Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1379/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdeh X2-yə qarşı və iddiaçı X2-nin cavabdeh X-ə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1379/21 (Açar sözlər: mənzilə dair sənədlərin verilməsi, kommunal xərclər üzrə borc) Bakı şəhəri, xx xxxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1, vəkili Vəkil 1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2-nın direktoru D və vəkili Vəkil 2 iştirakları iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X1 cavabdeh X2-ya qarşı “sənədlərin verilməsinin təmin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak haqqının tanınması üçün özəlləşdirməyə təqdim olunacaq sənədlərin təminatına köməklik göstərərək bir daha hüququn aliliyinə söykənib cavabdehin üzərinə aidiyyatı vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 cavabdeh X1 qarşı “kommunal xərclər üzrə yaranmış borcun tutulması" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 tərəfindən cavabdeh X1göstərilmiş kommunal xidmətlərə görə yaranmış 330 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun xxxxxxxxxxxxxxxxx ünvanında yaşayan cavabdeh X1 alınıb X2-ya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X1 iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, özəlləşdirməyə təqdim olunacaq mənzilin planı, protokoldan çıxarış və maliyyə arayışı- sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk iddia üzrə iddiaçı X1 iddia tələbi onunla əsaslandırmışdır ki, xxxxxxxxxx 2012-ci ildən etibarən müqavilə əsasında ona məxsusdur. Ötən müddət ərzində bir payçı kimi mənzilin dəyərini tam həcmdə ödəməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına müraciət etmək niyyətində olduğunu X2-ya bildirməklə tələb olunan digər sənədlərin, mənzilin yerləşmə sxemi - mənzilin planı, protokoldan çıxarış və maliyyə arayışı verilməsini xahiş etmişlər. Əvəzində isə absurd ittihamla üzləşmişlər. Şəxsən imzalamadığı 2015-ci il tarixli istismara dair xidmət müqaviləsinə görə qanunsuz olaraq müəyyən məbləğdə borc göstərilərək mənzilin sənədləri hələ də verilmir. Hazırda bina isitismara qəbul edilib və bəzi sakinlər mənzillərini artıq özəlləşdirib. MTK müdiriyyəti qaydalara zidd olaraq bina idarəçiliyini də ciddi nöqsanlarla həyata keçirir. Belə ki, bina təhvil verilsə də ümumi razılıq əldə edilmədən qeyri-rəsmi səkildə əsassız pul yığımı indi də aparılır. Tərəflər arasında bu günədək davam etməkdə olan məsələ ilə bağlı ortaq razılıq əldə edilmədiyindən məhkəmə müdaxiləsi artıq mütləqdir. Qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşılıqlı idia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən X2 qarşı irəli sürülmüş tələb həqiqətə uyğun olmayan, tam əsassız və mövcud qanunvericiliyə tamamilə zidd bir tələbdir. X2 qanuni əsaslarla fəaliyyət göstərir və iddiaçının ərizəsində göstərilən qanunazidd hallara rəhbərlik etdikləri X2 yol verilmir. Hesab edirlər ki, iddiaçının ərizəsində göstərilən əsassız dəlillər iddia təl əbinin təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Çünki həmin binada 90 mənzil mövcuddur və həmin mənzillərdə yaşayan sakinlər onlara göstərilən kommunal xidmətlərə görə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çalışırlar. Sərnişin liftlərin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, blokun ətrafında və daxilində təmizlik işlərinin görülməsi, su nasosunun, liftin, binanın işıqlanmasının işlək vəziyyətində saxlanması və bina ətrafı ərazinin təmiz saxlanması və tullantıların xaric edilməsi kommunal xidmətlərə daxildir. Buna görə də hər bir mənzilin sahibi hər ay mənzilin hər 1 kv.m üçün 0.20 manat olmaqla ödəniş etməlidir. Digər sakinlər kimi iddiaçıda kommunal xidmətlərə görə müxtəlif vaxtlarda ödənişlər etsə də, bugünk ü günə ödənişlərdə fasilə yarandığına görə onun borcu 330 manat təşkil edir. Dəfələrlə ona kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi təklif olunsa da. O, borcu ödəməkdən imtina etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2020-ci il tarixli 2(060)-xxxx/2020 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) ilk iddia təmin edilərək, xxxxxxxxxxxxxx mənzilə dair maliyyə arayışının, mənzilin plançizgisinin, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) X2 tərəfindən X1 təqdim edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia əsaslıdır. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəfindən pay haqqı tam ö dənilmişdir. Belə olan halda qanunverciliyin tələbinə görə müvafıq sənədlər MTK tərəfindən kooperativ üzvünə verilməklə daşınmaz əmlak üzərində hüquqların qeydə alınması hüququ təmin edilməlidir. Məhkəmə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin cavabdeh tərəfindən verilməsindən imtinanı qanunsuz hesab edir. Odur ki, ilkin iddia təmin edilməli, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış), mənzilin plan-çizgisi və maliyyə arayışının iddiaçıya verilməsi cavabdehə həvalə edilməlidir. Qarşılıqlı iddia üzrə tələb-kommunal xərclərə görə pul tələbi vaxtaşırı ödənişlərə aid olmaqla borcu tələb etmək hüququnu iddiaçı ötürmüşdür. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi qənaətin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552.2.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112, 113.1, 113.2-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.6, 10.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) xx xxxx 2020ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-xxx/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,X1tərəfindən mənzil tikintisinə görə X2-ya pay haqqı tam ödənilmişdir. Belə olan halda mövcud qanunverciliyin tələbinə görə müvafiq sənədlər MTK tərəfindən kooperativ üzvünə verilməklə onun daşınmaz əmlak üzərində hüquqların qeydə alınması təmin edilməlidir və dəyəri tam ödənilmiş mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin verilməsindən MTK-nın kommunal borcun ödənilməməsinə görə imtina etməsi qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 qaldırdığı ilk iddia əsaslıdır və onun təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də maddi hüquq normalarına tam uyğundur. Bundan başqa, iş materiallarından görünür ki, tərəflər arasında mənzilin tikintisi məqsədilə bağlanmış müqavilədə kommunal xidmətlərin göstərilməsi barədə hər hansı müddəa yoxdur. Bununla belə, işdə olan mötəbər sənədlərdən aydın olur ki, bu xidmətlə X2 deyil, onun təsisçilərinin təsis etdiyi “xxxx” MMC məşğul olur, lakin bu, kommunal xərclərin ödənilməsinin tələb etmək hüququnun da MTK-dan MMC-yə keçməsi demək deyildir, belə ki hər iki təsərrüfat subyekti müstəqil hüquqi şəxsdir. Başqa sözlə, qarşılıqlı iddianın qaldırılmasına X2-nın subyektiv hüququ olmamışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X2” kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və on a etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 (vəkili Vəkil 2) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni həll edərkən bu qəbildən olan münasibətləri tənzimləməyə Mənzil Məcəlləsinin 38, 109.2, 135.1, 135.2.3, 137.4, 138.1, 138.5 və 140-cı maddələrinin tələblərinə riayət etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2-nın direktoru D və vəkili Vəkil 2 kasasiya şikayətinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 və vəkili Vəkil 1 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə
112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0.6. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) olmasıdır. Maddə
10. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranış ının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququ n digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcədə həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına is tinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi ka sasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, iddiaçının kasasiya şikayətində göstərmiş olduğu maddi hüquq normalarının tələblərin apelyasiya kollegiyası tərəfi ndən riayət edilməməsi halı mövcud olmamış, əksinə apelyasiya kollegiyası hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxx/2020 nömrəl i iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.