Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1392/2020 13.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-56/19) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” M MC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli 050KM/15 nömrəli kredit xətti müqaviləsi ləğv edilmiş, 10 iyun 2015-ci il tarixli 050KM/15 nömrəli müqavilə üzrə 39.890,99 ABŞ dolları əsas borc, 7461,62 ABŞ dolları faiz borcu, 11,97 ABŞ dolları cərimə olmaqla, cəmi 47.364,58 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, Daşınmaz Əmlakın Dövlət Reyestrində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat pulun, 01,0 manat bank xidmət haqqının və ipoteka predmetinin qiymətləndir ilməsi üçün ödənilmiş 250,0 manat pulun əvəzinin Cavabdeh2 Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın hərracda ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Ləğv prosesində olan “xxxx” ASC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılaraq Ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsi qət edilm işdir. Həmin qətnamədən cavabeh Cavabdeh2 apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Cəmilova-sədrlik edən və məruzəçi, İ.Xəlilov və İ.Kərimli, iş № 2(103)-12412/19) apelyasiya şikayəti təmin edilməyərək Nizami Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehdən əsas və faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edildiyi hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Ş.İsgəndərov kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində ola n “xxxx” ASC-nin ləğvedicisi “X1 Company” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2015-ci il tarixli 050KM/15 nömrəli kredit xətti müqaviləsi ləğv edilmiş, 10 iyun 2015-ci il tarixli 050KM/15 nömrəli müqavilə üzrə 39.890,99 ABŞ dolları əsas borc, 7461,62 ABŞ dolları faiz borcu, 11,97 ABŞ dolları cərimə olmaqla, cəmi 47.364,58 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, Daşınmaz Əmlakın Dövlət Reyestrində ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyatı üçün ödənilmiş 30 manat pulun, 01,0 manat bank xidmət haqqının və ipoteka predmetinin qiymətləndirilməsi üçün ödənil miş 250,0 manat pulun əvəzinin Cavabdeh2 Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus olan və banka ipoteka qoyulmuş Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, əmlakın açıq hərracdan satılaraq, əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan əmlakın hərracda ilkin satış qiymətinin 120.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən Ləğv prosesində olan “xxxx” ASC-yə olan borca ödənildikdən sonra artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi, ipoteka predmeti olan əmlak açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılaraq Ləğv prosesində olan “xxxx” ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunma sını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçinidinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, “xxxx” ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2015 il tarixli 05KM/15 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 22 faiz ödənilməsi şərtilə, 24 ay müddətinə, 40.000 ABŞ doll arı məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. “xxxx” ASC (İpoteka saxlayan) ilə Cavabdeh2 (Borcalan) və Cavabdeh1 (İpoteka qoyan) arasında bağlanmış 10 iyun 2015ci il tarixli 050İM/15 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 özünə məxsus Qəbələ şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evini (0.06 ha torpaq sahəsi ilə birlikdə), Cavabdeh2 həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 40.000 ABŞ dolları kredit məbləğinin, ona hesablanmış faizlərin və digər ödənişlərin təminatı kimi ipoteka qoymuşdur. Həmin tarixdə kredit vəsaiti borcalan Cavabdeh2 tərəfindən iddiaçı bankdan alınmışdır. Lakin cavabdeh-borca lan müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilmədiyinə görə Bankın ləğvedicisi məhkəmədə cavabdehlərə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin və “İpoteka haqqında” qanunun müvafiq maddələrini mübahisəli hüquq münasibətinə tətbiq edərək iddianı əsaslı saymış və təmin etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apelyasiya qaydasında mübahisələndirilən hissədə, yəni iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində və ipotekanın satış qiyməti ilə bağlı olan hissələrdə yoxlamış və birinci instansiya məhkəməsinin həmin hissələrdə gəldiyi nəticə ilə raz ılaşmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh işə birinci instansiya qaydasında baxılarkən 08.01.2019cu il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da (i.v. 107), üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş və buna görə də məhkəmə işə onun iştirakı olmadan baxmaqda haqlı olmuşdur. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət isə iddiaçı tərəfindən faiz borcunun şişirdilməsi, əsas borcun isə cavabdeh tərəfindən ödənilməsi barədə müvafiq sübutların təqdim olunmaması səbəbindən təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları ilə “əsas borcun cavabdeh tərəfindən təmamilə ödənilməsi, tələb olunan faiz borcunun isə əslində daha az məbləğdə olması” barədə dəlillər öz təsdiqini tapmamışdır. Bundan əlavə, “ipoteka predmetinin dəyərinin qiymətləndirmə rəyində qat-qat aşağı göstərilməsi” ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut, yəni ipoteka predmeti olan əmlakın daha yüksək qiymətə dəyərləndirilməsi ilə bağlı sübut məhkəməyə təqdim olunmamışdır. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə hazırkı vəziyyətdə cavabdeh tərəfindən apelyasiya şikayətini əsaslandıran hallar və bu faktı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən həmin şikayət təmin oluna bilməz. Bütün bunlar o nəticəyə gəlməyə əsas vermişdir ki, apellyasiya şikayəti formal xarakter daşımaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli v ə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən müfəssəl və düzgün hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Azərbaycan Respublika sı MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlik də dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apelyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən v ə Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 09 oktyabr 2019-cu il tarixli, 2(103)-12412/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1392/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1392/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver