Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1391/2024 28.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı ilkin, Cavabdeh3 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çı xarışın ləğvi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh3 İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2(103)-1524/2024 nömrəli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş Bakı şəhəri, Nəsimi rayonu 3007-ci məhəllə, Tibilisi prospekti 44C ünvanında yerləşən A girişinin, Xİ mərtəbəsində ümumi sahəsi 131.43 kv.m olan, üç otaqlı 59 saylı mənzil və ümumi sahəsi 17,2 kv.m-dan ibarət qaraj sa həsi 27 may 2019-cu il tarixli maliyyə arayışı və alqı-satqı müqaviləsi əsasında keçmiş payçı Cavabdeh2 adından çıxarılaraq alıcı və yeni payçı qismində İddiaçı adına rəsmiləşdirilmişdir.
2. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı “MTK üzvlərinin ümumi iclasının protokolunun və ondan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi və s” tələbləri Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunmuş mənzilin keçmiş payçısı Cavabdeh2 adına alqı-satqı edilmiş xx.xx.2006-cı il tarixli müqavilə ləğv edilmiş hesab olunmuş, Cavabdeh2 mənzilinin payçısı olmasının təsdiq edilməsi barədə “Tac Mahal" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 28 aprel 2020-ci il tarixli 85 saylı protokolu və ondan çıxarış və Cavabdeh2 adına verilmiş 28 aprel 2020-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Cavabdeh2 "xxxx" Mənzil Tikinti Kooperativinə və İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası, eləcə də müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 "xxxx" Mənzil Tikinti Kooperativinə, İddiaçı və Cavabdeh2 qarşı “mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi təmin edilməmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndiri lən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməməklə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 xüsusi notariusu tərəfindən 19 may 2020-ci il tarixdə təsdiq edilmiş AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən həmin mənzilə dair Cavabdeh3 adına qeydiyyat aparılmış, xx.xx.2020-ci il tarixdə ona müvafiq çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi və iddia tələbinə dəqiqləşdirmə barədə ərizə il ə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) ünvanında yerləşən ümumi sahəsi 121.4 kv.m olan mənzilin Cavabdeh2 ilə Cavabdeh3 arasında alqısatqısına dair Cavabdeh1 xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq edilmiş 19 may 2020-ci il tarixli 4Ə-420 reyestr qeydli müqavilənin etibarsız hesab olunması, mənzilin Cavabdeh3 adına aparılmış reyestr qeydiyyatının və müvafiq çıxarışın ləğv edilməsi, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, mənzil 59-dan (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 100, M14, m4) çıxarılaraq mənzilin ona təhvil verilməsı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Cavab deh3 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ona vurulmuş maddi ziyanın əvəzi olaraq 13000 manatın, mənəvi ziyanın əvəzi olaraq 15000 manatın, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 171 manat dövlət rüsumunun, habelə hüquqi yardım üçün çəkilmiş 220 manat xərcin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3162/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Nail Abbasov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair qarşılı qlı iddiası üzrə mülki işin icraatına “Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair” hissədə xitam verilmişdir.
9. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki qarşılıqlı iddia tələbi üzrə tələbə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qiymət verilməklə, həmin iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 İddiaçı qarşı həmçinin maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiası təmin edilməmişdir
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
11. Həmin qərardaddan Cavabdeh3 nümayəndəsi (vəkili) şikayət verərək onun ləğv edilməsini və qa rşılıqlı iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmənin MPM-nin 261.0.2-ci maddəsini düzgün tətbiq etmədiyini, hazırkı iddia tələbinin 2021-ci ilin iyunundan sonrakı dövrü əhatə edən ziyanla bağlı olduğunu nəzərə almadığını irəli sürmüşdür.
12. Şikayət, məhkəmənin 11 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1524/2024 nömrəli, 1 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və S.X.Bəhramzadə) şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxla nılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə baxılan iddia tələbini hazırda irəli sürdüyü qarşılıqlı iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir. Sözügedən işə baxan məhkəmələr vurğulamışlar ki, “Cavabdeh3 cavabdehlər tərəfindən onun mübahisəli mənzildən istifadəsinə nə kimi maneçiliklər yaratmaları, bu maneçiliyin nədən ibarət olduğunu göstərməmiş, həmçinin, ona hər hansı maddi ziyanın vurulduğunu sübuta yetirə bilməmişdir”.
15. Buna görə d ə kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə qarşılıqlı iddia tələblərinə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2, 233.3 və 3 98.0-cı maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərardad qəbul edərkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1473/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etmiş və belə nəticəyə gəlmişdir ki, Cavabdeh3 İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiasına həmin qətnamə ilə münasibət bildirilməklə, iddia rədd olunmuşdur.
19. Qeyd olunmalıdır ki, Nəsimi Rayon Məhkəməsində 2(00 6)-1473/2021 saylı işə baxılarkən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 cavabdehlər "xxxx" MTK-ya, İddiaçı və Cavabdeh2 qarşı “mənzilddən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərdən maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat pulun tutulmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, həmin iddia tələbinin əsasları hazırki iddia ərizəsində göstərilən əsaslardan fərqli olmuşdur. Belə ki:
1. Əvvəlki iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş və maddi və mənəvi zərər həmin vaxta kimi olan dövrü əhatə etmişdir. Cavabdeh3 vurulan maddi və mənəvi zərər da vam etmişdir, hazırkı iddia ərizəsində məhz 2021-ci ilin iyun ayının əvvəlindən sonrakı dövrü əhatə edən maddi və mənəvi zərərin əvəzi istənilmişdir.
2. Əvvəlki iddia ərizəsində göstərilən məbləğ ümumilikdə (maddi və mənəvi zərər) 55000 manat təşkil edirdisə, hazırki iddia ərizəsində maddi və mənəvi zərərə görə cəmi 27000 manat məbləğində kompensasiya tələb olunmuşdur. Göründüyü kimi əvvəlki iddia ərizəsi ilə hazırki qarşılıqlı iddia tələbinin əsasları fərqlidir, başqa sözlə eyni deyildir.
20. Beləliklə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.2-ci maddəsində ifadə olunan prosessual hüquq normasının kobud pozuntusuna yol vermişdir. Bundan əlavə, Cavabdeh3 müvafiq tələblə məhkəməyə müraciət etmək hüququndan məhrum edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tər əflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
26. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması a pellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiyta instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadın ləğvinə səbəb olacaq şəkildə prosessuyal hüquq normalarının pozuntusuna yolverilmişdir.
35. Belə ki,apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, qeyd etmişdir ki, Cavabdeh3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin aid olduğu işdə baxılan iddia tələbini hazırda irəli sürdüyü q arşılıqlı iddia tələbini əsaslandırdığı eyni əsaslar və eyni predmet üzrə, eyni tərəfə qarşı irəli sürmüş, həmin işə baxılarkən hazırkı iddiada irəli sürülən hala faktiki olaraq hüquqi qiymət verilmişdir.
36. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh3 nümayəndəsinin birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətdə qeyd edilmişdir ki, əvvəlki iddia xx.xx.2021-ci il tarixdə məhkəməyə verilmiş və maddi və mənəvi zərər həmin vaxta kimi olan dövrü əhatə etmişdir. Cavabdeh3 vurulan maddi və mənəvi zərər davam etmişdir, hazırkı iddia ərizəsində məhz 2021-ci ilin iyun ayının əvvəlindən sonrakı dövrü əhatə edən maddi və mənəvi zərərin əvəzi istənilmişdir.
37. Eyni zamanda iş üzrə Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə onun maddi və mənəvi zərər tələbinin 2021-ci ilin iyun ayın ın əvvəlindən qarşılıqlı iddia ərizəsinin verildiyi dövrədək olan vaxtı əhatə etdiyi təsdiq olunur.
38. Lakin apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 əvvəlki iş üzrə olan tələbi ilə hazırki iş üzrə olan tələblərinin eyni dövrü əhatə edib-etməməsini araşdırıb hüquqi qiymət verməmişdir
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə iddia tələbinin əvvəlki iş üzrə iddia tələbinin əhatə etdiyi dövrdən sonrakı dövrü əhatə etməsi halında sonrakı iddia tələbinin əvvəlki iddia tələbi ilə eyni predmet üzrə verilib-verilmədiyi məsələsinə də prosessual hüquq normalarının tələbinə uyğun şəkildə əsaslandırmaqla hüquqi qiymət verməli idi.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən belə hüquqi dəyərləndirmə aparılmamışdır.
40. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 fevral 2024-cü il tarixli 2(103)-1524/2024 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
41. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmalı, qanuni və əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 1 fevral 2024-cü il tarixli 2(103)1524/2024 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.