Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-194/2024 13.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Quba Rayon İcra Hakimiyyəti və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Quba Rayon İcra Hakimiyyəti və Cavabdeh1 qarşı ictimai yola tam əvəzi ödənilməklə zəruri keçidin ayrılması tələbinə dair iddia ərizəsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1060/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixl i qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların X1 daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli (reyestr nömrəsi **********70, qeydiyyat nömrəli **********) xx.xx.2018-ci il tarixli çıxarışa görə, Quba şəhəri əriazisində yerləşən 0,04 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 204 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Hüquqların X1 daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi ********** olan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri 28-ci məhəllədə yerləşən Quba RİH-in mülkiyyətində olan 0,034 ha torpaq sahəsi Cavabdeh1 adına yüklü edi lmişdir.
3. Quba Rayon Məhkəməsinin 2(027)-135/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X2 qarşı giriş-çıxış yolunun açılması və yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-134/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. 4. "xxxx" MMC-nin mütəxəsis rəyinə görə, RX ******* (********** qeydiyyat) nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,04 ha torpaq sahəsinə elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə gediş-gəliş yolu Cavabdeh1 tərəfindən bağlanmamışdır. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsinə başqa, y əni alternativ gediş-gəlişi üçün maşın yolu yoxdur. İddiaçının gediş-gəliş yolu olduğunu iddia etdiyi sahə cavabdehin istifadəsində olan 0,034 ha torpaq sahəsindən keçir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların X1 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli RX ******* nömrəli çıxarışa əsasən mülkiyyətində olan Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququnun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən cavabdeh Quba RİH-in mülkiyyətində olan və hüquqların X1 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışla digər Cavabde h1 icarə müqaviləsinə əsasən istifadəsində olan Quba şəhəri 28-ci məhəllə ünvanda yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğdə birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, səlahiyyətli dövlət orqanlarının məsuliyyətsizliyi nəticəsində ona torpaq sahəsi satılaraq mülkiyyət hüququ qeydə alınsa da, həmin torpaq sahəsinə onun gedib-gəlməyi üçün heç bir yol nəzərdə tutulmamışdır.
7. Quba Rayon Məhkəməsinin 2(027)-171/2023 nömrəli iş üzrə 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Quba şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılmaqla mülkiyyət hüququ nun həyata keçirilməsi üçün qonşuluğunda yerləşən, cavabdeh Quba RİH-in mülkiyyətində olan Quba şəhəri 28-ci məhəllə ünvanda yerləşən 0,034 ha torpaq sahəsindən ictimai yola 300 manat məbləğdə birdəfəlik əvəzi ödənilməklə zəruri keçidin (nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə) ayrılması, iddianın digər Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə araşdırması zamanı sübut olunmuşdur ki, Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli çıxarışa İddiaçı məxsus torpaq sahəsinə gediş- gəliş yolunun (maşın yolunun) olmaması müəyyən edilmişdir. İddiaçı ictimai y ola yeganə çıxışı Quba Rayon İcra Hakimiyyətinə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla Quba şəhəri 28-ci məhəllədə yerləşən Quba Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan 0,034 ha torpaq sahəsindən mümkündür.” b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1060/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), A.Mahmudov və S.Qafari) apellyasiya şikayət i təmin edilmiş, Quba Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... iş materiallarından görünür ki, iddaçının özünə məxsus torpaq sahəsinə gediş-gəliş yolunun (maşın yolunun) açılması müəyyən edilmiş, Quba şəhəri 28-ci məhəllədə yerləşən 0,034 ha torpaq sahəsindən Quba Rayon İcra Hakimiyyətinə mülkiyyətində olsa da həmin torpaq sahəsi hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestrindən, reyestr nömrəsi **********86 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışla cavabdehin istfiadəsindədir. Bununla da müəyyən edilir ki, mübahisəli to rpaq sahəsi cavabdeh tərəfindən xx.xx.2020-ci ildən qanuni əsaslarla istifadə edilir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 175.1-ci maddəsinə istinad edərək iddianı təmin etmişdir ki, məhkəmə kollegiyası bu nəticə ilə razılaşmayaraq qeyd edir ki həmin maddədən görünür ki, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Hazırki iş dən görünür ki, iş üzrə cavabdeh hazırki gündə qeyd edilən torpaq sahəsindən icarə əsasında istifadə etsə də, onun istifadəsində olan torpaq sahəsindən iddiaçıya nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolu verilərkən onun da mənafeləri nəzərə alnmalıdır, torpaq sahəsindən istifadəçi olan cavabdehin mənafelərinin nəzərə alınmaması onun hüquqları əhəmiyyətli dərəcədə pozur. Birinci instansiya məhkəməsi qeyd edilən halları, torpaq sahəsinin Quba rayon İcra Hakimiyyətinin mülkiyyətində olmasını əsas götürmüş, istifadəsi dövlət reyestrində qeydə alınmış həmin torpaq sahəsinin istfiadəçisi olan Cavabdeh1 mənafeyini nəzərə almamış, iddiaçıya nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolunun ayrılması nəticəsinə gəlmişdir ki, bu da cavabdehin istifadəsində olan t orpaq sahəsinin əhəmiyyətli dərəcədə geniş hissəsindən istfiadəsinə mane yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat vasitələrinin hərəkət edə biləcəyi ölçüdə çıxış yolunun ayrılması Quba rayon İcra Hakimiyyətinin mülkiyyyətində və Cavabdeh1 istifadəsində olan torpaq sahəsindən gələcəkdə həm mülkiyyətçinin, həm də istifadəçinin iftidadəsinə əhəmiyyətli dərəcədə mane yaradacaqdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Cavabdeh1 aid hissədə idd ia təmin edilmədiyindən, iddia tələbinin təmin edildiyi hissə Quba RİH-lə bağlı olduğundan və həmin qurum da iş üzrə Quba Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsi cavabdeh Quba RİH-ə aid hissədə qətnaməni ləğv etməklə apellyasiya baxışının hədlərindən kənara çıxmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növ ünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araş dırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və y a digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olm asın; Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar; Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır; Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və ma raqlı şəxslər apellyasiya şikayəti verə bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
25. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, MPM-in 357.1-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş qətnamələrindən tərəflər apellyasiya şikayəti verə bilər (§19). Bu mənada, cavabdeh Q uba RİH-in birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməməsi məhkəmə aktı onun əmlak hüquqlarına bilavasitə təsir edən, habelə bu hüququnun pozulmasından müdafiə tələbini birbaşa torpağın mülkiyyətçisinə də yönəltmək ixtiyarı olan Cavabdeh1 şikayət hüququndan məhrum etmir. Çünki, Mülki Məcəllənin 158-ci maddəsinə əsasən (§18), əmlakdan istifadə hüququ da əmlak hüququdur, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
26. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1060/2023 nömrəli iş üzrə 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.