanında “xxxx” MTK-nın inşa etdiyi 5 bloklu binadan ona mənzillərdən 1-ci blokdan: 3-cü mərtəbə - 2 otaq - 81kv.m.- mənzil 6, 9-cu mərtəbə - 2 otaq 81kv.m.-mənzil 24, 9cu mərtəbə - 3 otaq – 135 kv.m.- mənzil 23, 9-cu mərtəbə - 4 otaq 158kv.m.-mənzil 22, 10-cu mərtəbə - 4 otaq – 158 kv.m.-mənzil 25, 12-ci mərtəbə - 3 otaq 135kv.m.-mənzil 32, 14-cü mərtəbə - 4 otaq - 158kv.m.-mənzil 37, 2-ci blokdan: 4-cü mərtəbə - 2 otaq 81kv.m.-mənzil 49, 9-cu mərtəbə - 2 otaq - 81kv.m.-mənzil 64, 5-ci mərtəbə - 4 otaq 158kv.m.-mənzil 54 qalmışdır. Keçən ilin sonlarına bu ilin əvvəlinə kimi, o, sadəcə onu bilmişdir ki, cavabdehin deməsinə görə, Moskvada yaşayan azərbaycanlı 2 ədəd dörd otaqlı, bir ədəd 3(üç) otaqlı almışdı, bu mənzillər onun satışda olan sonuncu mənzilləri olmuşdur. Lakin, bu ilin əvvəlindən DƏDRX-nin 1 saylı Bakı Ə razi İdarəsinə sorğu ilə müraciət etdikdən sonra məsələnin həqiqətini üzə çıxarmışdır. Məlum olu ki, bu mənzillər artıq 2012-ci ilə kimi satılıbmış. Belə ki, həmin İdarənin verdiyi xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1) ünvan 3 ünvanında yerləşən 4(dörd) otaqlı 22 nömrəli mənzil 10,10.2011-ci il tarixdə X6 adına, 2) ünvan 3 ünvanında yerləşən 3 (üç) otaqlı 23 nömrəli mənzil ilkin olaraq xx.xx.2010-cu il tarixdə X7 adına, 3) ünvan 4 ünvanında yerləşən 4(dörd) otaqlı 25 nömrəli mənzil ilkin olaraq xx.xx.2010-cu il tarixdə X8 adına, 4) ünvan 3 ünvanında yerləşən 3(üç) otaqlı 32 nömrəli mənzil ilkin olaraq xx.xx.2012-ci il tarixdə X2 adına, 5) ünvan 3 ünvanında yerləşən 4(dörd) otaqlı 37 nömrəli mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə X13 adına, 6) ünvan 3 ünvanında yerləşən 4 otaqlı 54 nömrəli mənzil ilkin olaraq xx.xx.2011-ci il tarixdə X4 adına sənədləşdirilmişdir. Cavabdeh ona məxsus 3 (üç) və 4(dörd) otaqlı mənzilləri 2010-2012-ci illərdə sataraq satışdan əldə edilmiş pul vəsaitinin bir hissəsini ona ödəmiş, digər hissəsini isə ödəməmişdir. Sonuncu 3 mənzilin (2 ədəd dörd otaqlı,bir ədəd 3 otaqlı) və 3 ədəd qarajın isə Moskvada yaşayan bir azərbaycanlı tərəfindən 330000 dollara alındığını, lakin bunların pulunun hissə-hissə ödəniləcəyini ona 2015-ci ildə bildirmişdir.
