Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-131/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(029)- 52/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 50 (əlli) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN **********, Hesab AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab - AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin buraxılması, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən, ona məxsus qeyri-yaşayış binasının şimal-şərq tərəfdən divarı ilə həmin qeyri-yaşayış binasının hasarı arasında inşa etdirdiyi tövlə binasının sökülməsi, həmin torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməklə onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən, ona məxsus qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınaraq xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin qeyriyaşayış binasının ümumi sahəsi 265.6 kv.metr, yerləşdiyi torpaq sahəsi isə 303.8 kv.metr təşkil edir. Cavabdeh həmin qeyri-yaşayış binasının şimal-şərq hissəsi tərəfdən uzunluğu 12.55 metr olan hasarı ilə qeyri-yaşayış binasının divarı arasında olan ərazini bağlamaqla tutmuş və orada tövlə inşa etmişdir. Halbuki, həmin hasarla binanın divarı arasındakı torpaq sahəsi ona məxsus həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ərazisidir. Cavabdeh bunu etməklə qeyri-yaşayış binasını təyinatı üzrə istifadə etməyini məhdudlaşdırmış, binanın zirzəmisinə gedən yolu da bağlamışdır. Dəfələrlə cavabdehdən torpaq sahəsi buraxmasını, orada inşa etdiyi tövlə binasını sökməsini tələb etsə də, həmin şəxs buna məhəl qoymamışdır. Cavabdehin həmin hərəkətləri nəticəsində həmin qeyriyaşayış binasına giriş-çıxış məhdudlaşmış və o, həmin obyektdən sərbəst şəkildə istifadə edə bilmir. Göründüyü kimi, cavabdeh onun yuxarıda qeyd etdiyi qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş, torpaq sahəsində qanunsuz olaraq tövlə binası inşa etmiş, nəticədə isə o, hazırda həmin qeyri-yaşayış binasından və torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə tamamilə əsassızdır. Belə ki, Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən, ona məxsus qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınaraq xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin qeyri-yaşayış binasının ümumi sahəsi 265.6 kv.metr, yerləşdiyi torpaq sahəsi isə 303.8 kv.metr təşkil edir. Cavabdeh həmin qeyri-yaşayış binasının şimal-şərq hissəsi tərəfdən uzunluğu 12.55 metr olan hasarı ilə qeyri-yaşayış binasının divarı arasında olan ərazini bağlamaqla tutmuş və orada tövlə inşa etmişdir. Halbuki, həmin hasarla binanın divarı arasındakı torpaq sahəsi ona məxsus həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ərazisidir. Cavabdeh bunu etməklə qeyri-yaşayış binasını təyinatı üzrə istifadə etməyini məhdudlaşdırmış, binanın zirzəmisinə gedən yolu da bağlamışdır. Dəfələrlə cavabdehdən torpaq sahəsi buraxmasını, orada inşa etdiyi tövlə binasını sökməsini tələb etsə də, həmin şəxs buna məhəl qoymamışdır. Cavabdehin həmin hərəkətləri nəticəsində həmin qeyri-yaşayış binasına giriş-çıxış məhdudlaşmış və o, həmin obyektdən sərbəst şəkildə istifadə edə bilmir. Göründüyü kimi, cavabdeh onun yuxarıda qeyd etdiyi qeyri-yaşayış binasına və həmin binanın yerləşdiyi torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş, torpaq sahəsində qanunsuz olaraq tövlə binası inşa etmiş, nəticədə isə o, hazırda həmin qeyri-yaşayış binasından və torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tövlə binası sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilməklə onun qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmadığından iddia tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Torpağa mülkiyyət hüququna dair ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu Qalacıq kəndi, Bakı-Rostov yolunun kənarında yerləşən, 0.030380 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 265.6 kv.metr qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması, özbaşına tikilinin sökülməklə əvvəlki vəziyyəti bərpa edilərək sahibliyinə, istifadəsinə qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4. maddəsi təşkil edir. Qanunun mənasından da göründüyü kimi bu maddədə əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu da nəzərdə tutulmuşdur. Bu iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırılması haqqında mülkiyyətçinin tələbidir. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Lakin belə hərəkətlərə son qoyulmazsa, mülkiyyətçi onlara son qoyulmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi sözügedən tələbin təmin olunması üçün əşya özündə olan iddiaçı cavabdeh tərəfindən onun mülkiyyətinə qəsd və ya başqa maneələr törədildiyini sübut etməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/2179 nömrəli 01 aprel 2024-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin yerquruluşunun təşkili üzrə mühəndisi Tərlan Babayevin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-2369/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus Qusar rayonu, Qalacığ kəndi, Bakı-Rostov yolunun (Qusar-Xudat yolunun) kənarında yerləşən qeyri-yaşayış binasının şimal-şərq hissəsi Cavabdeh tərəfindən tutulmamışdır və qeyri-yaşayış binasına bitişik inşa olunan “həyət tikilisi (talvar, tövlə, anbar)” Cavabdeh özünün mülkiyyətində olan 0,19 ha torpaq sahəsində inşa etdiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də cavabdehin iddiaçıya məxsus həmin qeyri-yaşayış binasının şimal-şərq hissəsi tərəfdən uzunluğu 12.55 metr olan hasarı ilə qeyri-yaşayış binasının divarı arasında olan ərazini bağlamaqla tutması, orada tövlə inşa etməsi, cavabdehin həmin hərəkətləri nəticəsində həmin qeyriyaşayış binasına giriş-çıxış məhdudlaşdırması, eləcə də sərbəst şəkildə istifadə və sahiblik etməsinə maneəçilik törətməsi öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-131/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-131/2024
14.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver