Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1375/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, torpaq sahəsinin zəbtdən azad olunması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-17/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı, X6, X7, X8, X2 və X10 mülkiyyət hüququ 17 fevral 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1, X1, X5 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,76 hektar torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,61 ha pay torpaq sahəsinin cavabdehlərin qanunsuz istifadəsindən alınaraq iddiaçıların istifadələrinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırmışdır ki, cavabdehlər 10 ildir ki, iddiaçıların mülkiyyətinə verilmiş pay torpaq sahəsindən qanunsuz olaraq istifadə edirlər. Cavabdehlər torpaq sahəsini geri qaytarmaqdan imtina edirlər və bunun nəticəsində iddiaçının mülkiyyət hüququ pozulur.
5. Birinci instansiya məhkəməsi tərəfindən alınmış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınm az Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********79 reyestr nömrəli çıxarışın koordinatlarında sürüşmə olduğundan İddiaçı və ailə üzvlərinə məxsus Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
6. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, DƏDRX tərəfindən İddiaçı və ailə üzvlərinə verilmiş **********79 reyestr nömrəli çıxarışın koordinatlarında sürüşmə olduğundan İddiaçı və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Qırmızı Xuto r kəndində yerləşən 0,61 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək mümkün olmadığından iddia tələbi təmin edilə bilməz.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.2-ci, Torpaq Məcəlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4. 216-220-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya icraatında alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə və məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli rəyinə əsasən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X11, X12, X13, X9, İddiaçı və X10 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. “Torpağa mülkiyyət hüququna dair” JN-0006 saylı, KOD 30223048 nömrəli Döv lət aktına əsasən Cavabdeh1 məxsus 2,76 hektar torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X11, X12, X13, X9, İddiaçı və X10 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi və JN0006 saylı, KOD 30223048 nömrəli Dövlət aktına əsasən Cavabdeh1 məxsus 2,76 hektar torpaq sahəsinin döngə nöqtələri, koordinatları “Torpaqların elektron kadastr uçotu informasiya sisteminə” (TEKUİS) əsasən qonşu sahələri ilə üst-üstə düşmür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2007-ci il tarixdə verilmiş MH seriyalı, 00067729 nömrəli çıxarışa əsasən X11, X12, X13, X9, İddiaçı və X10 xüsusi mülkiyyətinə kənd təsərrüfatlı əkin sahəsi olaraq Xaçmaz rayonu, Qırmızı Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsi, bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-17/2023 nömrəli qətnaməsi ilə (hakim A.M.Süleymanovanın sədrliyi və məruzəsi ilə, hakimlər Z.İ.Məmmədovdan və F.Ə.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2019cu il tarixli, 2(067)-1991/2019 nömrəli qətnaməsi qismən - Cavabdeh1 münasibətdə iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilm əklə, iddia qismən təmin edilmiş, DƏDRX-nin xx.xx.2007-ci il tarixli ******* seriyalı, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********* olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinin Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq İddiaçı istifadəsinə qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə Cavabdeh2 dair hissəsi istisna olmaqla, razılaşmayaraq apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması və işin faktiki hallarına düzgün hüquqi qiymət ver ilməməsi hissəsində əsaslı hesab etmişdir.
13. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın rəyinə istinad edən apellyasiya məhkəməsi həmin ekspert rəyini mötəbər sübut növü olaraq qiymətləndirmiş və hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının birgə mülkiyyətində olması, həmin torpaq sahəsinin qonşu sahələr ilə üst-üstə düşmədiyi və Cavabdeh1 tərəfindən həmin torpaq sahəsinin bütünlüklə zəbt edilərək istifadə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından həmin hissədə iddia tələbi əsaslıdır.
14. Digər Cavabdeh2 aid hissədə isə, iddia tələbi iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmadağından birinci instansiya məhkəməsinin bu hissədə iddianın təmin edilməməsinə dair gəldiyi nəticə ilə apellyasiya kollegiyası razlaşmışdır.
15. Apellyasiya i nstansiyası məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152, 152.5, 157.2-ci, Torpaq Məcəlləsinin 68, 84, 103.1, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 372.1, 372.2, 372.6, 372.7, 384.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 88, 217.3-cü maddələrinin tələblə rini pozmuşdur.
18. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni məhkəmə tikinti-texniki ekspertizanın rəyi ilə əsaslandırmışdır ki, həmin rəylə iddiaçının xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qırmızı-Xutor kəndində yerləşən 0,61 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh1 tərəfindən istifadə edilməsi müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad etdiyi məhkəmə tikinti-texniki ekspertizasının nə tarixi, nə də ki, nömrəsi göstərilməmişdir. İşdə olan 13 sentyabr 2023cü il tarixli, 10/6712 nömrəli ekspertin rəyi ilə əsassızdır və ziddiyyətli məqamlardan ibarətdir. Ekspert rəyindən göründüyü kimi, ekspert tərəfindən hər hansı tədqiqat aparılmamış, iş üzrə mütəxəssis rəyi olduğu kimi ekspertiza rəyinə köçürülmüşdür. Belə ki, eksper tizanın nəticəsi məhkəmənin qərardadında ekspertiza qarşısında qoyulmuş suallara uyğun deyildir. İddiaçıya və ailə üzvlərinə məxsus 2,76 ha torpaq sahəsi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə cavabdehin mülkiyyətlərinə verilmiş, həmin vaxtdan da qanuni istifadələrindədir. Mütəxəssis rəyində iddiaçıya məxsus 0,61 ha torpaq sahəsindən tərəfindən istifadə edilməsinin göstərilməsi tamamilə yalan və əsassızdır. Həmçinin, 5 saylı Ərazi İdarəsinin mütəxəssisi rəyində göstərmişdir ki, iddiaçının torpaq sahəsinin koordinatlarında sürüşmə mövcuddur və bu səbəbdən rəyin verilməsi mümkün deyildir. Lakin apellyasiya instansiyası məhkəməsinin qərardadına əsasən rəy vermiş 5 saylı Ərazi İdarəsinin digər mütəxəssisi isə tamamilə fərqli və əsassız rəy vermişdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətli məqamları nəzərə almamışdır.
19. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
20. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktl ara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, kassasiya baxışının predmetini qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29 -cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyində n ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyə tçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həya ta keçirilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdi yi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçü n məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməs i işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mütəxəssis və eks pert rəyləri alınmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
29. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaqla, cavabdeh tərəfindən istifadə olunması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur.
30. Cavabdeh kassasiya şikayətində iş üzrə keçirilmiş ekspertizanın rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2023-cü il tarixli, 2(105)-17/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.