4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-250/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Abbasova) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372. 1, 372.2, 373, 375 və 777.1-ci maddələrinə MPM-nin 14.2. 77.1. maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev ) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5578/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları b) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şi kayəti verərək, qətnamənin ləğv edərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxılmış, iddia müddətləri ilə bağlı məhkəmənin gəldiyi nəticə iş materialları ilə uyğunsuzluğ təşkil etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Hüseynov Pərviz Fazil oğlu kassasiya şikayətinə etiraz edərək, ş ikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticəəldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
14. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edi lən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
15. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
18. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfində n o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. İlk növbədə qeyd olunur ki, məhkəmə qərar qəbul edərkən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır, onlardan istifadə edir. Ona görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona məxsus olan daşınmaz əmlakları satmaq üçün onu səlahiyyətləndirdiyini bildirir, lakin bununla bağlı heç bğir sübut təqdim etmir. Mülki işin içərisində iddiaçı tərəfindən cavabdehin adına verilmiş yeganə bir etibarnamə mövcuddur(mülki iş səhifə175.). Həmin etibarnaməxx xxxxxx 2001-ci il tarixdə verilmiş və müddəti xx xxxxxx 2004-cü il tarixdə başa çatmışdır. Yəni əmlak ların satıldığı müddət ərzində iddiaçının onun adından cavabdehin çıxış etməsini təsdiq edən sübut təqdim edilməmişdir.
27. Hazırkı qərarın 14-15-ci bəndlərində nəzərdə tutulan normaların tələblərinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
28. İddiaçı cavabdehi səlahiyyətləndirdiyini və ona məxsus olan daşınmaz əmlakların satılmasını israr edir. Ona görə belə səlahiyyət notariat qaydasında təsdiq olunmanı tələb edir. Lakin iddiaçı belə bir sənədin möcudluğunu sübut edə bilməmişdir.
29. Bundan başqa, iddiaçının istina d etdiyi barışıq sazişinin (iddiaçıya daşınmaz əmlaklar verilməsi barədə) şərtlərinə görə daşınmaz əlmakların özgəninkiləşdirilməsi üçün həqiqətən iddiaçının özünün və onun səlahiyyətləndirdiyi şəxsin iştirakı mütlək şərt olmuşdur. Beləki, Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 1583/2009 nömrəli, xx xxxxxxxx 2009-cu il tarixli qərardadının surətindən görünür ki, tərəflər arasında barışıq sazişi təsdiq olunmuşdur. Həmin barışıq sazişinin şərtlərindən görünür ki, “xxxx” MTK tərəfindən İddiaçı 10 ədəd mənzil 5 ədəd qaraj, axırıncının payından 2 ədəd mənzil Elxan Quliyevin qohumlarına və 1 ədəd A. Ağaşirinova mənzillər verilmişdir. Həmin sazişin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, İddiaçı Hasangholi bu sazişin 3.2 və 3.3 bəndlərində göstərilən əmlakları digər şəxsl ərə özgəninkiləşdirdikdə notariat kontorunda təsdiq edilən ərizəsini “xxxx” MTK-na təqdim edir.
30. Məhkəmələr müəyyən etmişlər ki, əmlakların digər şəxslərin adlarına keçirilməsində cavabdehin iştirakı olmamışdır. Beləki, iş materiallarında olan Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin fərdi vəkil X9 ünvanladığı **********60 nömrəli, xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 3, mənzil 22 X6 adına xx.xx.2011-ci il tarixdə “xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2011-ci il tarixli protokoldan çıxarışa, “xxxx” MTK-nın xx xxxxxx 2011ci il tarixli 621 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 15000 (on beş min) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2011-c i il tarixli, 621 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 23 ilkin olaraq X7 adına xx.xx.2010-cu il tarixdə“xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2010-cu il tarixli protokoldan çıxarışa, “xxxx” MTK-nın xx xxxx 2010-cu il tarixli 493 