Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın dəyərinin ödənilməsi 03.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6467/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 fevral 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan 24 oktyabr 2017-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yetirə yetirməsilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər” səlahiyyəti verir.
2. Cavabdeh2 tərəfindən verilmiş yazılı ərizədən görünür ki, İddiaçı ona 3.600 manat borcu olmuş, həmin borcun əvəzinə 2700 manata mübahisəli maşını almışdır.
3. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh2 VAZ-21099" markalt, xxxx dövlət qeydiyyat ni şanlı minik avtomobilini 2700 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin alınaraq ona verilməsi, bu mümkün olmadıqda avtomobilin dəyəri olan 4500 manat məbləğində pulun cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyət hüququ ədsasında özünə məxsus olan “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 20 oktyabr 2017-ci il tarixdə 4 saylı Notariat kontorunda 4500 manat pulun müqabilində 1 il müddətində idar ə etmək üçün ona etibarnamə vermişdir. Bundan sonra onlar razılığa gəlmişlər ki, gələcəkdə maşın üzərində mülkiyyət hüququ onun adına keçiriləcəkdir. Bir müddət keçdikdən sonra o, qızı X1 həyat yoldaşı Cavabdeh2 maşını sürmək üçün etibarnamə vermişdir. Sonradan isə Cavabdeh2 onun xəbəri olmadan Cavabdeh1 ilə birlikdə “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış, onun ödədiyi 4500 manat məbləğində pulu Cavabdeh1 ona qaytarmamışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21099” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtom obil İddiaçı etibarnaməli idarəçiliyinə vermiş, sonuncu nəqliyyat vasitəsinin ona satmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
8. Məhkəməyə təqdim olunan yeganə sübut Cavabdeh1 tərəfindən iddiaçıya verilmiş etibarnamədir ki, həmin etibarnamə də qeyd olunmuş avtomobilin iddiaçıya məxsus olmasına dəlalət etmir.
9. Məhkəmə hesab etmişdir ki, avtomobilin geri qaytarılması ilə bağlı iddia tələbi heç bir mötəbər sübut və dəlillə təsdiq edilmədiyindən, avtomobilin dəyərinin ödənilməsi hissəsində də iddia əsaslı sayıla bilməz.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 152.8, 362.1, 650-ci, Mülki Prossesual Məcəllənin 77.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhk əməsindəki icraat
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6467/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1156/2021 saylı, 05.05.2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iddianın qismən təmin olunması, Cavabdeh2 oğlundan 2700,0 (iki min yeddi yüz) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə və digər Cavabdeh1 münasibətdə rədd olunması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh2 VAZ-21099" markalt, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtom obili 2700,0 manata satmış, əldə etdiyi pul məbləğini iddiaçıya ödəməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh2 vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsin i, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
18. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
24. Mülkiyyət hüququ -subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (maddə 152.1)
25. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzə rdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. (maddə 157.8) Mülki Prossesual Məcəllə
26. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
28. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına u yğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
30. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6467/2021 nömrəli iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.