Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3396/2024 10.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi” tələbinə dair iş üzrə QƏRARDADİ İş № 2(102)-3396/2024 (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması; kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə; kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliy eva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)131/2024 nömrəli, 14 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən, ona məxsus qeyri-yaşayış binasının şimal-şərq tərəfdən divarı ilə həmin qeyri-yaşayış binasının hasarı arasınd a inşa etdirdiyi tövlə binasının sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməklə onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(029)-52/2023 nömrəli qətnaməsi ilə (hakim Ə. Cəlilov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu 210005, VÖE N **********, Müxbir hesab - AZ41NABZ013601**********3944, SFİFT BİKCTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.
3. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli 2(029)-52/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli, 14 may 2024cü il tarixli 2(105)-131/2024 nömrəli qətnaməsi ilə (hakimlər – S. A. Qafari (sədrlik edən və məruzəçi), A. A. Mahmudov, A. H. Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin 30 may 2023-cü il tarixli 2(029)-52/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətin in və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri:
5. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(105)-131/2024 saylı qətnaməsinin ləğv edilməsi, yenidən apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
6. Maddə 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersi ya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
7. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
8. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənild iyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması;
10. Maddə 407.3 şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Maddə 407.4 şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:...
13. Maddə 408.1.3 kasasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kasasiya şikayəti qaytarılır.
14. Maddə 408.1.5. kassasiya şik ayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməlidir.
17. Belə ki, iş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir, belə ki İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində maddi və prosessual hüquq normaları sadalansa da, həmin maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-in 407.1.4-cü maddəsində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının kassasiya şikayətində göstərilməli olduğu, həmin Məcəllənin 408.1.5-ci maddəsində kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göst ərilməmişsə kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmalı olduğu göstərilmişdir.
18. Həmçinin İddiaçı kassasiya şikayətində onun vəkili kimi Vəkil göstərilsə də, kassasiya şikayətinə Vəkil İddiaçı vəkili olmasını təsdiq edən vəkil orderi əlavə edilməmiş, əlavə edilmiş order isə Vəkil X2 Xətai Rayon Məhkəməsində hüquqi yardım göstərilməsi barədədir.
19. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsinin tələblərinə tam cavab verməyən kassasiya şikayətini həmin Məcəllənin 409-cu maddəsinin tələbinə zidd olaraq mülki işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir
20. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına g örə kassasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının 14 may 2024-cü il tarixli, 2(105)-131/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.