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 23000 (iyirmi üç min) manat olduğu qeyd olunmuşdur), xx xxxx 2010-cu il tarixli, 493 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 25 ilkin olaraq X8 adına xx.xx.2010cu il tarixdə“xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxx 2010-cu il tarixli protokoldan çıxarışa, "xxxx" MTK-nın xx xxxx 2010-cu il tarixil 474 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 12500 (on iki min beş yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxx 20 10-cu il tarixli, 474 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Bakışəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 2C, mənzil 32 ( kin olaraq X1 adına xx.xx.2012-ci il tarixdə 'xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2012-ci il tarixli protokoldan çıxarışa, “xxxx” MTK-nın xx xxxxxx 2012-ci il tarixli 677 nömrəli maliyyə arayışına (mənzilin dəyərinin 38401 (otuz səkkiz min dörd yüz bir) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2012-ci il tarixli, 677 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. ünvan 3, mənzil 37 kin olaraq X13 adına xx.xx.2011-ci il tarixli “xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2011-ci il tarixli protokoldan çıxarışa, “xxxx” MTK-nın xx xxxxxx 2011 -ci il tarixli 573 nömrəli maliyyə arayışına (mənzilin oəyərinin 15400 (on beş min dörd yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2012-ci il tarixli, 573 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 2C, mənzil 54 kin olaraq xx.xx.2011 -ci il tarixdə X4 adına “xxxx” MTK-nın üzvlərinin (müvəkillərinin) iclasının xx xxxxxx 2010-cu il tarixli protokoldan çıxarışa, “xxxx” MTK-nın xx xxxxxx 2010-cu il tarixli 566 nömrəli maliyyəarayışına (mənzilin dəyərinin 13200 (on üç min iki yüz) manat olduğu qeyd olunmuşdur), xx xxxxxx 2010cu il tarixli, 566 nömrəli Forma 2 arayışına əsasən qeydiyyata alınmışdır. Yuxarıda sadalanan mənzillərin sənədləşdirilməsində nümayəndə Cavabdeh iştirakı barədə məlumat arxiv qovluğunda aşkar edilməmişdir.
31. İşin faktiki hallarının hərtər əfli araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, bu qərarın 24-25-ci bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Eyni zamanda nəzərə almaq lazımdır ki, sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı qərarın 23-cü bəndində nəzərdə tutulan normanın tələblərinə görə əlavə faktlar və sübutlar apelyasiya məhkəməsində o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı nı əsaslandırsın.
32. İddia müddətinin düzgün tətbiq edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, əvvəla, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyi üçün bu hal iddianın rədd edilməsindən ötrü müstəqil əsasdır. İddia müddətinin tətbiqinə zərurət olmamışdır. Bundan başqa, iddiaçı cavabdehin heç bir hüquqi əsas olmadan onun hesabına əmlak əldə etdiyini israr edir. Beləki, iddiaçının tələbi ondan ibarətdir ki, cavabdeh onun mənzillərini sataraq pulunu ona verməmiş, yəni cavabdehin pulu özündə saxlamağa heç bir qanuni əsası olmamışdır. Deməli, cavabdeh əsassız varlanmışdır. Bu qərarın 18-ci bəndində qeyd olunan normanın tələblərinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlu m olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Özü də həmin müddət iddia müddəti deyil, kəsici müddətdir, bu zaman tərəfin müddətin tətbiq olunması barədə ərizə verməsinə zərurət yoxdur, məhkəmənin öz təşəbbüsü ilə tətbiq olunur. Hazırkı işdə isə məhkəmənin tətbiq etdiyi iddia müddəti əsassız varlanmadan irəli gələn tətəlblər üzrə müəyyən edilən müddətdən daha artıqdır. İddiaçı isə özü iddia ərizəsində təsdiq edir ki, pulunu tələb etdiyi mənzillərin satılmasını ən azından 2015-ci ildən bilmişdir.
33. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, nə qədər ki, iddiaçı sübutemə vəzifəsinin öhdəsində gələ bilməmiş və bu hal iddianın rədd edilməsi üçün müstəqil əsasdır, ondan iddia müdəti ilə bağlı qeyd olunanları nəzərə alaraq qətnamənin ləğv edilməsinə zəru rət yoxdur. Çünki nəticə etibarı ilə iddia təmin olunan iddia deyil.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5578/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.