Məhkəmə qərarları › İş №2(102)-1394/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1394/2025

13.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1394/2025 13.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin, alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunması, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi t ələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindəki qeydin, alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunması, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya M əhkəməsinin Mülki kollegiyasının 2(105)-529/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 qarşı “zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ona xüsusi mülkiyyət hüququ əsasında məxsus, Quba şəhəri, 15-ci məhəllədə yerləşən, 0,04 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh1 məxsus torpaq sahəsinin arasından keçən yolun Cavabdeh1 tərəfindən məcburi qaydada boşadılması və çəkdiyi hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması və əlavə cavabdehlərin cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006cı il tarixli, JN4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, xx.xx.2016-cı ildə Cavabdeh1 adına verilmiş **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın, Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Vüqar Seyidov) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki işin icraatında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçılara hazırki ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır.

5. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv olunaraq, işə Quba Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

6. Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2025-ci il tarixli, 2(105)-529/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı, İddiaçı cavabdehlər Cavabdeh2 Ənvər oğluna, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması, zəbt olunmuş ümumi istifadədə olan yolun açılması və inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilməsi hissəsində və həmin qərardadla bağlı 2(027)32/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadın qeyd edilən hissə üzrə şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş, qeyd edilən tələblər üzrə sonrakı prosessual hərəkətlərin aparılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qay tarılmış, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi aşağıdakıları qeyd etmişdir:

9. İddiaçı tərəfindən mübahisələndirilən JN4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Quba rayonu Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 nömrəli qərarı əsasında verilmişdir. Həmçinin, həmin şəhadətnamə əsasında Cavabdeh1 xx.xx.2016-cı il qeydiyyat tarixli, **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir ki, iddiaçı da hər iki hüquqmüəyyənedici sənədi, başqa sözlə mülkiyyət hüququna dair qeydi mübahisələndirmişdir ki, bununla da Şəhadətnaməyə əsasən müvafiq qeydiyyatın inzibati akt əsasında aparılması, mülkiyyət hüququna dai r qeydin (Çıxarışın) isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi kimi müəyyən edilməkdədir.

10. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Quba rayon Aqrar-İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarının ümumiyyətlə mövcud olmaması, buna görə də şəhadətnamənin saxta olması ilə əlaqədar həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan X1 Filialının 28 dekabr 2024-cü il tarixli arayışında Quba rayon Aqrar-İslahat Komissiyasının 05 saylı qərarının xx.xx.2000-ci il tarixdə deyil, xx. xx.2000-ci il tarixdə keçirilmiş iclasda qəbul edildiyi qeyd olunmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə inzibati aktın rekvizitlərində müvafiq texniki səhvin olması da mümkün olan haldır. Digər tərəfdən həmin şəhadətnamənin verilməsinə əsas olmuş inzibati aktın mövcud olmaması, yəni Şəhadətnamənin saxta sənəd olması halında isə iddiaçının hüquqi marağı yalnız həmin şəhadətnamə əsasında aparılmış qeydin (hazırkı halda Cavabdeh1 aid xx.xx.2016-cı il qeydiyyat tarixli, **********34 reyestr nömrəli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair qeyd) mübahisələndirməsindən ibarət olur ki, bu da mübahisənin inzibati hüquq münasibətlərinin predmeti olmasını təsdiq edir.

11. Beləliklə, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin istər müvafiq inzibati orqan t ərəfindən qanunsuz şəkildə verilməsi, istərsə də şəhadətnamənin saxta sənəd olması ilə bağlı onun əsasında müvafiq qeydiyyatın aparılması və ya şəhadətnamənin qanunsuz inzibati akt əsasında verilməsi ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərinin predmeti hesab olunur ki, bu halda qeyd olunan mübahisələr üzrə tələblər müvafiq inzibati orqanlara qarşı qaldırılmaqla, həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz hesab olunur.

12. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən tələblər üzrə iş üzrə icraata xitam verilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin tələblərə mülki məhkəmə icraatı çərçivəsində baxılması yolverilməzdir.

13. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin Cavab deh1 ilə Cavabdeh2 Ənvər oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında Cavabdeh2 Ənvər oğlunun adına verilmiş reyestrdən çıxarışın ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi” hissəsi üzrə işin icraatına xitam verilməsi barıədə birinci instansiya məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv olunması və zəbt olunmuş ümumi istifadədə olan yolun açılması, inşa edilmiş tikililərin sökülməsi” tələbləri üzrə yaranmış mübahisələr mülki münasibət lərdən yaranmış hesab olunur.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası İPM-nin 2.2.1, 2.2.2, MPM-nin 261.0.1, 25.1-ci maddəsinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının şikayətinin təmin olunmamış hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Aqr ar-İslahat Komissiyasının 25 may tarixli qərarında da Cavabdeh1 0,12 sot torpaq sahəsi ayrılması barədə heç nə yoxdur. İnzibati orqan Şəhadətnaməni olmayan qərar əsasında verə bilməzdi. Bu halda Cavabdeh1 verilmiş Şəhadətnamənin mötəbərliyi şübhə predmeti olur və Şəhadətnamənin ümumiyyətlə saxta olmasına şübhələr doğur. Bu halda Quba Rayon Məhkəməsi, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsi ya həmin Şəhadətnamədə göstərilən, guya Şəhadətnamənin verilməsinə əsas olmuş qərarın mövcud olmaması səbəbindən, Mülki-Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsaslanmaqla (“Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir”), Şəhadətnamənin necə alınmasını araşdırmaq üçü n xüsusi qərardad çıxarmalı idi, ya da Şəhadətnamənin saxta olub-olmamasını müəyyən etmək üçün Şəhadətnamənin orada saxlanılan əsl nüsxəsini DƏDKR PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən tələb etməklə, müvafiq ekspertizalar təyin etməli idi. Belə ki, bundan sonra məlum olacaq idi ki, Şəhadətnamə saxtadır, yoxsa Şəhadətnaməni verən inzibati orqanın qanunsuz hərəkəti əsasında verilib və bu hallara aydınlıq gətirildikdən sonra, iddianın məhkəmə aidiyyatı bir daha araşdırılaraq, əsaslı qərar qəbul olunmalı idi.

18. Şəhadətnamənin hansı əsaslarla verilməsi məsələsi araşdırılarkən, X1 filialından alınmış cavabdan məlum olur ki, Cavabdeh1 adına 0,12 ha torpaq sahəsinə verilmiş xx.xx.2006-cı il tarixli, JN-4722A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilmiş Qub a rayon Aqrar-İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı olmamışdır. Belə olduqda, bu şəhadətnamənin etibarsız hesab edilməsindən yox, onun ləğvindən söhbət gedə bilər. Konstitusiya Məhkəməsinin qərarının mənası budur ki, qanunsuz sənədin verilməsinə inzibati orqanın qanunsuz hərəkəti (hərəkətsizliyi) səbəb olmuşsa, həmin sənədin etibarsızlığı barədə iddia qaldırılmalıdır və bu iddiaya inzibati icraat qaydasında baxılmalıdır. Yox, əgər qanunsuz sənədin inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində verilməsi iş materialları ilə təsdiq olunmursa, burada qanunsuz sənədin ləğvi barədə mülki icraat qaydasında iddia qaldırılmalıdır.

19. İddiada isə Şəhadətnamənin ləğvini tələb edərkən, inzibati orqan tərəfindən qeydiyyatın düzgün aparılmamasını mübahisələndirmir, həmin Şəhadətnamənin verilməsi üçün əsas olan – yəni Şəhadətnamədə onun verilməsi üçün əsas kimi göstərilmiş sənədlərin ümumiyyətlə, mövcud olmaması barədə iddia qaldırır və bu halda da, işə mülki icraatda baxılmalıdır.

20. Hesab edir ki, onun Quba Rayon Məhkəməsinin qərardadından şikayətinin təmin olunmadığı hissədə Sumqayıt Apellyasiya Məhkəməsi onun hüquqlarının pozulmasına yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadını qismən mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 261.0.1 iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

25. Maddə 25.1 mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq mü nasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. 26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

29. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas vermir.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-529/2025 nömrəli, 12 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar