Məhkəmə qərarları › İş №2(102)-1378/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1378/2023

03.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1378/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İsmayıl oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı İsmayıl oğlunun Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-516/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassa siya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 14 saylı bağ sahəsi mülkiyyət hüququ üzrə İddiaçı (bundan sonra-iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 14 saylı bağ sahəsi yanında yerləşən sənəd üzrə sahəsi 0.06 olmaqla faktiki sahəsi 0.0425 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 14 saylı bağ sahəsi ünvanında yerləşən 0.0425 ha torpaq sahəsinin boşaldılması və cavabdehdən alınaraq ona qaytarılması, mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması və ona bu maneələrin yaradılması ilə bağlı hərəkətləri qadağan edilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin («torpaq üzərində mülkiyyət hüququnu pozma» cinayətinin) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona məxsus torpaq sahəsinin qonşuluğunda yerl əşən torpaq sahəsinin sahibidir və orada yaşayır. Torpaq sahəsinə çıxarış aldıqdan sonra ona məlum oldu ki, mülkiyətində olan torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və daş hasara alınmışdır. Dəfələrlə cavabdehi şifahi xəbərdar edərək, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş və zəbt edilmiş torpaq sahəsindən çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bununla bağlı Pirallahı Rayon Polis şöbəsinə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, hazıkı mübahisə mülki xarakterli olduğu üçün, cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki idda qaldırmaq hüququ var. Amma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsində qeyd olunur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət ququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı Pirallahı Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğu üçün, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nın 14 saylı bağ sahəsi yanında yerləşən 0.0425 ha torpaq sahəsi cavabdehdən alınaraq ona qaytarılmalı, onun xüsusi mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsi üçün cavabdeh tərəfindən yaranmış mane ələr aradan qaldırılmalıdır.

5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(094)-2/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tapdıq Mahmudov) iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-NİN 14 saylı bağ sahəsi ünvanında yerləşən 0,0425 ha torpaq sahəsi boşaldılsın və cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi 5ci Cənub küçəsi, “ADMİU” b/y-nın 14 saylı bağ sahəsində yerləşən 0,0425 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi cavabdeh tər əfindən qanunsuz zəbt edilərək iddiaçının mükiyyətində olan torpaq sahəsini daş hasara almışdır. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi boşaldılması və cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsində təmin olunmalıdır.

7. Məhkəmə cavabdehin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin əlamətləri mövcud olduğundan barəsində hesab etmişdir ki, iddia tələbi cavabdeh tərəfindən yaranmış maneələrin aradan qaldırılması, ona bu maneələrin yaradılması ilə bağlı hərəkətləri qadağan edilməsi, cavabdehin barəsində xüsusi qərardad çıxarılmaqla, prokurora xəbər verilməsini hissədə təmin olunmamalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Konstitusi yanın 29, 13.1, Mülki Məcəllənin 152.1, 157.4, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarına, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı adına verilmiş çıxarış saxta sənədlər əsasında verilmişdir. Həmin çı xarışın istifadə cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur. Birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmamışdır. Nəticədə qeyri obyektiv, qərəzli, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-516/2022 nömrəli iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etdiyi müəyyən olunur. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahəsinin boşaldılmasını və iddiaçıya qaytarılmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin tam və düzgün araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya baxışı zamanı cavabdeh ki, hazırki işin məhkəmə ekspertizasına göndərilməsini və ekspertin rəyi alındıqdan sonra məhkəmə prosesi davam etdirilməsini xahiş etmişdir. Buna baxma yaraq, apellyasiya instansiyası məhkəməsi (sədrlik edən hakim Namiq Cəfərov) ekspertin rəyi olmadan yalnız mütəxəssisin arayışına əsaslanaraq qətnamə qəbul etmişdir. Bu da mövcud olan mülki prosessual qanunvericiliyə tamamilə ziddir. Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Çünki, iddiaçı şübhədən kənar mötəbər sübutlarla təsdiq etməlidir ki, onun mülkiyyətində olan torpaq sahəsi məhz mənim sahibliyimdə olan torpaq sahəsi ilə üst-üstə düşür. Belə olan halda, məhkəmə əsassız olaraq mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması qənaətinə gəlməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsini səhv tətbiq etməklə iş üzrə səhv nəticəyə gələrək maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə

29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam e tdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Maddə

21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

21. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyə n edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Prosessual Məcəllə

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qe yd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “18” “noyabr” “2022”-ci il tarixli 2(103)-516/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar