Məhkəmə qərarları › İş №2(102)-1376/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1376/2025

05.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1376/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması (Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən), işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-126/2025 nömrəli iş üzrə 15 yanva r 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 1988-ci ildə təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloq-reanimotoloq vəzifəsinə təyin edilmişdir.

2. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 Şəxs Şəki rayon X3 Hüquqi Şəxsinin İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli 18-1-71/2-R-121-xx-xx/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə 65 yaşının bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəkdir.

3. Şəki rayon X3 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-722/2024 nömrəli Əmri ilə iddiaçının yaşının 65-ə çatdığı səbəbindən Əmək Məcə lləsinin 70-ci maddəsinin “e” bəndi ilə, yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdıqda” əsası ilə idiaçının əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar işburaxma müd dəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, o, Şəki rayon Doğum evində (Şəki Perinatal mərkəz) işlədiyi uzun müddət ərzində (35 il), kollektiv arasında dərin hörmət qazanmış, həmişə şərəflə işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almadan bu vəzifədə, xx.xx.2024-cü il tarixinə qədər, Hippokrat andına sadiq, vicdanla çalışmışdır. Ölkənin bütün mətbuat orqanlarında, yəni rəsmi və ya qeyri rəsmi, bütün kütləvi informasiya vasitələrində TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-da həkim çatışmazlığı ilə bağlı rəsmi məlumatlar verilir və həqiqətən də, vakansiy a üzrə Şəki RMX PHŞ-da, hazırda da, ən azından 35-40 həkim yeri boşdur. Əlavə, Şəki RMX PHŞ-da hal-hazırda yaşı 65-dən yuxarı işləyən həkimlərin sayı 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı olan həkimlərin sayı isə 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Vidadi Süleymanov, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əlyəsər Məmmədov, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çoxdur. Bütün qeyd edilənlərlə aydın olur ki, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ ona qarşı, düzgün olmayan mövqe sərgiləyir. Belə ki, qanunvericilik birmənalı şəkildə yaşı 70-dən yuxarı şəxslərin əmək fəaliyyətinə xitam verilməli olduğunu tələb etməsinə baxmayaraq Şəki RMX PHŞ, yuxarıda da qeyd ed ildiyi kimi, qanunvericiliyin bu tələbini pozmaqla, onları işdə saxlayır. Şəki RMX PHŞ-da həkim çatışmazlığı mövcuddur və o, həkimlərin əmək fəaliyyəti ilə məşğul olmalarının əleyhinə deyildir.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, həmçinin ailə başçısıdır. Ailənin dolanışığı ilə bağlı xərclərini qarşılayır. Bütün bu qeyd etdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nın nümayəndəsi X7 göstərmişdir ki, tərəflərindən xx.xx.2024-cü il tarixdə İddiaçı yaşı 65-ə çatdığını rəhbər tutaraq, TƏBİB PHŞ-nin Şəki RMX PHŞ Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası i lə, işinə xitam verilmişdir. Verilmiş əmrin qanuna uyğun olduğunu bildirərək iddianın təmin olunmamasını xahiş edir.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən bir çox vəzifələr üzrə vakansiya elan edilmişdir.

9. Şəki Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd edilmişdir. 10.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı onun işdən çıxarılmasını qanunsuz hesab etsə də, qanunvericiliyin normasından da göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən m üəssisələrdə çalışmanın yaş həddi 65 olmaqla, işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən 5 ildən artıq olmayan müddətə ildə bir dəfə 1 ildən artıq olmayan müddətə uzadıldığından cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubla 65 yaşının tamam olması ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat vermiş və xx.xx.2024-cü il tarixli əmri ilə də, yaşı altmış beşə çatdığından əmək müqaviləsinə xitam vermişdir. Hazırki tələblə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilməsi işçinin dövlət müəsisəsində çalışmanın son yaş həddinə çatması ilə bağlı olması və bu işəgötürənin səlahiyyətinə aid olduğundan, hazırda dövlət orqanının rəhbərinin üzərinə dövlət müəssisəsində çalışmanın son yaş həddi nə çatmış və pensiya təminatı yaranmış şəxsin işə bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması qanuni hesab edilə bilməz. TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri tərəfindən İddiaçı dövlət orqanında çalışmanın son yaş həddinə çatması səbəbindən əmək müqaviləsinə haqlı olaraq xitam verilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə X9 Şəxs Şəki rayon X3 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1722/2024 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar ƏM-in 70-ci maddəsinin tələblərinə uyğun əmrdə əks etdirilmişdir. 12.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 65, 70, 71, 83, 84, 192, 194 və 300-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraa t 13.İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona qarşı qulluq mövqeyindən suiistifadə etməklə, Şəki RMX PHŞ-nin rəhbərinin, şəxsi qərəzlik zəminində, onunla yaşı 65dən yuxarı olan və hazırda işləyən həkimlər arasında ayrı-seçkiliyə yol verməsi faktı danılmazdır ki, bu fakt ilə onun hüquqları, qanunun tələbləri üzrə ciddi şəkildə pozulmuşdur. Şəki RMX PHŞ-nin rəhbərinin ona qarşı hüquqlarından sui-istifadə etməklə, müəssisədə həkim çatışmazlığının olmasına baxmayaraq, əmək fəaliyyətinə birtərəfli qaydada xitam verməsi, onun qanunvericiliyin göstərilən tələblərini pozması deməkdir. Şəki RMX PHŞ-də hal- hazırda, rəsmi olaraq elan edilmiş vakansiya üzrə ən azından 40 həkim yerinin (onun iş yeri daxil) boş olması və xəstəxananın həkim qıtlığı ilə üz-üzə qalması faktının əksi sübut edilməmişdir. 15.Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-126/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev və Z.C.Tahirov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 16.Apellyasiya məhkəməsi rayon məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmr Əmək Məcəlləsinin normalarının tələbləri pozulmamışdır. 17.Cavabdeh müəssisədə 65 yaşından artıq işləyən başqa işçilər olduğu halda ayrıseçkilik edilməklə onun çalışma müddətinin uzadılmamasını qanun pozuntusu hesab olunmasına dair iddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələblərindən görünür ki, 65 yaşına çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. Qanun dövlət orqanın rəhbərinin hər hansı işçinin çalışma müddətini uzatması ilə bağlı məcburedici norma nəzərdə tutmamışdır. Həmçinin, qanunla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmuşdur. Belə ki, hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda isə, çalışma müddəti uzadılmış işçilərin sayı iki nəfərdən artıq ola bilməz. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 10-1, 68, 70, 71, 83, 84, 192, 194 və 300-cü maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şik ayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-nin 9.1 və 9.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuş, məhkəmə qərarı faktlara əsaslanmalı olduğu halda sadəcə olaraq formal mülahizələrə əsaslanmış və nəticə etibari ilə tamamilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin tələblərinin pozulmasını qeyd etsə də, həmin maddəni düzgün tövsif edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 22.Maddə 10. a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla y erinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 23.Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 24.Maddə 10-1.2. Ddövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət or qanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 25.Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 26.Maddə 10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 27.Maddə 68. (1-ci bəndi) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 28.Maddə 68. (2-ci bəndi). a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 29.Maddə 70. “e” bəndi. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 30.Maddə 71. (3-cü hissə) işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 31.Maddə 83. (1-ci hissəsi) Əəgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 32.Maddə 83. (2-ci hissə). nə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 33.Maddə 84. (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək mü qaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2-ci hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 34.Maddə

192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 35.Maddə

194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliy yətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 36.Maddə 300. (1-ci hissə) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikin ci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 37.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 38.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 40.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 41.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə mübahisələndirildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prose ssual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(107)-126/2025 nömrəli iş üzrə 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar