Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-137/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh oğluna qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1261/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.1991-ci il tarixdə nikah bağlamışlar, bu nikah xx.xx.2023-cü ildə pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətləri sayılan daşınmaz əmlakın – Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalıgında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. m olan 3 (üç) yaşayış və 2 (iki) köməkçi otaqdan ibarət fərdi yaşayış evinin cavabdehlə aralarında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələblərini onunla əsaslandırmış ki, birgə nikah dövründə dövründə qazandıqları hər b irinin dəyəri 1680 manat olmaqla, ümumi dəyəri 20160 manat olan 12 baş inək, hər birinin dəyəri 1300 manat olmaqla, ümumi dəyəri 6500 manat olan 5 baş sağlam inək, hər birinin dəyəri 650 manat olmaqla, ümumi dəyəri 6500 manat olan 10 baş buzov, hər birinin dəyəri 650 manat olmaqla, ümumi dəyəri 5850 manat olan 9 baş dişi dana, hər birinin dəyəri 1040 manat olmaqla, ümumi dəyəri 7280 manat olan 7 baş cöngə, hər birinin dəyəri 216 manat olmaqla, ümumi dəyəri 19008 manat olan 88 baş qoyun (erkək və dişi), hər birinin dəyəri 225 manat olmaqla, ümumi dəyəri 8325 manat olan 37 baş bordag erkək quzu, hər birinin dəyəri 225 manat olmaqla, ümumi dəyəri 5175 manat olan 23 baş quzu,hər birinin dəyəri 216 manat olmaqla, ümumi dəyəri 7560 manat olan 35 baş keçi, hər birinin dəyəri 144 manat olmaqla, üm umi dəyəri 1728 manat olan 12 baş dişi oglaq, hər birinin dəyəri 156 manat olmaqla, ümumi dəyəri 1248 manat olan 8 baş erkək oglaq, hər birinin dəyəri 18 manat olmaqla, ümumi dəyəri 414 manat olan 23 baş qaz, hər birinin dəyəri 8 manat olmaqla, ümumi dəyəri 344 manat olan 43 baş toyuq, hər birinin dəyəri 20 manat olmaqla, ümumi dəyəri 700 manat olan 35 baş hinduşka, hər birinin dəyəri 12 manat olmaqla, ümumi dəyəri 144 manat olan 12 baş ördək, hər ay 60 manat hesabilə son 12 ay ərzində alınmış 720 manat məbləgində olan çörək pulu və 20000 manat dəyəri olan daşdan tikilmiş 2 otaqlı fərdi yaşayış evi (6x4, 6x5, cəmi 54 kv.m sahəsi olan) aralarında bərabər bölünməlidir. Əlavə olaraq cavabdehlə birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak - Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obal ığında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. M olan 3 (üç) yaşayış və 2 (iki) köməkçi otaqdan ibarət fərdi yaşayış evi cavabdehlə aralarında bərabər bölünməlidir. Yəni, o hesab etmişdir ki, birgə nikah dövründə əldə etdikləri xırda və iri buynuzlu heyvanlarda, mübahisəli fərdi yaşayış evində onun 2 hissədə payı müəyyən olunmalıdır. Odur ki, müvafiq iddia ilə məhkəməyə müraciət etməli olmuş və hesab etmişdir ki, məhkəmə bu halları nəzərə alaraq, cavabdehlə birgə nikah dövründə əldə etdikləri xırda və iri buynuzlu heyvanlar, daşınmaz əmlak - Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalıgında yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 118.4 kv. m olan 3 (üç) yaşayış və 2 (iki) kömək çi otaqdan ibarət fərdi yaşayış evi cavabdehlə aralarında bərabər bölünməlidir.
4. İddiaçı sonradan tələbini dəqiqləşdirərək....................................................................
5. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, 1991ci ildə iddiaçı ilə evlənmiş və onların 4 uşağı olmuşdur. Hazırda Belarusiya Respublikasında yaşayan qardaşı Qənəhət onun oğlu Ramilə qoyun almaq üçün pul vermiş və Ramil 2015-ci ildə həmin pula 40 baş qoyun almışdır. Qoyunlar artaraq 45 baş olmuş, lakin iddiaçı onun evində olduğu dövrdə Ramil 4 baş qoyun satmışdır. Hazırda onun təsərrüfatında 40 baş qoyun və 1 baş inək var, başqa hər hansı bir heyvan yoxdur. Qoyunlar ona deyil, oğlu Ramilə məxsus olmuşdur. Həyətində olan quş heyvanlarının sayını bilməmiş, onlar 2 020-ci ildə müharibə dövründə tələf olmuşlar. 2022-ci ildə bəzi heyvalardan sataraq, qızları Ləman və Kəmaləyə cehiz almışdır. Əvvəl Ləman, sonra isə Kəmalə gəlin köçmüşdür. Kəmalə gəlin köçən gün iddiaçı da evdən çıxmışdır. 2023-cü ilin mart ayında iddiaçı ilə qeydiyyat şöbəsində boşanmışlar. İddiaçının tələb etdiyi torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmadığını qeyd etməklə, tələbin rədd olunmasını xahiş etmişdir. 6. “X8” MMC-nin xx.xx.2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, bir baş iribuynuzlu mal qara 1200 manat, bir baş xırda buynuzlu mal qara 140 manat dəyərində qiymətləndirilmişdir.
7. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-31-35 /2-28/2023 saylı arayışında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə 9 baş iribuynuzlu, 100 baş xırda buynuzlu, 04,08.2023-da il tarixəzisə 2 baş iribuynuzlu, 46 baş xırda buynuzlu heyvanı olmuşdur.
8. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Xatınbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyininxx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, cavabdehin şəxsi təsərüffatında olan iri və xırda buynuzlu heyvanların başsayı xx.xx.2023-cü il tarixə iri buynuzlu heyvanların cəmi 9 baş, xırda buynuzlu heyvanların cəmi 100 baş, hal-hazırda vətəndaşın xx.xx.2023-cü il təsərüffatında olan iri və xırda buynuzlu mal-qaranın sayı göstərilən sayda olmuş, iri buynuzluların cəmi 2, inək 1, erkək buzov 1, xırda buynuzluların cəmi 46, ana qoyun 20, quzu 20, qoç 2, şişəklər 4 olmuşdur. Qeyd: xx.xx.2023-cü il və xx.xx.2023-cü il azalmanın səbəbi vətəndaşın iki qız övladının ailə qurması, onların mebel və digər əşyaların alınması göstərilmişdir.
9. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 avqust 2023-cü il tarixli, 2(013)-1647/2023 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 1200 manat qiyməti olan bir baş inəyin dəyərinin yarısı hesab edilən 600 manat, hər birinin qiyməti 1200 manat olan dörd baş inək, hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq X2 verilməsi, iddiaçının ödəməkdən azad edildiyi 127.20 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutulması, X1 Cavabdeh qarşı olan iddiasının qalan - Ağdam rayonu Haramı düzü Xatınbəyli kənd obalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118,4 kv.metr olan üç yaşayış və iki köməkçi otaqdan ibarət fərdi yaşayış evinin, hər birinin dəyəri 1200 manat olan 3 baş inək, 5 baş sağılan inək, 10 baş buzov, 9 baş dişi dana, 7 baş cöngə, 37 baş bordaq erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlaq, hər birinin qiyməti 18 manat olan 23 ədəd qaz, hər birinin qiyməti 8 manat olan 43 ədəd toyuq, hər birinin qiyməti 20 manat olan 35 hind quşu, hər birinin qiyməti 12 manat olan 12 ədəd ördəyin aralarında bərabər bölünməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah xx.xx.1991-ci ildə qeydə alınmış və xx.xx.2023-cü ildə pozulmuşdur. Tə rəflər birgə nikah dövründə hər birinin qiyməti 1200 manat olan 9 baş inək, hər birinin qiyməti 140 manat olan 100 baş qoyun əldə etmişlər. Həmin heyvanlar nikah müddətində ər-arvadın əldə etdikləri əmlak olduğundan onların ümumi birgə mülkiyyəti olmuşdur. Ona görə də iddiaçı hər birinin qiyməti 1200 manat olan 9 baş iribuynuzlu, hər birinin qiyməti 140 manat olan 100 baş xırda buynuzlu heyvanın bölünməsini tələb edə bilər.
11. Məhkəmə cavabdeh ilə birgə nikahdan əldə etdikləri ümumi birgə mülkiyyətlə bağlı məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı daşınmaz əmlakın - Ağdam rayonu, Haramı düzü, Xatınbəyli kənd obalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 118,4 kv.m olan 3 yaşayış və 2 köməkçi otaqdan ibarət fərdi yaşayı ş evinin cavabdehlə aralarında bölünməsini barədə tələb etsə də, həmin daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia sözügedən hissədə rədd edilmişdir.
12. Bundan əlavə məhkəmə birgə nikah dövründə aldıqları hər birinin dəyəri 1200 manat olan 12 baş inək, 5 baş sağılan inək, 10 baş buzov, 9 baş dişi dana, 7 baş cöngənin, hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun, 37 baş bordağ erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlağn, hər birinin qiyməti 18 manat olan 23 qaz, hər birinin qiyməti 8 manat olan 43 toyuq, hər birinin qiyməti 20 manat olan 35 hinduşka, hər birinin qiyməti 12 ədəd ördəyin mövcudluğu ilə bağlı hesab etmişdir ki, həmin iri və xırda buynuzlu heyvanlarının o lduğunu təsdiq etmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddianın həmin əmlakın aralarında bərabər bölünməsi tələbinə dair hissəsi rədd edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 146.1, 146.2, 157.2-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2, 32.3, 33.1, 34.1 və 37.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 14.2, 77.1, 88, 124, 216-220, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1647/2023 nömrəli qətnaməsinin iddianın təmin edil miş hissəsində ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd nümayəndənin baş kitabında qeyd olunan iri və xırda buynuzlu heyvanların azalması səbəbi qeyd, əlavə olaraq məhkəmə iclasında şahidlərin verdiyi ifadədə qeyd olunan şahidlər X7, X4 izahatlarına, hüquqi qiymət verilməmişdir. Halbuki onların ifadələri həmin heyvanı bizim qapıda olmasına baxmayaraq, qardaşı Xanquliyev Qənəhətə məxsus olduğunu qeyd etmişlər. Belə ki, həmin heyvanlar Qənəhətin pulu ilə alınmış və sonralar heyvanlar 2 qızının cehizdən qalan borcun ödənilməsi üçün satılmışdır. Bunu işə əlavə etdiyi "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlindən görünmüşdür.
16. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, 2022-ci ildə əvvəl qızı Ləman, sonra isə digər uşağı Kəmalə ərə getmişdir. Kəmalə ərə getdiyi gün cavabdeh onu evdən qovmuş və həmin vaxtdan hal-hazıra qədər Bərdə rayonunda yerləşən köçkünlər üçün tikilmiş qəsəbədə anası evində yaşamağa məcbur olmuşdur. Cavabdehlə birlikdə 30 il evlilik ərzində Ağdam rayonu Haramı düzü Xatınbəyli kənd obalığında yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi, ümumi sahəsi 118,4 kv.metr olan üç yaşayış və iki köməkçi otaqdan ibarət fərdi yaşayış evi əldə edərək orada yaşamış, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarış almamışlar. Bundan başqa əri ilə birgə yaşadığı dövr ərzındə hər birinin qiyməti 1200 manat olan 12 baş inək, 5 baş sağılan inək, 10 baş buzoy, 9 Faş dişi dana, 7 baş cöngə, hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun, 37 baş bordaq erkək quzu, 23 baş quzu, 35 baş keçi, 12 baş dişi oğlaq, 8 baş erkək oğlaq, hər birinin qiyməti 18 manat olan 23 ədəd qaz, hər birinin qiyməti 8 manat olan 43 ədəd toyuq, hər birinin qiyməti 20 manat olan 35 hind quşu, hər birinin qiyməti 12 manat olan 12 ədəd ördək əldə etmişlər. Lakin, daha sonra evdən çıxdıqda həmin əmlakları yaşadığı evdə qalmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1261/2024 nömrəli iş üzrə 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə. Mehtiyev - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və M.Ə.Mustafayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsində – cavabdehdən hər birinin qiyməti 140 manat olan 50 başqoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq iddiaçıya verilməsi - hissəsində dəyişdirilərək, cavabdehdən hər birinin qiyməti 140 manat olan 44 (qırx dörd) baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə isə cəmi dəyəri 6160 manat alınaraq iddiaçıya verilərək qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən əmlakların 1200 manat qiyməti olan bir baş inəyin, hər birinin qiyməti 1200 manat olan dörd baş inək, hər birinin qiyməti 140 manat olan əlli baş qoyunun tərəflərin bir gə nikah dövründə əldə edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi bu hissədə qismən əsaslı olmuşdur. Lakin, birinci instaniya məhkəməsi birgə nikah dövründə əldə edilmiş qoyunların sayını düzgün qeyd etməmişdir.
19. İş materiallarından olan xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, cavabdehin şəxsi təsərüffatında olan iri və xırda buynuzlu heyvanların başsayı xx.xx.2023cü il tarixə iri buynuzlu heyvanların cəmi 9 baş, xırda buynuzlu heyvanların cəmi 100 baş, hal-hazırda vətəndaşın xx.xx.2023-cü il təsərüffatında olan iri və xırda buynuzlu mal qaranın sayı göstərilən sayda olmuş, iri buynuzluların cəmi 2, inək 1, erkək buzov 1, xırda buynuzluların cəmi 46, ana qoyun 20, quzu 20, qoç 2, şişəklər 4 olmuşdur. Qeyd: xx.xx.2023-cü il və xx.xx.2023-cü il azalmanın səbəbi vətəndaşın iki qız övladının ailə qurması onların mebel və digər əşyaların alınması göstərilmişdir.
20. Əlavə olaraq məhkəmə kollegoyası onu da qeyd etmişdir ki, iddiaçı hər iki instansiya məhkəməsinin izahatında qeyd etmişdir ki, birgə nikah dövründə hər birinin qiyməti 140 manat olmaqla 88 baş qoyun əldə etmişlər. İşə baxan birinci instansiya məhkəməsi isə tərəflərin 100 baş qoyun əldə etmələrini əsas gətirərək cavabdehdən 50 baş qoyunun alınıb iddiaçıya verilməsini qət etmişdir. Halbuki, qeyd olunduğu kimi iddiaçı özü iddia ərizəsində birgə nikah dövründə 88 baş qoyunun əldə edilməsini göstərmişdir. Ona görə də qətnamə həmin hissədə dəyişdirilmişdir.
21. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsi nin qətnaməsi - cavabdehdən hər birinin qiyməti 140 manat olan əlli baş qoyun, həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri alınaraq iddiaçıya verilməsi - hissəsində dəyişdirilməli, cavabdehdən hər birinin qiyməti 140 manat olan 44 (qırx dörd) baş qoyun, olmadığı təqdirdə isə cəmi dəyəri alınaraq iddiaçıya verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13.1, 29.1 və 29.3-cü, Ailə Məcəlləsinin 31.1, 31.2, 32.1, 32.2.2, 33.1, 34.2, 36.3, 37, 225.2, 225.4cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 218.1, 218.3, 384.0.3-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarına, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv edilərək, işin yenid ən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqda qərar qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən iri və xırda buynuzlu heyvanların 1200 manat qiyməti olan bir baş inəyin, hər birinin qiyməti 1200 manat olan dörd baş inək, hər birinin qiyməti 140 manat olan əlli baş qoyunun tərəflərin birgə nikah dövründə əldə edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi bu hissədə qismən əsaslı olmuşdur. Halbuki iddiaçı ilə birgə nikahdan olan 2 qızının toyu üçün xərclənən cehiz əşyaları nisyə alınmış və həmin iri və xırda buynuzlu heyvanlar satılaraq onların cehizin dəyərinin ödənilməsi üçün xərclənmişdir. Bunu məhkəmədə təqdim edildiyi Kapital Bankın xx.xx.2023-cü il tarixli müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlində göstərilmişdir. Həmin hallar iddiaçının verdiyi izahatında da qeyd edilmişdir ki, hər iki qızın toyundan 3000 manat pul yığılmış, lakin hər qıza verilən cehizin dəyəri 15.000 manata qədər olmuşdur.
25. Cavabdeh əlavə olaraq onu da qeyd etmişdir ki, təkcə mebelin qiyməti 6000 manat təşkil etmişdir. İddiaçı qızlarının toyundan sonra evi tərk edib getdiyindən birgə nikah dövründə olan borclar iddiaçı tərəfindən cavabdehin üzərində atılmışdır. Bu hal iş materaillarında təsdiq olunsada hakim buna qiymət verməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 31.1. Ər-arvadın birgə mülki yyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
28. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
29. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
30. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
31. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmla kının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;
32. Maddə
37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, tərəflərin nikahı dövründə əldə edilmiş onların ümumi birgə mülkiyyətində olduğundan əmlak qətnamələrdə əks olunan qaydada bölünməlidir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxla yır.
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.
47. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1261/2024 saylı, 12 iyun 2024-cü il tarixli q ətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.