Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-33/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 74.2 kv.metr sahəsi olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
2. İşdə olan reyestr nömrəsi **********10-10301 olan texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcuddur.
3. İşdə olan Qusar rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli reyestr nömrəsi 1090 olan qeydiyyat vəsiqəsindən görünür ki, Qusar şəhəri Əzizbəyov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, yaşayış sahəsi 41.15 kv.metr, ümumi sahəsi 73.5 kv.metr olan 77 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi alqı-satqı müqaviləsi 4Ə-23 nömrəli 28 sentyabr 2001-ci il tarixli sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır.
4. Qusar bələdiyyəsinin 25 aprel 2008-ci il tarixli, 41/3-18 nömrəli qərarından görünür ki, Cavabdeh Qusar şəhəri, Əzizbəyov küçəsində 32,0 kv.metr torpaq sahəsi satılmış və torpağın alqı-satqısına dair akt imzalanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, Qusar şəhəri E.İbrahimova küçəsi 77A saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılması, həmin anbar tikilisi Cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmçinin, həmin evə dair adına xx.xx.2021-ci il tarixli 2706 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Bundan əvvəl isə həmin fərdi yaşayış evinə dair onun adına xx.xx.2004-cü il tarixli 1040 reyestr nömrəli qeydiyyat vəsiqəsi olmuşdur. Həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmişdir. Həmin tikilinin küçəyə birbaşa çıxışı vardır. Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. Təxminən 15 il bundan əvvəl Cavabdehla birlikdə yuxarıda qeyd etdiyi anbar tikilisininin yerində mağaza tikərək birlikdə işlətməyi razılaşmışlar və qeyd edilən ərazidə kiçik mağaza tikərək bir müddət birlikdə həmin mağazanı işlətmişlər. Birlikdə işlədikləri dövrdə onun tərəfindən tikinti işlərinə sərf olunan vəsait hesablanaraq hər birinin xərclədiyi vəsaitə uyğun qaydada geri qaytarılmışdır. Təxminən 8-9 il bundan əvvəl o, qeyd edilən tikilinin mağaza kimi işlədilməsinə etiraz edərək gəlirindən hər hansı pul istəmədiyini bildirmişdir və bundan sonra cavabdeh mağazanı təkbaşına işlətməyə başlamışdır. Dəfələrlə o, cavabdehə anbar tikilisini boşaldaraq ona təhvil verilməsini, orada mağazanın işlədilməsini istəmədiyini, anbar tikilisini özünün başqa məqsədlər üçün istifadə edəcəyini bildirmiş, lakin cavabdeh onunla razılaşmayaraq bundan imtina etmişdir. Bir neçə dəfə ona müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu, cavabdehin orada onun iradəsinə zidd fəaliyyət göstərməsinin onun mülkiyyət hüququnu pozduğunu izah etsə də, cavabdeh anbar tikilisini boşaldaraq ona təhvil verməmişdir. Bu səbəbdən də, o, bu barədə Qusar rayon Polis Şöbəsinə müraciət etmiş və oradan həmin mübahisənin mülki mübahisə olduğu bildirilərək bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, Cavabdeh ona məxsus fərdi yaşayış evinin həyətində yerləşən “D” şərti işarəsi ilə işarələnmiş, köməkçi tikili olan anbar tikilisini xeyli müddətdir ki, onun iradəsinə zidd istifadə etməklə və ona sahiblik etməklə onun mülkiyyət hüququna müdaxilə edir, həmin hüququnu mütəmadi olaraq pozur. Odur ki, hesab edir ki, Cavabdeh həmin anbar tikilisindən məhkəmə qaydasında çıxarılmalı, həmin tikili boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılmalıdır.
7. İddiaçı izahatında bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən ev və həmin evin yerləşdiyi torpaq sahəsi onun adınadır və ona xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Həmin ərazidə ev 1955-ci ildə tikilib. Həmin evin həyətyanı torpaq sahəsinin küçə ilə həmsərhəd olan hissəsində anbar tikilisi mövcuddur və evin texniki pasportunda anbar tikilisi “D” şərti işarə ilə işlənilib. 8-9 ildir ki, cavabdeh onun iradəsinə zidd olaraq həmin anbardan istifadə edir. Bir neçə dəfə cavabdehə müraciət edərək həmin anbar tikilisinin ona məxsus olduğunu izah etmiş, lakin cavabdeh anbar tikilisini ona qaytarmamışdır.
8. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həmin mübahisəli tikili olan torpaq sahəsi əvvəllər iddiaçıya məxsus olmayıb, həmin sahə boş sahə olan yer idi. O, bələdiyyəyə müraciət edərək həmin torpaq sahəsinin ona satılmasını xahiş etmişdir, bələdiyyə ilə onun arasında alqı-satqı aparılaraq, müvafiq rüsum ödənilməkə həmin torpaq sahəsini o almışdır. O, torpaq sahəsini alanda iddiaçı da orada olub, bu işdən onun xəbəri olub. Sonradan o, özü orada mağaza tikib istifadə etməyə başlamışdır. Daha sonra isə iddiaçı Xaçmaz Reyestr Xidmətindən öz adına çıxarış çıxarıb. İddiaçı 10-12 ildən sonra öz adına çıxarış çıxardıb. Çıxarışa əsasən anbar tikili olan yer iddiaçının adındadır. Buna görə də o, Sumqayıt İnzibati Məhkəməsində həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi barədə iddia qaldırmışdır.
9. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisindən çıxarılması və həmin anbar tikilisinin Cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.05 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan evin texniki pasportunda həmin tikili “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisini iddiaçının iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur.
11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 14.1, 139.1, 140, 146.1, 146.2, 148.1, 148.2, 152.1, 152.2, 157.2, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi İddiaçı məhkəməyə təqdim etdiyi sənədlərdə, o cümlədən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin olması gəstərilmişdir. Lakin məhkəmə tərəfindən həmin xüsusat araşdırılmamış, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin nə vaxt və kim tərəfindən tikilməsini, həmin tikilinin hansı təyinatlı-anbar yoxsa ərzaq mağazası kimi fəaliyyət göstərməsini aydınlaşdırmağa heç bir təşəbbüs göstərməmişdir. Bununla yanaşı, işdə olan reyestr nömrəsi **********10-10301 olan texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcud olması barədə qeydin olmasına baxmayaraq, Qusar rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli reyestr nömrəsi 1090 olan qeydiyyat vəsiqəsində “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin olubolmaması məhkəmə tərəfindən araşdırılmamış, əslində üzərində “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin olması barədə sonradan qeydiyyat aparılmış müvafiq sənədlər əsasında İddiaçı adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə səbəb olması ilə bağlı olaraq heç bir sorğu verməmiş, mübahisəli ərazilərə yerində baxış keçirilməsi və sair hərəkətlərin yerinə yetirilməsi təmin edilməmişdir. Halbuki, İddiaçı texniki pasportdan göründüyü kimi ünvan 5 ünvanında yerləşən “D” şərti işarə ilə işarələnmiş anbar tikilisi mövcud olması barədə göstərilənlər tam əsassız olmaqla “D” şərti işarə ilə işarələnmiş anbar yox, Qusar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış 32 kv.metr torpaq sahəsində 2008-ci ildə tikilmiş və indiyə qədər fəaliyyət göstərən mağazadır. Göründüyü kimi ünvan 5 ünvanında Qusar bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış 32 kv.metr torpaq sahəsində 2008-ci ildə tikilmiş və indiyə qədər fəaliyyət göstərən mağazanın əvəzinə müvafiq mütəxəssis tərəfindən vəzifə saxtakarlığına yol verilərək əvvəlcədən düşünülmüş və planlaşdırılmış məqsədlə qəsdən müvafiq sənədlərdə “D” şərti işarə ilə işarələnmiş anbar tikilisinin mövcud olması qeydiyyatı aparılmış və nəticədə İddiaçı adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
18. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
22. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
23. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
24. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
25. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
31. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)
33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Baxılan mübahisə daşınmaz əmlaka sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı onun mülkiyyətində olan fərdi yaşayış evinin həyətində yerləşən “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin cavabdeh tərəfindən heç bir qanuni əsas olmadan tutulduğuna və dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq qanunsuz sahibliyin davam etdirilməsinə istinad edərək hazırki iddia tələbini irəli sürmüş və həmin anbarın cavabdeh tərəfindən boşaldılaraq qanunsuz istifadəsindən alınıb iddiaçının istifadəsinə verilməsini xahiş etmişdir.
39. İşdə olan Qusar RİHB-nin Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 2826 nömrəli arayışından görünür ki, Qusar şəhərində köhnə Əzizbəyov küçəsi hal-hazırda Elza İbrahimova küçəsi adlanır.
40. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Tərəflər arasında göstərilən mübahisəli məsələlərə obyektiv aydınlıq gətirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-409/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
42. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10/4838 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində yerləşən, texniki pasportda “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisi İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi hüdudlarında yerləşməsi məlum olmuşdur. Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən Qusar şəhəri, Əzizbəyov küçəsində Cavabdeh ayrılmış 32.0 kv.m torpaq sahəsi üçün Qusar bələdiyyəsi və Qusar rayon İcra Hakimiyyəti tərəfindən tərtib və təsdiq edilmiş Qusar şəhərinin Baş planından çıxarışda faktiki döngə nöqtələrinin koordinatlarının olmaması səbəbindən İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrin mövcud olubolmamasını müəyyən etmək mümkün olmamışdır, lakin faktiki iddia olunan 32 kv.m torpaq sahəsi İddiaçı məxsus ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdakı torpaq sahəsinin koordinatları daxilindədir və bütövlükdə üst-üstə düşür. Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən Cavabdeh ayrılmış 32.0 kv.m torpaq sahəsinin sənəd üzrə yerini naturada müəyyənləşdirmək mümkün olmadığı üçün texniki pasportda mübahisəli həmin “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisini Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən Cavabdeh ayrılmış 32.0 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış tikilisi ilə eyni tikili olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mübahisələndirilən həmin qeyri-yaşayış tikilisi ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşir.
43. Göründüyü kimi, ekspert rəyi ilə mübahisəli “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin İddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan 0.05 ha torpaq sahəsi hüdudlarında yerləşməsi müəyyən olunur.
44. Eyni zamanda Qusar bələdiyyəsinin 41/3-18 saylı, 25 aprel 2008-ci il tarixli qərarına əsasən Cavabdeh ayrılmış 32.0 kv.m torpaq sahəsinin naturada yeri müəyyən edilə bilmədiyindən mübahisələndirilən “D” şərti işarəsi ilə işarələnmiş anbar tikilisinin ona ayrılmış torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.
45. İş üzrə cavabdeh tərəf mövcud mütəxəssis və ekspert rəylərinin əsassızlığına dair məhkəməyə sübut təqdim etmədiyindən, məhkəmə kollegiyası yuxarıda adı çəkilən ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir.
46. Belə ki, ekspert mütəxəssis rəyini əsas götürməklə rəy vermişdir. Mütəxəssis rəyindən isə müəyyən olunur ki, tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmiş və qanunvericiliyinin tələblərinə uyğun araşdırılmışdır.
47. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Kollegiya qeyd edir ki, iddiaçının torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ciddi hesabat sənədi olmaqla torpaq sahəsinin planı və ölçüsünü təsvir etməklə bərabər sahəyə dair bütün məlumatları özündə əks etdirir və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadan dövlət qeydiyyatına alınmış torpaq sahəsinə mülkiyyət hüququ real deyil, xəyali olardı. Bu hal Torpaq Məcəlləsinin torpaq sahələri üzərində hüquqların yaranma vaxtını müəyyən edən 68-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
49. İşdən görünür ki, mübahisəli tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir və həmin torpaq sahəsinə aid “D” tikilisi (anbar) kimi işarələnmişdir. Cavabdeh tərəf isə bələdiyyə ilə bağlanmış alqı-satqı aktına istinad edərək tikilinin və tikintialtı torpaq sahəsinin ona məxsus olduğunu göstərsə də, bu hal məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmamış və göstərilənlər öz təsdiqini tapmamışdır.
50. İşdə olan sənədlərdən aydın olur ki, Qusar şəhəri, Əzizbəyov küçəsində yerləşən 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, yaşayış sahəsi 41.15 kv.metr, ümumi sahəsi 73.5 kv.metr olan 77 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon Dövlət notariat kontorunun təsdiq etdiyi 4Ə-23 nömrəli 28 sentyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır və qeydiyyat vəsiqəsində ümumi torpaq sahəsinin 500 m2 olması qeyd edilmişdir. Həmin evə aid əvvəlki - xx.xx.2000-ci ilə aid olan texniki pasportda da torpaq sahəsinin sənəd üzrə ölçüsünün 500 m2 olduğu öz əksini tapır. Daha sonra xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışda 0.05 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmasına dair dövlət reyestrində qeydiyyat aparılmış, texniki pasportda isə mübahisəli “D” tikilisinin tikildiyi il 2009-cu il göstərilmişdir.
51. Kollegiya qeyd edir ki, mülki qanunvericilik reyestrin məzmununun qeyridəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir.
52. Kollegiya həmçinin qeyd edir ki, mövcud vəziyyətdə iddiaçının sahiblik hüquqlarını həyata keçirməsindən məhrum etmək onun mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır.
53. Məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət toxunulmaz olduğundan və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən və sənəddə “D” tikilisi (anbar) kimi işarələnmiş mübahisəli tikilidən cavabdehin çıxarılması və həmin anbar tikilisinin cavabdeh tərəfindən boşaldılmaqla qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
54. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Kollegiya həmçinin hesab edir ki, MPM-in 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-544/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.