Məhkəmə qərarları › İş №2(102)-139/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-139/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-139/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Kərimov Əsgər Elyar oğlunun, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-408/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14.11.2013-cü il tarixli, 118957-1-9782 saylı kredit xətti müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 ******* ABŞ dolları və ya manata olan ekvivalenti məbləğində kredit xətti açılmışdır.

2. İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh2 arasında rəsmiləşdirilmiş 14.11.2013-cü il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyanların ünvan 1 ünvanında 0,0326 ha torpaq sahəsində yerləşən evdəki payları ilə bankın tələb hüquqlarına təminat verilmişdir.

3. Borclunun xətt müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat verilməsi məqsədilə bankla Cavabdeh4 arasında 15.11.2013-cü il tarixli, 118958-7-6075 saylı zaminlik müq aviləsi bağlanmışdır. 4. 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsinə əsasən, Cavabdeh1 48 ay müddətinə, illik 16 % dərəcəsi ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 215000 ABŞ dolları; 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinə əsasən 36 ay müddətinə illik 16% dərəcəsi ilə 210000 ABŞ dolları kredit verilmişdir. 5. 25.06.2015-ci ildə kreditor İddiaçı ASC ilə əsas borclu Cavabdeh1la arasında 03.04.2014-cü il tarixli kredit müqavilələrinə dəyişiklik edilməsi haqqında razılaşma imzalanmışdır.

6. Bank 05.12.2016-cı ildə iddia qaldıraraq aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 İbadulla oğluna, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 10.10.2016-cı il tarixə banka borclu olduğu 281 635,73 ABŞ dolları məbləğində əsas borcun, 38 256,04 ABŞ dolları məbləğində faizin və 2 800 ABŞ dolları məbləğində cərimənin, cəmi 322 691,77 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Hanmaqla), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, tələbin xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən ünvan 1 nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə - ilkin satış qiyməti 69700 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi paylı mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, ünvan 1 nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə ilkin satış qiyməti 84500 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsində yerləşən 6 nömrəli 145,7 m2 ümumi, 96,1 m2 yaşayış, 49,6 m2 yardımçı sahədən ibarət 4 otaqlı 48 nömrəli mənzilə ilkin satış qiyməti 154200 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsinə və əmlakların açıq hər racdan satılaraq əldə edilən vəsaitdən qeyd olunan borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılmasına, 18957-1-9782 saylı 14.11.2013-cü il tarixli baş kredit razılaşmasının, 118957-1-9782/2 saylı 03.04.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin və 118957-1-9782/3 saylı 03.04.2014cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına (§1-5) istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq müqavilə öhdəliklərinin icrasını gecikdirmişlər. Ona görə də tələbdə göstərilən borc onlardan tutulmalı və ipoteka predmetlərinə yönəldilməlidir.

9. Bakı şəhər Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) 24 noyabr 2017-ci il tarixli, 2(011)937/2017 nömrəli qətnaməsi ilə iddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər Cavabdeh1 İbadulla oğluna, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit, ipoteka və zaminlik müqavilələri üzrə öhdəliklərin icrası və s” tələbinə dair iddiası qismən təmin edilərək iddia ərizəsinin qismən təmin edilməsi, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, 03.04.2014-cü il tarixli 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və 03.04.2014-cü il tarixli 118957-19782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh4 03.04.2014-cti il tarixli 118957-1-9 782/2 saylı və 03.04.2014-cü il tarixli 118957- 1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabd eh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, Cavabdeh3 mülkiyyətində olan ünvan 1 saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145 400 manat, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 saylı evin evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162 500 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 saylı evin evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh4 müqavilə öhdəliklərini icra etməmələri nəticəsində 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları borclarının yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqavilələrinin ləğv edilməsi, əsas və faiz borcunun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsinə dair tələblərini əsaslı hesab edir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseynov (sədrlik edən və məruzəçi), İ.Xəlilov və X.Cəmilova) 22 may 2018-ci il tarixli, 2(103)-5472/18 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh1 qarşı təmin ol unmuş hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və Ə.Əliyev) 2(102)-7757/2018 nömrəli iş üzrə 22 noyabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.05.2018-ci il tarixli, 2(103)-5472/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. ç) Apellyasiya ins tansiyası məhkəməsindəki ikinci icraat

15. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Xətai Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişlər. 17.09.2018-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) 18 sentyabr 2019-cu il tarixli, 2(103)-9941/19 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.11.2017-ci il tarixli, 2(011)-937/2017 nömrəli qətnaməsi qismən - mübahisələndirilən hissəsində ləğv edilmiş, İddiaçı ASC-nin iddia tələbinin Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C sa ylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi hissəsində təmin olunmaması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, mövcud vəziyyətdə apellyatorlarla bağlanmış ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavi lələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), G.Quliyev və Ə.Nurməmmədov) 2(102)-861/2020 nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9941/2019 nömrəli iş üzrə 18 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğ unsuzluğu müəyyən etməmiş, uyğunsuzluğun mövcud olduğu təqdirdə belə, borclunun əmlakına münasibətdə həmin uyğunsuzluğun kreditorun xeyrinə təfsi edilməli olub-olmamasının qanuni əsaslarına hüquqi qiymət verməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi İddiaçı ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmaması nəticəsinə gələrkən apellyasiya şikayəti vermiş cavabdehlərin şikayətinin dəlillərinə diqqət yetirməmişdir. Belə ki, şikayət müəllifləri ipoteka predmetlərinin boşaldılması tələbinin mülkiyyətçiyə məxsusluğunu, iddiaçı bankın isə hərracın nəticələri məlum olmadığı halda buna subyektiv hüququnun olmamasını, mənzili boşaltmalı şəxslərinin dəqiq dairəsinin müəyyən edilməməsini, ipoteka predmetlərinin qiymətləndirilməsinə dair iş materiallarında olan rəylərin şəmin əmlakların real bazar qiymətini özündə əks etdirməməsini, sözügedən əmlakların bazar dəyərinin qeyri-obyektiv təyin edilməsini, bir sözlə məhkəmənin tutma yönəldilərkən ipoteka predmetdərinin ilkin satış qiymətinin qeyd edilən rəylər əsasında deyil, tam, hərtərəfli, müfəssəl, obyektiv və alternativ rəylər əsasında müəyyən edilməli olmasını mübahisələndirmişlər. Belə ki, şikayətin dəlillərindən tam aydın olur ki, şikayət müəllifləri onlara qarşı olan iddia tələblərinə düzgün hüquqi qiymət v erilməməsini, tutmanın onların əmlaklarına yönəldilərkən şikayətdə istinad edilən qanunvericilik normalarının tələblərinə riayət olunmamasını mübahisələndirmiş, ipoteka müqavilələrin qanuniliyini, yəni, onlarda zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmamasını mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi isə apellyatorların belə bir tələbi olmadığı halda birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv etməklə iddianın onlara münasibətdə təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzə çi), F.Talışinski və E.Mehdiyev) 24 iyun 2021-ci il tarixli, 2(103)-408/21 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “İpoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Lakin Mə hkəmə Kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində göstərilən hallara qiymət verilməsini xahiş edilməmişdirlər və göstərilənlər apellyasiya şikayətinin dəlillərinə daxil deyil olmamışdır. Bununla belə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda, ipoteka qoyan borclu olduqda, əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Qanunvericiliyin tələbindən aydın olur ki, qanunvericilik ipoteka qoyanın əsas öhdəliyə münasibətdə cavabdeh olubolmamasını əsas götürərək borclu-ipoteka qoyan və üçüncü şəxs (digər cavabdehlər) ipoteka qoyan olmaqla fərqləndirməklə, onlarla kreditor arasında o lan ipoteka münasibətlərini fərqli şəkildə tənzimləyir. Belə ki, əsas öhdəliklə ipoteka müqaviləsi arasındakı uyğunsuzluq ipoteka qoyan borclu olduqda, kreditorun xeyrinə ipoteka qoyan üçüncü şəxs olduqda isə onun xeyrinə təfsir edilir. Deməli, hər hansı uyğunsuzluq halında üçüncü şəxslər üçün hüquqlara malik olmaqla, həmin nəticələr üçün məsuliyyət daşımamaqla, yalnız əlavə öhdəlik-ipoteka müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlik üzrə cavabdehdirlər. Lakin borclu ipoteka qoyan həm əsas öhdəlik, həm də əlavə öhdəlik üzrə cavabdeh olduğundan, həmin öhdəliklərin hər hansı şərtləri arasında uyğunsuzluq halında, həmin şərtin ipoteka müqaviləsində nəzərdə tutulmadığı və ya başqa formada nəzərdə tutulduğu üçün borclunun məsuliyyətindən azad edilməsi yolverilməzdir. Kassasiya şikayətinin v ə ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-408/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsindəki hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5.14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli Qərarına ziddir. K onstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 İyul 2019-cu il tarixli Qərarının 2-ci bəndinə əsasən "ipoteka haqqında” Qanunun 10.1, 10.5-ci və Mülki Məcəllənin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-403/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi Mülki Kollegiya faktiki olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarının 2-ci bəndinin iqtibas verilən qəti, birbaşa və imperativ müddəalarını cavabdehlərin mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına yönəldilmiş müddəa kimi təfsir etməyə, habelə həmin qərarın qətiliyinə və sabitliyinə xələl gətirməyə cəhd etmişdir. Belə ki, Mülki Kollegiyanın mübahisəli qərarının əsaslandıncı hissəsindən göründüyü kimi, onun istinad etdiyi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-861/2020 saylı, 10.02.2020-ci il tarixli qərarının özündə müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kommersiya krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 25.06.2015-cİ il tarixli razılaşmaya əsasən, kredit alanın Banka 25.06.2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 306135 ABŞ dolları müəyyən edil miş, hazırkı razılaşmanın imzalandığı tarixdən kredit alan kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 34 ay müddəti ərzində istifadə etməyi və 03.04.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 16% ödəməyi öhdəsinə götürmüş, bu razılaşmanın tərkib hissəsi sayılan əlavə (ödəniş qrafiki) imzalandığı tarixdən, 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə imzalanmış 1 saylı əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin kommersiya krediti müqaviləsinin mətni üzrə əlavə 1 yeni əlavə ilə əvəz olunmuş, 03.04.2014-cü il tarixli, 118957-19782/2 saylı və 03.04.2014-cü it tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələrinin 2.1 və 2.2-ci bən dləri qüvvədən düşmüş hesab edilmiş, 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı əlavə kommersiya krediti müqavilələrinin digər şərtləri dəyişdirilmədən qüvvədə qalmış, lakin 03.04.2014-cü il tarixli, 118957-1-9782/2 saylı və 03.04.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqavilələri və onlara dəyişiklik və əlavələr edilməsi barədə 25.06.2015-ci il tarixli, 01 saylı razılaşma ipoteka qoyan Cavabdeh3 və Cavabdeh2 tərəfindən imzalanmamışdır. Mübahisəyə ilk dəfə apellyasiya qaydasında baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli qətnaməsində haqlı olaraq belə qənaətə gəlinmişdir ki, ipoteka qoyanın məsuliyyəti ehtimallara əsaslana bilməz, o yalnız ona məlum olan şərtlər daxilində məs uliyyət daşımalıdır. Buna görə də ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün şərtlərin göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyacaqdır. Məhz bu əsaslardan çıxış edən və Konstitusiya Məhkəməsi Plenumunun 25.07.2019-cu il tarixli qərarına istinad edən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin tərkibi haqlı olaraq bağlanmış ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığının alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməli olması nəticəsinə gəlmişdir. Mübahisəli məhkəmə qətnaməsində isə Mülki Kollegiya öz qərarını “İpoteka haqqında” Qanunun 10.3-cü maddəsi ilə əsaslandırmağa çalışmışdır. Əslində qalsa, Mülki Kollegiya mövcud hüquq münasibətlərinə İpoteka haqqında” Qanunun 10.3-cü maddəsinin müddəalarının tətbiq edilməsi zəruriyyətini irəli sürməklə dolayısı ilə baş kredit xətti müqaviləsindən sonra bağlanmış kredit müqavilələrinin şərtləri ilə ipoteka müqavilələrində ehtiva olunmuş şərtlərin uyğunsuzluğunu qəbul etmişdir. Lakin, hətta “İpoteka haqqında” Qanunun 10.3-cü maddəsinin müddəaları rəhbər tutulsa belə, yenə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2019-cu il tarixli, 2 (103)9941/2019 nömrəli qətnaməsi qanuni, əsaslı və obyektiv olmuşdur. Həmçinin, Mülki Kollegiyanın istinad etdiyi Ali Məhkəmə qərarında apellyasiya instansiyasının apellyasiya şikayətinin dəlillərindən kənara çıxmaqda bağlı iradları ilə əsassız olaraq razılaşmış, “Bank VTB (Azərbaycan)" ASC-nin iddia tələbi Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi, 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmaması nəticəsinə gələrkən apellyasiya şikayəti vermiş cavabdehlərin şikayətinin dəlillərinə diqqət yetirmədiyini, şikayət müəlliflərinin ipoteka predmet lərinin boşaldılması tələbinin mülkiyyətçiyə məxsusluğunu, iddiaçı bankın isə hərracın nəticələri məlum olmadığı halda buna subyektiv hüququnun olmamasını, mənzili boşaltmalı şəxslərinin dəqiq dairəsinin müəyyən edilməməsini, ipoteka predmetlərinin qiymətləndirilməsinə dair iş materiallarında olan rəylərin həmin əmlakların real bazar qiymətini özündə əks etdirməməsini və s. mübahisələndirdiklərini qeyd etmişdir. Belə ki, iş üzrə materiallardan göründüyü kimi apellyatorlar Cavabdeh3 və Cavabdeh2 apellyasiya instansiyasına apellyasiya şikayətlərinə yazılı əlavə təqdim etmiş, həmin apellyasiya şikayətinə əlavədə apellyasiya şikayətlərinin hüquqi əsaslarını deyişmiş və əks tərəfin iddia tələbinin rədd edilməsinə yönəlmiş yeni tələblər İrəli sürmüş, apellyasiya instansiyası isə qanunvericiliyin tələblərinə müvafiq olaraq haqlı olaraq onların apellyasiya şikayətlərinə əlavədəki dəlillərə müfəssəl hüquqi qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

26. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin vəkili Kərimov Əsgər Elyar oğlu kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri ba rədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

30. Maddə 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir.

31. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

32. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

35. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradəni n məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:

39. Maddə 1.0.7. ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

40. Maddə

33. Bo rclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

41. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq b azarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiq i hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün art ıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Hazırkı işdə iddiaçının cavabdehlər Sahibə və Cavabdeh2lara qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 317.1-ci və 319.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (§ 31-32, 40).

50. Bununla belə, kreditorun əşya hüququ kimi ipotekaya istinad edə və tutma nı ipoteka predmetinə yönəldə bilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada ipoteka müqaviləsi bağlanmış olmalıdır.

51. İpoteka müqaviləsinin də bağlanmış sayılması, əqdin, o cümlədən müqavilənin bağlanmasına dair Mülki Məcəllədə nəzərdə tutulan tələblərə riayət edilməsindən asılıdır.

52. Məlum olduğu kimi müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə eti barlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə -tərəflər üçün hüquq və öhdəliklər yaradır (§33-38).

53. Təsadüfi deyil ki, Mülki Məcəllənin 405.1-ci maddəsi müqavilənin bağlanmış sayılması üçün tərəflərin müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlmələri şərtini nəzərdə tutmuşdur (§ 38).

54. Əsas öhdəlik üzrə kreditorun tələb hüququnun təminatı kimi əşyanın ipoteka saxlayanın xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi də bu qaydada bağlanmalıdır. Yalnız etibarlı bir ipoteka müqaviləsi bağlandıqda ipoteka saxlayan, (borclu tərəfindən öhdəliyin icrası gecikdirildikdə) ipoteka predmetinin məcburi qaydada satılmasını istəyə bilər (§ 28-29, 39-40).

55. Belə müqavilənin bağlanması üçün kreditora öz əmlakı ilə təminat verən ipoteka qoyan üçün öhdəliyin həc mi məlum olmalı, yaxud öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində bunun qaydası və digər zəruri şərtlər göstərilməlidir. Bu tələblər həm Mülki Məcəllənin 307.4-cü, həm də “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində nəzərdə tutulmuşdur (§ 30, 41).

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyutanın və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. İpoteka müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə ipoteka qoyanın razılığı alınmalıdır.

57. Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Az ərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.

58. Hazırkı işdə məhkəmələr müəyyən etmişlər ki, iddiaçı bankla Cavabdeh3 və Cavabdeh2 arasında 14.11.2013-cü il tarixli ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqavilənin 4.1-ci bəndində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı evdə adları çəkilən şəxslərə məxsus payların bankla kredit alan arasında bağlanmış eyni tarixli baş kredit razılaşmasından və onun ayrılmaz hissəsi olan ayrıca müqavilələrdən irəli gələn mövcud, həm də gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn tələblərin təminatı olduğu qeyd edilmişdir. Razılaşmanın 5.1-ci bəndində kredit üzrə faizlərinin miqdarının, ödənilməsi şərtlərinin və ödənişlərin silinməsi növbəliliyinin tərəflər arasında bağlanacaq kredit müqavilələri ilə müəyyən ediləcəyi göstərilmişdir.

59. Cavabdehlər Cavabdeh3 v ə Cavabdeh2 bildirirlər ki, 14.11.2013-cü il tarixli baş kredit razılaşmasında və ipoteka müqaviləsində əsas borcluya verilən (veriləcək) kreditin həcmi (o cümlədən, illik faiz, müddət və s.) göstərilməmişdir. Baş kredit razılaşması çərçivəsində əsas borclu Cavabdeh1 konkret şərtlərlə kredit verilməsinə dair 2014-cü ildə bağlanmış müqavilələr, həmin əqdlərə 2015-ci ildə edilmiş dəyişikliklər barədə onlara məlumat verilməmiş, öhdəliklərin həcmi onlarla razılaşdırılmamışdır (həmin əqdlər onlar tərəfindən imzalanmamışdır).

60. Buna baxmayaraq apellyasiya məhkəməsi cavabdehlərin həmin dəlillərini yoxlamamış, təminat vermək istədikləri əsas öhdəliyin həcminin ipoteka qoyanlara məlum olub-olmamasına dair mübahisəli hal üzrə sübutetmə yükünü müəyyənləşdirməmiş, bu xüsusat üzrə işdəki sübutları qi ymətləndirməmiş, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri nəzərə alınmaqla, şərh olunan maddi hüquq normaları ilə işin müəyyən edilmiş halları arasındakı uyğunluğu dəyərləndirməmiş və kassatorlara münasibətdə iddianın yekun həllinə dair əsaslandırılmış bir nəticəyə gəlməmişdir.

61. Kollegiya, cavabdehlərin Konstitusiya Məhkəməsi qərarında qeyd olunan hallara qiymət verilməsini xahiş etməmələri və bu dəlillərin apellyasiya şikayətinə daxil olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

62. Ona görə ki, əvvəla, iddia üzrə hüquqi məsələləri (iddia tələbinin qanuni əsasları, bu əsasların təfsiri və tətbiqi, əqdin bağlanmış sayılması və s.) tələbdən asılı olmayaraq məhkəmənin öz xidməti vəzifəsinə görə araşdırmalı olduğu məsələlərdir. Hüququn tətbiqinə bilavasitə hak imin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.

63. Bundan başqa, iş materiallarında olan (cild 2, səh.46-50), cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 imzaladığı 17.09.2018-ci il tarixli apellyasiya şikayətinə əlavədən görünür ki, apellyatorlar şikayətin dəlilləri kimi həm yuxarıda göstərilən maddi hüquq normalarına, həm də Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına istinad etmişlər.

64. Apellyasiya məhkəməsi qətnaməsində “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 10.3-cü maddəsinə (ipoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoy an borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir) istinad etsə də, bu normanın dispozisiya şərtlərinin hazırkı işin halları ilə uyğunluğunun (və ya uyğunsuzluğunun) nədən ibarət olmasını, apellyatorların dəlillərinin həllinə təsirini əsaslandırmamışdır.

65. Göstərilənlərə əsasən, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməmiş, sübutların qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir (§ 42-44).

66. Ona görə də qətnamə tələbin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ün vanında 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin həmin hissədə yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

67. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-408/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi tələbin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qər ar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Aqil Abbasov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar