Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1387/2025 22.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın başqasının qanunsuz sahibliyindən geri tələb olunması, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviç hakimlərdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(105)-33/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə A zərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 24 avqust 2004-cü il tarixli qeydiyyat vərəqəsinə əsasən, Qusar şəhəri Əzizbəyov küçəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 41.15 kv.metr, ümumi sahəsi 73.5 kv.metr olan 77 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi alğı-satqı müqaviləsi 4Ə-23 nömrəli 28 sentyabr 2001-ci il tarixli sərəncamı əsasında İddiaçı (bundan sonra – iddiaçı) adına qeydə alınmışdır. 2. ünvan 1 ünvanı ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 74.2 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə 26 may 2021-ci ildən etibar ən iddiaçıya məxsusdur. 3. ünvan 1 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcuddur.
4. Qusar bələdiyyəsinin 25 aprel 2008-ci il tarixli, 41/3-18 nömrəli qərarında qeyd olunmuşdur ki, Cavabdeh (bundan sonra – cavabdeh) Qusar şəhəri, Əzizbəyov küçəsində 32,0 kv.metr torpaq sahəsi satılmış və torpağın alğı-satqısına dair akt imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus olan, Qusar şəhəri E.İbrahimova küçəsi 77A saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılması, həmin anbar tikilisi cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və ist ifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda qeyd olunan fakitki hallarına istinadən bununla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmişdir. Həmin tikilinin küçəyə birbaşa çıxışı vardır. Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. Təxminən 15 il bundan əvvəl cavabdehlə birlikdə yuxarıda qeyd etdiyi anbar tikilisininin yerində mağaza tikərək birlikdə işlətməyi razılaşmışlar və qeyd edilən ərazidə kiçik mağaza tikərək bir müddət birlikdə həmin mağazanı işlətmişlər. Birlikdə işlədikləri dö vrdə onun tərəfindən tikinti işlərinə sərf olunan vəsait hesablanaraq hər birinin xərclədiyi vəsaitə uyğun qaydada geri qaytarılmışdır. Təxminən 8-9 il bundan əvvəl o, qeyd edilən tikilinin mağaza kimi işlədilməsinə etiraz edərək gəlirindən hər hansı pul istəmədiyini bildirmişdir və bundan sonra cavabdeh mağazanı təkbaşına işlətməyə başlamışdır. Dəfələrlə o, cavabdehə anbar tikilisini boşaldaraq ona təhvil verilməsini, orada mağazanın işlədilməsini istəmədiyini, anbar tikilisini özünün başqa məqsədlər üçün istifadə edəcəyini bildirmiş, lakin cavabdeh onunla razılaşmayaraq bundan imtina etmişdir. Bir neçə dəfə ona müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu, cavabdehin orada onun iradəsinə zidd fəaliyyət göstərməsinin onun mülkiyyət hüququnu pozduğunu izah etsə də, cavabdeh anbar tikilisini boşaldaraq ona təhvil verməmişdir. Bu səbəbdən də, o, bu barədə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş və oradan həmin mübahisənin mülki mübahisə olduğu bildirilərək bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi cavabdeh ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən “D” şərti işarəsi ilə işarələnmiş, köməkçi tikili olan anbar tikilisini xeyli müddətdir ki, onun iradəsinə zidd istifadə etməklə və ona sahiblik etməklə onun mülkiyyət hüququna müdaxilə edir, həmin hüququnu mütəmadi olaraq pozur.
7. İddiaçı izahatında bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən ev və həmin evin yerləşdiyi torpaq sahəsi onun adınadır və ona xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Həmin ərazidə ev 1955-ci ildə tikilib. Həmin evin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda anbar tikilisi “D” şərti işarə ilə işlənilib. 8-9 ildir ki, cavabdeh onun iradəsinə zidd olaraq həmin anbardan istifadə edir. Bir neçə dəfə cavabdehə müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu izah etmiş, lakin cavabdeh anbar tikilisini ona qaytarmamışdır.
8. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həmin mübahisəli tikili olan torpaq sahəsi əvvəllər iddiaçıya məxsus olmayıb, həmin sahə boş sahə olan yer idi. O, bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin ona satılmasını xahiş etmişdir, bələdiyyə ilə onun arasında alğı-satqı aparılaraq, müvafiq rüsum ödənilməkə həmin torpaq sahəsini o almışdır. O, torpaq sahəsini alanda iddiaçı da orada olub, bu işdən onun xəbəri olub. Sonradan o, özü orada mağaza tikib istifadə etməyə başlamışdır. Daha sonra isə iddiaçı Xaçmaz Reyestr Xidmətindən öz adına çıxarış çıxarıb. İddiaçı 10-12 ildən sonra öz adına çıxarış çıxardıb. Çıxarışa əsasən anbar tikili olan yer iddiaçının adındadır. Buna görə də o, Sumqayıt İnzibati Məhkəməsində həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə iddia qaldırmışdır.
9. Qusar Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 oktyabr 2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisini iddiaçının iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 14.1, 139.1, 140, 146.1, 146.2, 148.1, 148.2, 152.1, 152.2, 157.2, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.. b) Apel lyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin olması göstərilmişdir. Lakin məhkəmə tərəfindən həmin xüsusat araşdırılmamış, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin nə vaxt və kim tərəfindən tikilməsini, həmin tikilinin hansı təyinatlı-anbar yoxsa ərzaq mağazası kimi fəaliyyət göstərməsini aydınlaşdırmağa heç bir təşəbbüs göstərməmişdir. Bu nunla yanaşı, işdə olan reyestr nömrəsi **********10-10301 olan texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcud olması barədə qeydin olmasına baxmayaraq, Qusar rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli reyestr nömrəsi 1090 olan qeydiyyat vəsiqəsində “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin olubolmaması məhkəmə tərəfindən araşdırılmamış, əslində üzərində “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin olması barədə sonradan qeydiyyat aparılmış müvafiq sənədlər əsasında iddiaçının adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə səbəb olması ilə bağlı olaraq heç bir sorğu v erməmiş, mübahisəli ərazilərə yerində baxış keçirilməsi və sair hərəkətlərin yerinə yetirilməsi təmin edilməmişdir. Halbuki, iddiaçının texniki pasportdan göründüyü kimi ünvan 5 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcud olması barədə göstərilənlər tam əsassız olmaqla “D” şərti işarə ilə işarələnmiş anbar yox, Qusar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cavabdehə ayrılmış 32 kv.metr torpaq sahəsində 2008-ci ildə tikilmiş və indiyə qədər fəaliyyət göstərən mağazadır. Göründüyü kimi ünvan 5 ünvanında Qusar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cavabdehə ayrılmış 32 kv.metr torpaq sahəsində 2008-ci ildə tikilmiş və indiyə qədər fəaliyyət göstərən mağazanın əvəzinə müvafiq mütəxəssis tərəfindən vəzifə saxtakarlığına yol verilərək əvvəlc ədən düşünülmüş və planlaşdırılmış məqsədlə qəsdən müvafiq sənədlərdə “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin mövcud olması qeydiyyatı aparılmış və nəticədə iddiaçının adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə səbəb olmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4838 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisi iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi hüdudlarında yerləşməsi məlum olmuşdur. Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən Qusar şəhəri, Əzizbəyov küçəsində cavabdehə ayrılmış 32.0 kv.m torpaq sahəsi üçün Qusar bələdiyyəsi və Qusar rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş Qusar şəhərinin Baş planından çıxarışda faktiki döngə nöqtələrinin koordinatlarının olmaması səbəbindən iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, lakin faktiki iddia olunan 32 kv.m torpaq sahəs i iddiaçının məxsus ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdakı torpaq sahəsinin koordinatları daxilindədir və bütövlükdə üst-üstə düşür. Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən cavabdehə ayrılmış 32.0 kv.m torpaq sahəsinin sənəd üzrə yerini naturada müəyyənləşdirmək mümkün olmadığı üçün texniki pasportda mübahisəli həmin “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisini Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən cavabdehə ayrılmış 32.0 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış tikilisi ilə eyni tikili olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mübahisələndirilən həmin qeyri-yaşayış tikilisi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən iddiaçının mü lkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-33/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4838 nömrəli ekspert rəyindən göründüyü kimi, mübahisəli “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi hü dudlarında yerləşməsi müəyyən olunmuşdur. Eyni zamanda Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən cavabdehə ayrılmış 32.0 kv.m torpaq sahəsinin naturada yeri müəyyən edilə bilmədiyindən mübahisələndirilən “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin ona ayrılmış torpaq sahəsində inşa edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. İş üzrə cavabdeh tərəf mövcud mütəxəssis və ekspert rəylərinin əsassızlığına dair məhkəməyə sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmişdir. Belə ki, ekspert mütəxəssis rəyini əsas götürməklə rəy vermişdir. Mütəxəssis rəyindən isə müəyyən olunmuşdur ki, tərəflərin və mütəxəssisin iştirakı ilə mübah isələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmiş və qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.
17. Kollegiya qeyd etmişdir ki, iddiaçının torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ciddi hesabat sənədi olmaqla torpaq sahəsinin planı və ölçüsünü təsvir etməklə bərabər sahəyə dair bütün məlumatları özündə əks etdirir və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadan dövlət qeydiyyatına alınmış torpaq sahəsinə mülkiyyət hüququ real deyil, xəyali olardı. Bu hal Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların yaranma va xtını müəyyən edən 68-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mübahisəli tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin torpaq sahəsinə aid “D” tikilisi (anbar) kimi işarələnmişdir. Cavabdeh tərəf isə bələdiyyə ilə bağlanmış alğı-satqı aktına istinad edərək tikilinin və tikintialtı torpaq sahəsinin ona məxsus olduğunu göstərsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmamış və göstərilənlər öz təsdiqini tapmamışdır.
18. Məhkəmə işdə olan sənədlərə istinadən qeyd etmişdir ki, Qusar şəhəri, Əzizbəyov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, yaşayış sahəsi 41.15 kv.metr, ümumi sahəsi 73.5 kv.metr olan 77 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-23 nömrəli 28 sentyabr 2001-ci il tarixli alğı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydə alınmışdır və qeydiyyat vəsiqəsində ümumi torpaq sahəsinin 500 m2 olması qeyd edilmişdir. Həmin evə aid əvvəlki xx.xx.2000-ci ilə aid olan texniki pasportda da torpaq sahəsinin sənəd üzrə ölçüsünün 500 m2 olduğu öz əksini tapır. Daha sonra xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışda 0.05 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına dair dövlət reyestrində qeydiyyat aparılmış, texniki pasportda isə mübahisəli “D” tikilisinin tikildiyi il 2009-cu il göstərilmişdir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.4, 157.5, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67,68, 84.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı mülki iş üzrə 14 yanvar 2025-ci il tarixli məhkəmə iclasında tərəfindən elektron sistem vasitəsilə müvafiq vəsatət verilərək, Sumq ayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)760/2024 saylı və e-2-1(118)-4415/2024 saylı inzibati işlər üzrə yekun məhkəmə qərarları qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatının dayandırlmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Sözügedən vəsatətdə də qeyd edildiyi kimi hazırkı iş üzrə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət edilərək, iddiaçının adına verilmiş 26 may 2021-ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, eləcə də müvafiq qeydiyyat yazısının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin cavabdeh tərəfindən Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşıSumqayıt İnzibati Məhkəməsinə müraciət edilərək, ünvan 7 ünvanındakı 32.0 kv.m ölçüdə olan torpaq sahəsi və ticarət obyekti üzərində cavabdehin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylıXaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan yuxarıda qeyd edilən 21(118)-760/2024 saylı və e-2-1(118)-4415/2 024 saylı inzibati işlərə baxılıb qurtaranadək hazırkı mülki işə baxılması qanunla yolverilməz idi. Həmçinin iddiaçı tərəf də vəsatətə münasibət bildirərkən iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilərək, cavabdehə məxsus olduğu bildirilən mübahisə predmeti olan mağazanın (qarşı tərəfin iddia etdiyi “D” tikilisinin) tikilməsi üçün Qusar Bələdiyyəsi tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsinin xahiş edildiyini və həmin inzibati işin də Sumqayıt İnzibati Məhkəməsinin icraatında olduğunu bildirmişdir. Göründüyü kimi hazırkı halda qanunvericiliyin birmənalı tələbinə görə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən icraatında olan 2(105)-33/2025 saylı mülki işin icraatı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan q eyd olunan 3 inzibati işə baxılıb qurtaranadək dayandırılmalı idi. Belə ki, Qusar Rayon Məhkəməsi xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbini o əsasla təmin etmişdir ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisi iddiaçının mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-760/2024 saylı inzibati iş məhz qeyd olunan mağazaya və həmin mağazanın yerləşdiyi torpaq sahəsinə cavabdehin mülkiyyət hüququnun tanınması barədədir. Digər inzibati iş üzrə isə cavabdeh tərəfindən iddiaçının iddiasının əsası kimi istinad etdiyi (yeri gəlmişkən Qusar Rayon Məhkəməsi də həmin əsasa istinad edərək iddia tələbini təmin etmişdir) onun adına verilmiş xx.xx.2021ci il tarixli Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, eləcə də müvafiq qeydiyyat yazısı mübahisələndirilir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2025-ci il tarixli məhkəmə iclasında da istinad edilən iddiaçının adına olan əvvəlki və sonrakı Texniki Pasportlarda, eləcə də əvvəlki Qeydiyyat vəsiqəsi və sonrakı Çıxarışda, həmçinin 0,05 ha torpaq sahəsinə dair əldə edilmiş mülkiyyət hüququna dair müvafiq sənədlərdə olan çoxsaylı “uyğunsuzluqlar” sözügedən inzibati iş üzrə iddia tələbinin uğurluluq ehtimalının yüksək olduğunu təsdiq edir. Göründüyü kimi məhkəmə tərkibi tərəfindən açıq-aşkar şəkildə qanunvericiliyin tələblərinə məhəl qoyulmamış, cavabdeh tərəfindən verilən əsaslı vəsatət təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı (Vəkil3) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisələndirdiyi tikili iddiaçıya məxsus mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışda anbar “D” tikilisi kimi qeydiyyata alınmışdır. Xüsusi mülkiyyət hüququna dair verilmiş sənəd ləğv, etibarsız hesab edilməyincə və ya geri çağrılmayınca həmin sənəd öz qanuniliyini və həqiqiliyini qorumaqdadır. İşə baxan aşağı instansiya məhkəmələri tərəfindən aparılmış ətraflı araşdırma nəticəsində müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan daşınmaz əmlak Mülki Məcəllə və “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanununda nəzərdə tutulmuş sənədlər əsasında iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məntiqi olaraq da mülkiyyət hüququ üzrə iddiçıya məxsus olan tikilinin özgəsinin qanunsuz sahibliyindən geri almaq üçün məhkəmə qaydasında mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququq vardır. Bu hüquqa uyğun olaraq iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. Cavabdehin hazırkı şikayətində ekspertiza ilə bağlı qeyd etdiyi məsələyə dair qeyd edilmişdir ki, mübahisə üzrə kifayət qədər ekspert və mütəxəssis rəyləri tərtib edilmiş və həmin rəylər nəticəsində hər iki şəxsin iddia etdiyi sahələrin sənəd üzrə üst-üstə düşməsinin müyyən etmək mümkün olmasa da cavabdehin iddia etdiyi mağaza tikilisinin iddiaçının xüsusi mülkiyyətində olan sahə ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Bu əsasdan məhkəmə tərəfindən cavabdehin təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin edilməmişdir. Həmçinin cavabdeh tərəf Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman eləcə də verdiyi kassasiya şikayətində iş üzrə mütəxəssis rəyini tərtib edən Əmirxan Qaraxanovun iddiaçı ilə qohumluq münasibətində olmasını qabartmışdır. Buna dair hər hansı bir sübut təqdim etməsə də dəfələrlə bu hal tərəfindən təkzib edilmiş və Qusar RİH-nə müraciət edilərək Əmirxan Qaraxanovla iddiaçının qohumluq münasibətində olmamasına dair arayış əldə edilmişdir. Cavabdehin əsas tutduğu Qusar Bələdiyyəsinin qərarı özü-özlüyündə etibarsız bir sənəddir. Çünki bələdiyyə özünə aid olmayan torpaq sahəsi üzərində başqa şəxsin müraciəti əsasında on a torpaq sahəsi ayırmışdır. Halbuki, onun belə bir səlahiyyəti mövcud deyildir. Cavabdeh kassasiya şikayətində qeyd etdiyi icraatın dayandırılması ilə bağlı məsələ işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən haqlı olaraq həll edilmişdir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi tərəflər arasında Sumqayıt İnzibati Məhkəməsinin icraatında 3 ayrı inzibati mübahisə mövcuddur. Lakin həmin mübahisələrin mövcud olması hazırkı iddiaya baxılmasına hər hansı bir əngəl təşkil etmir. Belə ki, hazırkı iddia tələbinə diqqət yetirdikdə iddia predmetinin mülkiyyət hüququna qanunsuz müdaxilənin aradan qaldırılması təşkil edir və hər nə qədər ki, iddiaçıya məxsus reyestrdən çıxarış qüvvədədir bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ olmuşdur. Kassasiya şikayətinin sonuncu arqumenti kimi cavabdeh qeyd etmişdir ki, Qusar Bələdiyyəsi tərəfindən iddiaçıya əlavə olaraq 93 kv.m sahəsi olan torpaq sahəsi ayrılmışdır. Bu məsələnin hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, həmin bələdiyyə sənədinin mövcud olub-olmaması onun üçün əhəmiyyət kəsb etmir. Çünki iddiaçıya məxsus çıxarışda mülkiyyət hüququ üzrə ona aid olan sahə tam şəkildə öz əksini tapmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
25. Madd ə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
26. Maddə
140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mül kiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
30. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
31. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əq dlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
32. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
33. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
34. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdınlmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
35. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
36. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzim ləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
38. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq no rmalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hal lara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükd ə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmışdır və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulması müəyyən olunmur.
50. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtinə əsasən iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak başqasının (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
51. Hazırkı iş üzrə cavabdehin sahibliyinin qanunsuzluğunu müəyyən etmək üçün ekspertiza keçirilmiş və alınan rəydə mübahisəli “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin iddiaçının ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi hüdudlarında yerləşməsi müəyyən olunmuşdur.
52. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən, gəldiyi nəticəni iş üzrə keçirilmiş ekspert rəylərinə uyğun əsaslandırmaqla, MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.
53. Kassasiya şikayətinin iş üzrə icraatın dayandırılması barədə vəsatətlərə qiymət verilməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin vəsatətə apellyasiya instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında münasibət bildirilmiş, vəsatət təmin edilməmişdir. Ko llegiya mövqeyini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsində baxılan işlər üzrə hazırkı mülki iş üzrə icraatın dayandırılmasına zərurət yoxdur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşır.
54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
55. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(105)-33/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.