Məhkəmə qərarları › İş №2(102)-1371/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1371/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1371/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı “xxxx” KB-in Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1371/21 (Açar sözlər: kredit borcunun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1696/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında a çıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı “xxxx” KB ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2013-cü il tarixli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik istifadə dərəcəsi 22 faiz olmaqla 60.000 ABŞ dolları məbləğində, xx xxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən isə 12 ay müddətinə illik istifadə dərəcəsi 28 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələr üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi ona məxsus 0,04 ha ölçüdə torpaq sahəsi, Cavabdeh3 Tasin qızına məxsus Xaçmaz şəhərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 Zakir oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2015-ci ilin oktyabr ayında “xxxx” ASC Cavabdeh1, Cavabdeh3 Tasin qızı, Cavabdeh2 Zakir oğlu və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka xx xxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə cəmi 50.670,16 ABŞ dolları məbləğində, xx xxx 2014-cü il tarixli əlavə kredit xətti müqaviləsi üzrə cəmi 3.200,09 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borclu və zamindən tutulması, tutmanın ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinə yönəldilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi il ə (hakim: İ.Ə.Xəlilov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zakir oğlundan xx xxx 2014-cü il tarixli müqavilə üzrə cəmi 78.620,80 ABŞ dolları, xx xxx 2014-cü il tarixli müqavilə üzrə cəmi 3089,95 manatın tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 70.000 manat, 0,04 ha torpaq sahəsinin ilkin satış qiymətinin 45.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılaraq əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, həmin əmlaklara tutma yönəldikdən və satıldıqda sonra ən geci bir ay ərzində cavabdehlərin oradan çıxarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(105)-1696/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və F.Ə.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-01/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunmasını əsaslı sayarkən borclu Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərinin lazımınca icra etməməsini, onun banka olan borcunun iş üzrə aparılmış məhkəmə ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə, ipoteka predmetlərinin ilkin satış qiymətinin isə Əmlak Ekspertizası tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli rəylə müəyyən olunmasını və s. əsas göstərmiş və maddi hüquq norması kimi Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 449.4, 269.1, 269.4, 270.1, “İpoteka haqqında” Qanunun 33, 34, 36, 41.2, 47.5 və 59.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək borcun və faizlərin həddindən artıq şişirdilməklə ondan tutulmasını, ipoteka predmetlərinin 2013-cü ilin tarif dərəcələrinin tətbiq olunmaqla qiymətləndirilməsini əsas göstərməklə qətnəmənin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla mü əyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442 Öhdəliyi n icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə gö rə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayətində borcun məbləğinin şişirdilməsi və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin 2013-cü ilin tarif dərəcələrinə uyğun müəyyən olunması iddia olunsa da, iş materiallarından görünür ki, cavabdehdən tutulması qət olunmuş borcun məbləği ekspertin rəyi ilə müəyyən olunmaqla kassasiya şikayətinin dəlilləri borcun məbləğinin düzgün müəyyən olunmaması nəticəsinə gəlmək üçün əsas vermir. İpoteka predmetlərinin ilkin satış qiyməti isə X3 xx xxxxxx 2019-ci il tarixli rəyi ilə müəyyən edilmişdir. Belə olduqda ipoteka predmetlərinin dəyərinin 2013-cü ilə olan tarif dərəcələri ilə müəyyən olunmasına dair şikayətin dəlili əsaslı sayıla bilməz. Cavabdeh1 kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmədiyindən, kollegiya hesab edir ki, borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi müəyyən olunmuş sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmuşdur. Göstərilə nlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə düzgün qiymət verilməklə çıxarılmış, maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunmuş, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1696/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar