Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1391/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və inzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, e-2(011)4841/2022 nömrəli məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şikayəti şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cava bdeh3 qarşı müqavilə üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 11 iyun 2019cu il tarixli 2096/2019 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə əsas borc üzrə 6901(altı min doqquz yüz bir) manat 48 (qırx səkkiz) qəpik, faiz borcu üzrə 3010 (üç min on) manat 14(on dörd) qəpik, cərimə borcu 0 manat 0 qəpik olmaqla cəmi 9911 manat 62 qəpik məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Vəkil vəsatət verərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.202 2-ci il tarixli, e-2(011)-4841/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh1 nümayəndəsi Vəkil şikayət verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(011)-4841/2022 saylı qərardadının ləğv edilib, işin kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə aidiyyatı iddiaçı tərəfindən düzgün seçilməyib. Belə ki, xx.xx.2019-ci il tarixli, 2096/2019 nömrəli kredit müqaviləsinin 1.5-ci bəndində qeyd edilib ki, “Kredit Borcalana Sahibkar-Digər qeyri-istehsal və xidmət sahəsi məqsədilə verilir”. Həmçinin Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən də görünür ki, Quliyev X1-Digər qeyri-istehsal və xidmət (mal və avadanlıqların alınması” sahəsi üçün kredit a yrılmasını xahiş etmişdir. Buradan da görünür ki, cavabdehlər sahibkarlıq məqsədilə kredit götürmüşlər. Eyni zamanda, cavabdehlərdən biri Cavabdeh2 sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN-i (**********) var. Cavabdeh1 zaminlərlə bərabər sahibkarlıqla məşğul olmaq üçün kredit götürmüşdür. Lakin pandemiyayla əlaqədar iqtisadi nailiyyətlər əldə edə bilmədikləri üçün borcu ödəyə bilməyiblər. Hesab edirik ki, bu iş iqtisadi məsələ olduğu üçün kommersiya məhkəməsinin yurisdiksiyasına aiddir. Lakin Xətai rayon Məhkəməsinin e-2(011)-4841/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş və Xətai rayon Məhkəməsinin e-2(011)-4841/2022 saylı, xx.xx.2 022ci il tarixli qərardadı qismən ləğv edilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş şikayətlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. -403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. -403-1.3. Məhkə mə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. -403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Məhkəmə tərkibi şikayətlə bağlı qeyd edir ki, kassasiya şikayəti cavabdehin vəkili və nümayəndəsi kimi Vəkil tərəfindən imzalansa da, kassasiya şikayətinə Vəkil cavabdehi Ali Məhkəmədə təmsil etmə üçün verilmiş müvafiq vəkil orderi əlavə edilməmiş, işdə olan vəkil orderində vəkilin yalnız birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4 07.4-cü maddəsinə əsasən şikayətəvəkilin orderi əlavə olunmalıdır. - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkil orderi əlavə edilməmişdirsə, kassasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci tarixli qərardadından Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarı lması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-1391/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-1391/2023
23.02.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver