Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1373/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, şikayətin prosessual normaların tələblərinə cavab verməməsi, şikayətin forma və məzmununa dair tələblərə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-710/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2016-ci il tarixli 2(043)1998/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 06 avqust 2013-cü il tarixli 2143 №-li kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 2393,0 (iki min üç yüz dox san üç) manat, faiz borcu üzrə 938,0 (doqquz yüz otuz səksən) manat, kredit müddətinin bitdiyi tarixdən hazırki vaxta qədər hesablanmış faiz borcu isə 113,0 (bir yüz on üç) manat, cəmi 3444,0 (üç min dörd yüz qırx dörd) manat məbləğində borcun alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi, borcun tutulmasının Cavabdeh tərəfindən öhdəliyin təminatı kimi kredit müqaviləsinə əsasən girov qoyulmuş, “BMW 520” markalı **CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin (ipoteka predmeti) açıq hərracdan satılması, satış pulundan əldə olunan vəsaitdən 3444,00 (üç min dörd yüz qırx dörd) manatın tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin qalan hissəsinin Cavabdeh qaytarılması, məhkəmə xərci kimi iddiaçı tərəfindən ödənilmiş 30,0 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Fuad Mirabov) Apellyasiya instansiyası məhkəməsindəki icraat.
3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-710/2025 nömrəli, 19 fevral 2025-ci il tarixli qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 19 may 2016-ci il tarixli 2(043)-1998/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Rüfət Məcidov)
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin (forma və məzmun ilə bağlı) tələblərinə riayət edilməyərək, yəni adi mətn şəkildə tərtib edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Belə ki, Cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayətində maddi hüquq normalarının pozulması kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə istinad edilsə də, qeyd olunan hüquq normasının pozulmasının konkret nədə ifadə olunması, hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində müfəssəl şəkildə əsaslandırılmamışdır.
6. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, Konstitusiyanın həmin maddəsinə istinad edildikdən sonra apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin maddənin tələblərini pozaraq işə qərəzli yanaşması qeyd edilmiş və məhkəmənin qərəzli mövqedən çıxış etməsi bundan sonra prosessual hüquq normalarının pozulmasına dair hissədə tam əsaslandırılmışdır. Lakin məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi apellyasiya şikayətində Cavabdeh cəmi bir maddəyə istinad edib və onu da əsasland ırmamışdır. Halbuki, apellyasiya şikayətinin ümumi məzmunundan (məğzindən, mənasından) aydın olur ki, Cavabdeh qətnamədən əsas ona görə narazıdır ki, məhkəmə tərəf olaraq onun məhkəmə prosesində iştirakını təmin etmədən qətnamə çıxarmışdır. Bu isə prosessual qanun pozuntusudur və birinci instansiya məhkəməsinin qətnamə çıxararkən prosessual qanunvericiliyin tələblərini pozması apellyasiya şikayətində kifayət qədər əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytar ılır. Maddə 361.1.5. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Maddə 361.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya in stansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
10. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
11. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
12. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş forma və məzmunla bağlı tələblərinə riayət olunmamasına istinad etmişdir.
14. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini əsaslı hesab edir.
15. Belə ki, Mülki Prosessual Məcllənin 361.1.5 və 361.1.6-cı maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.
16. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də apellyasiya şikayətinin MPM-in 2 saylı Əlavəsində müəyyən olunmuş forma və məzmunda verilməli olması tələbidir.
17. Apellyasiya şikayətinə münasibətdə MPM-in 2 saylı Əlavəsinin 6-cı bəndində maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin qeyd edilməsi, bu hissədə şikayət olun an qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq normasının sıralanmaqla göstərilməsi, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli olması qeyd edilmişdir.
18. Əlavənin 7-ci bəndində isə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməli, bu hissədə şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla qeyd edilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.
19. Buna baxmayaraq, cavabdeh apellyasiya şikayətində qeyd edilən tələblərə əməl edilməmiş, apellyasiya şikayətinə münasibətdə irəli sürülən tələblərə cavab verən şikayət tərtib etməmişdir.
20. Apellyasiya şikayətinin ümumi məzmunundan (məğzindən, mənasından) oradakı dəlillərin aydın olması barədə kassasiya şikayətində göstərilən dəlillər əsassızdır.
21. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Hər hansı normanının pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmək şikayətin məzmun baxımın dan qəbuledilənliyini mümkünsüz edir.
22. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş qaydada (2 saylı Əlavədə müəyyən olunmuş forma və məzmuna uyğun olması) verilməsidir, belə olan halda, şikayətin qeyd edilən əsasla qeyrimümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.
23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: C avabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-710/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.