Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-477/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qanunla bu qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-131/2024 nömrəli iş üzrə 8 oktyabr 2024-cü tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kassasiya şikayəti Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllə nin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İş materiallarından müəyyən edilir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli qətnaməsindən xx.xx.2024-cü il tarixdə kassasiya şikayəti vermiş, onun şikayəti Ali Məhkəmə nin xx.xx.2024-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. İş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə iddiaçı qətnamədən kassasiya şikayəti və 14 may 2024-cü il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixdə kassasiya şikayətinin (xx.xx.2024-cü il tarixdə verilmiş) geri qaytarılmasına və qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasından imtina edilməsinə dair qərardadlar qəbul etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının kassasiya tələbi qeyri-müəyyəndir, belə ki, onun tələbi xx.xx.2024-cü il tarixli qərardadının ləğv olunması və işin apellyasiya məhkəməsində baxılmasının mü mkün hesab edilməsi ilə bağlıdır. Halbuki iddiaçının apellyasiya şikayəti deyil, kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Lakin kassasiya şikayətinin 7-ci bəndindən aydın olur ki, onun dəlilləri məhz kassasiya şikayətinin geri qaytarılması ilə bağlı qərardada aiddir. Belə olan halda aydın olur ki, iddiaçı Azərbaycan Respublikasının Ali Məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən kassasiya şikayətinin qaytarılmasına dair qərardaddan kassasiya şikayəti vermişdir. Lakin Mülki Prosessual Məcəllənin 402.2.2ci maddəsinə əsasən həmin qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzi fəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-131/2024 nömr əli iş üzrə 8 oktyabr 2024-cü tarixli kassasiya şikayətinin geri qaytarılmasına dair qərardadından İddiaçı verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-477/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-477/2025
07.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver