Məhkəmə qərarları › İş №2(102)-1374/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1374/2020

11.03.2020 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1374/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: İmişli Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(036)-208/2018 sayl ı qərardadı ilə iddiaçılar x1, x2 və x3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və ipotekaya qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası iddiaya cavab verməli olmayan şəxs hesab edildiyindən əsl cavabdeh Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İmişli Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli 2(036)-208/2018 saylı qərardadı ilə iddiaçılar x1nun, x2nın, x3nun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və ipotekaya qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmiş dir. Nəsimi Rayon Məhkəməsi tərəfindən iş üzrə 11 iyul 2018-ci il tarixdə qiyabi qətnamə çıxarılaraq iddia tələbi tam təmin edilmişdir. Lakin iş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etdiyindən, Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli 2(006)-3161/2018 saylı qərardadı ilə Nəsimi rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraata təzələnərək məhkəmə baxışına təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x3 x4-dən 01.11.2006-cı il tarixdə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Qardaşı x5 və x1 ilə bank arasında 01.11.2006-cı il tarixdə İpoteka müqaviləsi bağlanmış, onların ünvan 1 mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 8 saylı və x1nun ünvan 2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 7 saylı yaşayış evləri girov qoyularaq ipoteka ilə yüklənmişdir. x3 tərəfindən kredit borcu tam olaraq ödənilmişdir. Sonralar x4 ləğv edilmişdir. Onun sənədləri Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasındadır. Borclu banka olan borcunu tam ödəməsinə baxmayaraq mülkiyyətlərində olan ipotekaya qoyulmuş fərdi yaşayış evlərinin üzərindən girov götürülməmiş və evlər ipoteka yüklülüyündən azad edilməmişdir. x5 22.05.2014-cü ildə vəfat etmişdir. Arvadı x2 mərhumun hüquqi varisidir. Bu səbəbdən qanunun tələblərinə uyğun olaraq fərdi yaşayış evlərinin ipoteka müqavilələri ləğv edilməli və ipotekaya qoyulmuş əmlaklar yüklülükdən azad edilməlidir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2955/19 saylı 22 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Tağıyeva) iddia tələbləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)11257/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)2955/19 saylı 22 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1, x2, x3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və maraqlı şəxs Daşınmaz Əmlakın Rövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinin ləğv edilməsi və ipotekaya qoyulmuş əmlakın yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli rayon məhkəməsinə müraciət edərək, x1nun x4-dən götürdüyü kreditə görə 19 noyabr 2006-cı il tarixli ipoteka müqavilələrinin ləğv edilməsi, ipotekaya qoyulmuş x5nun ünvan 1 mülkiyyətində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 8 saylı və x1nun ünvan 2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 7 saylı yaşayış evlərinin girovdan – yüklülüyün azad edilməsi və Daşınmaz Əmlakın Rövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən dövlət reyestrində müvafiq qeydiyyat aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, şikayət qətnamənin ləğvinə yönəldilsə də, Bakı Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 22 may 2019-cu il tarixli qətnaməsi iddianın “ipoteka müqavilələrinin ləğv edilməsi”nə dair təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi qətnamənin iddia tələbinin “ipotekaya qoyulmuş əmlakın yüklülükdən azad edilm əsi” təmin olunmuş hissəsində əsaslılığını yoxlamışdır. 19 noyabr 2016-cı il tarixli İpoteka (girov) müqavilələrinə əsasən x5 mülkiyyətində olan ünvan 1 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 8 saylı və x1 mülkiyyətində olan ünvan 2 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 7 saylı yaşayış evlərini ipoteka ilə girov qoymuşlar. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın kserosurətindən görünür ki, ünvan 1 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 62.4 kv.m yaşayış, 86.5 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə x5nun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hüquqların Dö vlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın kserosurətindən görünür ki, ünvan 2 mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı 130.8 kv.m yaşayış, 129.2 kv.m köməkçi sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə x1nun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 209349 saylı nikah haqqında şəhadətnamədən görünür ki, x5 ilə x6 arasında 01 noyabr 1979-cu il tarixdə nikah bağlanaraq bu barədə İmişli rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 216 saylı qeyd aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı 667719 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, x5 04 iyun 2014-cü ildə vəfat etmişdir. Müəyyən edilmişdir ki, ipoteka predmeti olan ünvan 1 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 62.4 kv.m yaşayış, 86.5 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə x5na məxsus olmuş, həmin əmlak x5 ilə x6nın birgə nikahları dövründə əldə edildiyindən onların ümumi əmlakı olmuş və buna görə də x6 mübahisə predmeti olan əmlak barədə iddia tələbi irəli sürməyə birgə mülkiyyətçilikdən irəli gələn subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarınd an biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtlə şdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən isə, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. İşin yuxarıda şərh olunan hallarından göründüyü kimi, x3 ilə x4 arasında 01.11.2006-cı il tarixli kredit müqaviləsi üzrə bankdan aldığı əsas kredit borcunu və hesablanmış faizləri tam şəkildə ödəyərək üzərinə götürdüyü öhdəlikləri icra etmi ş, bank isə kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icra edilməməsi barədə, yaxud iddianın əsaslılığına şübhə yaradacaq hər hansı sübutu təqdim etmədiyi halda ipoteka müqavilələrinin yuxarıda qeyd olunan şərtlərini pozaraq daşınmaz əmlakların ipotekadan azad edilməsi istiqamətində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar